Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə14/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   10   11   12   13   14   15   16   17   ...   108

Ədəbiyyat söhbətləri 
 
47
tetləri mənim həyatımın böyük, mühüm bir parçası olub. Əsas 
odur ki, bizim apardığımız elmi araşdırmaların müsbət, dünya 
elmi ictimaiyyəti tərəfindən qəbul olunmuş bir nəticəsi olsun və 
gələcəkdəki tələbələrimiz araşdırmalardakı boşluqları doldur-
maq üçün obyektiv – Oksford Universitetinin malik olduğu ba-
xışa sahib olsunlar». 
Nəhayət, bu ilin iyun ayının 5-də dünya şöhrətli şərqşü-
nas-nizamişünas Yevgeni Bertelsin «Böyük Azərbaycan şairi 
Nizami» kitabının ilk dəfə ingilis dilinə tərcüməsinin Londonda 
keçirilən təqdimatı… Mən bu möhtəşəm məclisdə iştirak etmiş, 
təəssüratlarımı da elə Londonda ikən qələmə alıb «Ədəbiyyat 
qəzeti»ndə çap etdirmişəm. Ona görə də təfərrüata varmadan 
yalnız bir-iki əsas məqam üzərində dayanacağam. 
Yüksək elmi-intellektual səviyyədə keçən həmin təqdimat-
da nəşrin redaktoru (və Oksford Universiteti Şərqşünaslıq Insti-
tutunun iranşünaslıq üzrə aparıcı professoru) Edmund Hersiq 
maraqlı, məzmunlu bir çıxış edib dedi: 
«Bizim məqsədimiz Azərbaycan və ya rus dilində onillik-
lərlə çap edilmiş lakin ingilis auditoriyasına məlum olmayan 
əsərləri ingilisdilli auditoriyaya tanıtmaqdan ibarətdir. Mərkəzin 
fəaliyyət dairəsi sırf elmi əsərlərin tərcüməsindən daha genişdir. 
Mərkəz tədqiqatçı tələbələrə dəstək göstərir. Nizami Elmi Mər-
kəzi tərəfindən Azərbaycanda maraqlı arxeoloji qazıntılar aparı-
lır, mütəmadi olaraq Britaniyada müxtəlif dəyirmi masalar, elmi 
konfranslar və digər tədbirlər keçirilir. Ümidvaram ki, gələcəkdə 
Oksfordda keçiriləcək bu kimi tədbirlərdə də sizlər fəal iştirak 
edəcəksiniz. Lakin bu gün bizi bu salona toplayan əsas məqsəd 
hazırladığımız bu kitabın təqdimatıdır. Nəyə görə məhz bu kitab 
bizim ilk nəşr etdiyimiz kitab olub. Nizami Gəncəvinin adını da-
şıyan və həmin böyük şəxsiyyətə həsr edilmiş kitabın tərcüməsi, 
sözsüz ki, məqsədəuyğun bir seçimdir. Nizami dünyanın ən 
məşhur və ən tanınmış şairlərindən biridir. Şərq aləmində əsrlər 
boyu bu ad böyük bir rəmzə çevrilib. Nizami həmçinin qərb 
aləminə də tanış idi. Bu da seçimimizin doğruluğunu təsdiqləyən 


Nizami Cəfərov 
 
48
amillərdən biridir… Bu kitabın maraqlı cəhəti odur ki, nəinki 
Nizami haqqında, kitabda onun zamanı və dövrü haqqında da 
məlumat verilir. Müəllifin sözlərinə görə, bu əsər çox böyük 
missiyanın həyata keçirilməsinə nail olub. Eyni zamanda Niza-
minin görkəmli Azərbaycan şairi kimi tanınmasında bu kitabın 
rolu böyükdür. Məhz bu əsərin ərsəyə gəlməsindən sonra Bakı-
da, bir tərəfdən, elmi əsərlər, digər tərəfdən, çoxlu dərsliklər çap 
edilməyə başlanıb. Bu isə Nizaminin yenidən dərk edilməsinə, 
ona lazımi qiymətin verilməsinə səbəb olub. Düşünürəm ki, ki-
tabın başqa bir maraqlı cəhəti var ki, bəlkə də, Bertels bu haqda 
heç düşünməyib – bu ondan ibarətdir ki, kitabın adı «Böyük 
Azərbaycan şairi Nizami» sonradan Iran alimlərinin arasında bu 
günə qədər də davam edən bir müzakirəyə, qarşıdurmaya gətirib 
çıxarıb. Məhz buna görə, kitabın ingilisdilli auditoriya üçün 
hazırlanmasında məqsədlərdən biri də ondan ibarətdir ki, kitabı 
oxuyanlar buradakı fikirlərin milliyətçilikdən irəli gəlmədiyini 
dərk edəcəklər. Bu çox gözəl, sadə, eyni zamanda asanlıqla oxu-
nan və böyük şəxsiyyət haqqında dürüst məlumatları geniş audi-
toriyaya çatdıran bir kitabdır. Mən inanıram ki, bu kitabdan son-
ra rusdilli auditoriyada olduğu kimi, ingilisdilli auditoriyada da 
Nizaminin pərəstişkarları artacaqdır. Mənim böyük iftixar hissi 
ilə yazdığım ön sözdə qeyd edilir ki, kitab yaradılan zaman hə-
min konsept də nəzərdən qaçmır. Bu kitabın konsepti qərb oxu-
cuları üçün də əhəmiyyətlidir. Kitabın yarandığı dövr, 1930-cu 
illərin sonu heç də parlaq dövrlərdən deyildi. Stalinin repressiya-
larının pik nöqtəsi olan dövr idi. Azərbaycanda da Mir Cəfər 
Bağırovun respublikaya rəhbərlik etdiyi həmin dövrdə repres-
siya qurbanlarının sayı heç də az olmayıb». 
Və əlavə etdi: 
«Mən bir neçə qısa qeydlə çıxışımı başa vurmaq istəyirəm. 
Burda sizlərin qarşısında durmaqdan və çıxış etməkdən böyük 
şərəf hissi duyuram. Bu layihə üzərində çalışanların sayı heç də 
az deyil. Kitabı rus dilindən tərcümə edən Maroussia Bednarkie-
viçdir. Fars dilində olan sitatları Ceyms Vayt çevirmişdir, kita-


Ədəbiyyat söhbətləri 
 
49
bın ön sözünün müəllifi isə mənimlə Elçin müəllimdir. Eyni 
zamanda bu kitabı nəşr edən «Gilgamesh» nəşriyyat evinə təşək-
kür etməyi özümə borc bilirəm. Nəhayət, Nizami Gəncəvi mər-
kəzinin bütün işlərində olduğu kimi bu işdə də bizə ən böyük 
köməkliyi göstərən akademik Nərgiz xanım Paşayevaya öz dərin 
təşəkkürümü bildirirəm. Bizim gördüyümüz işlərin heç birisi 
onun dəstəyi və hərtərəfli köməyi olmadan həyata keçə bilməz-
di. Əgər tərcümə etdiyimiz kitabın seçimi bizlərə verilsəydi, çox 
güman ki, biz belə vacib və aktual olan əsər seçməyə də bilər-
dik. Bir daha Nərgiz xanıma təşəkkür edirəm». 
Akademik Nərgiz Paşayevanın «bizim məqsədimiz Niza-
mini, məhz onun dahi yaradıcılığının etik-estetik qayəsinə uy-
ğun olaraq təqdim və təsdiq etməkdir. Şeyx Nizami heç zaman 
parçalayıcı, ixtilaf yaradan fiqur olmayıb və ola da bilməz. Çün-
ki onun yaradıcılığı insanları və məmləkətləri birləşdirici qüvvə-
yə malikdir. Nizamiyə görə, müxtəliflik qaçılmaz və obyektiv-
dirsə, deməli, bir araya gəlmək bacarığı və istəyi də, vəhdətə can 
atmaq arzusu da inkarsız, labüd və mütləqdir» sözləri isə təqdi-
mat mərasimindən doğan təəssüratların əsas yekunu kimi 
səsləndi. 
Çox təəssüf ki, görülən işlərin miqyasını, tarixi əhəmiyyə-
tini dərk etməyən «nizamişünas»lar da tapıldı ki, professor 
Edmund Hersiqə «məsləhət» verməyə başladılar… 
Çalınan zənglərin səsini uzaqdan-uzağa eşitməklə iş bit-
mir, onun haradan gəldiyini, hansı məna-məzmun daşıdığını, 
nəyə xidmət etdiyini də bilmək lazımdır… 
 
 2017 
 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə