Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə5/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   2   3   4   5   6   7   8   9   ...   108

Ədəbiyyat söhbətləri 
 
15
qarşıdurmada fəaliyyət göstərirlər ki, bu da «köhnə nəsr»lə 
«yeni nəsr» arasındakı ideya-estetik uyğunluqla fərqin nədən 
ibarət olduğunu bir neçə on il ərzində aydın nümayiş etdirir. 
Ədəbi aləmdə «60-cılar» adlanan yeni nəslin (və onların 
təqdim etdiyi nəsr yaradıcılığı mədəniyyətinin) əsas uğurları 70-
ci illərdə meydana çıxmaqla yanaşı, ədəbiyyata 70-ci, 80-ci illər-
də gələn gənc nasirlər (Afaq Məsud, Aqil Abbas, Səfər Alışarlı, 
Saday Budaqlı, Elçin Hüseynbəyli, Yaşar, Mübariz Cəfərli…) 
onların mövqeyini daha da möhkəmləndirdilər. Və beləliklə, 80-
ci illərdən etibarən 60-cılar (eləcə də 70-cilər, 80-cilər) Azərbay-
can nəsrinin simasını müəyyənləşdirmiş, ideya-məzmun, poetex-
noloji tipologiyasını diqtə etmiş oldular… Hər şeydən əvvəl onu 
qeyd etmək lazımdır ki, ədəbiyyata bütün daxili aləmi, intim 
dünyası, mövcud həyat-məişət vərdişləri kompleksi ilə adi insan 
gətirildi ki, onun hər cür fundamentalizmdən və ya deklorativ-
likdən uzaq təbiəti xüsusilə 70-ci illərin sonu 80-ci illərin əvvəl-
lərində həm rəsmi, həm də qeyri-rəsmi ədəbi diskussiyalarda 
«köhnə nəsil» nümayəndələrində belə bir sual doğurdu: bu, 
ədəbiyyatdırmı?.. Və bu təbii suala «yeni nəsil»in yaradıcıların-
dan olan Yusif Səmədoğlu heç bir tərəddüd etmədən eyni təbii-
liklə cavab verdi: əsl ədəbiyyatdır!.. 
Və bu «əsl ədəbiyyat»ı yaradanların ən parlaq nümayəndə-
lərini (Anarı, Elçini, Y.Səmədoğlunu, A.Məsudu…) fərqləndi-
rən bir mühüm xüsusiyyət də onların yüksək intellektuallığı, 
müasir dünya ədəbiyyatını, eləcə də dünyada gedən ictimai-este-
tik prosesləri kifayət qədər dərindən bilmələri idi. Lakin nəzəri 
hazırlıq bəzən onların əsərlərində həyat materialının kasadlığı 
barədə müəyyən təsəvvürlər, şübhələr doğursa da, bu, belə de-
yildi… Ilk növbədə ona görə ki, «yeni nəsr»in məramı həyatı 
necə varsa o cür təsvir etmək yox, onun sosial-psixoloji təhlilini 
verməklə mükəmməl (və zəngin) ovqat situasiyaları yaratmaq, 
insanı özünün çoxgedişli təhtəlşüur reaksiyalarında duymaq, 
dərk etmək idi.  


Nizami Cəfərov 
 
16
Fikrimizcə, 20-ci, 30-cularla 60-cılar arasında mövzu, ide-
ya, təhkiyə tərzi baxımından, bir növ, keçid təşkil edən 40-cı, 
50-cilər (I.Şıxlı, Ə.Cəfərzadə, H.Abbaszadə, G.Hüseynoğlu, 
V.Babanlı, I.Hüseynov…) mövcuddular. Onlarda həm əvvəlki 
nəslin maarifçilik xarakteri, genişpanoramlı təhkiyə tərzi, hakim 
sosializm realizmi ilə müəyyən qədər hesablaşmaq stixiyası, 
həm də sonrakı nəslin milli mücadilə, insanı, həyatı necə varsa o 
cür təsvir (və təqdim) etmək eşqi, ruhu var… Heç də təsadüfi 
deyil ki, 60-cılar öz məramlarını istər yaradıcılıq təcrübəsində, 
istərsə də, nəzəri diskussiyalarda elan etdikdə 40-cı, 50-cilər, 
əsasən, onların cəbhəsində dayanmaqla, demək olar ki, eyni 
mövqeyi bölüşdürdülər. 
Həm xronoloji, həm də ideya-metodoloji prinsipə görə, 
XX əsrin sonu XXI əsrin əvvəlləri öz nəsr təfəkkürünü (və 
texnologiyalarını) təqdim etməli idi… Ancaq vəziyyət, mahiyyət 
etibarilə, nə yerdədir?.. Azərbaycan nəsrinin birinci (XIX əsrin 
sonu XX əsrin əvvəlləri), ikinci (XX əsrin 20-ci, 30-cu, 40-cı 
illəri) və üçüncü (həmin əsrin 50-ci, 60-cı, 70-ci, 80-ci illəri) 
nəslindən sonra dördüncü nəsil nə ilə yadda qalacaq? Hələ ki 
yalnız onu demək olar ki, dördüncü (müasir) nəsil özündən əv-
vəlki (üçüncü) nəsillə üz-üzə gəlmək, öz ideya-estetik mövqe-
yini bütün «vücud»u ilə ortaya qoymaq iqtidarında deyil… 
Halbuki əvvəlki nəslin Anar, Elçin, M.Süleymanlı, S.Səxavət, 
M.Oruc, A.Məsud, A.Abbas, S.Budaqlı, E.Hüseynbəyli, M.Cə-
fərli… kimi görkəmli nümayəndələri bugünün ədəbi mənzərə-
sini (və nəsr yaradıcılığı prosesinin meyllərini) müəyyənləşdir-
məkdə davam edirlər.  
 
 2016  


Ədəbiyyat söhbətləri 
 
17
 
Azərbaycan xalqının  
aşıq ədəbiyyatı əmanəti 
 
«Xalq Bank» özünün «Xalq Əmanəti» layihəsi çərçivəsin-
də (layihənin rəhbəri Rafiq Həşimovdur) üç cildlik «Aşıq 
ədəbiyyatı antologiyası» kitabını nəşr etmişdir ki, birinci cildə 
«Aşıq poeziyası», ikinci cildə «Qəhrəmanlıq dastanları», üçüncü 
cildə isə «Məhəbbət dastanları» daxildir. Yüksək peşəkarlıqla, 
elmi məsuliyyətlə, xalq yaradıcılığına böyük məhəbbət və ehti-
ramla hazırlanmış nəşrin tərtibçiləri Azərbaycan Aşıqlar Birliyi-
nin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və 
professor Mahmud Allahmanlıdır. 
Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Şəhla 
Tahirqızı, illüstrasiyaların müəllifi xalq rəssamı Arif Hüseynov, 
bədii tərtibatçısı isə Tərlan Qorçudur. 
«Antologiya» «Xalq Bank»ın «Xalq Əmanəti» layihəsi 
çərçivəsində indiyə qədərki bütün nəşrləri kimi üç cəhətinə görə 
xüsusilə fərqlənir: 
1) elmi-akademik mükəmməllik; 
2) bədii tərtibatın peşəkarlığı; 
3) yüksək poliqrafik-texniki səviyyə. 
Əlbəttə, Azərbaycan aşıq ədəbiyyatı Azərbaycan xalqının 
zəngin mənəvi sərvətidir. Və bu sərvət, «Antologiya»nın birinci 
cildinə ön söz yazmış Məhərrəm Qasımlının göstərdiyi kimi, 
«Dədə Qorquddan üzü bəri» min ildən çoxdur ki, «dilimizin, 
ruhumuzun, mənəvi varlığımızın aydınlığını, duruluğunu, yenil-
məzliyini» nümayiş etdirir… 
 
Yerli qara tağın yıqılmasun! 
Kölgəlicə qaba ağacın kəsilməsün! 
Qamın aqan görklü suyun qurumasun! 
Qanadların ucu qırılmasun!..  


Nizami Cəfərov 
 
18
– deyə Oğuz elinin bəy igidlərini alqışlayan Dədə Qorqud elin 
başına qəza gələndə, bir zamanlar alqışladığı bəy igidləri ətra-
fında görməyəndə onu da əlavə edir ki: 
 
Qanı dedigim bəg ərənlər, 
Dünya mənim deyənlər?! 
Əcəl aldı, yer gizlədi. 
Fani dünya kimə qaldı? 
Gəlimli-gedimli dünya! 
Son ucu ölümlü dünya!.. 
 
Bizə elə gəlir ki, indiyə qədər geniş yayılmış ənənədən 
fərqli olaraq tərtibçilərin Azərbaycan aşıq poeziyasının tarixini 
Dədə Qorquddan başlamaları yalnız eksperiment deyil, həm də 
özünü metodoloji baxımdan doğruldan bir elmi yenilikdir. Və 
«Antologiya»ya Yunus Əmrədən, Aşıq Aydından və Aşıq Qə-
ribdən poetik nümunələrin daxil edilməsi də tamamilə təbiidir. 
Ilk növbədə ona görə ki, məsələn, Aşıq Qəribin 
 
Ay ağalar, gəlin sizə söyləyim, 
Açılar baharda gülü Təbrizin. 
Toyda, bayramlarda atlaz geyirlər
Kəsilməz yaşılı, alı Təbrizin. 
 
…Pəhlivanlar qisvət geyir, yağlanır, 
Cümlə bəzirganlar burda əylənir. 
Üç yüz altmış yükü birdən bağlanır, 
Əldən-ələ gəzir malı Təbrizin. 
 
…Ərənlər badəsin içdim, söylərəm, 
Eşqin dəryasına enib boylaram. 
Mən Qəribəm, vətən mədhin eylərəm, 
 Mənəm indi Rüstəm Zalı Təbrizin,  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə