Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə7/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   2   3   4   5   6   7   8   9   10   ...   108

Ədəbiyyat söhbətləri 
 
23
Gülarənin arzu, varı, 
Dədəm Qorqud yadigarı. 
Qoyma, hələ ömür yarı, 
Duman yolu bağlar, sazım. 
 
Əlbəttə, düşünmək olmaz ki, aşıq poeziyasının «Antologi-
ya»ya daxil edilən bütün nümunələri mükəmməl yaradıcılıq 
məhsulu, yaxud böyük sənət hadisəsidir, lakin elə bunun özü də 
tərtib metodunun üstünlüyüdür ki, kitabda aşıq yaradıcılığı kifa-
yət qədər obyektiv əks olunmuşdur. Və «Antologiya» ilə tanış 
olan hər kəs aydın görəcək ki, aşıq poeziyası yarandığı dövrdən 
bu günə qədər hansı dövrlərdən, mərhələlərdən keçmiş, həm 
ideya-estetik, həm də poetexnologiya baxımından hansı təbəd-
dülatlara məruz qalmışdır. 
«Aşıq ədəbiyyatı antologiyası»nın ikinci cildinə qəhrə-
manlıq dastanları daxil edilmişdir. 
Cildin «Dastanlaşan tariximiz» adlı ön sözündə Mahmud 
Allahmanlı yazır: 
«Dastan Azərbaycan xalqının tarixi və mənəvi yaddaşını, 
milli kimlik düşüncəsini, yüz illər boyu fasiləsiz şəkildə gerçək-
ləşdirdiyi əyilməzlik, yenilməzlik mücadiləsini ifadə baxımın-
dan misilsiz imkanlara malik yaradıcılıq hadisəsidir. Burada 
ilkin təsəvvürlərin, mifik zamanın, tarixin ayrı-ayrı dönəmləri-
nin faktları, dünyagörüşləri, qarşılaşdıqları hadisələr ən tipik 
məqamları ilə obrazlı şəkildə təzahür edir». 
Əlbəttə, dastana milli mövqedən verilən bu tərif-təyinat ilk 
növbədə qəhrəmanlıq eposuna aid olmaqla özünü tamamilə doğ-
ruldur. Və «Antologiya»ya daxil edilən qəhrəmanlıq dastanları, 
xüsusilə «Koroğlu» eposu həmin tərif-təyinatı qeydsiz-şərtsiz 
təsdiq edir. 
Məlum olduğu kimi, orta əsrlərin sonu, yeni dövrün əvvəl-
lərində formalaşmış epos, bir sıra cəhdləri nəzərə almasaq, XX 
əsrin 20-ci illərindən ardıcıl şəkildə toplanıb yazıya alınmağa 
başlamışdır ki, bu sahədə V.Xuluflu, H.Əlizadə və M.H.Təhma-


Nizami Cəfərov 
 
24
sibin xüsusi xidmətləri vardır. Və «Antologiya»da «Koroğlu»nu, 
təbii olaraq, M.H.Təhmasib «mətn»i təmsil edir ki, həmin 
«mətn» həm daha mükəmməldir, həm də, tərtibçilərin qeyd 
etdikləri kimi, «bir sıra kiçik dəyişikliklərlə təkrar-təkrar nəşr 
olunmuşdur». 
“Koroğlu” dastanı ümumən müxtəlif türk (və bir sıra 
qeyri-türk) xalqları arasında bu və ya digər dərəcədə yayılsa da 
mükəmməl epik yaradıcılıq aktı olmaq etibarilə tarixən Azər-
baycan xalqına – Azərbaycan türklərinə mənsubdur. Azərbaycan 
“Koroğlu”su mənsub olduğu xalqın şifahi ədəbiyyatının (bütöv-
lükdə mədəniyyətinin) intibahı dövründə böyük milli-ictimai 
təfəkkür enerjisinin məhsulu kimi meydana çıxmış, həmin 
xalqın bir neçə əsrlik tarixi marağını, sosial-siyasi, ideoloji və 
mənəvi-estetik dünyagürüşünü, mentalitetini, milli ideallarını 
əks etdirmişdir. 
“Koroğlu”nu Azərbaycan ictimai-estetik təfəkkür tarixin-
dəki mövqeyinə görə, ancaq “Kitabi-Dədə Qorqud”la müqayisə 
etmək mümkündür. “Kitabi-Dədə Qorqud” Azərbaycan xal-
qının, “Koroğlu” isə Azərbaycan millətinin formalaşdığı 
dövrün ovqatının, sosial-siyasi, etnoqrafik proseslərin hər 
dövrdəki özünəməxsus təzahürüdür. Və heç də təsadüfi deyil 
ki, “Koroğlu” ilə “Kitabi-Dədə Qorqud” arasında qırılmaz se-
mantik-struktur (poetik) vаrislik vardır ki, həmin vаrisliyi etiraf 
etmədən Azərbaycan “Koroğlu”sunun nəinki genezisini, heç ti-
pologiyasını da müəyyənləşdirmək mümkün deyil – “Kitabi-
Dədə Qorqud”dan “Koroğlu”ya qədər türk-oğuz ozanı Azərbay-
can aşığına transformasiya olunur... 
“Koroğlu”nun Qərb və Şərq variantları, tədqiqatçıların 
qeyd etdiyi kimi, həm məzmun, həm də formaca biri digərindən 
kifayət qədər fərqlənir: Qərb variantları Azərbaycan, türk, ermə-
ni, gürcü, kürd, ləzgi və s., Şərq variantları isə türkmən (“Go-
roğlu”), özbək, qazax (hər ikisində “Qoroğlu”), tacik (“Quruqli”, 
yaxud “Qurquli”) variant və ya versiyalarından ibarətdir. Eposun 
Qərb variantları, demək olar ki, bütünlüklə real, tarixi hadi-


Ədəbiyyat söhbətləri 
 
25
sələrdən, əhvalatlardan bəhs etdiyi halda, Şərq variantları 
əfsanəvi-mifik obrazlar, süjetlərlə zəngindir və Qərb variantları 
əsasən nəsrlə, Şərq variantları isə şerlədir. 
“Koroğlu”nun müxtəlif variant, yaxud versiyaları üzə-
rindəki müşahidələr göstərir ki, həmin variant, yaxud versiyalar, 
aralarındakı məzmun fərqlərinin böyüklüyündən və ya kiçikli-
yindən asılı olmayaraq, bir mənbədən – Azərbaycan “Koroğlu”-
sundan törəmişlər; hər şeydən əvvəl ona görə ki, tipoloji baxı-
mdan bu variant daha mükəmməl, daha tarixi və daha realistdir, 
ona görə də daha çox türəmə-artma, improvizasiya potensialına 
malikdir. Və Koroğluşünas X.Koroğlunun belə bir fikri tama-
milə doğrudur ki, ondan artıq müxtəlif etnik  mənşəli xalqda 
“Koroğlu” yazılı şəkildə fiksasiya olunsa da, “əsas süjet, 
görünür, Azərbaycanda müəyyənləşmişdir”. 
“Koroğlu”nun Qərbdən Şərqə doğru yayıldığını güman 
etmək üçün hər cür əsas vardır, – Azərbaycanı, Anadolunun 
Şərqini əhatə edən cəlalilər (XVI əsrin sonu XVII əsrin əvvəl-
ləri) hərəkatı “Koroğlu”nun ilk süjetlərini, yaxud epizodlarını bu 
ərazidə (Qərbdə) meydana çıxarmalı, sonra həmin süjet və ya 
epizodlar oğuz-türkmənlər vasitəsilə Şərqə nəql olunmalı idi. 
Digər tərəfdən XVII əsrdə türk dünyasının etnik-siyasi baxım-
dan ən gərgin nöqtəsi məhz Qafqaz (Azərbaycan) idi ki, burada 
yalnız tarix səhnəsinə çıxmağa hazırlaşan bir millətin – 
Azərbaycan millətinin taleyi həll olunmurdu, digər oğuz türklə-
rinin (Türkiyə türklərinin, türkmənlərin) milli özünütəşkili pro-
sesi də az və ya çox dərəcədə həmin regionla bağlı idi. 
Lakin Şərq “Koroğlu”su ancaq mənşəyi, bir sıra obraz, 
epizod-süjet və motivlərinə görə Qərb “Koroğlu”su ilə eynidir, 
ümumiyyətlə isə orijinal variant və ya versiyalardan ibarətdir – 
hər bir türk xalqı (türkmən, özbək, qazax və s.) “Koroğlu”ya üç 
tarixi-etnik marağını, mənəvi-etnoqrafik xarakterini, ictimai-
siyasi problemlərini gətirmiş, onu (“Koroğlu”nu) hansı epik, 
bədii-estetik səviyyəyə qaldırıb-qaldırmamasından asılı olmaya-
raq, üçününkü etmişdir (B.A. Karrıyev). 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə