Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə9/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   5   6   7   8   9   10   11   12   ...   108

Ədəbiyyat söhbətləri 
 
29
bağlılığı eposun mifoloji semantikasının zənginliyini, onun 
qədim mənəvi-estetik yaddaş əsasında yaradıldığını, dərin tarixi 
köklərə malik olduğunu göstərir. Alı kişi və Koroğlu obrazla-
rının mifoloji mənşəyindən bəhs edən M.Seyidov bu baxımdan, 
heç şübhəsiz, haqlıdır: Alı kişi daha çox “iyə”dir, yaxud tanrıçа-
dır, axırda Çənlibelin mifik hamisinə çevrilir və Koroğlunu mü-
hafizə edən, demək olar ki, bütün fiziki, ruhi qüvvələri ona (Ko-
roğluya) məhz Alı kişi verir. 
Istər Koroğluda, istərsə də “Koroğlu””nun digər qəhrə-
manlarında (onların hər birində) az və ya çox dərəcədə ilahi güc 
var, – düzdür, həmin güc dastanda mümkün qədər gizlədilir, 
mifik işığı nə qədər imkan varsa söndürülür, lakin hərarəti qalır 
və hər an hiss edilir. 
“Koroğlu” Azərbaycan aşıq ədəbiyyatının yüksəliş döv-
rünün məhsuludur və qeyd etmək lazımdır ki, həmin ədəbiyyat 
folklorun klassik ədəbiyyata (normativliyə) can atması cəhdinin 
nəticəsi olub özünəməxsus fəlsəfi-estetik, poetik xüsusiyyətlərə 
malikdir; onlardan başlıcası odur ki, aşıq qədim türk mifologi-
yası ilə sufiliyi, sufiliklə həyatiliyi (realizmi) birləşdirməyə cəhd 
edir.. Aşıq sənətinin əsas ideya-estetik prinsiplərini, ümumən 
tipologiyasını müəyyən etməyə imkan verən əsərlərdən biri 
(daha doğrusu, birincisi!) məhz “Koroğlu”dur – “Koroğlu”nun 
müəllifi kimdir? sualına da elə bilirik ki, ən doğru cavab budur: 
Aşıq! Mükəmməl aşıq məktəbi olmasa idi, heç şübhəsiz, 
“Koroğlu” kimi mükəmməl bir dastan – epos da olmazdı. Aşıq 
“Koroğlu”nun həm müəllifi, həm də qəhrəmanıdır və təsadüfi 
deyil ki, folklorşünaslıqda Koroğlunun tarixi şəxsiyyət kimi 
cəlali-qiyamçı olması barədəki mülahizə ilə yanaşı, şair-aşıq 
olması fərziyyəsi” də ağlabatan” sayılır. Dastanın qəhrəmanı 
özünün aşıq olduğunu bir neçə yerdə – ya ciddi, ya da zarafatla 
deyir; məsələn: 
 
Salam verdim, salam almaz, 
Görüm kəssin salam səni. 


Nizami Cəfərov 
 
30
Axçasız, pulsuz aşığam, 
Pulum yoxdu, alam səni. 
 
Koroğlu yalnız fiziki gücü ilə deyil, haqq aşığı olması ilə 
də, haqlı olaraq öyünür: 
 
Meydana girəndə meydan tanıyan, 
Haqqın vergisinə mən də qanıyam; 
Bir igidəm, igidlərin xanıyam, 
Bu ətrafda bütün hər yan mənimdi!.. 
 
Və beləliklə, аşıq “Koroğlu”da özünün sənət ideologiyası 
üçün vacib olan üç fəlsəfi-estetik komponentin özünəməxsus 
kompozisiya”sını təqdim edir: mifologiya-sufilik, həyatilik 
(realizm). 
XVII-XVIII əsrlər (son orta əsrlər) Azərbaycan dastanları-
nın hamısında olduğu kimi, “Koroğlu”da da aşıqlıq qəhrəman-
ların, demək olar ki, hamısını xarakterizə edir – onların hamısı 
birinci növbədə (təbiətləri etibarilə) aşıqdırlar sözlərini sazla de-
yirlər. Lakin aşıqlıq ancaq saz götürüb söz demək deyil, mənəvi-
əxlaqi bir keyfiyyət olaraq, onların daxili aləmini müəyyən 
etməkdən ibаrətdir. 
Və xüsusilə qeyd etmək lazımdır ki, “Koroğlu”da bu 
аşığın avtobioqrafik obrazı da mövcuddur. 
“Koroğlu” eposu XVII-XVIII əsrlər Azərbaycan intibahı-
nın ictimai-fəlsəfi, estetik-kulturoloji ideyaları əsasında, onların 
güclü təzyiqi ilə formalaşmışdır – həmin intibah aşağıdakı 
əlamətlərlə təsdiq olunur: 
1) qədim türk, türk-oğuz mifologiyası dövrün mədəniyyə-
tinin (eləcə də ədəbiyyatının) genetik əsasında dayanır, yaradıcı-
lığın generatoru kimi çıxış edir; 
2) XVII-XVIII əsrlər mədəniyyəti milli özünüdərk faktı 
olaraq təzahür edir (həmin əlamət mədəniyyətin həm məzmu-
nunda, həm də formasında özünü güstərir); 


Ədəbiyyat söhbətləri 
 
31
3) XVII-XVIII əsrlər mədəniyyəti, nəticə etibarilə, realist 
mədəniyyətdir. 
Həmin əlamətlər düvrün ən nəhəng abidəsi olan “Koroğ-
lu” eposunu, əlbəttə ki, birinci növbədə xarakterizə edir. 
Koroğlu obrazının mifoloji-ilahi mənşəyi, daxili sistemi 
ümumiyyətlə “Koroğlu” dastanının sistemliliyi üçün çox mü-
hüm ideya-estetik şərtdir. 
M.H.Təhmasib yazır: “Qəti surətdə demək olar ki, Azər-
baycan “Koroğlu”sunda dini heç bir şey yoxdur”. Daha sonra 
əlavə edir: “Bizim dastanda Koroğlunun nə özünün, nə də də-
lilərinin heç birinin fövqəltəbii varlıqla əlaqəsi yoxdur”. Əlbəttə, 
zahirən istər Koroğlu, istərsə də dəlilər şərab içirlər (“Kitabi-
Dədə Qorqud”da olduğu kimi), demək olar ki, heç bir dini ayini 
yerinə yetirmirlər (yenə də “Kitab”da olduğu kimi), lakin din 
anlayışını geniş mənada götürdükdə, yuxarıda qeyd etdiyimiz 
kimi, “Koroğlu”nun mürəkkəb (bir qədər də sinkretik) dini-
ideoloji sistemi vardır ki, bunu inkar etsək, Koroğlu obrazının 
özünün belə məzmununu, xüsusilə daxili (tarixi) məzmununu 
başa düşmək mümkün olmaz. 
Koroğluya həm mənəvi, həm də fizki gücü, heç şübhəsiz 
fövqəltəbii varlıqlar” vermişlər (göydən suya düşən işıq şüası 
qutsaldır!) – yalnız Qoşabulağın köpüyündə çiməndən, bir qab 
doldurub içəndən sonra Rövşən – Koroğlu daha yenilməz olur, 
saz çalıb söz qoşur, nərəsi yeri-güyü titrədir, təkcə pəhlivana 
yox, haqq aşığına, ərənə çevrilir... 
 
Koroğluyam, onu-bunu bilməzəm, 
Hər yetən ləkəyə boyun əyməzəm, 
Yaradandan qeyri kimsə bilməzəm, 
Istər yaxşı, istər yaman bil məni. 
 
Koroğlunun atası Alı kişidir – Alı kişi dastanda bir obraz 
kimi nə qədər müasirləşdirilirsə, həyatiləşdirilirsə də, bir sıra 
əlamətləri onun “bu dünyanın adamı” olmadığını göstərir.. 


Nizami Cəfərov 
 
32
Koroğluya fövqəltəbii nə verilirsə, məhz Alı kişi vasitəsilə ve-
rilir, bu mənada o (Alı kişi) hansısa qədim (və müqəddəs!) bir 
obrazın davam-stilizasiyasıdır. Və “o dünya” ilə “bu dünya” 
arasında harmoniyanın yaranmasına xidmət etməklə Alı kişi öz 
funksiyası etibarilə son orta əsrlər Azərbaycan dastanlarındakı 
Xızıra yaxınlaşır. 
Günahsız olduğu halda dəhşətli bir şəkildə cəzalandırılan, 
əslində eyni dərəcədə təhqir edilən qoca ilxıçı öz oğlunun 
(Koroğlunun!) şəxsində günahkarlardan əbədi, sonu görünmə-
yən intiqam almağın əsasını qoyur – elədiyi yaxşılığın müqabi-
lində gözləri çıxarılmış, dünya işığına həsrət qoyulmuş Alı kişi-
nin bu intiqamı Koroğlunun xanlara, paşalara qarşı mübarizə-
sinin təhtəlşüur generatoru, aparıcı daxili səbəbidir ki, dastanda, 
faktik olaraq, müxtəlif sosial-psixoloji səbəblərlə yenidən 
motivlənmişdir.  
Alı kişi oğlu Rövşənə – Koroğluya deyir: “Nə qədər ki 
Misri qılınc sənin belində, sən də Qıratın belindəsən, üçün də bu 
Çənlibeldəsən, sənə heç kəs dov gələ bilməyəcək…”. 
«Antologiya»nın ikinci cildinə «Qaçaq Kərəm», «Qara 
Tanrıverdi», «Qaçaq Süleyman», «Hacı Tağı», «Qandal Nağı» 
və «Səttarxan» kimi kiçik həcmli məşhur qəhrəmanlıq dastanları 
da əlavə edilmişdir ki, həmin dastanların qəhrəmanları Azərbay-
can folklorşünaslığında, çox uğurlu bir ifadə ilə, «Koroğlunun 
nəvələri» adlandırılmışdır. 
«Aşıq ədəbiyyatı antologiyası»nın məhəbbət dastanların-
dan ibarət üçüncü cildi Məmmədhüseyn Təhmasiblə Məhərrəm 
Qasımlının müfəssəl olduğu qədər də məzmun-mündərəcəli ön 
sözləri ilə açılır. Və müəlliflər yazırlar: 
«Qədim türk cəmiyyətində dastan təfəkkürü istisnasız ola-
raq bahadırlıq düşüncəsinin obrazlaşdırılmasına yönəldiyindən 
həmin mərhələyə məxsus epik ənənənin özəyində qəhrəmanlıq 
motivi və bu motivin ifadəsi olan çeşidli qəhrəmanlıq süjetləri 
durur. Sonrakı tarixi dövrlərdə epik düşüncədə lirik təmayül də 
müəyyən yer tutmağa başlayır… Epik ənənədə lirik təmayülün 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə