Microsoft Word ch report az doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix08.07.2018
ölçüsü0,51 Mb.
#53944
1   2   3   4   5   6   7   8   9   ...   17

Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 



 

 

Đcra Xülasəsi 



 

Təqdim olunan hesabat Açıq Cəmiyyət Đnstitutu Yardım Fondu  (ACĐYF)  və  BP şirkəti ilə 05 

avqust  2005-ci  il  tarixində  imzalanmış  Anlaşma  Memorandumu  əsasında  əldə  edilmiş  razılığa 

əsasən  həyata  keçirilən  «CQBK-nin    Azərbaycanın    mədəni    irsinin    qorunması    sahəsində   

götürdüyü  öhdəliklərin auditi» layihəsinin nəticəsi olaraq hazırlanmışdır. 

Bu  hesabat  BTC/CQBK-nin  Azərbaycan  ərazisindən  keçən  hissəsində  və  onun  yaxınlığındakı 

ərazilərdə  yerləşən  sahələrin  arxeoloji  və  tarixi-mədəni  abidələrinin  mühafizəsi,  idarə  olunması 

və  davamlı  istifadəsi  üzrə  CQBK-nin  üzərinə  götürdüyü  öhdəliklərin  icrasının  auditi  ilə  bağlı 

görülən işləri əks etdirir. 

Layihə aşağıdakı istiqamətlər üzrə aparılmışdır:  

1.  CQBK-nin Mədəni Đrsin Qorunması sahəsindəki Fəaliyyət Planının yerinə yetirilməsinin 

auditi; 


2.  CQBK-nin Mədəni Đrsin Qorunması  sahəsindəki öhdəliklərin icrasının auditi; 

3.  Mədəni Đrsin Qorunması sahəsində CQBK ilə podratçı (CCIC şirkəti) və Milli tərəfdaşlar 

(AMEA  Arxeologiya  və  Etnoqrafiya  Đnstitutu,  Azərbaycan  Respublikasının  Mədəniyyət 

Nazirliyi) arasında bağlanmış müqavilələr üzrə müvafiq öhdəliklərin icrasının auditi; 

4.  Arxeoloji  tapıntıların  qeydiyyatının,  təhvil-təslim  prosedurlarının,  mühafizəsinin, 

təqdimatının 

və 

kataloqlarının 



tərtibinin, 

tapıntılar 

haqqındakı 

hesabatların 

hazırlanmasının və ictimaiyyətə çatdırılmasının auditi. 

Audit dövründə qrup üzvləri Qobustan Dövlət Tarixi Bədii Qoruğu (Qoruq) ərazisinə, Goranboy 

və Şəmkir Tarix və Diyarşünaslıq Muzeylərinə (Muzey) baxış keçirmişdir. Qrup öz fəaliyyətini 

Şirkətin  Qoruqla  bağlı  üzərinə  götürdüyü  öhdəliklərin  adekvatlığının,  milli  və  beynəlxalq 

qanunvericiliyə  və  tələblərə  uyğunluğunun,  bu  öhdəliklərin  icrasının  qiymətləndirilməsi  kimi 

məsələlərin  muzeylərdə    abidələrin  mühafizəsi,  təhvil-təslim  və  qeydiyyatı  məsələlərinə,  bu 

sahədə  Şirkət,  Podratçı  və  Milli  Tərəfdaşların  birgə  fəaliyyətinin  götürülmüş  öhdəliklərə,  bu 

sahədəki  milli  və  beynəlxalq  qanunvericiliklərə  uyğunluğunun  qiymətləndirilməsi  kimi  sahələr 

ətrafında cəmləşdirmişdir. 

Audit prosesinin nəticələri aşağıdakı öz əksini tapmışdır: 

 

Nailiyyətlər: 



 

1.  Şirkətin  arxeoloqu  işçilərin  arxeoloji  maarifləndirilməsi  istiqamətində  mühüm  işlər 

görmüş,  arxeoloji  tapıntılar  əsasında  hazırlanmış  orijinal  elektron  təqdimatı  əməkdaşlar 

arasında nümayiş etdirilmişdir.  

 

2.  CQBK  müvafiq  öhdəliklərin  həyata  keçirilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikası 



Mədəniyyət  Nazirliyinin  iştirakı  ilə  xüsusi  komitə  yaratmış,  Qoruq  işçiləri  üçün  treninq 

keçirmiş,  texniki  yardım  göstərmişdir,  hal-hazırda  isə  Qoruğun  elektron-məlumat 

bazasının yaradılması işləri gedir. 

 

3.  Tovuzçay  (KP378-377)  ərazisində  Arxeologiya  Đnstitutunun  əməkdaşlarının  tövsiyəsi 



əsasında 44 metrlik zolaqdan kənarda, 60 m məsafədə arxeoloji tədqiqatlar aparılmışdır. 

 



Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 



Uyğunsuzluqlar və Digər Tapıntılar: 

 

1.  Podratçının  hazırladığı  50  səhifəlik  təlimatlandırma  kursunun  cəmi  2  səhifəsi 



arxeoloji məlumatlara aid olmaqla bu sahəni tam əhatə etməmişdir. 

2.  "Ekoloji  və  sosial  idarəetmə  sistemi  (ESĐS)  üzrə  təlimat  kitabçası"nda  qeyd  edilən 

Podratçıya Nəzarət Planına rast gəlinmədi. 

 

3.  Podratçının  (CCIC)  özünü  təftiş  etməsi  nəzərdə  tutulduğu  halda  (bənd  6.4.4.)  bu 



fəaliyyət həyata keçirilməmişdir. 

 

4.  ƏMSSTQ sənədində Qobustan Dövlət Tarixi Bədii Qoruğu ilə birlikdə mədəni irsin 



mühafizəsi üzrə strateji plan hazırlanacağı qeyd edilməsinə baxmayaraq, sənəd hələ 

də hazırlanmamışdır. 

 

5.  Düzgün  planlaşdırılmamanın  nəticəsində  borunun  inşasından  sonra  qoruq  ərazisi  iki 



hissəyə ayrılmış, bir hissə nəzarətsiz qalmışdır.  

 

6.  CQBK-nin Mədəni Đrsin Qorunması üzrə 208-cı (158) və 210 (160) – 212 (162)-ci 



öhdəliklərin yerinə yetirilməsi qənaətbəxş olmamışdır. 

 

7.  «Arxeoloji  obyektlərin  əhəmiyyəti  və  müvafiq  tədbirlər  barədə  qərarlar  Azərbaycan 



Respublikası  Mədəniyyət  Nazirliyi  və  AMEA  Arxeologiya  və  Etnoqrafiya  Đnstitutu 

ilə  birlikdə  qəbul  ediləcəkdir»    öhdəliyi  yerinə  yetirilməmiş,    Mədəniyyət  Nazirliyi 

uyğun fəaliyyətə cəlb olunmamışdır. 

 

8.  Arxeoloji tapıntıların kompüterləşdirilmiş kataloqu bu vaxta kimi  hazırlanmamışdır.  



 

Yuxarıda  sadalanan  uyğunsuzluqları  və  digər  neqativ  halları,  nöqsan  və  müşahidələri  nəzərə 

alaraq aşağıdakı tövsiyələr təklif olunur: 

 

Tövsiyələr: 



1.  Gələcək  fəaliyyətində  Podratçı  işləyib  hazırladığı  təlimatlandırma  kursunda 

arxeoloji məlumatlara aid sahəni daha geniş əhatə etsin.  

 

2.  Gələcək layihələrdə Podratçıya Nəzarət Planının tərtib edilməsini zəruri hesab 



edirik. 

 

3.  Mədəni  irsin  qorunması  sahəsi  mühüm  və  həssas  bir  sahə  olduğundan  bu 



sahədə  özünü  təftiş  mühüm  əhəmiyyət  kəsb  edir.  Gələcək  fəaliyyətində 

Podratçı bu faktı nəzərə almalıdır. 

 

4.  Mədəni irsin mühafizəsi üzrə strateji planın hazırlanması işi 



sürətləndirilməlidir.   

 

5.  Qoruq  ərazisinin  nəzarətsiz  qalan  hissəsi  ilə  bağlı  təcili  tədbirlər  görülsün. 



Qobustan Dövlət Tarixi Bədii Qoruğunun bəşəri əhəmiyyət daşıdığını nəzərə 

alaraq  Qoruğa  ola  biləcək  risklər  müəyyənləşdirilsin,  qiymətləndirilsin, 

sığorta məsələləri araşdırılsın, fövqəladə hallar üçün strategiya hazırlansın. 

 

6.  Arxeoloji  baxımdan  zəngin  ərazilərdəki  gələcək  fəaliyyətlərdə  operativ  



arxeoloji nəzarətin  təmin edilməsi gücləndirilməlidir. 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə