Microsoft Word ch report az doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix08.07.2018
ölçüsü0,51 Mb.
#53944
1   2   3   4   5   6   7   8   9   ...   17

Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 



7.  Təcili  olaraq  Azərbaycan  Respublikasının  Mədəniyyət  Nazirliyi  ilə  əlaqələri 

bərpa  edərək  tapıntıların  qanuni  sənədləşdirilməsini  təmin  edilsin.  BP,  BTC, 

SCP  şirkətləri  AMEA  Arxeologiya  Đnstitutu  və  Azərbaycan  Respublikasının 

Mədəniyyət  Nazirliyi  ilə  birlikdə  arxeoloji  abidələrin  qorunması  üzrə  birgə 

işçi qrupu yaratsın. 

 

8.  Arxeoloji tapıntıların kompüterləşdirilmiş kataloqunun hazırlanması 



sürətləndirilməlidir.  

 

Qənaətlər: 



 

1.  Layihənin  reallaşması  nəticəsində  Azərbaycan  Arxeologiya  elmi  yarandığı  vaxtdan 

bu günə qədər ən böyük həcmdə materiallara sahib olmuş, bundan sonra bir çox illər 

ərzində  öyrəniləcək  tədqiqat  obyektləri  əldə  etmişlər.  Đnstitutun  arxeoloji  tapıntı 

kolleksiyalarının sayı iki dəfə artmışdır. 

 

2.  Tədqiqatlar  nəticəsində  bir  sıra  dünya  və  ölkə  əhəmiyyətli  abidələr  aşkar  edilmiş, 



Azərbaycanın mədəni irsi xeyli zənginləşmişdir.  

 

3.  Azərbaycan mütəxəssisləri arxeologiya üzrə ən müasir texnologiyalar, nəzəri biliklər 



və  praktiki  vərdişlər  əldə  etmiş,  bu  sahədə  dünyanın  aparıcı  tədqiqat  mərkəzlərinin 

mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmış, yeni məlumatlara malik olmuşlar.  

 

4.  AMEA  Arxeologiya  və  Etnoqrafiya  Đnstitutunun  cəlb  olunmuş  əməkdaşları  yüksək 



peşəkarlıqları  və  məhsuldar  fəaliyyətləri  ilə  fərqlənmişlər.  Bununla  bərabər  tədqiqat 

qrupuna  paleontoloqların  cəlb  olunmaması  tədqiqatın  daha  geniş  intervalda 

aparılmasına  imkan  verməmişdir.  Çünki  Azərbaycan  ərazisi  III  və  IV  geoloji 

dövrlərin  paleofaunistik  (Binəqədi  faunası,  Pirəkəşkül  faunası,  Eldar  faunası)  və 

paleobotanik (Daşkəsən Qoşqarçay  Yura florası) daşlaşmış qalıqları ilə zəngindir. 

 

5.  Fəaliyyət  müddətində    müəyyən  əlaqələri  çıxmaq  şərti  ilə  BTC/CQBK  şirkəti 



Mədəniyyət  Nazirliyi  ilə  birbaşa  heç  bir  əlaqə  yaratmayıb,  işlərə  cəlb  etməyib, 

qazıntılar vaxtı əldə edilən tapıntılar haqda məlumatlandırmayıb.  

 

6.  Görülmüş  işlərin  KĐV-də  kifayət  qədər  işıqlandırılmaması  və  prosesdə  QHT-lərin 



iştirak etməməsi nəticəsində ictimaiyyətdə bəzi fikirlər formalaşmışdır. 

 

7.  Şirkət mədəni irsin mühafizəsi istiqamətində götürdüyü öhdəliklərə riayət etmiş, milli 



mədəni  irsə  qayğı  göstərmiş,  ona  hörmətlə  yanaşmışdır.  Şirkətin  mədəni  irsin 

mühafizəsi sahəsindəki fəaliyyəti qənaətbəxş  və səmərəli olmuşdur. 




Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 



I. GĐRĐŞ 

 

1.1.  Layihənin Məqsədləri 



 

Layihənin əsas hədəfi Azərbaycanın mədəni irsinin qorunması, BTC/CQBK-nin Azərbaycan 

ərazisindən  keçən  hissəsində  və  onun  yaxınlığındakı  ərazilərdə  yerləşən  sahələrin  arxeoloji  və 

tarixi-mədəni  abidələrinin  mühafizəsi,  idarə  olunması  və  davamlı  istifadəsi  hesab  edilir.  Başqa 

sözlə  desək  layihənin  məqsədləri  şirkətin  fəaliyyəti  zamanı  mədəni  irsin  mühafizəsi  və  idarə-

edilməsi  üzrə  götürdüyü  öhdəliklərin  və  uyğun  fəaliyyəti  tənzimləyən  tələblərin  yerinə 

yetirilməsinin  qiymətləndirilməsindən  ibarətdir.  Qiymətləndirmə,  əsasən,  aşağıdakı  istiqamətlər 

üzrə aparılmışdır:  

1.  CQBK-nin Mədəni Đrsin Qorunması sahəsindəki Fəaliyyət Planının yerinə yetirilməsinin 

auditi. 


 

2.  CQBK-nin Mədəni Đrsin Qorunması  sahəsindəki öhdəliklərinin icrasının auditi. 

 

3.  Mədəni  Đrsin  Qorunması  sahəsində  CQBK  ilə  podratçı  Consolidated  Contractors 



International  Company  (CCIC  şirkəti)  və  milli  tərəfdaşlar:  Azərbaycan  Milli  Elmələr 

Akademiyasının 

Arxeologiya 

və 


Etnoqrafiya 

Đnstitutu 

(AEĐ); 

Azərbaycan 



Respublikasının  Mədəniyyət  Nazirliyi  (AR  MN)  arasında  bağlanmış  müqavilələr  üzrə 

müvafiq öhdəliklərin icrasının auditi. 

 

4.  Arxeoloji  tapıntıların  qeydiyyatının,  təhvil-təslim  prosedurlarının,  mühafizəsinin, 



təqdimatının 

və 


kataloqlarının 

tərtibinin, 

tapıntılar 

haqqındakı 

hesabatların 

hazırlanmasının və ictimaiyyətə çatdırılmasının auditi. 

 

1.2.  Layihənin Həcmi, Diqqət Yetirdiyi Məsələlər və Həyata Keçirilmə Mümkünlüyü 



 

Layihənin  həcmi.  Qobustan  Dövlət  tarixi  Bədii  Qoruğunun  (Qobustan  Qoruğu)  bəşəri 

əhəmiyyətli  irsi  abidələrlə  bir  sırada  durmasını,  dünya  sivilizasiyası  beşiklərindən  biri  hesab 

edildiyini  rəhbər  tutaraq,  Azərbaycan  ərazisinin  qədim  dünya  əhəmiyyətli  arxeoloji  abidələrlə 

zəngin olduğuna əsaslanaraq, digər tərəfdən Azərbaycan ərazisində aktiv tikinti işlərinin bitdiyini 

nəzərə alaraq dördüncü bəndə xitam verilərək işlərin həcmi aşağıdakı şəkildə planlaşdırılmışdır: 

 Qobustan Dövlət Tarixi Bədii Qoruğu ərazisinə baxış; 

 Goranboy və Şəmkir tarix və diyarşünaslıq muzeylərinə baxış 

 

Audit üzrə diqqət yetirilən məsələlər. Qobustan Dövlət Tarixi Bədii Qoruğu ərazisində diqqət 



yetirilən  məsələlər  Şirkətin  Qoruqla  bağlı  üzərinə  götürdüyü  öhdəliklərin  adekvatlığının,  bu 

sahədəki milli və beynəlxalq qanunvericiliyə və tələblərə uyğunluğunun, bu öhdəliklərin  yerinə 

yetirilməsinin qiymətləndirilməsi kimi məsələlər ətrafında qurulmuşdur. 

Tarix  və  diyarşünaslıq  muzeylərində  diqqət  yerililən  məsələlər  abidələrin  mühafizəsi,  təhvil-

təslim  və  qeydiyyatı  məsələlərinin,  bu  sahədə  Şirkətlə  Milli  tərəfdaşların  birgə  fəaliyyətinin 

götürülmüş  öhdəliklərə,  bu  sahədəki  milli  və  beynəlxalq  qanunvericiliklərə  uyğunluğunun 

qiymətləndirilməsi kimi sahələr ətrafında cəmləşdirilmişdir. 

Layihənin həyata keçirilməsinin mümkünlüyü.  

Aşağıda sadalanan amillər auditin keçirilməsini mümkün etmişdir: 

•  Komanda  üzvləri  boru  kəmərlərinin  auditi  kurslarını  müvəffəqiyyətlə  keçmiş,  bu  sahə 

üzrə sertifikat almışlar;  

•  Komandada bütün fəaliyyətlər üzrə  cavabdeh adamlar müəyyənləşdirilmiş;  

•  Komanda üzvləri öz vəzifə və rolları üzrə məlumatlandırılmışlar;  

•  Audtin planlaşdırılmış həcm çərçivəsində aparılması üçün resursların mövcud olması; 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə