Microsoft Word ch report az doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix08.07.2018
ölçüsü0,51 Mb.
#53944
1   2   3   4   5   6   7   8   9   ...   17

Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 



•  Sahə  səfərlərinə  getməzdən  əvvəl  hər  bir  kəsin  tələb  və  öhdəliklər  üzrə  öz    vəzifələrini 

aydın təsəvvür etməsi; 

•  ACĐ-YF-nun maliyyə dəstəyi; 

•  MTŞ üzvləri , hami və beynəlxalq məsləhətçinin tövsiyələri 

 

1.3. 


Layihənin Đcrasına Yanaşma Meyarları 

 

Layihənin icrasına yanaşma meyarları, əsasən, iki istiqamətdə müəyyənləşdirilmişdir:  



1.  Mədəni Đrsin Qorunması üzrə Fəaliyyət Planındakı öhdəliklərin tələbləri; 

2.  Mədəni  Đrsin  Qorunması  üzrə  Fəaliyyət  Planına    dair  digər  daxili  təlimatlar,  qaydalar  və 

hesabatlar. 

Birinci istiqamət üzrə qeyd etmək lazımdır ki, Mədəni Đrsin Qorunması üzrə Fəaliyyət Planında 

götürülmüş 1578 öhdəlikdən 37 öhdəlik (2.3%) mədəni irsin idarə olunmasına həsr edilmişdir. 

Đlk vaxtlar layihə üzrə fəaliyyət qrafiklə üst-üstə düşürdü. Lakin sonrakı dövrlərdən (dekabr-yanvar 

ayları)  etibarən  BTC-nin  əsas  arxeoloqunun  Azərbaycanı  müvəqqəti  tərk  etməsi  nəticəsində 

auditin aparılmasında gecikmələr yarandı. Nəticədə planda nəzərdə tutulmuş bəzi işlərin, səfərlərin 

həyata  keçirilməsi  mümkün  olmadı  (məsələn,  planlaşdırılmış  Tovuz,  Aşağı-ayıblı  ərazilərinə 

səfərlər). 

 

1.4.  Audit Edilən Tərəfə  Dair Təfərrüatlar 



 

CQBK layihəsi üzrə yeddi maliyyə səhmdarının layihədəki pay bölgüsü aşağıdakı kimi 

olmuşdur: 

 

BP (texniki operator – 25.5%); 



 

Statoyl (kommersiya operatoru – 25.5%); 

 

ARDNŞ (10%); 



 

LUKAcip (10%); 

 

NĐKO (10%); 



 

Total (10%); 

 

TPAO (9%). 



 

CQBK KO-nun fəaliyyətində  CCĐC qismində bir podratçı şirkət, Azərbaycan Respublikasının 

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya 

Đnstitutu qismində iki milli tərəfdaşı mövcuddur.  

BTC/CQBK  layihəsinin  Azərbaycan  hissəsi  podratçı  təşkilatlar  olan  CCĐC  (Consolidated 

Contractors  International  Company)  və  Spie  Capag/Petrofac    şirkətləri  tərəfindən  həyata 

keçirilir.  Podratçı  təşkilat  olan  CCĐC  bilavasitə  kəmərin  çəkilişi  ilə  məşğul  olmuşdur.  Podratçı 

şirkət  tərəfindən  arxeoloji  işlərə  nəzarət  layihənin  ətraf  mühit  üzrə  meneceri  tərəfindən  həyata 

keçirilmiş, özünün məxsusi arxeoloq əməkdaşı olmamışdır.  

Milli tərəfdaş adlanan AMEA Arxeologiya və Etnoqrafiya Đnstitutu Arxeologiya və etnoqrafiya 

sahəsində  keçmiş  SSRĐ-nin  aparıcı  və  mötəbər  institutlarındandır.  Đnstitutda  bir  sıra  beynəlxalq 

miqyasda tanınmış mütəxəssislər çalışırlar. Đnstitut tərəfindən layihədə ümumilikdə 30 nəfərdən 

artıq əməkdaş çalışmışdır.  

Üç ölkədən keçən boru  kəməri dəhlizi boyunca  ən qədim və çox  yüksək əhəmiyyət kəsb  edən, 

yaşı  6500  il  ətrafında  olan  Acstafa  rayonunun  Böyük  Kəsik  kəndində  aşkar  edilmiş  arxeoloji 

sahə  Eneolit  Dövrünə  aid  olub  Azərbaycanla  Mesopotamiya  arasında  sıx  mədəni  bağların 

olduğunu sübut etmişdir. 



Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 



Aparılmış tədqiqat işləri nəticəsində Azərbaycan ərazisində Qafqazın ən qədim eneolit (xalkolid) 

kurqanı  tapılmış,  Azərbaycanda  ilk  Son  və  Orta  Tunc  Dövründən  Đlk  Dəmir  Dövrlərinə  (3500 

2800  il  əvvəl)  aid  kurqanlar  və  nekropollar,  antik  dövrlərə  aid  dəfn  və  yaşayış  məskənləri,  Đlk 

Orta Əsrlərə aid maddi mədəniyyət nümunələri aşkar edilmişdir. 

   

BTC və CQBK KO tərəfindən işlərə nəzarəti  həyata keçirən və bu sahəyə aidiyyatı olan şəxslər 



ətraf  mühit  üzrə  menecer,  şirkətin  arxeoloqu,  ətraf  mühit  üzrə  nəzarətçi,    ictimai  əlaqələr  üzrə 

mütəxəssis olmuşlar. 

 

1.5.  Boru Kəməri Layihəsi Haqqında Ümumi Məlumat və Audit Mövzusunun Təqdimi 



 

Cənubi Qafqaz Boru Kəməri. Cənubi Qafqaz Boru Kəməri – Şah Dənizdə hasil olunan qazın 

Azərbaycan  və  Gürcüstandan  keçərək  Türkiyə  sərhədlərinə  çatdırmaq  məqsədi  daşıyır.  CQBK-

nin  Bakı-Tbilisi-Ceyhan  (BTC)  neft  kəmərinə  paralel  inşa  edilməsində  məqsəd  ətraf  mühit  və 

sosial  sahəyə  təsiri,  kapital  və  istismar  xərclərini  minimuma  endirmək  məqsədi  daşıyır.  CQBK 

Şirkətinin investisiya səhmdarları PSA ilə eynidir. 

 

Uzunluğu – 690 km (Azərbaycan 442 km, Gürcüstan-248 km); 



 

Diametri – 42 düym; 

 

Mərhələ 1-in tutumu 7.7 bcma (~mlrd. m



3

/il) (760 mmscfd); 

 

Ümumi tutumu 20 bcma (mlrd. m



3

/il); 


 

Ümumi investisiya 950 mln. ABŞ dolları; 

 

Tikintinin başlanma tarixi: 3K 2004; 



 

Plan  üzrə  bitmə  tarixi:  4K  2005  (lakin  istifadəyə  verilməsi  2006-cı  ilin  2-ci  yarısı 

gözlənilir); 

 

Ətraf mühitin mühafizəsinə çəkilən xərclər (Azərbaycan–4 mln. ABŞ dolları, Gürcüstan-



4 mln. ABŞ dolları); 

 

Tikintidə iştirak edən işçilərin sayı-4200 nəfər (Azərbaycan və Gürcüstan); 



 

Texniki operator-BP; 

 

Maliyyə operatoru-Statoyl.  



 

BTC/CQBK öz fəaliyyəti zamanı mədəni irsə ola biləcək təsirləri minimuma endirmək və idarə 

etmək  məqsədi  ilə  ƏMSSTQ  tədbirləri  həyata  keçirmiş  və  arxeoloji  abidələrin  idarə  olunması 

mexanizmini  işləyib  hazırlamışdır.  Bu  sənədlərdə  həm  köhnə  arxeoloji  əhəmiyyət  daşıyan 

sahələr  müəyyənləşdirilmiş,  həm  də  potensial  sahələr  proqnozlaşdırılmış  və  sahə-tədqiqat  işləri 

aparılmışdır.  Bəzi  sahələrdə  tədqiqat  işləri  genişləndirilmiş,  nəzərdə  tutulan  sahələrdən 

kənaraçıxma halları olmuşdur ki, bu da öhdəlikdən gələn müddəalardan doğur. 

BTC/CQBK  Azərbaycanın  milli  mədəni  irsini,  regionda  onun  mövqeyini  adekvat 

qiymətləndirərək arxeoloji heyətin tərkibinə Böyük Britaniya və ABŞ-dan beynəlxalq ekspertlər 

cəlb  etmişdir.  Azərbaycan  arxeoloqlarının  gərgin  və  məhsuldar  əməyi  sayəsində  bir  sıra  dünya 

və regional əhəmiyyətli arxeoloji tapıntılar aşkar edilmişdir. Hələ 2001-2002-ci illərdə aparılmış 

ilkin  tədqiqatlar  dövründə  80-ə  yaxın  arxeoloji  sahə  aşkar  edilmişdir.  Arxeoloji  əhəmiyyətini 

müəyyənləşdirmək üçün tikintidən əvvəl on altı sahədə yoxlama aparılmışdır. Aşkar edilmiş dörd 

sahə arxeoloji əhəmiyyətə malik olmuş və bu sahələrdən yan keçmək mümkün olmamışdır. 

Arxeoloji  abidələr  bəşər  tarixinin  bir  hissəsi  olduğundan  onların  mühafizəsi  yüksək  bəşəri  irsi 

əhəmiyyət  kəsb  edir.  Onlara  münasibət  nəinki  hər  bir  millətin,  bütövlükdə  bəşəriyyətin  ümumi 

mədəniyyətinin, sivilizasiya və humanistliyinin göstəricisidir.  

Bu  baxımdan  istənilən  tikinti-mühəndis  fəaliyyəti  zamanı  arxeoloji  tapıntıların  idarə  olunması 

məsələsi  böyük  əhəmiyyət  daşıdığından  BTC/CQBK-nın  və  ACĐ-YF-nun  birlikdə  atdığı  bu 

addım çox təqdirəlayiqdir. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə