Microsoft Word ch report az doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix08.07.2018
ölçüsü0,51 Mb.
#53944
1   2   3   4   5   6   7   8   9   ...   17

Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

10 



 

II. Metodologiya 

 

2.1. 


Auditi Həyata Keçirən Qrup Üzvləri və Onların Komandada Rolu Barədə 

Məlumat  

 

Audit  qrupu  üzvləri  4  milli  qeyri-hökumət  təşkilatı  nümayəndələrindən  və  bir  nəfər  tələbədən 



ibarət  olmuşdur.  Qrup  üzvləri  Açıq  Cəmiyyət  Đnstitutu  Yardım  Fondunun  Azərbaycan  filialı 

tərəfindən  müsabiqə  yolu  ilə  seçilmişdir.  Daha  sonra  qrup  audit  üzrə  beynəlxalq  hami  cənab 

Klayv  Morqan  tərəfindən  aparılmış  boru  kəmərlərinin  auditi  üzrə  mühazirələri  dinləmiş  və 

uyğun  fəaliyyət  üzrə  sertifikat  almışdır.  Aşağıdakı  cədvəldə  komanda  üzvləri  və  onların  təmsil 

etdiyi təşkilatlar,  qrup üzvlərinin rolları barədə məlumatlar təqdim edilmişir (Əlavə 1). 

 

 



2.2.Audit Zamanı Đstifadə Edilən Metodlar 

 

Audit  zamanı  sənədlər  onların  adekvatlığı,  milli  və  beynəlxalq  qanunvericiliyə  uyğunluğu 



baxımından  diqqətlə  araşdırılmış,  fəaliyyətin  götürülmüş  uyğun  öhdəliklərə  cavab  verdiyini 

qiymətləndirmək  məqsədi  ilə  sahə  səfərləri  həyata  keçirilmiş,  şirkətin  uyğun  sahə  üzrə 

əməkdaşları,  podratçı  təşkilatlar  və  milli  tərəfdaşlarla  görüşlər  keçirilmiş,  müsahibələr 

aparılmışdır.  

 

2.3. 


Nümunələrin Seçilməsinin Əsaslandırılması 

 

 



Muğan Düşərgəsinə səfər sənədlərlə tanışlıq məqsədi daşıyırdı; 

 

Qobustan  Dövlət  Tarixi  Bədii  Qoruğu  ərazisinə  baxış  bu  ərazinin  mühüm  bəşəri  irsi 



əhəmiyyəti  daşıması  və  orda  yeni  petroqliflərin  tapılması  ilə  bağlı  audit  aparılması 

məqsədi ilə nəzərdə tutulmuşdu; 

 

Aralıq  ərazilərə  baxış  BTC-nin  milli  QHT-lər  tərəfindən  aparılmış  keçən  ilki 



monitorinqin hesabatında qeyd edilmiş iradın auditi məqsədi daşıyırdı 

 

Şəmkir, Aşağı-Ayıblı, Goranboy ərazilərinə baxış icma şikayətlərinin idarə olunmasının 



auditi məqsədi daşıyırdı; 

 

Aktiv  tikinti  sahələrinə  baxış  (prosedurların  həyata  keçirilməsinin  auditi  məqsədini 



nəzərdə tuturdu 

 

 



  Elman Yusifov (əlaqələndirici): CQBK-nin fəaliyyəti zamanı Mədəni  Đrsin Qorunması 

üzrə götürülmüş öhdəliklərin auditi ilə bağlı fəaliyyətin idarə edilməsi, aparılmış qeydlərə 

nəzarət, ilkin audit məlumatlarının toplanması və emalı, yekun hesabatın hazırlanmasına 

məsul şəxs 

  Fəridə Hüseynova (qrup üzvü) :   CQBK-nin  milli  tərəfdaşlarının  fəaliyyəti  zamanı 

Mədəni  Đrsin  Qorunması  üzrə  götürülmüş  öhdəliklərin  icrasının  auditi    və  uyğun  sahə 

üzrə hesabatların hazırlanmasına məsul şəxs 

  Ceyhun  Musayev  (qrup  üzvü)  :    CQBK-nin  podratçı  təşkilatının  fəaliyyəti  zamanı 

Mədəni  Đrsin  Qorunması  üzrə  götürülmüş  öhdəliklərin  icrasının  auditi    və  uyğun  sahə 

üzrə hesabatların hazırlanmasına məsul şəxs 

  Ağa  Əliyev  (qrup  üzvü):  CQBK-nin  fəaliyyəti  zamanı  Mədəni  Đrsin  Qorunması  üzrə 

götürülmüş öhdəliklərin icrasının auditi  və uyğun sahə üzrə hesabatların hazırlanmasına 

məsul şəxs 

  Səltənət Zülfüqarova (tələbə): 

Audit  prinsipləri  və  qaydaları  ilə  tanış  olmaq,  bu 

sahədəki bilik və bacarıqlar qazanmaq, audit prosesində iştirak etmək 




Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

11 



2.4. 

Audit Proqramı 

 

Audit Proqramına əsasən ilk öncə ilkin sənədlərlə tanışlıq nəzərdə tutulmuşdur. Zəruri hallarda 



əlavə  sənədlərlə  tanışlıq  qərara  alınmışdır.  Sənədlərlə  tanışlıqdan  sonra  görüşlərin  həyata 

keçirilməsi  planlaşdırılmışdır.  Bu  görüşlərin  BTC  əməkdaşları,  milli  tərəfdaş-AMEA 

Arxeologiya və Etnoqrafiya Đnstitutunun əməkdaşları və podratçı CCĐC şirkətinin əməkdaşları ilə 

həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

Görüşlərin  nəticələri  dəqiqləşdirildikdən  sonra  sahə  səfərlərinin  həyata  keçirilməsi  nəzərdə 

tutulmuşdur.  BTC  əməkdaşlarının  müşayiəti  ilə  Goranboy  və  Şəmkir  Tarix  və  Diyarşünaslıq 

muzeylərində  eksponatların  təhvili  və  mühafizəsi  ilə  bağlı  muzey  əməkdaşları  ilə  görüşlərin 

keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir.  Görüş və sahə səfərləri üzrə təqvim planı Əlavə 

2-də verilmişdir. 

Burada  qeyd  olunan  hər  tədbir  həyata  keçirilməzdən  əvvəl  audit  qrupunun  bütün  üzvlərinin 

görüşü keçirilir, vəzifələr, görüləcək işlər dəqiqləşdirilir, üzvlər arasında vəzifə bölgüsü bir daha 

aydınlaşdırılırdı. 

Hər  bir  tədbir,  görüş,  səfər  həyata  keçirildikdən  sonra  qrup  onun  nəticəsi  olaraq  toplanır, 

hazırlanacaq  yazılı  məlumatı  üzvlər  arasında  bölüşdürür,  məsələlərə  aydınlıq  gətirir,  ara 

hesabatın hazırlanma vaxtını müəyyən edirdi. 

Đlkin audit planına əsasən audit obyektləri qismində aşağıdakı sahələr nəzərdə tutulmuşdu: 

 

Muğan düşərgəsinə baxış (sənədlərlə tanışlıq məqsədi ilə); 



 

Qobustan  ərazisinə  baxış  (Qobustan  Dövlət  Tarixi  Bədii  Qoruğu  ərazisinin  və  tapılmış 

heyvan petroqliflərinin vəziyyətinin auditi məqsədi ilə); 

 

Aralıq  ərazilərə  baxış  (BTC-nin  milli  QHT-lər  tərəfindən  aparılmış  keçən  ilki 



monitorinqin hesabatında qeyd edilmiş irada əsasən); 

 

Şəmkir  (KP  347-357),  Aşağı-Ayıblı  (KP  358-363),  Goranboy  ərazilərinə  baxış  (icma 



şikayətlərinin idarə olunmasının auditi məqsədi ilə); 

 

Aktiv tikinti sahələrinə baxış (prosedurların həyata keçirilməsinin auditi məqsədi ilə) 



Sənədlər  BP-nin şəhərdəki ofislərində saxlandığından birinci bəndin nəzərdə tutduğu  fəaliyyətə 

ehtiyac olmadı.  

Üçüncü  bəndə  gəldikdə,  qeyd  etmək  lazımdır  ki,  bu  ərazilərin  audit  obyekti  kimi  seçilməsinə 

əsas  səbəb  keçən  ilin  monitorinq  hesabatlarındakı  qeydlər  olmuşdur.  Belə  ki,  Milli  QHT-lər 

tərəfindən  monitorinq  üzrə  uyğun  sahədəki  işçi  qrupun  Yekun  Hesabatında    qeyd  edilir  ki, 

«Səngəçal-Yevlax  rayonları  arasında  əhəmiyyətli  arxeoloji  tapıntılara  rast  gəlinməməsi  işçi 

qrupda təəcüb doğurur» (Bölmə 1, səh.7). Lakin AMEA Arxeologiya və Etnoqrafiya Đnstitutunun 

mütəxəssisləri  və  arxeoloq-alimləri  ilə  müsahibələr  zamanı  bəlli  oldu  ki,  bu  sahələrdə  nəzəri 

olaraq maraqlı sahə  gözlənilmirdi. Bu fərziyyə praktikada da özünü doğrultdu (Hacıqabulda 18 

şuft qazılmasına baxmayaraq mədəni təbəqəyə rast gəlinməmişdir). 

 

2.5. 


Đlkin Tələb Olunan Sənədlər 

 

Auditin ilkin mərhələsində bir sıra sənədlər nəzərdən keçirilmişdir.   



Tərtib  edilmiş  və  Şirkət  ilə  razılaşdırılmış  audit  planına  əsasən    auditi  nəzərdə  tutulmuş  ilkin 

sənədlər aşağıdakılar olmuşdur: 

 

Mədəni Đrsin Menecmenti Planı; 



 

CQBK-nin Mədəni Đrsin Qorunması üzrə öhdəlikləri; 

 

2004-2005-ci illərdə aparılmış mədəni irsə aid daxili və xarici audit hesabatları; 



 

Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi. Bakı-Tbilisi-Ceyhan neft boru 

kəmərinin Azərbaycan hissəsi. Hesabat. May 2002-ci il; 

 

Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi. Bakı-Tbilisi-Ceyhan neft boru 



kəmərinin Azərbaycan hissəsi. 2-ci cild. Marşrut üzrə Ekoloji və Sosial məlumatları əks 

etdirən xəritələr. May 2002-ci il; 

 

CQBK tərəfindən tikinti aparılan həssas sahələr üzrə hesabatlar 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə