Microsoft Word ch report az doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix08.07.2018
ölçüsü0,51 Mb.
#53944
1   2   3   4   5   6   7   8   9   ...   17

Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

12 



Bu  sənədlərlə  tanışlıqdan  sonra  audit  heyəti  əlavə  sənədlərə  ehtiyac  olduğu  qənaətinə  gəldi  və 

növbəti sənədlərin auditə cəlb olunmasını tövsiyə etdi.  

  Aşağıdakı siyahıda auditə  cəlb  olunmuş  əlavə  sənədlərin siyahısı təqdim edilmişdir: 

 

№010/C saylı  Ekoloji və sosial idarəetmə sistemi (ESĐS) üzrə təlimat kitabçası; 



 

BTC-nin "Oxford Archaeology" tərəfindən Mədəni Đrsin Menecmenti üzrə 08.10.2004-cü il 

tarixdə aparılmış audit hesabatları; 

 

BTC-nin milli QHT-lər tərəfindən aparılmış 2005-ci ilin yekun Hesabatı; 



 

BTC  ilə  AMEA  Arxeologiya  və  Etnoqrafiya  Đnstitutu  arasında  bağlanmış  müqavilənin 

uyğun hissələri (№C-03-BTC-55942); 

 

Müxtəlif KP-lərə aid  (Aşağı-Ayıblı: 361; 358-357.5, Tovuzçay: 378, Poylu: 409.2, 409.1, 



408, 406) Arxeoloji Qazıntı Tədqiqatlarının Yazılı Planı; 

 

BTC-nin sponsorluğu ilə 14-17.12.2005 tarixdəki Mədəni Đrsin Menecmenti üzrə "Qafqazın 



Arxeologiyası, Etnologiyası və Folkloru" mövzusundakı konfransın materialları; 

 

Mədəni Đrsin Menecment Planının F 5 hissəsinin layihəsi (Đş haqqında hesabat-Mərhələ 5, 



C.03.BTC-55942 saylı müqavilə); 

 

Son arxeoloji tapıntıların prosedur və protokol sənədləri  (03.06.03 tarixli, AGT001); 



 

AMEA  Arxeologiya  və  Etnoqrafiya  Đnstitutunun  19.07.2002  tarixli,  52-22-125  tarixli 

aparılmış arxeoloji tədqiqatlar haqqındakı hesabatı; 

 

KP  378-də  mədəni  irsə  təsirin  minimuma  endirilməsi  üzrə  marşrutun  dəyişdiriməsi 



haqqında  03.08.2004  tarixli,  №DCR-EN-00013  saylı  SCP001-MS10-PL-ALS-05379SCP 

və BTC001-B110-PL-ALC-05379BTC sənədləri; 

 

2.6. 


Sənədlərə Baxış və Sorğu Vərəqələrinin Hazırlanması 

 

Sənədlərlə tanışlıqdan sonra aşağıdakı struktura malik sorğu vərəqələri hazırlanmışdır: 



 

CQBK-nin Mədəni Đrsin Qorunması üzrə götürülmüş öhdəliklərinin auditi üzrə sorğu 

vərəqəsi. 

 

CQBK-nin  podratçı  təşkilatı  olan  CCĐC  şirkətinin  fəaliyyətinin  Mədəni  Đrsin 



Mühafizəsi üzrə götürülmüş öhdəliklərinin auditinin sorğu vərəqəsi. 

 

CQBK-nin  Milli  tərəfdaşı  olan  AMEA  Arxeologiya  və  Etnoqrafiya  Đnstitutunun 



fəaliyyətinin Mədəni Đrsin Mühafizəsi üzrə götürülmüş öhdəliklərinin auditinin sorğu 

vərəqəsi. 

 

CQBK-nin  Milli  tərəfdaşı  olan  Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyinin 



fəaliyyətinin  Mədəni  Đrsin  Mühafizəsi  üzrə  götürülmüş  öhdəliklərin  auditinin  sorğu 

vərəqəsi. 

 

Arxeoloji  tapıntıların  mühafizəsinin,  təqdimatının  və  kataloqlarının  tərtibinin, 



tapıntılar  haqqındakı  hesabatların  hazırlanmasının  və  ictimaiyyətə  çatdırılması 

proseduralarının auditi. 

Sorğu vərəqələrinin  təfərrüatları Əlavə 3-də verilmişdir. 

 

III. Müşahidələr, Audit Zamanı Aşkar Edilən Məsələlər və Onların Təhlili 



 

Layihə  üzrə  arxeoloji  axtarışlar  strategiyası  iki  prinsipə  əsaslanmışdır:  mütərəqqi  və  müasir 

qiymətləndirmənin aparılması və boru kəməri tikintisindən yaranan təsirlərin yumşaldılması.  

Hazırlanmış strategiya özündə 5 mərhələni əhatə edir: 

Mərhələ 1 - Çöl axtarışları və aeorfotoçəkilişlərin öyrənilməsi də daxil olmaqla ilkin vəziyyətin 

tədqiqindən  ibarət  olmuşdur.  Məhz  bu  mərhələnin  nəticələri  əsasında  arxeoloji  abidələrin 

menecment planı hazırlanmışdır. 

Mərhələ  2  -  Kəşfiyyat  quyularının  (şurfların)  qazılması  və  ilkin  tədqiqatların  aparılmasından 

bəhs edir. 

Mərhələ  3  -  Arxeoloji  abidələrin  zədələnmə  təhlükəsi  olan  sahələrin  müfəssəl  tədqiq 

edilməsindən ibarətdir. 



Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

13 



Mərəhəl  4  -  Tikinti  zamanı  fəaliyyət  –  işlərin  uyğunluğuna  nəzarət  və  yeni  aşkar  edilmiş 

arxeoloji obyektlərin tədqiqinə şəraitin yaradılmasını nəzərdə tutmuşdur. 

Mərhələ  5    -  Tikiti  qurtardıqdan  sonrakı  fəaliyyət  –  tapıntıların  təhlili,  arxivləşdirmə, 

hesabatların hazırlanması, nəticələrin ictimaiyyətə çatdırılmasını nəzərdə tutmuşdur.  

 

Audit üçün təqdim olunmuş sənədlərin götürülmüş öhdəliklərə uyğunluğunun qiymətləndirilməsi 



nəticəsində müəyyən olunmuşdur ki, hazırlanmış sənədlər: 

 

Milli  qanunvericiliyə,  o  cümlədən  Azərbaycan  Respublikasının  "Tarix  və  mədəniyyət 



abidələrinin qorunması haqqında" 1998-ci il 10 aprel tarixli, №470-ĐQ saylı qanuna tam 

uyğundur; 

 

Mədəni Đrsin Mühafizəsi üzrə müasir tələblərə tam şəkildə cavab verir. 



Bundan əlavə, "Oxford Archaeology" tərəfindən Mədəni Đrsin Menecmenti üzrə 08.10.2004-cü il 

tarixdə aparılmış audit hesabatlarına görə, sənədlər: 

 

Beynəlxalq qanunvericiliyin tələblərinə tam uyğundur;  



 

Kreditorların, beynəlxalq maliyyə korporasiyalarının prinsiplərinə tam uyğundur; 

 

Beynəlxalq standartlara və təşkilatın öhdəliklərinə tam uyğundur. 



 

3.1.  


CQBK-nin Mədəni Đrsin Qorunması Sahəsindəki Fəaliyyət Planının Yerinə 

Yetirilməsinin Auditi  

 

Mədəni  Đrsin  Menecmenti  Planı  ƏMSSTQ-nin  bir  hissəsi  kimi  CQBK-dən  mədəni  irsə  ola 



biləcək  mənfi  təsirlərin  minimuma  endirilməsi,  müsbət  təsirlərin  isə  gücləndirilməsi,  o 

cümlədən: 

 

 

Boru  kəməri  layihəsi  zamanı  mədəni  irsin  mühafizəsi,  inşaat  işləri  aparılan  yerlərin 



yaxınlığında sahələrin qorunması; 

 

 



Tikintidən əvvəl mümkün olan yerlərdə kəmər xəttinin dəyişdirilməsi; 

 

 



Đnşaat zamanı arxeoloji qazıntıların aparılması məqsədi daşıyır.  

 

Bu planda fəaliyyət zamanı ən azı aşağıdakı sahələrə diqqət yetirilməsi nəzərdə tutulmuşdu: 



 

Đcraçının əməkdaşlarının təlimi; 

 

 

Tikinti sahələrinin ayrıca sipərlərlə mühafizə olunması; 



 

 

Təhlükəsiz yolların təmin olunması; 



 

 

Tikinti aparılan rayonlarda mədəni irsə ehtiramla yanaşmaq; 



 

 

Fəaliyyət  zamanı  ehtimal  olunan  arxeoloji  sahələrin  yaxınlığında  işlərin  dayandırılması 



mexanizminin hazırlanması; 

 

 



Mümkün olan yerlərdə xətlərin xırda dəyişikliklərinin razılaşdırılması mexanizmi; 

 

 



Sahənin buraxılması haqqında razılaşdırma mexanizmi;  

 

Sənədlərə  baxış  keçirildikdən  sonra  5  faza  üzrə  Qobustan  Qoruğu,  Şəmkir  və  Goranboy 



Muzeyləri sahələrində sənədlərin auditi aparılmışdır. 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə