Microsoft Word ch report az doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix08.07.2018
ölçüsü0,51 Mb.
#53944
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

14 



 

3.1.1. Öhdəlik: 

"Ekoloji və sosial idarəetmə sistemi (ESĐS) üzrə təlimat kitabçası"nda  (Podratçının təlimi. Bənd 

6.3.2.2.) qeyd edilir ki, «tikinti podratçıları layihənin bütün işçi heyəti üçün nəzərdə tutulmuş 2 

günlük təlimatlandırma kursu işləyib hazırlamışdır» 

 

Müşahidə:   



Mədəni  Đrsin  Menecmenti  Planında  podratçı  haqqında  heç  bir  öhdəlik  verilmədiyi  halda  ESĐS 

sənədində  deyilir  ki,    podratçı  təlimatlandırma  kursu  işləyib  hazırlamışdır.  Audit  zamanı  təlim 

məşğələlərinin  keçirilməsi  haqda  sübutlar  təqdim  edildi.  Lakin  podratçının  hazırladığı  50 

səhifəlik təlimatlandırma kursunun cəmi 2 səhifəsi arxeoloji məlumatlara aid olmaqla bu sahəni 

tam əhatə etməmişdir.  

 

Təhlil: 



 

Arxeologiya sahəsində işçi heyətinin aldığı məlumatlar qazıntı işləri zamanı arxeoloji tapıntıların 

üzə  çıxarılması  ilə  bağlı  zəruri  fəaliyyətlərin  tam  səviyyədə  yerinə  yetirilməsi  üçün  kifayət 

etməmişdir.    2005-ci  ildə  podratçının  fəaliyyəti  zamanı  Ağstafa  rayonu  Qıraq-Kəsəmənli  kənd 

qəbristanlığının    zədələnməsi  faktı  buna  misal  ola  bilər.  Bu  da  KĐV-də  BTC/SCP-nin  uyğun 

fəaliyyəti haqqında ziddiyyətli fikirlərin səslənməsinə səbəb olmuşdur. 

 

Tövsiyə: 



 

Gələcək  fəaliyyətində  Podratçının  işləyib  hazırladığı  təlimatlandırma  kursunda  arxeoloji 

məlumatlara aid sahəni daha geniş əhatə etməsi tövsiyə olunur. 

 

3.1.2. Öhdəlik: 



"Ekoloji  və  sosial  idarəetmə  sistemi  (ESĐS)  üzrə  təlimat  kitabçası"na  əsasən  «Layihənin  tikinti 

mərhələsi  ərzində  podratçının  həyata  keçirdiyi  fəaliyyətlər  Podratçıya  Nəzarət  Planlarıdır.  Bu 

planlar mənbə sənədlərindəki bütün öhdəliklərin aydın başa düşülməsini və çatdırılmasını təmin 

etmək üçün BTC Co. Şirkəti tərəfindən işlənib hazırlanmışdır» (Podratçının fəaliyyətinə operativ 

nəzarət. Bənd 6.3.6.1.). 

 

Müşahidə: 



Podratçıya nəzarət planı təqdim edilmədi. 

 

Təhlil: 



"Ekoloji və sosial idarəetmə sistemi (ESĐS) üzrə təlimat kitabçası"nda qeyd edilən Podratçıya 

Nəzarət Planına rast gəlinmədi. 

 

Tövsiyə: 



Podratçıya Nəzarət Planının tərtib edilməsini zəruri hesab etdiyimizdən gələcək layihələrdə bu 

məsələnin nəzərə alınmasını tövsiyə edirik.  

 

3.1.3. Öhdəlik: 



"Ekoloji və sosial idarəetmə sistemi (ESĐS) üzrə təlimat kitabçası"nda  qeyd edilir ki, «Audit 

proqramı üç əsas fəaliyyətdən ibarətdir:  

 

Podratçının özünü təftiş etməsi; 



 

Podratçının BTC tərəfindən auditi; 

 

Xarici auditlər (ESĐS  auditi. Bənd 6.4.4.1.). 



 

Müşahidə: 

Podratçının BTC/SCP tərəfindən auditi aparılmışdır. BTC-nin məsul işçiləri bildirirlər ki, mədəni 

irsin idarəetməsi podratçının vəzifələrinə daxil deyil, onlar özləri bu sahəyə nəzarət edirlər və bu 




Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

15 



səbəbdən CCĐC-ni mədəni irsin qorunmasına dair audit etməyə ehtiyac yoxdur. Lakin bu 

dəyişikliklər haqda heç bir sənəd təqdim olunmadı. Yalnız «Oksford Arxeoloji» təşkilatı 

tərəfindən xarici audit aparılmışdır. Podratçının özünü təftiş sənədlərinə isə rast gəlinmədi. 

 

Uyğunsuzluq: 



Götürülmüş öhdəliyə əsasən podratçının özünü təftiş etməsi nəzərdə tutulduğu halda (bənd 

6.4.4.) bu fəaliyyət həyata keçirilməmişdir. 

 

Tövsiyə: 



Mədəni irsin qorunması sahəsi mühüm və həssas bir sahə olduğundan bu sahədə özünü təftiş 

mühüm əhəmiyyət kəsb edir. Gələcək fəaliyyətində Podratçı bu faktı nəzərə almalıdır. 

 

3.1.4. Öhdəlik: 



ƏMSSTQ sənədində Qobustan Dövlət Tarixi Bədii Qoruğu ilə birlikdə mədəni irsin mühafizəsi 

üzrə strateji plan hazırlanacağı qeyd edilmişdir. 

 

Müşahidə: 



Sənəd hələ də hazırlanıb başa çatdırılmamışdır. Görüş zamanı bu halın Qobustan Dövlət Tarixi 

Bədii Qoruğu rəhbərliyində də təəssüf doğurduğu qeyd edildi. 

 

Təhlil: 


ƏMSSTQ sənədində Qobustan Dövlət Tarixi Bədii Qoruğu ilə birlikdə mədəni irsin mühafizəsi 

üzrə strateji plan hazırlanacağı qeyd edilməsinə baxmayaraq, sənəd hələ də hazırlanmamışdır. 

 

Tövsiyə: 



Mədəni irsin mühafizəsi üzrə strateji planın hazırlanması işi sürətləndirilməlidir. 

 

 



3.2. CQBK-nin Mədəni Đrsin Qorunması  Sahəsindəki Öhdəliklərinin Đcrasının Auditi 

 

Bu  sahədəki  fəaliyyətlərin  və  götürülmüş  öhdəlikləin  icrasının    auditi  məqsədi  ilə    Qobustan 



Dövlət Tarixi Bədii Qoruğuna səfər edilmişdir.  

Məlumdur  ki,  boru  kəmərinin  bir  hissəsi  bəşəri  əhəmiyyətli  tarixi  abidənin  -  Qobustan  Dövlət 

Tarixi Bədii Qoruğunun ərazisinin (kəmərin 900 metrlik hissəsi Qoruğun 400 m dərinliyinə daxil 

olur)  yaxınlığından keçir. BTC/CQBK bu sahədə götürdüyü öhdəliyə  əsasən Qoruğa olan təsiri 

öz imkanları daxilində minimuma endirməyə çalışmışdır. 

  

3.2.1.  Öhdəlik: 



CQBK-nin  Mədəni  Đrsin  Qorunması  üzrə  647-ci  (650)  öhdəliyə  əsasən    «Boru  kəmərinin 

marşrutu  Qobustan  Mədəni  Qoruğuna  mümkün  qədər  yaxın,  kifayət  qədər  təsirə  məruz  qalmış 

sahədən  və  arxeoloji  əhəmiyyət  kəsb  edən  məlum  ərazilərdən  kənardan  keçməklə  çəkilmişdir. 

Hər  hansı  arxeoloji  tapıntıların  olub-olmamasını  müəyyən  etməkdən  ötəri  bu  ərazidə  sınaq 

xəndəklər qazılacaq və Mədəni Đrsin Đdarə olunması Planına (Bölmə 2a, Fon Məlumatı Qoşması) 

müvafiq qaydada təsir səviyyəsinin aşağı salınması üçün strategiya işlənib hazırlanacaq» 

 

Müşahidə: 



Şirkətin arxeoloqları tikinti podratçısının əməkdaşları arasında təlimatlar keçirmişlər; 

Şirkətin  arxeoloqu  işçilərin  arxeoloji  maarifləndirilməsi  istiqamətində  mühüm  işlər  görmüş, 

arxeoloji tapıntılar əsasında hazırlanmış orijinal elektron təqdimatı əməkdaşlar arasında nümayiş 

etdirilmişdir. Şirkətin arxeoloqunun bu yolda xüsusi xidməti qeyd edilir. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə