Microsoft Word ch report az doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix08.07.2018
ölçüsü0,51 Mb.
#53944
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

16 



 

Təhlil:  

Bu müsbət hal kimi qiymətləndirilir 

 

3.2.2. Öhdəlik: 



CQBK-nin  Mədəni  Đrsin  Qorunması  üzrə  206-cı  (156)  öhdəliyə  əsasən  «boru  kəməri  marşrutu 

elə çəkilməlidir ki, mümkün olduqca məlum arxeoloji sahələrdən yan keçsin»;  

ƏMSSTQ və MĐMP-da qeyd edilir ki, CQBK öz üzərinə mədəni irsə ola biləcək mənfi təsirlərin 

minimuma endirilməsi və müsbət təsirlərin isə gücləndirilməsi öhdəliyini götürmüşdür. 

 

Müşahidə: 



BTC götürdüyü öhdəliyə əsasən Qoruğa olan təsiri öz imkanları daxilində minimuma endirməyə 

çalışmışdır.  Lakin  buna  tam  nail  ola  bilməmişdir.  Nəticədə  çəkilmiş  kəmər  Qobustan  Dövlət 

Tarixi Bədii Qoruğu  ərazisinin bir hissəsini ondan ayırmışdır; Kəmərin mühafizə xidməti qoruq 

mütəxəssislərinin  əraziyə  daxil  olmasına  çətinlik yaradır;  Bunun  nəticəsində  həmin  ərazi  qoruq 

müdiriyyətinin  nəzarətindən  kənarda  qalmışdır;  Biz  bu  məsələni  yoxlaya  bilmədik.  Havaların 

yağışlı olması və səfər avtomobili «land-kruzer»in olmadığı əsas gətirilərək audit qrupunun bunu 

yoxlamasına  şirkətin  işçiləri  tərəfindən

 

imkan  yaradılmadı.  Bu  səbəbdən



 

qoruq  rəhbərliyinin 

fikrini əsas götürürük. 

Qoruq  üçün  fövqəladə  hallar  vəziyyəti  üzrə  plan  hazırlanmayıb;  Qoruq  ərazisinin  daha  da 

genişdəndiriləcəyini nəzərə alsaq bu problem bir qədər də kəskinləşə bilər. 

 

Təhlil: 



Düzgün  planlaşdırılmanın  olmaması  nəticəsində  borunin  inşasından  sonra  qoruq  ərazisi  iki 

hissəyə ayrılmış, bir hissə nəzarətsiz qalmışdır. Götürülmüş öhdəlik tam yerinə yetirilməmişdir. 

Bu neqativ hal kimi qeyd edilir. 

 

Tövsiyə: 



Qoruq  ərazisinin  iki  hissəyə  ayrılaraq  bir  hissəsinin  nəzarətdən  kənarda  qalmasına  qarşı  təcili 

tədbirlər görülsün. Qobustan Dövlət Tarixi Bədii Qoruğunun bəşəri əhəmiyyət daşıdığını nəzərə 

alaraq  Qoruğa  ola  biləcək  risklər  müəyyənləşdirilsin,  qiymətləndirilsin,  sığorta  məsələləri 

araşdırılsın, fövqəladə hallar üçün strategiya hazırlansın. 

 

3.2.3. Öhdəlik: 



CQBK-nin  Mədəni  Đrsin  Qorunması  üzrə  214-cı  (164)  öhdəliyə  əsasən  «CQBK  Ortaqları, 

Qobustan  Mədəni  Qoruğunun  idarə  olunması  planının  işləyib  hazırlamaq  üçün  Azərbaycan 

Respublikası Mədəniyyət Nazirliyi ilə birgə çalışır» 

 

Müşahidə: 



CQBK və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abidələrin Đstifadəsi və Qorunması 

Şöbəsi birgə məhsuldar fəaliyyət göstərir; 

Götürülmüş  müvafiq  öhdəliklərin  həyata  keçirilməsi  məqsədi  ilə  xüsusi  komitə  yaradılmışdır; 

CQBK tərəfindən Qoruq işçiləri üçün 3 günlük treninq keçirilmişdir;  

Qoruğa    texniki  yardım  göstərilərək  kompüter  (1  ədəd),  printer  (1  ədəd)  əvəzsiz  olaraq 

verilmişdir;  

Hal-hazırda Qoruğun elektron-məlumat bazasının yaradılması üzərində işlər gedir;  

Qoruğun veb-saytı yaradılmışdır;  

Cari ilin sentyabr-oktyabr aylarına beynəlxalq konfrasın keçirilməsi planlaşdırılmışdır. 

 

Təhlil: 



Audit qrupu Qobustan qoruğu ilə işləri

 

müsbət hal kimi qiymətləndirir 



 


Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir 

 

17 



Tövsiyə: 

Qoruğun əməkdaşları bu müsbət təcrübəni inkişaf etdirməlidirlər. 

 

3.2.4. Öhdəlik:  



CQBK-nin  Mədəni  Đrsin  Qorunması  üzrə  208-cı  (158)  və  210  (160)  –  212  (162)-ci  öhdəliklərə 

əsasən TZ üzrə tikinti işləri gedişində  operativ  arxeoloji nəzarət təmin ediləcək.  

 

Müşahidə: 



AMEA Arxeologiya Đnstitutunun əməkdaşları müsahibə zamanı qeyd etmişlər ki, onların ayrıca 

nəqliyyat vasitəsi ilə təmin edilməməsi tikinti sahələrinə nəzarət və tədqitatlar zamanı problemlər 

yaratmışdır.  

Bu  problem  "Oksford  Arxeoloci"  tərəfindən  aparılmış  audit  hesabatında  da  qeyd  edilmiş,  lakin 

tədbir görülməmişdir.  

 

Təhlil:  



Ayrıca nəqliyyat təhkim edilmədiyindən arxeoloq-mütəxəssislərin sahədə fəaliyyətində 

problemlər yaranmışdır. 

 

Uyğunsuzluq: 



CQBK-nin Mədəni Đrsin Qorunması üzrə 208-cı (158) və 210 (160) – 212 (162)-ci öhdəliklərin 

yerinə yetirilməsi qənaətbəxcş olmamışdır. 

 

Tövsiyə 


Arxeoloji baxımdan zəngin ərazilərdəki gələcək fəaliyyətlərdə operativ  arxeoloji nəzarətin  

təmin edilməsi gücləndirilməlidir. 

 

3.2.5. Öhdəlik: 



CQBK-nin  Mədəni  Đrsin  Qorunması  üzrə  213-cü  (163)  öhdəlikdə  qeyd  edilir  ki,  «44  metrlik 

dəhliz  kənarında,  lakin  boru  kəməri  məhdudiyyət  zonası  daxilində,  arxeoloji  cəhətdən  maraqlı 

sahələr aşkar olunduqda, Arxeologiya Đnstitutu ilə araşdırma işləri üzrə xüsusi tədbirlər müzakirə 

olunur» 


 

 

Müşahidə: 



Tovuzçay  (KP378-377)  ərazisində  Arxeologiya  Đnstitutunun  əməkdaşlarının  tövsiyəsi  əsasında 

44  metrlik  zolaqdan  kənarda,  60  m  məsafədə  arxeoloji  tədqiqatlar  aparılmışdır.  Əvvəllər 

fəhlələrin sayı 12 olmuş, tikintinin son mərhələlərində isə

 

57 nəfərədək artırılmışdır 



 

Təhlil: 


Şirkət götürdüyü öhdəliyə tam əməl etmişdir. Audit qrupu bunu müsbət hal kimi qiymətləndirir. 

 

3.3. Mədəni Đrsin Qorunması Sahəsində Podratçı və Milli Tərəfdaşlar Arasında 



Bağlanmış Müqavilələr üzrə Uyğun Öhdəliklərın Đcrasının Auditi  

 

CCĐC.  Götürülmüş  öhdəliklərə  uyğun  olaraq  şirkətdə  mədəni  irsin  qorunması  üzrə  prosedurlar 



mövcuddur.  CCĐC  şirkəti  üzərinə  götürdüyü  öhdəliklərə  ciddi  yanaşmış,  öz  fəaliyyətini  yuxarı 

təşkilatın  tələblərinə  və  beynəlxalq  normalara  uyğun  şəkildə  təşkil  etmişdir.  Belə  ki,  şirkət 

işçiləri  yalnız  zəruri  təlimlər  keçdikdən  sonra  fəaliyyətə  başlayırlar.  Şirkət  arxeoloji  tapıntılar 

barədə  həftəlik  hesabatlar  hazırlayır.  Lakin  şirkət  gündəlik  tapıntıların  qeydiyyatını  aparmır. 

Tapıntılar zamanı şirkət işi dayandırır və bu haqda müvafiq məsul şəxsə zəruri məlumatlar verir. 

AMEA Arxeologiya və Etnoqrafiya Đnstitutu. AMEA Arxeologiya və Etnoqrafiya Đnstitutu bu 

sahədə  ölkənin  aparıcı  təşkilatı  hesab  olunur.  Azərbaycan  qanunvericiliyinə  görə  arxeoloji 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə