Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə103/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   95   96   97   98   99   100   101   102   103

 
430 
uzaqlaşdı, mən də bunlara   qarışıb sürətlə addımlamağa  başla-
dım.  Bir neçə  qədəm getməmişdik, atlılar bizə yetirib məni 
tutdular. Nə  qədər çığırıb-bağırdımsa da etina etmədilər, 
köməkləşib qollarımı bağladılar və atın üstünə qoyub apardılar.  
Səni  dağda  gördükdə ümidim  təzələndi.  Lakin  qanlı   
müsadimə məni  qəm  dəryasına  tulladı.  Sənə  qılınc  dəydikdə 
çığırıb qəşş  etdim.  Sonra özümə  gəlib yenidən  düşmənlərin 
təcavüzünə müqabil  gəldim. Amma bacarmadım. Məni atın 
üstünə qoyub, meyiti və yaralını da (qılıncın zərbindən biri 
ölüb, biri yaralanmışdı)  götürüb getdilər. Axşam   çağı   bir   
obaya   gəlib  çıxdıq.   Alaçıq  qurulmuşdu.   Qabağında ocaq  
yanırdı.  Ətrafında   mallar  mələşirdilər.  İtlər  hərəsi bir  
tərəfdə  mürgü  döyürdülər. Oba  xalqı  bizi  görcək  tökülüb  
gəldi.  Ölüm və yaralı  xəbəri məlum oldu; ağlaşma düşdü. 
Arvadlar acıqlarından mənim  üstümə töküldülər,      başladılar   
döyməyə. Mən nə qədər bunlara çığırdımsa və sən barədə zülm 
etdiklərini  qandırdımsa da, qulaq asan olmadı. Axırda bizlə 
gələnlərdən birisi özünü yetirib, məni bunların əlindən aldı və 
atın üstə qoyub bir ayrı obaya apardı. Qabağımıza çıxdılar. 
Bunlara acığım tutub kənar olmaqlarına işarə etdim. Məni bura 
gətirəni Həsənqulu deyə adlandırırdılar. Həsənqulu məni özünə 
arvad etmək fikrində idi. Anası bunu mənə qandırdı. Ölən əvvəl 
mənim   meylimdə    imiş,  sonra  ki,  Həsənqulu fürsətdən  
istifadə edərək məni buraya gətirmiş imiş. Bunu bildikdə 
bağrım az qalırdı çatlaya. Yemək verdilər, acığımdan almadım. 
Ancaq yatacağım nə yerdə olduğunu soruşdum, alaçığı 
göstərdilər.  
Gecə  arvadlarla   alaçıqda  uzanmışdım.  Ətrafımda  
laqeydanə xorultu gəldikdə mən qaçmaq fikrində idim.  Yolları 
gözümün qabağına gətirib, haradan getsəm  ələ keçməyib   
qəbiləmizə   çataram, nə tərəfə getməliyəm;  buradan nə təhər  
xilas olmalıyam, – deyə öz-özümə suallar verirdim. Oba dərin 
bir sükuta qərq olmuşdu. Xalq tamamən yatmışdı. Durub  ala-
çığın divarına  əlimi  atdım – burada gündüzdən gözümə bir 
 
431
qəmə  dəymişdi. Onu götürüb, qınından çıxartdım və beləcə 
alaçıqdan çıxdım.  Gözlərimi  qan örtmüşdü.  Hər kəs qarşıma 
çıxsa  idi, davaya girişib ölməyə hazır idim. Lakin heç kəsə rast 
gəlmədim. Hətta itlər də      əvvəlki   laqeydliyində   mürgü  
döyürdülər.   Obadan   uzaqlaşdım.   Qarşımda  iki  yol  var  
idi:  biri  ilə getdikdə əvvəlki  obaya  çıxmağımı yəqin etdim. O 
birisi nərəyə getdiyini bilmirdim. İkinci yolu əvvəlkinə  tərcih 
etdim. Xeyli zaman bu yolla gedib, axırda yorulub durdum. 
Yuxusuzluq mənə aman vermirdi. Yoldan çıxıb kənara döndüm 
və bir otluq  təpəyə çıxıb uzandım. 
Sabah gün qalxanda ayılmışdım. Yolla düşüb yavaş-yavaş 
getdikdə iki qayanın arasına çıxdım və bir neçə addımdan sonra 
əcib bir mənzərəyə rast gəldim: yaşıl bir biyabanın qarşısında 
uca və gözəl dağ görünürdü. Dağın  ətəyində  şırıltı ilə çay 
axırdı. Güman etdim ki, bu çay qəbiləmizin yanından axandır. 
Hərgah çayaşağı getsəm, fikir etdim, yəqin qəbiləmizə çıxaram. 
Belə də etdim. Bir də.... Qarşıma araba çıxdı. Arabaçı yoldaşı 
ilə  məni bir az danışdırdı. Bunların dilini anlamadığımdan 
yolumla salıb getdim. Araba dayandı  və iki tanımadığım kişi 
düşüb dalımca yüyürdülər.  Əvvəl qaçmağa üz qoydum. Sonra 
gördüm məni tutacaqlar, dayandım. Yavıqlaşdılar. Onlardan 
acıqlı  soruşdum ki, niyə qoymurlar yolumla gedim. Arabaçı 
qolumdan yapışdı və yoldaşı da o birisindən. Məni güclə çəkib 
arabaya mindirdilər. Gəlib bir şəhərə  çıxdıq. Qabağımızdan 
qara bürüncəkli adamlar ötüb keçməkdə idilər. Bunların belə 
qiyafədə olmaqları məni artıqlığınca təəccübə gətirdi.  
İşarə ilə sual etdikdə, arabaçı  məni göstərdi: bunların 
adətincə arvadlar örtülü olurmuşlar. Bu adətdən belə acıdım ki, 
cəmi şəhər əhlini gözlərim görmək istəmirdi. 
Arabaçı  məni evinə  gətirdi. Anasına göstərib, nə dedisə 
anası gülümsünə-gülümsünə  məni bağrına basıb başladı 
üzümdən öpməyə. Bundan xoşhallanıb təvəqqe elədim ki, məni 
arabaya qoyub «Haqq» qəbiləsinə aparsınlar. Sözlərimi anlayan 
olmadı. Arvad əvvəl şadlığından əllərini göyə qovzayıb duaya 


 
432 
qalxdı, sonra oğlunu göstərərək mənə
 
qandırdı ki, daha sən 
mənim gəlinimsən, səni heç yerə getməyə qoymayacağam. 
Arvada acıyıb dedim: 
– Mən ərə gedə bilmərəm: mənim nişanlım var. 
Arvad   gülümsünərək   qandırdı: 
– Bir qız bir oğlanındır, o nişanlı olmasın, bu olsun, nə 
təfavütü var?! 
– Təfavüt odur ki, onu sevmişəm, amma sənin oğlun məni 
zorla yoldan tutub gətirib. 
«Sevmişəm»      sözü      arvadı      artıq   pərişan   etdi,   
barmağını ağzına tutub içini çəkdi və öz-özünə xeyli söyləndi. 
Mənim asudə danışığım bunlara qəribə  gəlirdi. Çünki onlarda 
arvadın öz fikir və  rəyi  olmaz; arvadı qul kimi alıb satarlar.  
Qarı  hələ donquldanırdı, darvaza açıldı. Həyətə bir kişi girdi. 
Tez mənim başıma  bir yaylıq saldılar və üzümü örtdülər. 
Yaylığı hirsimdən dartıb cırıq-cırıq elədim. 
– Məni gizləməkdə  mənim  namusumu  mühafizə  etmək  
istəyirsiniz? Onun sizə  dəxli yoxdur! Namus mənimdir, onun 
mühafizəsi də mənə bağlıdır.  İndiyə  kimi  namus  və  iffətimi  
təcavüzlərdən  müdafiə  etmişəm, ölənədək də edəcəyəm və bu 
müdafiə bürünmək və kişilərdən gizlənmək vasitəsilə olmayıb!
 
 
Arabaçı yeriyib məni bir-iki vurdu. Almamışdan mənim 
qeyrətimi çəkirdi. Qaçıb otağa girdim. Axşamadək burada 
qaldım. Fikir məni
 
götürdü. Yenə qaçmaq yadıma düşdü, 
layihələr tərtibinə girişdim. Lakin övza dəyişildi. Axşam arvad 
yanıma gəlib, molla yanına getməyi təklif etdi. «Molla» sözünü 
başa düşmədim. Qandırdılar ki, molla o şəxsdir ki, bizim 
başımız ona bağlıdır. Haraya çəksə gedəsiyik. 
Razı oldum. Dedim görüm oradan nə çıxacaq. Xilas olmaq 
olacaqmı? Axır başı qurşağımdakı  qəmə dururdu, mən durur-
dum.  Əlacım hər yerdən kəsilsəydi,  intihar  məni  bunların  
cəngindən  qurtaracaqdı. 
 
433
Qarı çarşabını  örtdü.  Məni  də  büründürdülər  və kişi 
fanusu götürdü, yola  düşdük. Qaranlıq və dar küçələrlə gedib, 
mollanın evinə daxil olduq. «Molla» deyilən bir iri gövdəli kişi 
idi. Alt paltarında oturub sümük iliyi sorurdu. Bizi görcək 
barmaqlarını yalaya-yalaya: 
– Buyurun, yaxşı bozbaşımız var. 
Xörək yeyən olmadı. Arvad oturcaq başladı: 
– Qadan alım, ay ağa, bu bizim təzə gəlinimizdir, amma bir 
az dəli kimidir. Buna bir dua yaz və kəbinini də bizim oğlana 
kəs. 
Molla sevinc bir halda: 
– Allah    çox xeyir versin! – deyib əlini sildi  və bizi  
məhkəməyə dəvət etdi. 
Durub qonşu otağa keçdik. Burada divarın dibində bir 
xeyli iri qayış   cildli  kitablar  üst-üstə  yığılmışdı.  Onları  toz-
torpaq  basmışdı.   Məhkəmənin   küncləri   tamam   hörümçək   
toru ilə tutulmuşdu. Molla bir çirkli döşək üstə oturub dua 
yazmağa məşğul idi. Birdən çarşabımı atıb başladım: 
– Cənab molla, yerimdən-yurdumdan uzaqlaşıb,  əldən-ələ 
keçəndən sonra gəlib buraya çıxmışam. Hüququma neçələri 
təcavüz edibsə, müvəffəq ola  bilməyib.  İndi də  bu gözlərinin 
qabağındakılar  məni özlərinə qul edib hüququmu tapdalamaq 
fikrindədirlər. Lakin bunların da məqsədlərinə nail olmayacaq-
larına  əminəm. Çünki mən sözümdəm dönməyəcəyəm. Bir 
adamı seçib ona ömür yoldaşı olmağı  vəd etdikdə  vədimə 
vəfasızlıq edə bilmərəm. Ölüm var, vəfasızlıq yoxdur! Ona 
görə səndən təvəqqe eləyirəm, müqəddəs bilib etiqad etdiyiniz 
haqqına məni bunların  əlindən xilas et və kömək elə ayrı 
düşdüyüm yurduma qayıdım!  
Nitqimi molla başa düşmədi. Amma ərə getmək fikrində 
olmamağımı  duydu. Üzümü açmağımdan  molla  belə  
mütəəssir  oldu ki,  qələm əlindən düşdü. 
– Doğrudan bu lap dəli imiş, – dedi. Dua buna kar eləməz. 
Bu gərək bir gecə bizim həyətdəki pirdə yatsın ki, ağlı başına 


 
434 
gəlsin. Bizim pir qeybdən çıxma pirdir. Onun    kəraməti o 
qədərdir ki, ziyarətə  gələnin biri muradına çatmamış geri 
qayıtmır. 
Qarı   molladan  artıq  razılıq    edib    və    məni  yatacaq  
içində  pirin yanında qoyub, əri ilə getdi. Bərk yorulmuşdum. 
Əlimi qəmənin dəstəsinə qoyub yatdım, bu fikirlə ki, bir az 
yuxulayıb sonra qaçacaq idim.  
Həyətdə  kolların  arasından  şıqqıltı  gəldi.  Ayıldım.  Ağ  
geyimli  bir  adam  mənə  tərəf    gəlirdi.  Bərk  qorxdum.  
Adam  irəli  yeridi. «Bəlkə pirlə  işi  var» – deyə  fikrimdən     
keçirdim.  Bir  az  da  gəldi. Piri keçib, yatacağıma yavıqlaşdı. 
Yerimdən dik qalxdım.  
– Qorxma!  Qorxma! Siğə oxumuşam, – deyə adam əllərini 
uzatdı.  
Qarşımda    molla        durmuşdu.  Namusumu    ləkələmək  
istəyirdi.  Elə bil cəmi damarlarımda qanım soyudu. Titrədim. 
Lakin özümü itirmədim.   Qəməni   çəkib   dedim: 
– Qana bais olma! 
Molla  guya  sözlərimi eşitməyərək hücumunda davam 
edirdi.  Beləcə heyvani nəfsinin  əlində qul olmuşdu. Bir də 
qəməni çaldım... Molla yıxıldı    və ürəyindən  fışıldayan  qan  
tamam yatacağımı  islatdı.  İnsan öldürməyə    bərk  peşman  
oldum,   amma  namus  insan  qanından  da əziz olduğuna  
təsəlli tapıb özümü toxtatdım.  Qəməni  silib,  darvazldan 
çıxdım. Şəhərin aşağı tərəfində dağ görünürdü. Şəhərin kənarı 
yavıq olmağına  dəlalət edirdi.  Getdim.  Belə getdim  ki,  çapar  
at  və uçar quş elə getməyə  bəlkə qadir deyildi. Bir dəqiqədə 
şəhərdən çıxdım. Yenə  həmən çaya və uca dağa rast gəldim. 
Çayın kənarında oturub bir az yornuğumu aldım. Üzümü 
yuyub, yuxudan xilas olub, yola düşdüm. Sübh işıqlananda bir 
obaya çıxdım. Obaya girməkdən ehtiyat edib, ətrafında 
fırlandım. Oba xalqının kənd məişətinə nəzər yetirdim. Burada 
da arvadlar şəhərdəkilərə  bənzəyirdi. Yenə qorxuya düşdüm. 
Yəqin burada da mənə bir «nişanlı» tapılacaq idi. Bir az 
 
435
fikirdən sonra başıma bir əsgi parçası salıb, dilənçi qiyafəsində 
yolun kənarında oturdum və ötüb keçənə  əl açdım. Bir az 
oturmuşdum, gördüm iki atlı gedir. Bunlar bizim dildə 
danışırdılar. Gördüm biri o birinə deyir: 
– Daha bundan artıq Nuşanı axtarmaq olmaz; tapılmır. 
Görəsən biçarə necə oldu? 
Bu sözlərdən belə  şad oldum ki, az qaldım atları  və 
minikləri duz kimi yalayam.   
– Atlı qardaşlar, Nuşanımı axtarırsınız?  
Atlılar ayaq saxladılar. 
– Nuşanı! Nuşanı! Bəlkə nişan verəsən? 
– Verərəm,   niyə  vermərəm!  Ancaq  məni  «Haqq»   qə-
biləsinə    aparın, Nuşanın  ata  və anasından bir xələt alıb, 
ondan, söyləyim.  
– Xələt nədir,  özün  ağırlığı  qızıl  verməyə  hazırıq,  təki  
Nuşa qəbiləmizə qayıtsın. Onsuz cəmi qəbiləmiz qara geyinib. 
Əvvəl atlılardan   səni   soruşub,   salamatlığını   bildim.   
Günorta qəbiləmizə çatdıq.  Carçılar «Nuşadan  xəbər var» – 
deyə filfövr xalqı   «Ədalət»   meydanına   topladılar.   Natiq 
daşına      çıxıb,   bilafərqcins tamam xalqımız qarşısında  əsgi 
parçasını başımdan atdım...    
Ətraf şadlıq və heyrət dəryasına batdı. «Yaşasın Nuşa!» – 
deyə min yerdən çığırdılar. Macəramı xalqımıza nağıl etdim. 
Məni alqışladılar. Bu uzun sərgüzəştdən sonra indi qarşında 
oturub gözlərimi o həsrətində odlandığım üzünə dikib, doymaq 
və usanmaq bilmirəm.  
Nuşa  sözlərini  qurtarıb sükuta  getdi. Yaş damcıları 
kirpiklərinin arasına toplanıb od kimi parıldayırdı. 
 
*** 
 
Bilmərrə yaxşı olub xəstəxanadan çıxmışdım.  Qəbiləmizin 
köhnə  həyatı yenə  təzədən ehya olunmuşdu. Toya hazır-
laşırdılar. Adətən toy baharda olurdusa, bu səfər bizə üz verən 


 
436 
bədbəxtlik səbəbinə payıza qalmışdı. Gül-çiçək  əvəzinə 
«Səadət» meydanı  əlvan meyvələrlə  bəzənmişdi. Bu da 
qəbilədə yeni bir vəqə idi ki, indiyə kimi görünməmişdi. Toy 
günü nişanlı  qız və  oğlanlar sübh tezdən durub, qəbiləyə 
məxsus evləri dolanmağa başladıq.  Əvvəl «Yetimlər evinə» 
getdik. Burada qəbiləmiz xərci ilə tərbiyə və tə'lim alan uşaqları 
ziyarət edib, onları pul və  şirniyyatla sevindirdik. O gün toy 
münasibətilə  uşaqlara təzə  paltar    verilmişdi.  Buradan  çıxıb,  
«Zəiflər  evinə»  getdik.  Burada da  qəbilə  xərci ilə
 
kor,  şil, 
şikəst və  zəif adamlar bəslənib saxlanırdı. Adətimizə görə, 
cismən və  əqlən zəif və azarlı adamların , evlənməyə ixtiyarı 
yox idi. Çünki bunlardan əmələ  gələn uşaq da zəif olub, nə 
özünə, nə  də xalqa bir mənfəət gətirə bilməzdi. Ona görə 
bunların mallarını müsadirə edib, özlərini də burada 
bəsləyirdilər. 
Zəifləri də ziyarat edib, xəstəxanaya getdik. Belə-belə 
qəbilə evlərini dolanıb, sonra «Səadət» meydanına toplandıq. 
Burada qəbilə xərcinə böyük bir nahar qayırılmışdı. Nişanlıları 
dəvət etdilər. Oturduq. Musiqi çalınırdı. Bəzi arvad və kişilər 
tərəfindən  şairanə nitqlər söylənirdi, nəğmələr oxunurdu və 
peydərpey nişanlıları təbrik edib, başlarına gül-çiçək səpirdilər. 
Nahar qurtardı. Nişanlılar və xalq yayılıb getdilər. Mən də 
Nuşanı evlərinə ötürüb qayıtdım ki, yatıb dincəlim. 
Yuxudan ayılanda gün bathabat idi. Cəld yuyunub, 
geyinib, Nuşanın dalınca  getdim.  Nuşa   ağ  toy libasında   və  
başında  əklil  qarşıma çıxdı.  Qol-qola «Səadət» meydanına üz 
qoyduq. Meydanın qiyafəsi bilmərrə  dəyişilmişdi.  Ətraf  
məşəllərlə  tənvir  olunmuşdu.  Nişanlılar tamamən ağ libasda  
cəm olmuşdular. Musiqi çalınırdı.  Bir də fırlana-fırlana fişəng-
lər  qalxdı.  Rəqs başlandı.  Cavanlar  alqışlandı    və    əlvan  
çiçəklər,  güllər səpilib  meydanla  bir  oldu.   Bir  də, fişənglər 
atıldı. Cürbəcür libasda adamlar meydanın ortasına yüyürüşüb,   
qəribə-qəribə  oyunlar  göstərməyə başladılar.   Yenə  fişənglər 
fırlandı. Bir dəstə   pəhləvan çıxıb   güləşməyə   girişdi. Bunlar 
 
437
da yox oldu.  Heyvanat qiyafəsində təzə bir dəstə göründü.  Bir 
neçə vaxt belə keçdikdən sonra top atıldı və səsinə xalq girişib 
aram tapdı. Sakitlik  bərpa  oldu.  Natiq daşında  bir  arvad 
görünub gödək, lakin atəşli  bir  nitq  söylədi.  Nitq  Nuşaya  
dair  olub,  bu  sözlərlə  tamam oldu: «Minlərcə Nuşalar Qızlar 
bulağından vəfa suyu içib və içəcək. 
 
Yaşasın  o  möcüzanə 
çeşmə! Yaşasın namuslu  Nuşalarımız!» 
«Yaşasın!» – deyə  ətrafdan minlərcə  səs qopdu və sonra 
hazirundan razılıq olunub, nişanlılara və  qəbiləmizə  əbədi 
səadət diləndi.  Nişanlılara      yanılı      məşəllər  paylanmışdı.  
Musiqi  «Vəfa»   marşını çaldı. Xalq təzim  üçün  dizi  üstə 
düşdü.  Nişanlılar  ayaq üstə durmuşdular. Əlimizdəki məşəlləri 
yuxarı qovzadıq. «Vəfa» marşı qurtaran kimi üç dəfə «Sağ 
olsun namus, ölsün vəfasızlıq!» – deyə çığırdıq.   Əzəmətli   bir  
səs  əmələ  gəldi.   Başımızda   tüklərimiz  ürpərdi. Sonra qol-
qola keçirərək alaqapılardan «Səfa  bağçasına» rəvan olduq. 
Burada  nişanlılar  üçün  bir  çox  çadırlar  qurulmuşdu. Adətən  
cavan zövc və zövcələr qırx gün bu bağçada qəbilə  xərcinə 
laqeyd bir ömür sürüb, sonra evlərinə qayıdardılar. 
*** 


 
438 
Bu il taxılımız həmişəkindən də artıq olmuşdu. Çuvallara 
yığıb, qonşu qəbilələrə aparıb satmaq lazım gəldi. Fikrim bu idi 
ki, bir həftəyədək geri qayıdam. Heyfa, səfərim bir az uzun 
oldu, vaxtında evə  gələ bilmədim. Çapar dalımca gəlib, 
qəbiləmizdə yüzədək salamat uşaq anadan olduğunu xəbər 
verdi. Keçənlərə görə bu il zəif uşaq az doğulmuş imiş. Bunları 
adət üzrə anaları aparıb qəbristanlığa qoyublar və süd 
verməkdən boyun qaçırdıblar. 
 Taxılı satıb  şad bir halda qəbiləmizə qayıtdıq. Xalqa 
səadət üz vermişdi,   millətimizin   artmasına   hamı   sevinirdi. 
Evimizə   çatdım.  Otağa girdikdə gördüm Nuşa zəif əlləri ilə 
balasını bağrına basıb əmizdirir. Pak bir səmimiyyətlə dizi üstə 
çarpayının qabağına düşüb, ana və analığa təzim etdim. 
Təbiətdən həm qəbiləmizə, həm də yeni külfətimizə   
xoşbəxtlik   istədim. Qarşımdakı gözəl mənzərənin hüsn-təsiri 
altında gözlərimdən   yaş   aramsız axmada idi.  
Duadan sonra  Nuşadan  razılıq edib,  alnından öpdüm.  
Qızcığazımı qucağıma verdilər.  İlk dəfə olaraq atalıq səadəti 
duydum. Ürəyim fəxrlə doldu. 
 
439
M Ü N D Ə R İ C A T 
 
 
Səh. 
Şaqqulunun xeyir işi………………………………… 

Kənddən şəhərə göndərilən bir kağız……………… 
15 
Sərhəd məsələsi…………………………………….... 
17 
Cənnətin qəbzi……………………………………….. 
21 
Müsəlman arvadının sərgüzəşti……………………… 
47 
Millətpərəstlər……………………………………… 
50 
Vətən……………………………………………….. 
52 
Borclu…………………………………………………  54 
Toy……………………………………………………  57 
Hərrac……………………………………………….....  60 
1905 – ci il…………………………………………… 
62 
Məlik Məhəmməd…………………………………… 
64 
Ağsaqqal………………………………………………  76 
Ağ buxaqda qara xal………………………………… 
79 
Məşədi və Kərbəlayı………………………………… 
86 
Əziz……………………………………………………  88 
Həkim……………………………………………….. 
90 
Cümə axşamı………………………………………… 
94 
Hacı………………………………………………….. 
98 
«Yeni fars»………………………………………….. 
100 
Zeynal bəy…………………………………………… 
103 
Qız məktəbində……………………………………… 
110 
Dəli…………………………………………………….  113 
«Dinayrı qardaşlar»…………………………………. 
117 
Divanə………………………………………………...  122 
Dərdli Züleyxa……………………………………….. 
125 
Cavan………………………………………………… 
130 
Yuxu…………………………………………………..  133 
Polis paltosu…………………………………………. 
138 
Mərsiyəxan…………………………………………... 
143 
Xanın qəzəbi…………………………………………. 
147 


 
440 
Son bahar………………………….. 
149 
«Dərs»………………………………………………...  152 
Yeni bir aləm………………………………………… 
155 
Qumarbazın arvadı…………………………………….  160 
Nahaq qan…………………………………………… 
165 
Bir qəpik……………………………………………. 
169 
Ayrılıq axşamı…………………………………………  172 
Şair………………………………………………….. 
176 
Nitq………………………………………………….. 
181 
Dürnisə və Kərbəlayı Eyvaz…………………………..  184 
Doqquz ay keçmiş…………………………………… 
193 
Üç …………………………………………………….  195 
Üç gecə………………………………………………. 
198 
Dərviş məsələsi……………………………………….  202 
Sidi……………………………………………………  206 
Osman Dövlətşin…………………………………….. 
210 
Qoz ağacı…………………………………………….. 
216 
«Yaramaz»……………………………………………  220 
«Namussuz»…………………………………………..  227 
Ruhnəvaz xanım…………………………………….. 
233 
Zeybək qızı……………………………………………  239 
Mariya……………………………………………….. 
246 
Qazanc yolunda……………………………………… 
253 
Bir qaçqının dəftərindən………………………………  263 
Son səhifə……………………………………………..  271 
Tanqo………………………………………………….  280 
İmamın zühuru………………………………………. 
286 
Qayınanın oyunları………………………………….. 
290 
Yaş söhbətləri……………………………………….. 
297 
Gələcək şəhər……………………………………….. 
301 
Qibleyi – aləmin xalısı……………………………… 
313 
Aprelin birində………………………………………. 
315 
Xasiyyətləri tutmamış…………………………………  320 
İki çocuq…………………… 
323 
 
441
Lüzumsuz arzu üçün…………………………………..  326 
Qoca nənənin ölümü münasibətilə…………………. 
330 
Qusar mülkədarları…………………………………. 
335 
Mirzə Əbdülvahab…………………………………... 
339 
Yüksəliş……………………………………………….  344 
İstirahət günü………………………………………... 
353 
Vasvası ……………………………………………….  355 
Beş dəqiqə…………………………………………….  359 
Üsuli – cədid…………………………………………. 
367 
Kamal…………………………………………………  371 
Soyuq busə……………………………………………  377 
«Fokusnik»dən………………………………………. 
384 
Qızlar Bulağı (Xəyali hekayə)………………………...   
 
 
 

Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə