Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə14/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   10   11   12   13   14   15   16   17   ...   103
    Bu səhifədəki naviqasiya:
  • BORCLU

 
60 
 
 
61 
BORCLU 
 
Kərbəlayı Fərəc həmişə evdən çıxanda hamamın qabağı ilə 
gedib, məscidin yanından bazara diklənirdi və burada 
axşamadək fırlanıb, dolanıb,  əlinə keçən qəpik – quruşu  ətə, 
çörəyə və qeyri şeylərə verib, yenə həmən yol ilə evə qayıdırdı. 
Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib gəlməyə bilmərrə 
mövquf eləmişdi. Səbəb də bu olmuşdu ki, kərbəlayı məscidin 
yanındakı  əttar Həsənə bir az pul borclu idi, evə  xırda  şeylər 
almışdı. Daha bu əttar Həsən ötüb keçəndə  kərbəlayını dinc 
qoymurdu: çuxasının ətəyindən tutub, darta – darta dükanın qa-
bağına çəkirdi və min latayır sözlər ilə borcunu tələb edirdi. 
Kərbəlayı qalırdı gözünü döyə – döyə. Borc az idisə də (cəmi 
12 abbası bir şahı idi) verməyə qadir deyil idi. Pul çıxan bir iş 
də tapılmırdı ki, onun dalınca gedib əttar Həsənin çəngindən 
xilas olaydı. Kərbəlayı  Fərəc işin hər üzünü ona qandırırdı: 
«Qardaş, bax, indi qışdır. Pul çıxan bir yer yoxdur. səbir elə
allah qoysa, bu gün – sabah  bahar gələr, göydən – göyərtidən, 
süddən – qatıqdan satıb, pulunu verərəm…» Bu sözlərdən də 
sonra əttar Həsən öz dediyindən əl çəkmirdi. 
Bir neçə vaxt belə keçdi. Doğrusu Kərbəlayı Fərəc lap tən-
gə gəldi – bir tərəfdən pulsuzluq, bir tərəfdən evdə ac – acına 
qalan böyük ailə: iki arvad, doqquz uşaq. Bir tərəfdən qışın 
çovğununda odsuz – ocaqsızlıq. Bunların hamısından da pis 
əttar Həsənin onu gündə ətəkləməyi. Axırda əlac ona qaldı ki, 
Kərbəlayı Fərəc əttar Həsənin gözündən itdi. başladı bazara ən 
uzaq küçə ilə gedib gəlməyə. Evdə də tapşırdı ki, hər kəs onu 
sual etsə, desinlər kəndə gedib. Kərbəlayının qulağı bir neçə 
vaxtlığa dincəldi. Bir axşam Kərbəlayı  Fərəc dəllallıqdan 
qazandığı beş – altı şahını düyü, yağ və çörəyə verib, evə rəvan 
olduğu halda əttar Həsən bunun qabağına çıxdı. Kərbəlayı onu 
görcək bir az duruxdu və sonra əcaib bir gülüşlə üzünü 
döndərib, neçə  dəqiqə döyükmüş gözlərini  əttar Həsəndən 
çəkmədi; elə bil deyəcək idi: «Vallah, qardaş, borcunu verə 


 
62 
bilmirəm! Nə edim? Fəqirliyin üzü qara olsun!..» Əttar Həsən 
də  kərbəlayını görcək  əvvəl gülümsünüb, sonra acıqlı: «Adə, 
Fərəc, bəs sən kəndə getmişdin?» - deyib, əlini kərbəlayının 
ətəyinə atdı. Kərbəlayı  şeyləri bir əlinə alıb o biri ilə  Həsənin 
əlindən ətəyini qurtarmaq istəyirdisə də Həsən daha bərk tutub, 
onu çəkib aparırdı. Kərbəlayı getdikcə borcu təmizləməyini vəd 
edirdi, yalvarırdı və gah – gah acığı da tuturdu, yenə Həsənə bir 
təsiri ola bilmirdi. Həsən deyirdi: «Əlimə düşmüş ikən səndən 
pulumu almamış buraxmayacağam!» 
Bir – iki addım da gedirdilər, Kərbəlayı yenə dartılıb 
şikayət edirdi: «Ay qardaş, axır balalarım evdə acdırlar, məni 
gözləyirlər ki, çörək aparım, yesinlər. Bunu allah götürməz ki, 
bu axşamın çağı  məni çəkib aparırsan».  Əttar Həsən çırt 
çubuğunu damağından çıxarıb, lap yavaş səslə: 
- Səni aparıram pulumu almağa! 
Kərbəlayı  Fərəc bir az da sükuta gedirdi və azan qulağına 
gələndə  əlini atıb taxta çəpərdən və divardan tutub 
qəzəblənirdi: 
- Ay balam bircə  məni hara aparırsan. Bu saat ki, pulum 
yoxdur alasan? 
Kərbəlayı danışdıqca elə bil əttar Həsənin qulağında arı 
dızıldayırdı. Kamal – etidal dəm ilə çubuğunu damağına alıb və 
sonra başlayırdı  kərbəlayının  əlini çəpərdən və ya divardan 
qoparmağa. Yol  ilə gedənlər övzaidən müxbir olduqda ayaq 
saxlayıb, bunlara zənn ilə  və çox vaxtı  qəribə bir təbəssümlə 
baxırdılar; səsə evlərdən ayaqyalın, başıaçıq qaçıb gəlmiş 
uşaqlar qəhqəhələşirdilər və  hətta arvadlar da kəmetinalıq 
etməyib, darvazaların arasından kərbəlayıya təhqiqlə  nəzər 
yetirirdilər. Kim bilir, kərbəlayı bunları görəndə ürəyindən 
nələr keçirirdi? Deyirdimi: «Vay, dost – düşmən içində biabır 
oldum!» və ya «Nə edim? Allah məni fəqir yaradıb» sözləri ilə 
təskinlik tapırdı. Hər halda bu yerlərə əl apara bilmərik! 
Əttar Həsən Kərbəlayı  Fərəci öz evinə  gətirdi və dar-
vazadan girən kimi onun şeylərini alıb özünə də bir neçə latayır 
 
63 
deyib, otağa girdi və and içdi ki, borcu verməmiş onu həyətdən 
kənara qoymayacaq. Bir azdan sonra da bir qıfıl çıxarıb dar-
vazanı kilidlədi, kərbəlayı əvvəl yenə bir az zəmanədən şikayət 
edib, sonra dedi: 
- Ay balam, axı məni burada saxlamaqdan nə fayda olacaq 
pulum yoxdur ki, verim. Burax, sabah evin şeyindən – zadın-
dan satıb gətirib borcunu verərəm. 
Əttar Həsən eşitməzlik edib, evə girdi və qapını çəkib bərk 
örtdü. Kərbəlayı  ətəyi ilə qarı süpürüb, pəncərənin qabağında 
oturdu. Toran qovuşdu, gecə düşdü. Gecə külək şiddətlənirdi və 
qarı qovzuyub havada sovururdu. Soyuq kərbəlayıya bərk əsər 
eləyirdi. Durub bir az pəncərənin qabağında o baş – bu başa 
gedib gördü ki, beləliklə  də olmayacaq, hirslənib, yeridi 
pəncərəyə bir təkan vurdu: 
- Ay balam, məni iki manatdan ötəri soyuqdan  kəsməyə-
cəksən ki? 
Əttar Həsən pəncərənin  şıqqıltısına dik atılıb, hirsli evdən 
çıxdı, dalınca da arvad – uşağı  və yetirən kimi Kərbəlayı 
Fərəcin saqqalından yapışıb küncə basdı. Kərbəlayı boğunuq 
səslə zarıldayanda uşaqlar da bir tərəfdən çığırışdılar. Arvad 
yeriyib ərinin əllərini tutdu: 
- A kişi, allah götürməz ki, sən belə iş eləyirsən! 
Əttar Həsən kərbəlayının yaxasından tutub apardı və dalına 
da bir təpik vurub darvazadan çölə saldı. 
Xoruzlar banlaşırdı, Kərbəlayı  Fərəcəin evində  uşaqları 
çörəkdən ötrü mələşirdilər və tez – tez  qapıya  yüyürüb, 
dədələrinin yolunu gözləyirdilər. Kərbəlayı qapını döyən kimi 
ailəyə elə bil bir böyük səadət üz verdi. Uşaqlar göz yaşlarını 
bir dəqiqədə unutdular və kərbəlayı otağa girən kimi onu hədsiz 
şadlıq ilə əhatə etdilər. Lakin… dədələrinin əlini boş gördükdə 
hərə bir tərəfə  çəkilib, bir – birini sual nəzərindən keçirdilər. 
Kərbəlayı Fərəc duruxdu və əllərini üzünə qoyub bərkdən hön-
kürdü. 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə