Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə6/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   2   3   4   5   6   7   8   9   ...   103

 
26 
Dedim: 
- Xan, başına dönüm, mən nəkarəyəm ki, sənnən güləşəm? 
Dedi, olmaz ki, olmaz! Xülasə,  əlacım kəsildi, elə zorx-
anada tutuşduq. Çırpışa – çırpışa bir az fırlanmışdıq, vallah, xan 
geri çəkilib mənə elə bir yumruq ilişdirdi ki, divara yapışdım… 
Bir saat özümə gəlmədim… 
Belə – belə «başmaq seyrləri» az olmadı. Bəzən usta 
Ağabala  şeyxilər mollası  Ağa  Əliəsgər ağanın dəstəsinə qoşu-
laraq gəzməyə çıxardı. Həmişə də «başa qovurma» oyunu oy-
nardılar: usta oturar və mollalardan biri qurşağını açıb bir 
ucunu ona  verərdi, o biri ucunu da özü tutub ustanı hücum 
edən mollalardan təpiklə müdafiə edərdi. 
Bir hadisə heç usta Ağabalanın yadından çıxmazdı: bir dəfə 
yenə «başa qovurma» oyununda axund Əliəsgər ağa qazının 
qısıla – qısıla gələrək ustanın yanına girməsini görür (Əliəsgər 
ağa, maşallah, oyunda çox mahirdir; qazı min il «başa 
qovurma» oynasa, ağaya çatmaz). Xülasə, qazının qısılaraq 
gəlməsinə ağa zahirən məna verməyib, bir az da irəli gəlməyə 
imkan verir, sonra birdən dönüb bir təpik vurur, qazı diyirlənib 
çuxura düşür. Bundan istifadə edib, bir ayrı molla hücuma 
qalxışır. Qoçaq Əliəsgər ağa bunun da hücumunu dəf edərək
cavab verdikdə, ayağı mollanın yaxasına keçir, biçarənin 
ləbbadəsi iki parça olub yerə düşür… 
Əliəsgər ağanın bu rəşadəti usta Ağabalanın yadından heç 
çıxmazdı. Bunu usta nağıl etdikdən sonra fəxr ilə deyirdi: «Ma-
şallah, ağa  Əliəsgər ağa kimi molla ola bilməz: onun vüqarı, 
şücaəti, gücü vergi kimi bir şeydir!...»    
Zənn edirəm, usta Ağabala axund Əliəsgər ağanı dünyada 
hamıdan çox istəyirdi; bir gün olmazdı ki, onu görüb əlindən 
öpməsin; özünü də görməsəydi, axundun evini uzaqdan da olsa 
görüb ziyarət etmək vacibatdan idi. Axund ustanın və bala-
larının qətlinə əmr etsəydi, usta Ağabala özünün və uşaqlarının 
qanını ağanın yolunda məmnuniyyətlə sirab edərdi. 
Bir gün şəhərdə üsulilər ilə  şeyxilər davası olacaq, - deyə 
 
27 
şayiələr cərəyan edirdi. Usta bu xəbəri eşidər – eşitməz ba-
badan qalma köhnə  qılıncı taxtapuşdan endirdi, quyruq ilə 
pasını təmizləyib, günəşə qoydu. Usta and içirdi ki, «bir iş üz 
verən kimi» o, paslı qılıncla yüz üsuli başı yaracaq. 
 

 
Orucluqda  şeyxilər məscidində  (şəhərimizdə  şeyxi, üsuli, 
kərimxani kimi neçə dini firqələr, hərəsinin də özünə  məxsus 
məscidi var) Əliəsgər ağaya pul yığılanda  əvvəlcə  mənbərə 
tərəf qırmızı dəsmala bükülü bir şey göndərilərdi. Mənbərin alt 
pilləsində duran tələbə onu alıb, kəmali – mərifətlə açar
içindən bir parça cındıra bağlı pul və iki cüt əla başmaq çıxarıb 
yuxarı qaldırardı. Sonra uca səslə  çığırardı: «Usta Ağabala 
kəfşduz bir imperial və iki cüt başmaq verdi. Başmağın bir cütü 
ağa üçün, bir cütü də külfəti üçündür. Allah – təbarəkü – təala 
onu  dünyada yer – göy bəlasından hifz eləsin və axirətdə  də 
cənnət hurilərindən məhrum qoymasın!» 
«Amin!» səsi məscidlə bir olardı. 
Ustanın neçə  həftəyə başa gətirdiyi başmaqlar məsciddə 
əlbəəl gəzərdi.  Əvvəl mənbərin  ətrafına toplanan molla və 
seyidlər başmaqlara tamaşa edərək, dabanlarında yazılan: 
«Əməli usta Ağabala mübarək başəd» sözlərinə  əhsən 
deyərdilər. Mollalardan o yana oturmuş hacılar başmaqların hər 
tərəfinə mahirliklə tutulmuş güləbətini görüb, matu mütəhəyyir 
qalardılar. Başmaqlar məscidin aşağısına getməzdisə  də, 
oradakı  kərbəlayılar, məşədilər və qeyri aşağı sinfin adamları 
başmaqların göyçəkliyini təsdiq edib, ağızlarını marçıldadardı-
lar. Səqfin yavıqlığındakı arvad yerlərində belə pərdələr qalxıb, 
hənalı əllər ustanı göstərirdi… 
Usta bunları gördükdə  şadlığından nə edəcəyini  şaşırırdı: 
gah qalxıb özünü camaata göstərir, gah papağını  çıxardıb 
araqçınını düzəldir, axırda öz – özünə gülümsənib sakit olurdu. 
Bu xoşbəxt zaman çox davam etməzdi; bir dəqiqədən  sonra 


 
28 
tələbə camaata bir ayrı adamın  şey və ya pul verdiyini elan 
etdikdə  məscid ustanı yaddan çıxarardı. Ağaya yüzlüklər bəxş 
edən, atlar, inəklər vəd edən, ipək  əba, xəz  cübbələr bağışla-
yan adamlar çıxardı… Bunları gördükdə ustada artıq  şadlıq 
nişanəsi qalmazdı; ürəyindən soyuq qan axardı. O zaman 
fəqirlik ona əsər edib başı  xəyalat ilə dolardı. Kişini fikir elə 
götürərdi ki, məsciddən belə xəbəri olmazdı. Xəyalat aləmində 
birdən pul tapır, evlər tikdirirdi; məsciddəki adamları oraya 
qonaq çağırıb, qızıl qablarda onlara xörək verdirirdi. Qonaqlıq 
qurtaran kimi, nökərlər qızıl məcməilərdə daş – qaş aparıb 
Əliəsgər ağanın qabağına qoyurdular. Sabah  cəmi  şəhər usta 
Ağabalanın fəzilətlərini danışırdı. Şəhərdə qonaqlıq olanda, ona 
həmişə yuxarı başda yer göstərirdilər, ağanın qulluğunda 
əyləşirdi. Burada birdən usta əlini cibinə salıb bir yüzlük çıxarır 
və xəlvətcə ağaya verib deyirdi: «Mən ölüm, bunu cibinə qoy!» 
Ağa pulu alıb gülümsəyirdi… 
Usta Ağabalanın xəyalatdan ağzı bal dadır,  şadlığından 
gözləri qıyılırdı. Yanındakı adamlar: «Ay  usta, yadına ləbləbi 
düşdü, nədi? Ağzını niyə elə edirsən?» - deyə ustanı xəyalatdan 
oyadırdılar. 
 

 
Deyilənə görə, usta Ağabala ağa ilə siğə qardaş imiş, ağa 
ustanın xatirini belə istəyirmiş ki, onu özü ilə cənnətə aparmağı 
da vəd edibmiş. 
Bir gün axşam çağı usta Ağabala evə  gələndə arvadına 
dedi: 
- Ə, bilirsən nə var? (Usta arvadını adı ilə çağırmağa utanır, 
arvad da ona «Ağabala deməkdən çəkinərdi, bir – birini «ə» 
deyə çağırardılar. Bir də  görərdin, quzu mələşməsini andıran  
səs gəldi: onda usta ilə arvadının söhbət eləməsi bəlli olurdu). 
Arvad cavabında: 
- Ə, nə var? 
 
29 
- Ə, vallah, axır deməyə qorxuram. 
- Yox, qorxma. 
- Əşi, vallah qorxuram. 
Arvad qorxa – qorxa: 
- A başı daşlının oğlu yoxsa vay xəbəri gətirmisən? 
- Yox, əşi, yox! Belə, xeyir işdir, amma, vallah… 
Arvad kişinin sözlərini kəsərək: 
- Ə, indi mən sənin əlindən almayacağam ki?!.. De görüm 
nə tapmısan? 
Usta bu sözlərdən sonra ətrafı diqqtlə süzüb, başını arvada 
tərəf əydi və yavaş səslə: 
- Ə, bax, heç kəsə demə ha!..  Ağa Əliəsgər ağa… 
Kişi bir az duruxub, geri çəkildi: 
- Ə, sən də elə çox çörək yeyirsən ki, səndən heç gözüm su 
içmir! 
Arvad döyükmüş: 
- A kişi, dəli olmamısan, çörək nədir? De görüm yoxsa qar-
daşlarımın başına bir iş gəlib? 
- Ə, yox! 
- Ə, bəs nə var, de görüm? 
Usta bu dəfə başını arvada tərəf bir az cürətlə    əyib, yenə 
cəld çəkilərək dedi: 
- Vallah, sən də elə çox çörək yeyirsən ki, «mənə buğda, 
mənə buğda!» deyəcəksən, ikimizi də sürüyüb Adəm ilə Həvva 
kimi çölə salacaqlar. 
Arvad yenə bir şey başa düşməyib, kişinin dəli olmasından 
şübhələndi: 
-  Əşi, cin – zad səni vurub ağlını – zadını  şaşdırmayıb ki, 
hədərən – pədərən danışırsan; buğda nədir? 
Usta bir az fikrə gedib, sonra acıqlı: 
- Vallah, sən çörəyi çox yeyirsən, mən sənin oduna yana 
bilmərəm! – deyib evdən çıxdıqda arvad cəld yüyürüb onu 
tutdu: 
- A kişi , dəli olmamısan, de görüm nə demək istəyirsən? 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə