Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə7/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   2   3   4   5   6   7   8   9   10   ...   103

 
30 
- Yox, vallah, deməyəcəyəm! 
- Ə, sən allah!.. 
- Vallah, deməyəcəyəm! 
- Yox, deyəcəksən! 
- Hə, mən sənə deyəcəyəm, sən də arvadlığına salıb oraya 
gedəndə «Mənə buğda, mənə buğda!» deyəcəksən. 
- A kişi, dəli olmusan, bircə de görüm nə olub? 
Çox deyişikdən sonra kişi arvadını işdən xəbərdar etdi. 
Arvad əllərini bir – birinə çırpıb, həddən artıq şadlıqla: 
- Boy, bunda nə var! Vallah, «çörək yemə» deyirlər – 
yemərəm. Deyirəm, görəsən nə deyəcək! Bir də orada yemək 
olmaz ki, orada hər bir şeyi iyləyib doyurlar. 
Usta papağını alnına yeridib, gülə – gülə: 
- Amma, arvad, kefimiz olacaq ha!.. 
- Deyirəm, ə, elə həmişə orada olacağıq dayna? 
- Həmişə, həmişə! Belə kef var, kef! 
Arvad kişini götürüb, pəncərənin  qabağındakı döşəyin 
üstündə oturtdu: 
- Ə, bircə burada otur; səndən bir – iki söz xəbər alacağam. 
Bircə de görüm, orada cəhrə, yun – zad var, yoxsa… 
- Yox, əşi, heç zad yoxdur! Yaxşı huri, qılman – belə şeylər 
var. Belə kef! Özü də ayrı adamları ora qoymazlar, biz ağanın 
səbəbinə gedəcəyik, ya özü aparacaq, ya qəbz verəcək… Bax, 
heç kəsə demə ha! 
«Qəbz» sözündə arvad bir az fikrə getdi: «Behişt, indi, bir 
hamam kimi yerdir. Necə isti su hovuzunun qapısına camadar 
qoyurlar ki, arvadlar suyu dağıtmasın, indi orada da qapıya bir 
adam qoyacaqlar ki, içəri erməni, rus girməsin…  Biz ki, 
ağanın qəbzini göstərəcəyik, onda qapını açıb bizi içəri burax-
acaqlar…» 
Burada arvad dadlı – dadlı gülümsənərək, üzünü usta 
Ağabalaya tutub sordu; 
-  Ə, orada, yəni deyirsən, qılman – zad da var, dayna? 
Kişi acıqlı – acıqlı: 
 
31 
- Var! – dedi. 
-  Ə, sən atanın goru, acığın tutmasın, bircə  de  görüm  
onlar nə yeyir? 
- Arvadın başı olmaz budur ha!.. Onlar neylir yeməyi? 
Onların özünü yeyərlər! Xa – xa – xa! 
-  A  kişi, vallah, ağanın macalı olmaz; dalınca o qədər 
adam gedəcək ki, onda qıl körpüdən keçə bilmərik, hamımız 
(dilim – ağzım qurusun!) cəhənnəmə töküllük. 
- Hımmm! Allahu – əkbər, deyir, ağa  Əliəsgər ağanın 
yanında biz cəhənnəmə düşəcəyik!  Ə, salavat çevir, qoyarmı 
düşək? Vallah, yüz min adam olsa, düşmərik, elə  əbasının bir 
ucu bizdə olsa, bəsimizdir! 
- Vallah, a kişi, yaxşısı budur ki, elə bizə kağız versin. Bax, 
sənə vəd verib, vaxt ikən get al, sonra yadından çıxar. 
Arvadın sözləri deyəsən usta Ağabalanın ağlına batdı; bir az 
saqqalını tumarlayıb dedi: 
- Onda gərək qabaqcadan hamama gedim, yoxsa napak 
qəbz almaq olmaz! 
Arvad cavabında: 
- Yaxşı, nə edirsən et, amma bir az tez get! 
 

 
Usta Ağabala hamama tərəf getmək də idi. Payız küləyi 
ağacların  əlvan rəngli yarpaqlarını budaqdan – budağa salırdı. 
Göydən qara zəhmli buludlar sallanmışdı. Bunlar qiblə  tərəfə 
getdikcə nazilir və dağlara yavıqlaşdıqda kənarları  ağarıb 
gümüş kimi parıldayır. Usta getdikcə qabağından küçəyə tərəf 
pəncərəsiz evlər, sınıq – sökük divarlar, dar, eniş – yoxuş 
küçələr… bir – bir gəlib keçirdi. Usta fərəh dənizində dal-
ğalanaraq, ayağı çuxura düşüb tez – tez başmağının çıxmağı, 
papağının tullanıb, alnına yeriməsi və ya qalxıb təkrar 
peysərinə düşməsi nəzərinə belə gəlmirdi. 
Usta o qədər qeydə qalan idi ki, rast gəldiyi şeylər ona təsir 


 
32 
etməmiş olmazdı. Birdən küçəyə düşmüş it, pişik və başqa 
heyvan meyitlərini gördükdə belə düşünürdü: «hələ itlərə alla-
hın qəzəbi keçib, bunlara behişt yoxdur; görəsən, o yazıq 
pişiklərə kim cənnət qəbzi verəcək!». 
Pişik meyidindən sonra toyuq meyidi çıxanda usta bir az da 
toyuğun qeydinə qalırdı: «Görəsən, toyuq da behiştə 
gedəcəkmi? Ona da qılman verəcəklərmi? Bəlkə, toyuqdur, 
bilmədi, buğdaya bir dimdik vurdu, görəsən, onda ona nə 
edərlər..?» 
Özünə verdiyi bir sıra suallara cavab arayırkən, bir də usta 
döşünə bir cüt eşşək qulağı toxunduğunu duydu – yüklü ulağa 
rast gəlmişdi. Küçə dar olduğundan heyvan güc ilə keçirdi. 
Usta Ağabala məəttəl qaldı – ya geri dönməli, ya da ulağın 
altından və ya üstündən keçməli idi. Usta geri dönməyə 
tənbəllənib eşşəyin  altından  zorla keçib getdi. 
Küçə bazara çıxırdı. Bura qaranlıq idi, hisli – paslı 
dükanlardakı tacirlər güc ilə görünürdülər; kimi hesab 
dəftərlərini yığıb evə hazırlaşır, kimi dükanı bağlayıb dua 
oxuyaraq qıfılı püfləyirdi. Yalnız baqqal çömçə ilə qazandan 
qatığı götürüb qaba səslə: «Qatığa gəl, qadan alım! Qatığa gəl!» 
- deyirdi. Başqası: «Qarpız qurtardı, qalmadı!» - deyə bağırırdı. 
Usta bazarda dayanmadı – günəş batırdı. Orada duran ham-
balların arasından cəld keçib sol tərəfdə görünən məscidə tərəf 
getdi. Qoca müəzzin əlində bir arşın müştük, məscidin önündə 
durmuşdu. Məscidin alçaq qapısından hamballar motal və 
başqa baqqal malları çıxarırdılar: məscid sərin olduğundan bu-
ranı baqqallar icarəyə götürüb, içinə şey yığırdılar. 
Usta Ağabala məsciddən o tərəfə bir neçə  qədəm atıb 
hamama rast gəldi. Hamamın alçaq və uçuq divarları böyük 
günbəzlərə söykənərək yüz illərdən bəri bu hal ilə dayanırdı. 
Bu hamama çox xanlar gəlib – getmişdi. Çox mollalar sübh 
vaxtları burada istirahətdə bulunmuşdular; minlərcə kişilər 
saqqallarına həna bağlayıb həyatının çox hissəsini burada yat-
maqla keçirmişdilər… Hamısı da məhv olub getmiş, hamam isə 
 
33 
həmişəki dəbdəbəsində yaşamada idi və minlərcə mömin 
kişiləri fani dünyadan haq dünyaya yola salmağa hazır idi. 
Hamamın qapısını üstündəki yazılar tamamilə silinib get-
mişdi. Yalnız iri xətlə yazılmış «Hamam xeyli xubəst» sözləri 
görünürdü. bunlardan aşağıda bir pəhləvan çəkilib boğuşan 
şirlərə tamaşa edirdi. Şirlərdən birinin quyruğu yağmurdan 
silinib yox olmuşdu. Quyruqsuz şir də ustanı fikrə daldırdı: 
«Görəsən bu şirin quyruğu belə imiş, yoxsa o pəhləvan kəsib? 
Qiyamət olanda bəs pəhləvan  şirin quyruğunu haradan alıb 
verəcək?» - deyib pillələrlə aşağı endi və rütubətdən göyərmiş 
qapını taqqıltı ilə açıb içəri girdi. 
Ustanın ilk gözünə görünən su küpü oldu. Ondan o yana 
palçıqdan tikilmiş səkidəki ocağın qırağında qırmızı saqqal bir 
kişi oturub mürgü döyürdü. 
- Salam əleyküm! 
Usta Ağabalanın səsinə hamamçı dik atılıb, az qaldı ocağın 
üstündə qaynayan pitini töksün, sonra salama cavab verib, 
ustanın halını  xəbər aldı. Usta ortadakı soyuq su hovuzunun 
yanından keçib keçə ilə döşənmiş  səkinin üstündə oturtdu
hamamçıdan dəllək xəbər aldı. Bir həftə idi ki, usta, dəllək 
yanına getməmişdi – başını tüklər deşirdi; saqqalı da pərişan 
görünürdü – artıq – əskiyini düzəltdirmək lazım idi. 
Hamamçı qapıdan bir neçə  dəfə «Kərbəlayı Qulu» deyə 
çağırdı, gəlib oturdu. Bir azdan sonra dəllək hazır oldu və 
yetişən kimi balaca güzgüsünü ətəyi ilə  təmizləyib, ustaya 
təqdim etdi.  Kərbəlayı  qısa boylu bir kişi idi. Onun qızarmış 
burnu nazik bığlarının ortasına qədər uzanmışdı. Birdən ustanın 
burnundan bir naehmal damcı düşsəydi kişinin düz alt do-
dağında bənd olardı  və  qışda da həmişə buz bağlardı. Onun 
üçün Kərbəlayı Qulu başını ördək başı kimi tez – tez irəli 
uzadıb silkələr, naehmal damcılar yerə tökülüb rədd olardı. 
Kərbəlayı Qulu  çox şey bilirdi; təbabətdə də mahir olduğu 
şübhəsiz idi. Qarın ağrısının qan artıqlığından olduğunu bilirdi, 
dərhal azarlının arxasını  çərtirdi; boğaz ağrayanda peysərə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə