Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   5   6   7   8   9   10   11   12   ...   103

 
38 
dəyişib, ona köhnə  və yaş bir fitə verdi. Usta camadarın bu 
hərəkətindən bir az incidi: Ağa  Əliəsgər ağa ilə  gələndə 
camadar onların quru fitəsini dəyişməzdi.  İndi, nədənsə, usta 
Ağabala kimi kişi camadarın gözündə alçaq təbəqədən hesab 
olunub, quru fitəsi dəyişildi. Aralıqda «cənnətin qəbzi» 
məsələsi olmasa idi, usta camadarla başqa cür rəftar edərdi. 
Ancaq indi belə  işlərə etina etmək zamanı deyildi – «Qaçanı 
qovarlar» - demişlər. Ağa Əliəsgər ağanın kefinin kök vaxtına 
düşüb, «qəbz» vəd etmişdi. Kim bilir, sonra vədində durardımı? 
Usta Ağabala behişt  çəpərinin altında durub, «Mənə huri, 
mənə  huri!» - deyib, min il də gözlərinin zoqqurunu töksəydi, 
ona huri verən olmazdı. Buna görə usta camadarın 
qanacaqsızlığını  əfv edərək qapının müqabilində isti su hovu-
zunun xırda, pilləkənindən çıxıb kiçik qapısından içəri düşdü. 
Ustanın canı dincəldi. Ancaq hovuzun suyu bir neçə 
həftədən bəri dəyişilmədiyi üçün bir az qoxuyurdu. Bunun da 
ki, heç bir şeyə dəxli və zərəri yox idi. Hovuza girən qaş – qa-
baqlı  çıxmazdı: həmişə  şad, nurani, pak – pakizə olardı. 
Qəmgin adam da oraya girsəydi kefi açılardı:adam hovuzda 
həmişə həmsöhbət tapır, bir – birilə hallaşır, «məsələ» öyrənir; 
çimmək də ki, bir kef – hovuzun bu başından girib, o biri baş-
ına çıxana qədər on adama toqqaşırsan… Bunun hərəsində bir  
məlahət, hərəsində gizli bir ləzzət var. 
Tağın yırtığından düşən işıq suyun bulanıqlığını çox da 
bəlli etdirmirdi, yalnız çirk laylarının xırda dalğalara toxunub 
tərpənməsi görünürdü. Nəzərə daha başqa şey çarpmırdı. Ancaq 
suda tük çəngələrinin bədənə  sıvaşmasını, ya hovuzun 
dibindəki yumşaq  şeylərin ayaqları  əhatə etməsini, təbiidir ki
nəzərə almıram; çünki bunların qüslə heç mane olmamasını hər 
bir allah bəndəsi bilir. Ustaya  da qüsl lazım idi – bir neçə dəfə 
suya batıb istiğfar edəcək, sonra qəbzi alıb, yerində arxayınca 
oturacaq idi. Bu məqsədlə usta barmaqlarını burnunun və qu-
laqlarının dəliklərinə tıxayıb, suya batdı. Kişi məsələsində arif 
idi. Qüsl etdikdə bədəninin hər bir yerinə su dəyməsini bilirdi. 
 
39 
Ona görə ayaqlarını hovuzun dibindən üzüb, balıq kimi o biri 
tərəfdən çıxdı. Burada uca səslə salavat çəkib,  əlini saqqalına 
çəkdi və suyun üzünə tüpürüb, bir də batdı. Bu dəfə  səyahət 
yarımçıq qaldı: yarı yolda bir ayrı kişiylə baş – başa gəlib to-
qqaşdı  və ikisi də üzünü turşudub sudan çıxaraq bir – birini 
döyməyə qalxışdılar. Bir də…  üz – üzə gəldikdə «Ya allah!» - 
deyə mehriban bir halda görüşdülər. Usta məktəb yoldaşı 
Kərbəlayı Bağıra rast gəlmişdi. 
Kərbəlayı Bağır həmişə güləndə gözünün qarası itərdi; bu-
rada da gözlərinin qarasını itirib dedi: 
- Usta, kefin kök, damağın çağdırmı? 
- Allaha şükür! 
- Nə təhərsən, yaxşısanmı? 
- Niyə, dövlətindən. Sən nə təhərsən? 
Kərbəlayı Bağır cavab verdi: 
- Allaha şükür! 
- Kefin kök, damağın çağdırmı? 
- Allaha şükür! 
- Nə təhərsən, yaxşısanmı? 
- Niyə, dövlətindən. 
- Uşaqlar da yaxşıdırmı? 
- Canına duası var. Səninkilər necədir? 
- Canına duası var. 
- Lap yaxşısanmı? 
- Allaha şükür!... 
On – on beş dəqiqə beləcə bir – birinin halını soruşub, sabiq 
dostların hərəsi hovuzun bir küncünə çəkildi. 
Çox çəkmədi ki, hovuza bir neçə adam da girdi. Bunların 
biri cüzamlı Abbas idi, qalanının qaranlıqda kim olduqları 
məlum deyil idi, ancaq birinin keçəli ağarırdı. 
Hovuz salavat səsilə doldu. Şappıltı düşdü – kərbəlayı  və 
məşədilər ördək kimi çimirdilər. Biri batıb biri çıxır – bununla 
qənaətlənməyən, başına neçə çanaq da su tökürdü. Salavatlar 
məxrəcdən gəlmədə davam edir, saqqallar tumarlanırdı. İstidən 


 
40 
ürəkləri tıncıxanlar da divarlara dalbadal tüpürüb canlarını rahat 
edirdilər. 
Usta Ağabala hamamdan çıxar – çıxmaz camadar hazır 
oldu. Ancaq ustanın həna qoymaq meylində olması camadarın 
mırıldanmasına səbəb oldu. Hovuzdan sonra həna qoyularmı? – 
dedi, - indi bir quru fitə də islatmalıyıq. 
Usta səhvini anladı  və başını itirməsinin səbəbi qəbz 
olduğunu sevinclə duyaraq, yenə camadarın «azğınlığına» 
məna vermədi. Yerə salınmış fitənin üstə uzandı  və camadar 
onu qurulayıb saqqalına, bığlarına, qaşlarına və barmaqlarının 
uclarına səliqə ilə  həna yaxdı. Ustanın istidən döyünən ürəyi 
hənadan sonra sakit oldu; bədəni rahatlanıb hərəkətsiz qaldı; 
gözləri yavaş – yavaş qıyılıb yumuldu. Usta əvvəl fısıldayaraq, 
ağzından bir az hava buraxdı, sonra qəlyan kimi xoruldamağa 
başladı. 
 

 
Veylabad şəhəri sanki dəyişmişdi: hərə bir tərəfə qaçıb da-
ğılmada idi; ətrafdan həyəcanlı  səslər gəlirdi; zənginlər qızıl-
larını basdırıb, fəqirlər də damlara doluşub, «allah» sədasını 
göylərə qaldırırdılar. Müharibə idi. Düşmənlər  şəhəri  əhatə 
etmişdilər.  Şəhər darvazaları bağlanıb arxalarına torpaq 
çəkilmişdi. Qala qoşunu düşmənin hücumunu dəf etməyə çalış-
ırdı… «Qələbəndlik» ili idi. Ağabala yenicə doğulmuş, 
bələyinin üstündə göz yaşı tökülürdü. 
Qadınlar çağaya baxdıqca deyirdilər: «Suya dönmüş oldu – 
olmadı,  şəhərin növrağı döndü!» Qadınlar haqlı idi – Ağabala 
çox ağlağan idi; ağlayanda da üzünü çox turşudurdu, sanki 
mərsiyə deyəcək idi… 
Bir də usta Ağabala gördü ki, onun bələyini bir biyabana 
atmışlar, ağlaya – ağlaya qalmış. Səs – küy yox idi, dağ – daşı 
duman bürümüşdü. Görünən cığır ilə bir adam gəlirdi. Yax-
ınlaşdıqda Ağa  Əliəsgər ağa olduğu bəlli oldu. Yetişən kimi 
 
41 
Ağabalanı qucağına götürüb, bələyini açdı  və sonra cibindən 
bir kağız çıxarıb ona verdi: «Bu kağızı al, cənnətdə  sənə  yer 
verilməsini tapşırmışam; orada ye, iç, huri – qılmanlarla axirət 
ləzzəti apar!». 
Ağabala kağızı alıb qoşdu. Hər  addım atdıqca böyüməyə 
başladı; şəhərə yetişincə yeddi yaşında oldu. 
Bir gün Kərbəlayı Cahangir, oğlu Ağabalanın divardan 
sərçə düşürməsini görüb onu tutdu və başına bir-iki qapaz 
saldıqdan sonra onu İrandan gəlmiş bir mollanın məktəbinə 
apardı. 
Sabah açıldıqda Ağabalanı min ah – zarla geyindirib bir 
qoltuğuna odun, o biri qoltuğuna kömür verib (adətən, şagirdlər 
məktəbə odun – kömür aparıb özləri üçün ocaq qalardılar. 
Odun – kömür gətirməyənləri manqalların və buxarların yanına 
qoymazdılar) çiyninə də heybəsini salıb məktəbə göndərərdilər. 
Uşaq atasına bir təpik, anasına bir şıllaq atıb qapıları bir – 
birinə çırparaq evdən çıxardı. 
Bir neçə il belə keçdi. Kərbəlayı Cahangir oğlunun quranı 
bitirib, məsələsinə arif olacağını gözləyirdi. Halbuki oğlu hələ 
«Vəlleyli»də qalmışdı. Kərbəlayı  məktəbə gedib onu mollaya 
tapşıranda, molla Ağabalanın çənəsindən tutub: «Maşallah çox 
səyli uşaqdır!» - deyirdi. 
Ağabala çox qoçaq uşaq idi: məktəbdə cəmi işə hamıdan ar-
tıq o, atılırdı, o biri uşaqlar məktəbə  həftədə bir küyüm su 
verəndə, Ağabala beş – altı küyüm verərdi; məktəbi hər gün 
süpürər, bazara gedib mollaya piti alardı. Bunun üçün də molla 
Ağabalanı  cəmi  şagirdlərindən çox istərdi; hamısından  əvvəl 
onun dərsini deyər, quluncu duranda da arxasını ona tapdal-
adardı; çubuğunu da o doldurardı. Ağabalanın bu xoşbəxtliyinə 
bütün  şagirdlər həsəd aparardı. «Ağabala məktəbdən çıxsaydı 
da, bəlkə mollanın arxasını qaşımaq və boynunu ovmaq növbəti 
bizə çataydı» - deyə düşünərdilər. 
Bir gün Kərbəlayı Cahangir yenə  oğlunu mollaya tapşır-
mağa gedir; məktəbi səssiz görərik, heyrət edir: nədənsə molla 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə