Microsoft Word Cinsi-Heyat-2



Yüklə 114,87 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü114,87 Kb.
#2239


www.muselmanlar.com

 

 



 

İSLAMA ƏSASƏN SEKSUAL HƏYAT 



Müəllif: 

Ali Rza Dəmircan

 

Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov



 (fəlsəfə 

doktoru: fəlsəfə və ilahiyyat elmləri)

 

II FƏSİL


 

CİNSİ HƏYAT İBADƏT HƏYATININ BİR 

HİSSƏSİDİR 

 

Ağıl  və  elm  vasitəsilə  öyrənilməyənləri  də  öyrədən  Qurana 



əsasən  insan  Allahın  Ruhundan  üfürdüyü  torpaq  mənşəli  bir 

varlıqdır.

1

 

Yer  üzündə  ibadət  sınağından  keçiriləcəyi  üçün  O,  bütün 



mənfilər  kimi  (fücur)  bütün  müsbətlərə  (təqva)  də  təmayüllü  və 

qabiliyyətli yaradılmışdır.

2

 

Heyvanlarla ortaq olan cinsi həyatı onun torpaq xüsusiyyəti ilə 



əlaqədar  olub 

fücura  meylli  cəhətidir.  İslam  əmr  və  qadağaları  ilə 

cinsi  həyatı  da  ibadət  halına  gətirmişdir.  Bununla  da  onun  pis 

cəhətini  ruhi-mənəvi  ucalığı  üçün  vasitəçi  etmişdir.  Onu  bir  növ 

insanı  Allahın  rizasına  (razılıq,  məmnunluq)  və  Cənnətə  aparan 

əmələ çevirmişdir.

3

 

Deməli, cinsi həyat ibadət həyatının bir hissəsidir. 



 

                                                 

1

 Baxın: Hicr surəsi, 26-29-cu ayələr. 



2

 Baxın: Şəms surəsi, 7-8-ci ayələr. 

3

 Baxın: Muminun surəsi, 1-11-ci ayələr. 



www.muselmanlar.com

 

 



 

Cinsi həyat da Allaha ibadət vasitəsidir 



“Ölüm gəlib sənə çatana qədər Rəbbinə ibadət et.” 

(Hicr, 15/99) 

Allah varlığını öz zatından əxz edən əzəli və əbədi Rəbbdir. 

O,  birdir.  Bütün  varlıqlar  Ona  möhtacdırlar.  O,  doğmamış, 

doğulmamışdır.  Tayı-bərabəri  (oxşarı)  da  yoxdur.  Bilən,  eşidən  və 

görəndir. 

Bütün varlıqları xəlq edən Odur. 

O, həzrəti Adəmi xəlq etdi. Onu yaratdığı nəfsdən yoldaşını xəlq 

etdi.  Çoxalma  qanununu  qoydu.  Həzrəti  Adəm  və  yoldaşından  kişi 

və qadınları törətdi. 

Uca  Allah  əbədi  həyat  təqdir  edib  yaratdığı  insana  əql  və  iradə 

verdi.  Ona  öz  iradəsindən  istədiyi  kimi istifadə etmək  ixtiyarı verdi. 

Sonra  da  onu  ibadət  sınağından  keçirdi.  Allaha  bəndə  olmağın 

bönövrəsini də ibadət olaraq qoydu. 

Ulu  Allah  ilk  insan  olan  həzrəti  Adəmə  ilk  peyğəmbərlik 

tapşırığını  verdi.  Həzrəti  Adəm  və  ondan  sonrakı  insanların 

arasından  seçib  göndərdiyi  hər  bir  peyğəmbərin  vasitəsilə  insanlara 

əmr etdi ki, Ona ibadət etsinlər. Başa saldı ki, onlar ibadət etmək üçün 

xəlq  olunublar.  Onlarıa  ölüm  gəlib  çatana  qədər  ibadət  etmək  və 

ibadətlərdə səbrli olmaq öhdəliyi yüklədi.

4

 

                                                 



4

  Baxın:  Nəhl,  16/36;  Zariyat,  51/56;  Hicr,  15/99;  Məryəm,  19/65.  Yeri  gəlmişkən,  biz  bu 

fəsildə  çalışacağıq  ki,  islami  qayda  və  məqsədlərə  müvafiq  formada  yaşanan  cinsi  həyatın 

ibadətlərin  bir  hissəsi  olduğunu  xüsusi  olaraq  seçilmiş  ayə  və  hədislərlə  izah  edək.  Bununla 

belə, qeyd etmək lazımdır ki, həmin xüsusi dəlillər olmasaydı belə, cinsi həyatı ibadətlərin bir 

hissəsi kimi qiymətləndirmək mümkün olardı. Çünki görülməyi və görülməməyi birbaşa savab 

və  günah  olmayan  mübah  işləri  də  Allahın  razılığını  nəzərə  almaqla  ibadətə  çevirmək 



www.muselmanlar.com

 

 



 

Allah  ibadət  edən  bəndələrinə  müjdə  vedi:  Onları  əbədi  səadətə 



çatdıracağını  bildirdi.  İman  gətirib  Ona  üz  tutmayan,  üz  tutduğu 

halda  layiqincə  ibadət  etməyən  bəndələrini  isə  Cəhənnəm  əzabı  ilə 

qorxutdu.

5

 



O,  əlbəttə  ki,  insanları  yaratmağa,  onları  sınaqdan  keçirməyə  və 

ibadət  tapşırığı  verməyə  möhtac  deyildi.  Lakin  istədi  və  xəlq  etdi. 

Xəlq  etdi  və  onlara  öhdəliklər  yüklədi.  O,  məsul  hesab  edən,  ancaq 

məsul hesab edilməyən, dilədiyini edən Rəbdir.

6

 

Əsl  məsələ  bundan  ibarətdir  ki,  insan  ibadət  etmək  üçün 



yaradıldı. Ona belə bir öhdəlik yükləndi. Əbədi xoşbəxliyi də bundan 

asılı hesab edildi. 

 

 

 



                                                                                                                   

mümkündür.  Müfəssir-alim  M.  Əli  Sabuni  Safvətu-t-təfasir  adlı  əsərində  (Beyyinə  surəsinin 

təfsirinin axırıncı hissəsi, 3/579) bu məsələni belə izah edir: 

“İslam alimləri əməlləri 3 yerə ayırırlar: 

A) Namaz qılmaq, oruc tutmaq və zəkat vermək kimi əmr edilən əməllər. Bunları ixlasla, 

yəni, Allahın razılığına nail olmaq məqsədi ilə yerinə yetirmək lazımdır. Əgər bu əməllər həyata 

keçirildiyi  vaxt  Allahın  rizasının  xaricində  bir  məqsəd  güdülsə,  riyakarlıq  olar  (Riyakarlıq  isə 

insanı günahkar hala salır). 

B)  İçki  içmək,  zina  etmək  və  faiz  yemək  kimi  haram  edilən  əməllər.  Allahın  razılığını 

qazanmaq məqsədilə bu əməllərdən uzaq duran insan savab qazanır. Həmin əməllərdən Onun 

razılığını nəzərə almadan çəkinən insan isə ancaq məsuliyyətdən yaxa qurtarmış olur. 

C)  Yemək,  içmək  və  cinsi  əlaqədə  olmaq  və  bu  kimi  əməllər,  eləcə  də,  görülülb 

görülməməyi  insanın  öz  seçiminə  həvalə  edilmiş  mübah  əməllər. Əgər  insan  bu  işləri  Allahın 

rizasını  nəzərə  almaqla  görürsə,  savab  qazanır.  Əgər  Onun  rizasını  qazanmaq  məqsədi  ilə 

görmürsə,  savab  qazana  bilmir.  Yaxşı  bilmək  lazımdır  ki,  ibadət  üçün  güc-qüvvə  toplamaq 

məqsədilə  yemək-içmək  və  seksual  qadağalardan  uzaq  durmaq  üçün  həyat  yoldaşı  ilə  cinsi 

əlaqədə  olmaq  kimi,  Allahın  razılığına  çatmaqdan  ötrü  görülən  bütün  mübah  işlər  də  ibadət 

hesab olunur.”  

5

 Baxın: Muminun surəsi, 60-cı ayə. 



6

 Baxın: Ənbiya surəsi, ayə 23; Buruc surəsi, ayə 16. 

www.muselmanlar.com

 

 



 

İbadət nədir? 



İbadət  Allah  və  Onun  elçisi  həzrəti  Muhəmmədin  (əs)  buyuruq 

və qadağalarına itaət etmək deməkdir.

7

 

Allahın qanunlarına tabe olub ibadət etmək 



Dini  cəhətdən  cavabdeh  olan  mömin  bir  insan  tərəfindən 

bilinməli və həyata keçirilməli olan ilk tapşırıq ibadət etməkdir. 

İbadət etməli olan insan ibadəti nə cür edəcəyini bilmədiyi üçün 

bu, ona öyrədilib. 

Qiyamətə qədər davam edəcək Muhəmməd dövrü insanlığı üçün 

ibadətin  əsas  yolu  Allahın  Qurani-Kərimdə  bildirdiyi  əmr  və 

qadağalara boyun əymək, yəni, tabe olmaqdır. 

Qurani-Kərim  Allahın  kitabıdır.  Uca  Allah  onu  söz  və  məna 

formasında  Cibril  (Cəbrayıl)  adlı  mələyin  vasitəsilə  həzrəti 

Muhəmmədə (əs) 23 illik bir müddət ərzində hissə-hissə və vəhy yolu 

ilə nazil etdi. 

Misallar: 

A) Namaz qılmaq, oruc tutmaq, zəkat vermək və sairə ibadətdir. 

Çünki bunların hamısı Allah tərəfindən Qurani-Kərimdə əmr olunub. 

Elə isə Onun əmrlərinə tabe olmaq ibadət deməkdir. 

B)  Allahın  qanunları  ilə  ziddiyyət  təşkil  edən  qayda-qanunu 

düzgün hesab etmək, içki içmək, qumar oynamaq və faiz alıb vermək 

kimi  haramlardan  uzaq  durmaq  da  ibadətdir.  Çünki  Allah  bunları 

Qurani-Kərimdə qadağan edib. Onun qadağalarına tabe olmaq, başqa 

sözlə desək, onlardan çəkinib uzaqlaşmaq ibadətdir. 

 

                                                 



7

 Bəqərə, 2/21; Hicr, 15/99; Nisa, 4/80. 




www.muselmanlar.com

 

 



 

Allahın  elçisinin  –  peyğəmbərin  əmr  və  qadağalarına  tabe 



olmaqla ibadət etmək 

İbadətə  layiq  olan  yeganə  nüfuz  sahibi  ilah  ancaq  və  ancaq  Uca 

Allahdır.  Buna  görə  də  Ona  ancaq  və  ancaq  Onun  özünün  əmr  və 

haramlarına  itaət  etməklə  ibadət  etmək  olar.  Eyni  zamanda  Allah 

axırıncı  və  cahanşümul  peyğəmbər  olan  həzrəti  Muhəmmədə  (əs) 

itaət  etməyi  də  məhz  Özünə  (Allaha)  itaət  hesab  edir.  Deməli, 

peyğəmbərin  (əs)  buyuruq  və  qadağalarına  riayət  etmək  də  ibadət 

deməkdir.

8

 

Misallar: 



A) Sünnət olmaq, ilahi qanunların hökm dairəsinə daxil olmayan 

məsələlərdə  məsləhət  və  məşvərət  etmək,  geyim-kecim,  yaşayış  və 

idarəetmə  formasında  batil  din  və  ideologiyaların  mənsublarına 

müxalif olmaq, intiqam almağa imkanı olduğu halda, bağışlamaq... 

Bütün  bunlar  ibadət  deməkdir.  Çünki  bunlarla  əlaqədar  öyüd-

nəsihət verən Allahın elçisi həzrəti Muhəmməddir (əs). 

B)  Allaha  üsyan  edib  insanlara  itaət  etmək,  müqəddəs  hesab 

etmək  məqsədilə  insanların  qabağında  yerə  döşənmək,  gözəlləşmək 

üçün  qaş  aldırmaq,  dişləri  nazikləşdirmək,  saqqal  və  bığı  dibindən 

qırx(dır)maq  və  oxşar  əməllərdən  çəkinmək  (uzaq  olmaq)  ibadətdir. 

Çünki  bunları  peyğəmbər  (əs)  qadağan  edib.  Onun  qadağalarından 

uzaq  olmaq  isə  yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  ibadətdir.  Əslində 

peyğəmbərin  (əs)  bütün  əmr  və  qadağaları  Quranı  izah  etdiyi  üçün 

ona tabe olmaq Allaha itaət etmək deməkdir. 

Xülasə,  ata-anaya  qarşı  cavabdehliklərdən  tutmuş  beynəlxalq 

hüquqa qədər, istehsal və istehlakdan miras və cəzalara qədər, yeyib-

                                                 

8

 Baxın: Nisa surəsi, ayə 80. 



www.muselmanlar.com

 

 



 

içməkdən  tutmuş  ayaqyoluna  girib  çıxmağadək  Allah  və 



peyğəmbərinin (əs) buyuruq və qadağalarına tabe olmaq ibadətdir. 

Məhz  buna  görə  hər  bir  vaxt  ibadət  vaxtı,  hər  bir  yer  də  ibadət 

yeridir.  Hər  bir  söz,  hərəkət  və  rəftar  da  ya  ibadətdir,  ya  da  ondan 

kənarda qalan bir əməldir. 

İndi  isə  gəlin,  ümumi  olaraq  təhlil  etdiyimiz  bu  məsələyə  əsl 

mövzumuzdan  –  cinsi  həyatdan  misallar  verək  və  cinsi  həyatın 

əslində ibadətin bir hissəsi olduğunu izah etməyə çalışaq. 

Seksual münasibətləri mühafizə etmək və ondan istifadə ibadət 

deməkdir 

Hər  bir  məxluqun  xilqət  (yaradılış)  qanunlarını  qoyan  və  təbii 

öhdəliklərini müəyyən edən məhz Allahdır. 

Allahın  qoyduğu  yaradılış  qanun  və  öhdəliklərini  mühafizə 

etmək, yəni, onlara tabe olmaq onun əmri olduğuna görə ibadətdir.

9

 



İnsanlarda  cinsiyyət  üzvlərini,  o  cümlədən  doyurulmalı  və 

ödənməli olan seksual istəkləri yaradan və onlara çoxalma öhdəliyini 

yükləyən Allahdır. Onun xəlq etdiyi cinsi münasibətlərə hörmət edib 

qoyduğu 


qanunlar 

çərçivəsində 

evlilik 

vasitəsilə 

cinsiyyət 

üzvlərindən istifadə etmək və çoxalmaq Allahın yaradılış prinsipi və 

buyuruqlarını  qoruyub  saxlamaq  deməkdir.  Bu  səbəbdən  də  xalis 

ibadətdir. 

Bunun  xaricində  bir  fikrə  düşmək  və  bu  qəbildən  bir  iş  görmək 

isə  yaradılış  nizam-intizamını  dəyişdirmək  deməkdir.  Təbii  ki,  bu, 

Allaha üsyan xarakteri daşıyır. 

Muhəmməd  peyğəmbər  (əs)  məhz  bu  üsyanın  qarşısını  almaq 

məqsədilə seksual həyatdan uzaqlaşmağı qadağan etmişdir: 

                                                 

9

 Baxın: Taha surəsi, ayə 50; Rum surəsi, ayə 30. 




www.muselmanlar.com

 

 



 

“İslamda



  (evlənməmək  və  evlilikdə)  seksual  həyatdan  kənar  olmaq 

yoxdur.” 

“Şübhəsiz  ki,  Allah  bizdən  ötrü

  (cinsi  həyatdan  çəkilmək  olan) 

rahibliyi  evliliyi  əhatə  edən  və  asanlıqla  dolu  olan  İslam  şəriəti  ilə 

dəyişdirdi.”

10

 

Cinsi  həyata  ailə  qurmaqla  başlamaq  və  onu  davam  etdirmək 



ibadətdir 

Allahın və peyğəmbərinin buyuruqlarını yerinə yetirib evlənmək 

və beləliklə, cinsi həyata başlamaq ibadətdir. 

Halal  olan  və  haramdan  uzaq  saxlanan  seksual  ehtiyac  və 

istəkləri  ibadət  şüuru  daxilində  Allah  və  peyğəmbərinin  əmr  etdiyi 

evlilik vasitəsilə ödəmək, beləcə, rahatlığa çatmaq da ibadətdir. 

Evlənib  ailə  qurmaq  Allahın  istəyi,  Onun  elçisinin  həyata 

keçirdiyi bir əməldir. Çünki bizə tətbiq olunan ibadət sınağına əsasən 

cavabdeh olduğumuz dini məsələlərin böyük bir hissəsi (misal üçün, 

qohumluq,  dolanışıq  xərclərinin  təmin  edilməsi,  miras  və  boşanma) 

ailə üzərində qurulub. 

Evlilik  sadəcə  olaraq  cinsi  həyatla  formalaşdırıla  bilir.  Məsələyə 

bu  baxımdan  yanaşdıqda  məlum  olur  ki,  halal  seksual  münasibətlər 

də ibadətdir. 

 

 

 



                                                 

10

 Kəşfu-l-xəfa, hədis nömrəsi 3154; İbn Macə, Nikah, 1 (hədis nömrəsi 1843); Camiu-s-səğir, 



2/189;  Əbu  Davud,  Mənasik,  3.  Ruhbaniyyət  (rahiblik)  sözü  dünya  işləri  və  nemətlərindən  üz 

döndərmək  mənası  versə  də,  bu  hədislərin  orijinal  mətnlərində  seksual  həyatdan  uzaqlaşmaq 

mənasında işlədilib. Baxın: Kamil Miras, Təcrid, 1-ci nəşr, 6/255; Məcməu-z-zəvaid, 4/252; Haqq 

dini, Quran dili, 6/3904. 

www.muselmanlar.com

 

 



 

Cinsi haramlardan uzaq durmaq da ibadətdir 



Seksual  haramlar  da  daxil  olmaqla  Allah  və  peyğəmbərinin  (əs) 

bütün qadağalarından çəkinmək ibadətdir. Uzaq durulmalı olan ilahi 

qadağalardan biri zinadır. 

Allah buyurur ki, zinaya yaxın durmayın.

11

 

Quranın Furqan surəsinin 68-69-cu ayələrində isə belə deyilir: 



“(Mərhəməti  bütün  məxluqatı  əhatə  edən  Allahın  sevimli 

bəndələri) Allahla yanaşı, başqa birini tanrı kimi görüb ona ibadət 

etməzlər. Ölümə layiq olanlardan başqa Allahın haram etdiyi cana 

dəyib toxunmazlar. Zina da etməzlər. Kim bu əməlləri etsə, cəzasını 

çəkər.  Qiyamət  günü  onun  əzabı  qatbaqat  olar.  Həmin  ürpərdici 

əzabın içində xor və biabırçı bir halda əbədi olaraq qalar.” 

Zina etməyə imkanı olduğu halda Allahın əzabından qorxaraq və 

Onun razılığını qazanmaq məqsədilə bu günahdan uzaq durmaq elə 

böyük  bir  ibadətdir  ki,  bu  dünyada  möcüzəvi  hadisələrə  də  səbəb 

olur. Yəni, bu əməl o dərəcədə ülvi bir əməldir. 

Zina  günahından  uzaq  qalmaq  möcüzəvi  hadisələrin  baş 

verməyinə səbəb ola bilər 

Abdulla ibn Ömər (ra) nəql edir: 

Bir gün Allahın rəsulu bizə belə bir əhvalat danışdı: 

“Günlərin  bir  günü  sizdən  əvvəlki  cəmiyyətlərdən  birinin 

nümayəndəsi olan 3 nəfər yola çıxırlar. Bir qədər yol getdikdən sonra 

hava qaralır və onlar gecələmək üçün bir mağaraya girirlər. 

Elə olur ki, dağdan qopub düşən böyük bir daş parçası mağarının 

girəcəyini  tutur.  Vəziyyəti  belə  gördükdə  öz  aralarında  danışıb 

                                                 

11

 İsra, 17/32. 




www.muselmanlar.com

 

 



 

deyirlər  ki,  bizi  bu  çətinlikdən  ancaq  və  ancaq  öz  gözəl  əməllərimiz 



xilas edə bilər. Daha doğrusu, Allaha dua edib kömək diləsək, bəlkə, 

yaxşı əməllərimizin xətrinə buradan xilas olarıq. 

Həmin  şəxslərdən  biri  dedi  ki,  Allahım,  mən  ata-anama  qarşı  o 

qədər xoş rəftar edirdim ki, az qalırdı uşaqlarımı yaddan çıxardam.  

O  bir  şəxs  isə  öz  sərəncamında işlətdiyi adamın  haqq-hüququna 

çox  rəayət  etdiyini  deyib  Allaha  dua  etdi.  Allahdan  mağaranın 

qapısının açılmağını dilədi. 

Beləcə,  bu  səmimi  duaların  sayəsində  daş  yerindən  bir  az 

tərpəndi. Amma mağaradan çıxmaq hələ mümkün deyildi. 

Üçüncü şəxs isə belə bir hadisəni danışıb Allaha dua etdi: 

- Ya Rəbbi! Mənim əmimin bir qızı var idi. Mən onu çox istəyirdim. Bir 

gün  istədim  ki, onunla  cinsi əlaqədə  olum.  Amma  bu,  mənə qismət olmadı. 

Bunun üstündən illər keçdi. Bir gün qıtlıq baş verdi. Əmimin qızı çətinliyə 

düşdüyü  üçün  məndən  kömək  istəməyə  gəldi.  Ona  dedim  ki,  əgər  mənimlə 

cinsi  əlaqəyə  razı  olsan,  sənə  120  qızıl  verərəm.  O  da  bunu  qəbul  edib 

paltarlarını  çıxartdı.  Bu  dəm  mən  öz  yerimi  tutdum.  Ona  tamamən 

toxunacaqdım ki, mənə belə dedi: 

“Allahdan  qorx!  Arada  kəbin  olmadan  yaxınlıq  edib)  bakirəliyi 

pozmaq sənə halal deyil!”

 

Mən isə onu çox sevdiyim və istədiyim halda, günaha batmamaq üçün 



kənara çəkildim. Verdiyim qızıllar da onda qaldı (mən belə istədim). 

Allahım!  Əgər  mən  bu  əməli  sənin  razılığına  nail  olmaq  məqsədilə 

etmişəmsə, bizi hal-hazırda düşdüyümüz bu dar vəziyyətdən xilas et. 

www.muselmanlar.com

 

 

10 



 

Bu  duadan  sonra  mağaranın  ağzındakı  qaya  yerindən  tamamilə 

oynadı. Onlar da oradan çıxıb yollarına davam etdilər.”

12

 



Zina günahından uzaq durmaq insanı Allah tərəfindən verilən 

əmin-amanlığa aparır 

Yuxarıda  qeyd  etdik  ki,  başda  zina  olmaqla  özünü  seksual 

qadağalardan  qorumaq  möcüzəvi  hadisələrə  səbəb  ola  bilər.  Yeri 

gəlmişkən,  deyək  ki,  bu,  insanı  eyni  zamanda  Allah  tərəfindən  bəxş 

edilmiş  bir  əmin-amanlığa  da  çatdırır.  Muhəmməd  peyğəmbər  (əs) 

bunu aşağıdakı kimi izah etmişdir: 

“Başqa  bir  kölgənin  olmadığı  Qiyamət  günündə  Allah  Təala, 

yeddi dəstə insanı öz kölgəsində saxlayacaq: 

- Ədalətli dövlət başçısı (və idarəçi); 

- Allaha ibadət edərək böyüyüb boya-başa çatan cavan; 

-  Ürəyi  məscidlərə  bağlı  müsəlman  (məscidlərdə  cəm  halda 

ibadətləri çox sevən) şəxs; 

- Bir-birlərini Allah üçün sevən və bu sevgiyə əsasən görüşən və 

ayrılan iki mömin insan; 

-  Sağ  əlinin  verdiyini  sol  əlinin  bilməyəcəyi  qədər  gizli  sədəqə 

verən kimsə; 

- Tək başına olduğu vaxt Allahı xatırlayıb göz yaşı tökən adam; 

- Gözəl və ictimai mövqeyə malik olan bir qadının birlikdə olmaq 

istəyinə: “Mən Allahdan qorxuram”, - deyə, müsbət cavab verməyən 

adam.”

13

 



                                                 

12

  Buxari,  İcarə,  12;  Riyazu-s-salihin,  İxlas  babı,  hədis  nömrəsi  12.  Burada  hədis  yığcam 



formada  qeyd  edilib.  Yeri  gəlmişkən,  dua  və  təbiət  hadisələrinin  arasındakı  əlaqə  üçün  Nuh 

surəsinin 10-12-ci ayələrinə baxın. 




www.muselmanlar.com

 

 



11 

 

 



Seksual  qadağalara  rəayət  edən  mömin  Allahın  məhəbbətinə 

nail olur və bu rəftarı onu Cənnətə aparır 

Mömini  Qiyamət  gününün  dəhşətli  qorxularından,  o  cümlədən 

insanın  iliklərinə  qədər  işləyən  əzab-əziyyətdən  qoruyan  əməllər 

şübhəsiz ki, onun Cənnətə girməyinə də səbəb olacaq. 

Həqiqətən də, Allah nicat tapan və Firdovs cənnətlərinə girməyə 

layiq olan bəndələrini bu cür təsvir edir: 

- Sidq-ürəkdən namaz qılan; 

- Zəkat vermək üçün işləyən, əlləşib-vuruşan; 

- Mənasız söz və işlərdən çəkinən; 

- Verdiyi sözü yerinə yetirən, sözünə bütöv və əhdinə vəfalı olan 

bəndələr. 

Bununla yanaşı, Allah həmin bəndələrin cinsi haramlardan uzaq 

durduqlarını da bildirir: 

“Möminlər, həqiqətən də, nicat tapmışlar; 

(Onlar) o kəslərdir ki, namazlarında mütidirlər, 

o kəslərdir ki, sözbazlıqdan və boş işdən qaçırlar, 

o  kəslərdir  ki,  zəkat  verirlər  (zəkat  vermək  imkanına  malik 

olmaq üçün çaışırlar), 

o kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, 

                                                                                                                   

13

 Ət-Tac, 5/76; Buxari, 8/20. 



www.muselmanlar.com

 

 



12 

 

azad  zövcələri  və  sahib  olduqları  cariyələr  (kəbinli  əsir 



arvadları)  istisnadır  (onlarla  ancaq  cinsiyyət  üzvündən  əlaqədə 

olurlar). Onlar (buna görə heç) qınanmazlar. 

Bundan  artığına  (zina  və  homoseksuallıq  kimi  haram 

münasibətlərə) can atanlar isə (üsyankar və) həddi aşanlardır. 

O (mömin) kəslər ki, onlara verilən tapşırığı və verdikləri sözü 

yerinə yetirirlər. 

O kəslər ki, namazlarını müntəzəm olaraq qılırlar. 

Məhz onlardır varis olanlar! 

Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!”

14

 



Evlilik  həyatındakı  seksual  haramlardan  uzaq  durmaq  da 

insanı Allahın məhəbbətinə layiq hala gətirir 

Uca  Allah  və  Onun  peyğəmbəri  tərəfindən  qoyulan  və  cinsi 

münasibətlərlə əlaqədar olan haramlardan uzaq durmaq da ibadətdir. 

Bu hal da insanın Allahın razılığına nail olmağına zəmin yaradır. 

Allah qadının aybaşı halında cinsi əlaqədə olmağı, eləcə də, həyat 

yoldaşına tərs yoldan yaxınlaşmağı qadağan edib. O, bu iki əməldən 

uzaq olan bəndələrini sevdiyini belə bildirir: 

“Həqiqətən  Allah  (hər  ay  təmizləndikləri  vaxt  qadınlarına) 

qayıdanları,  (ancaq  təmizlik  vaxtı  əlaqədə  olanları)  sevər.  O,  yaxşı-

yaxşı  təmizlənənləri  (aybaşı  halında  qabaq  və  arxa  orqandan  cinsi 

əlaqədə olmaqdan çəkinənləri də) sevər.”

15

 

 



                                                 

14

 Muminun, 23/1-11. 



15

 Bəqərə, 2/222. Mötərizədə bildirilən fikirlər barədə ətraflı məlumat almaq üçün “Aybaşı 

və zahılıq halında cinsi əlaqədə olmaq” fəslindəki şərhlərə baxın. 



www.muselmanlar.com

 

 



13 

 

Həyat yoldaşı ilə cinsi əlaqədə olmaq da ibadətdir 



Buraya  qədər  verdiyimiz  məlumatlar  göstərir  ki,  Allahın  haram 

etdiyi şeylərdən uzaq durmaq fərzdir. 

Fərzləri  həyata  keçirmək  üçün  görülən  işlər  də  fərzdir.  Bundan 

ötrü də  seksual xarakterli haramlardan qorunmağımıza kömək edən 

işlər  görmək  lazımdır.  Fərz  əməlləri  yerinə  yetirmək  Allaha  itaət 

etmək  deməkdir.  Bu,  ibadətdir.  Aşağıdakı  hədis  bu  məsələni  ətraflı 

izah edir: 

Həyat yoldaşı ilə cinsi əlaqədə olmağa savab yazılır 

Səhabələrdən Əbu Zər (ra) nəql edir: 

Bir gün peyğəmbər bizə belə dedi: 

-  “Sübhanallah”  formasındakı  hər  bir  təsbehdə,  “əlhəmdulillah” 

sözündəki  hər  bir  həmddə,  “Allahu  əkbər”  ifadəsindəki  hər  bir 

təkbirdə  və  “la  ilahə  illəllah”  cümləsindəki  hər  bir  təhlildə,  o 

cümlədən  hər  bir  Haqqa  çağırışda  və  kimi  isə  pis  bir  işdən 

uzaqlqşdırmaqda xeyir savabı var. 

(Digər  tərəfdən)  sizin  aranızdan  bir  nəfərin  həyat  yoldaşı  ilə  cinsi 

əlaqədə olmağında da sədəqə savabı var.”  

Bu sözləri eşidən səhabələr təəccüb və maraqla soruşdular: 

“Ey  Allahın  elçisi!  Məgər  seksual  istəkləri  ödəməklə  savab 

qazanmaq olar?” 

Peyğəmbər buna belə cavab verdi: 

 

 



       

   


   

  

www.muselmanlar.com



 

 

14 



 

     


   

   


  

 “Təbii  ki,  buna  da  savab  verilir.  Bəs  sizin  aranızdan  bir  nəfər  zina 

etsəydi, günaha batmayacaqdı? Buna nə deyirsiniz? Elə isə bilin ki, öz arvadı 

ilə cinsi əlaqədə olduğu vaxt da ona savab yazılır.”

16

 

Başqa bir hədisdə isə belə deyilir: 



“Allah kişinin arvadı ilə cinsi əlaqədə olmağından məmnun olur. Onlara 

bu səbəbdən savab verir və onlar üçün halal ruzi yaradır.” 

Övlad sahibi olmaq üçün cinsi əlaqədə olmağa da savab yazılır 

Allah  ilk  insanı  torpaqdan  yaradıb.  Onun  çoxalmağını  diləyib. 

Onu  elə  yaradıb  ki,  nəslinin  çoxalmağı  cinsi  əlaqədə  olmaqdan 

asılıdır.  Dua edən  bir  övladı  olmaq  məqsədilə  həyat  yoldaşı  ilə cinsi 

əlaqədə  olmaq  Allahın  ehsanını  (yaxşılıq)  istəmək  deməkdir.  Bu 

ehsana  məhz  Onun  məqbul  hesab  etdiyi  yolla  nail  olmağa  çalışmaq 

da  Allahın  razılığını  qazanmaq  deməkdir.  Buna  əsasən  uşaq  sahibi 

olmaq məqsədi ilə cinsi əlaqəyə girmək də ibadət hesab olunur. 

Aşağıdakı hədis bu məsələni çox yaxşı izah edir: 

Əbu Zər (ra) nəql edir: 

Bir gün Muhəmməd peyğəmbər (əs) bizə belə öyüd-nəsihət verdi: 

- İnsan günəşin çıxdığı hər gün öz nəfsi üçün sədəqə verməlidir. 

Mən bunu eşidən kimi dedim: 

“Ya  rəsulallah,  axı  bizim  malımız-pulumuz  yoxdur.  Mən  onu 

haradan ala bilərəm ki, sədəqə verim?” 

Mənə belə cavab verdi: 

                                                 

16

 Müslim, Zəkat, 53; Mişkatu-l-məsabih, hədis nömrəsi 1898; Müsnəd, 5/167-168. 




www.muselmanlar.com

 

 



15 

 

“(Sədəqə  qapıları  çoxdur.  İndi  sənə  sadalayacaqlarım)  həmin 



qapılardandır. 

Sübhanallah,  əlhəmdulillah,  Allahu  əkbər,  la  ilahə  illəllah,  əstəğfirullah 

(bütün bu zikrlərin hamısı sədəqə deməkdir). 

İnsanları  Haqqa  dəvət  edərsən,  onları  din,  elm  və  yetkin  ağlın  qəbul 

etmədiyi  şeylərdən  uzaqlaşdırarsan,  insanların  keçdikləri  yollardan  tikan, 

sümük və daşları təmizləyərsən, kor olana yol göstərərsən, lal və karlara bir 

şeyi  onların  başa  düşəcəkləri  qaydada  başa  salarsan,  başının  çıxdığı  işdə 

səndən  kömək  istəyənə  vasitəçilik  və  kömək  edərsən,  kömək  istəyən  aciz  və 

zəifə var qüvvənlə kömək edərsən. 

Budur,  bunların  hamısı  sənin  öz  nəfsin  üçün  aça  biləcəyin  sədəqə 

qapılarındandır. 

Əlavə olaraq, xanımınla cinsi əlaqədə olmağına da savab yazılır.” 

Mən özümü saxlaya bilməyib soruşdum: 

“Ya  rəsulallah!  Mən  öz  şəhvani  hislərimi  cinsi  əlaqə  vasitəsilə 

doyururam deyə, necə ola bilər ki, mənə savab yazısın?” 

Peyğəmbər (əs) bu sualıma belə cavab verdi: 

“Ey  Əbu  Zər!  De  görüm,  sənin  bir  uşağın  olsaydı,  böyüyüb-boşa 

çatdıqdan sonra (əsl bəhrə verməyə başladığı vaxtda) ölsəydi, onun ölümünə 

görə sənə savab verilərdimi?” 

Mən: “Bəli, ya rəsulallah”, - deyə cavab verdim. 

O isə başqa bir sual da soruşdu: 

“Bəs  savab  qazanmağına  səbəb  olan  o  uşağı  sən  yaratmış  olacaqdın, 

yoxsa yox?” 

“Xeyr, əlbəttə ki, Allah yaradacaqdı”, - dedim. 

“Bəs onu düzgün yola kim çatdırardı?” 

www.muselmanlar.com

 

 

16 



 

“Allah”, - dedim. 

“Ruzisini kim verəcəkdi? Sən?” 

Cavab olaraq: “Xeyr, təbii ki, onun ruzisini də Allah verəcəkdi”, - 

dedim. 

Peyğəmbər busual-cavabdan sonra sözlərinə belə davam etdi: 



“Bax  belə!  Deməli,  sən  cinsi  əlaqədə  olmaqla  onun  həyatına  səbəb 

olursan. Buna görə də Allah tərəfindən sənə savab verilir. 

İndi sən həyat maddəsini öz yerinə (arvadının bətninə) axıt. Onu haram 

yerə boşaltma. 

Əgər Allah istəsə, onu yaradıb yaşadacaq. Diləməsə, yaratmaz. Yaratsa 

da,  öldürər.  Bununla  belə,  sən  övlad  sahibi  olmaq  istədiyin  üçün  savab 

qazanırsan.”

17

 



Seksual münasibətlərdə peyğəmbərin sünnəsinə tabe olmaq da 

ibadətdir 

Yuxarıda  izah  etdik  ki,  Allahın  elçisinin  seksual  məzmunlu 

buyuruqlarına  itaət  etmək  də  ibadətdir.  Deməli,  əməli  və  şifahi 

Sünnəyə  əsasən  hərəkət  etmək,  cinsi  əlaqədə  bunlara  tabe  olmaq  da 

ibadət hesab olunmalıdır. Buna misal olaraq aşağıdakıları gösətərmək 

mümkündür: 

a) Cinsi əlaqədən qabaq bismillah demək; 

b) Şeytandan Allaha pənah aparmaq; 

c) Cinsi əlaqəyə yaxşı-yaxşı sevişdikdən sonra başlamaq; 

d) Həyat yoldaşı (xanım) seksual doyuma çatmamış cinsi əlaqəni 

baş vurmamaq; 

                                                 

17

 Müsnəd, 5/168-169. 




www.muselmanlar.com

 

 



17 

 

e) Xanımın razılığını almadan kənara boşalmamaq. 



Yeri  gəlmişkən,  qeyd  edək  ki,  bu  məsələləri  müvafiq  hədislərə 

əsasən kitabın xüsusi bir fəslində geniş formada izah edəcəyik. 

İndi  isə  belə  hesab  edirik  ki,  cinsi  həyatın  ibadət  həyatının  bir 

hissəsi olduğuna dair şərhlərimiz bu məsələni kifayət qədər izah edir. 

Əslində  bu  kitabda  oxuduğunuz  və  cinsi  həyatımızla  əlaqədar  olan 

hər bir dini qayda da bunu açıq-aydın surətdə göstərir. Çünki ibadət 

hər  şeydən  əvvəl  Allah  və  peyğəmbərinin  əmr  və  qadağalarına 

müvafiq hərəkət etmək deməkdir. 

Burada bir məsələyə də toxunmaq istəyirik: 

Hədisləri  nəql  edən  insanlar  (ravi)  onları  bizə  peyğəmbərimizin 

işlətdiyi  sözlərlə  deyil,  məna  olaraq  öz  söz  və  ifadələri  ilə  nəql 

ediblər. Hədislər o dəqiqə yazılmayıb. Ona görə də bu hal zəruri bir 

haldır.  Buna  görə  də  bilmək  lazımdır  ki,  peyğəmbərimizdən rəvayət 

olunan sözlər onun (hərfi olaraq) orijinal sözləri deyil. 



Yüklə 114,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə