Microsoft Word Cografi Eko cavab az imtahan doc



Yüklə 308,08 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix11.04.2018
ölçüsü308,08 Kb.
#37288
1   ...   4   5   6   7   8   9   10   11   12

Dünyanın  regionları,  təbii  zonaları  və  bir  çox  ərazilərdə  yağıntılar  və 

buxarlanmalar  müxtəlifliyi  ilə  fərqlənir.  Məhz  ona  görə  də  ekoloji  proseslər, 

ekoloji  tutum,  ekoloji  optimallıq  və  s.  göstəricilər  müxtəlif  olduğundan  suların 

yayılması,  hidroqrafik  şəbəkədən  səmərəli  istifadə  olunması  həmişə 

nizamlanmalıdır.  

31)


Dünya okeanın ümumi səciyyəsi 

Okean yunan sözü olub 

– okeanus kimi ifadə edilir və yeri əhatə edən böyük 

çay mənası verir. Okeanlar dünyanın və yerin hidroqrafik sferasının əsasını təşkil 

edərək  yer  səthinin  70,8%-ni  əhatə  edir.  Bir  çox  mütəxəssislər  Dünya  okeanını 

bütün materikdaxili sularla birlikdə vahid hidrosfera hesab edirlər.  

Okeanın müxtəlif hissələrində yerləşən sular fiziki və kimyəvi tərkibinə görə 

fərqlidir.  Yer  kürəsinin  hərəkəti,  hava  axınları  və  dəniz  cərəyanları  vasitəsilə  elə 

bir  rütubət  yaradır  ki,  bununla  nəinki  okeanlarda,  hətta  atmosferin,  materiklərin 

müxtəlif dərinliklərində güclü hava axınları hərəkətə gəlir. Həmin proseslərin təsiri 

ilə regionlarda istiləşən və soyuqlaşan iqlim fərqləri yaranır. 

Dünya  okeanı  enerji,  mineral  və  kimyəvi  ehtiyatlara  malik  olmaqla 

mənbəyinə,  istismar  xüsusiyyətlərinə  və  başqa  cəhətlərinə  görə  aşağıdakı  kimi 

fərqlənir: 

1)

  Dəniz dibinin minerallarla zəngin olması ilə; 



2)

  Suların  tərkibində  olan  mikroelementlər  və  qabarma-çəkilmə  nəticəsində 

yaranan enerji ilə; 

3)

  Bioloji resursları və süni yolla yetişdirilən təsərrüfatları ilə; 



Okeanların xüsusiyyətlərinə akvatoriyalar, onlara daxil olan qurumun, adların 

xassələri təsir göstərir.  



 

 

 


32)Dünya okeanının istilik balansının materiklərə ekoloji təsiri 

Dünya  okeanı  materikləri  əhatə  etməklə  4  okeandan  ibarət  olub  bir-birindən 

fərqlənirlər.  Sakit  və  Atlantik  okeanlar  həm  böyüklüyünə,  suların  həcminə  görə 

fərqlənməklə ən dərin okeanlardır.  

Dünya  okeanının  su  balansı  əsasən  452  min  km

3

  olub,  həcmi  sabitdir. 



Göstəricilər  rəqəmin  411  min  km

3

  yağıntılar,  41  min  km



3

  çayların  gətirdikləri 

suyun hesabıdır. Buxarlanmanın həcmi okean sularının ümumi həcmi qədərdir. Su 

balansının formalaşması və dəyişməsi şimal və cənub yarımkürələri üzrə fərqlənir. 

Okeanlarda  ən  güclü  proseslər  hidroloji  şəraitlə  əlaqədardır.  Hidroloji 

proseslər  əsasən  günəş  radiasiyası  ilə  əlaqədar  çox  böyük  mürəkkəblik  yaradır. 

Günəş radiasiyası okean sularının kiçik və böyük dövranında mühüm rol oynayır. 

Eyni  zamanda  Günəşlə  atmosfer  arasında  əlaqə  nəticəsində  istiliyin  müstəqil 

istiqamətlərdə  paylanmasına  şərait  yaranır.  Həmin  proses  aşağıdakı  kimi 

səciyyələnir: 

1.

 

Günəşin  radiasiya  cəminin  təsiri  və  eyni  zamanda  əks  şüalanmanın 



yaranması ilə; 

2.

 



Günəş  şüalanması  ilə  əlaqədar  dünya  okeanında  istiliyin  bir 

buraxılmaya sərf edilməsi ilə; 

3.

 

Okeanla  atmosfer  arasında  gedən  turbulent  prosesində  istiliyin  sərf 



edilməsi ilə 

Göstərilən  proseslər  okeanın  yuxarı  səthi  ilə  atmosferin  aşağı  hissələri 

arasında gedərək nəinki istiliyin və rütubətin paylanmasına təsir edir, eyni zamanda 

ekoloji prosesləri nizamlaya bilir. 



33)Dünya okeanının istilik balansı 

Dünya  okeanında  istilik  balansının  yaranmasında  Yer  kürəsinə  uyğun 

qanunauyğunluq  müəyyən  hədlər  çərçivəsində  müşahidə  edilir.  Məlumdur  ki, 

Günəş  radiasiyası  cəmi  yüksək  en  dairəsindən  aşağı  en  dairəsinə  doğru  artır. 

Qütblərdən  ekvatora  doğru  gəldikcə  buludlu  günlərin  sayı  azalır  və  atmosfer 



təzyiqi  də  artır.  Göstərilənlər  istilik  balansında  özünəməxsusluq  yaradır.  Belə  ki, 

atmosfer təzyiqi yüksək olan ərazilərdə istilik buxarlanmaya daha çox sərf edilir. 

Turbulent  istilik  mübadiləsi  su  ilə  atmosfer  arasında  temperatur  fərqinin 

yüksək olduğu zaman baş verir. Okeanın istiliyinin daha çox atmosferə keçilməsi 

30

0

 şimal və cənub en dairələri arasında baş verir. Deyilənlər mülayim və polyar en 



dairəsində də müşahidə edilir. Belə hal soyuq aylarda iqlimin yumşalmasına təsir 

göstərir. Məlum olmuşdur ki, dünya okeanından atmosferə istilik daha çox verilir, 

nəinki  qurudan.  Beləliklə,  aydın  olur  ki,  dünya  okeanı  Yer  kürəsində  iqlim 

ə

mələgəlməsində və havanın formalaşmasında güclü təsir göstərir. 



Okean  temperatur  müxtəlifliyinin  yaranması  olduqca  mürəkkəbdir.  Okean 

suyunun  1  sm  qalınlığı  oraya  düşən  günəş  enerjisinin  94%-ni  udur.  Suyun 

qarışması  isə  istiliyi  dərinliklərə  yayır.  Uzun  müddətli  müşahidələr  göstərir  ki, 

okean  sularının  səthində  orta  temperatur  17,5

0

S,  havanın  temperaturu  isə  14,4



0

olur. Okeanda dərinliyə getdikcə də temperatur fərqinin dəyişməsi də maraqlıdır.  



34)Dünya okeanı sularının hərəkəti 

Okean  sularının  sirkulyasiyası,  suların  kimyəvi,  biolojixüsusiyyətlərinə  təsir 

göstərən  əlamətlərdəndir.  Okeanlarda  axfnlar  mürəkkəbliyi  ilə  ərqlənir.  Dəniz 

axınlarının yaranması Yerin hərəkətinin, günəş və Ayın cazibə qüvvələrinin, hava 

və suyun temperatur fərqinin, suda əmələ gələn təzyiqin təsiri ilə yaranır. Okean və 

dənizlərdə  baş  verən  axınlar  oxşar  olduqları  kimi,  miqyasına  və  gücünə  görə 

fərqlidirlər. 

Suların hərəkəti okean və dənizlərin səthində, 150-200 m dərinlikdə baş verir. 

Bir neçə dəniz axını yer kürəsinin iqliminə böyük təsir göstərir. Bunlara Qolfstrim, 

Kurosio, Şimali Atlantika, Kromvill və s. Aid etmək olar. 

Dünya okeanının materiklərə təsiri zamanı dəniz cərəyanları ilə yanaşı, hava 

axınları, təzyiq zonaları, siklon və antisiklonlar da təsir göstərir. Siklonlar küləkli, 

rütubətli,  dumanlı  hava  şəraiti  yaradır.  Antisiklonlar  siklon  kimi  geniş  əraziləri 



Yüklə 308,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə