AZƏ
RBAYCAN RESPUDL KSI TƏ
HS L NAZ RL Y
AZƏ
RBAYCAN DÖVLƏ
T QT SAD UN VERS TET
«MAG STR HAZIRLIĞI MƏRKƏZ »
Ə
lyazması hüququnda
Cümş
üdova Pakizə
Ə
kbə
r qızı
QEYR -NEFT SEKTORUNUN NK Ş
AF ETD R LMƏ
S
ZƏ
RUR L Y VƏ
MKANLARI
mövzusunda
M A G S T R D S S E R T A S Y A S I
stiqamə
tin ş
ifri və
adı: M 020000 Mühəndis iqtisadiyyatı və idarəetmə
xtisasın ş
ifri və
adı: M 020001 stehsal və xidmət sahələrinin
iqtisadiyyatı və idarə edilməsi
Elmi rəhbər: i.e.n. B.S.Əhmədov
Magistr proqramının rəhbəri: i.e.n., dos. A.S.Mehtiyev
Kafedra müdiri: i.e.n., dos. Ə.V.Hacıyev
BAKI - 2014
2
MÜNDƏR CAT
G R Ş . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 3
FƏS L 1. Milli iqtisadiyyatda qeyri-neft sektorunun inkişafının nəzəri əsasları . . . 7
1.1. Milli iqtisadiyyatın sahə strukturunun formalaşmasına təsir edən amillər. . . .7
1.2. Milli iqtisadiyyatda holland sindromu və qeyri-neft sektorunun
inkişafını zəruri edən amillər . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 18
1.3. Qeyri-neft sektorunun inkişafının dövlət tərəfindən tənzimlənmə
mexanizminin xüsusiyyətləri . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 23
FƏS L 2. Azərbaycanda qeyri-neft sektorunun inkişafının mövcud
vəziyyətinin qiymətləndirilməsi. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 28
2.1. Milli iqtisadiyyatın mövcud sahə sturukturu və ona təsir
edən amillər. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 28
2.2. Qeyri-neft sektorunun inkişaf dinamikasının qiymətləndirilməsi. . . . . .38
2.3. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün biznes mühiti. . . . . . . . . . . 48
FƏS L 3. Azərbaycanda qeyri-neft sektorunun inkişafının
perspektiv isiqamətləri. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 58
3.1. Qeyri-neft sektorunun inkişaf imkanları və prioritetləri. . . . . . . . . . . . .58
3.2. Qeyri-neft sektorunun inkişafının dövlət tərəfindən
stimullaşdırılması yolları . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 67
NƏT CƏ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 75
ST FADƏ ED LM Ş ƏDƏB YYAT. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 81
РЕЗЮМЕ
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .83
THE RESUME . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .84
3
G R Ş
Mövzunun aktuallığ
ı. Müasir dövrdə Azərbaycanda iqtisadiyyatın digər
sahələri ilə müqayisədə neft sektorunun müqayisəli üstünlüyə malik olması nəticə
etibarilə onun üstün inkişaf etməsi ilə nəticələnmişdir. Bu mənada, neft sektoruna
investisiya qoyuluşu da üstünlük təşkil etmiş, həmçinin iqtisadiyyatda neft amilinin
rolu xeyli artmışdır. Nətiəcədə, digər sahələrə nisbətən neft sektoru üstün inkişaf
etmişdir. Bununla yanaşı, ölkədə neft strategiyasının uyğurla reallaşdırılması qeyri-
neft sektorunun inkişafı üçün zəruri vəsaitlərin formalaşmasına, dövlətin bu sahədə
təsirli tədbirlər həyata keçirməsi imkanlarının yaranmasına səbəb olmuşdur. Neft
gəlirləri hesabına qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün zəruri resursların
formalaşması imkanlarının yaranması və neftin bərpa olunmayan təbii ehtiyatlara
aid olması qeyri-neft sektorunun inkişaf etdirilməsinin əhəmiyyətini artırır.
Ölkənin davamlı iqtisadi inkişafının təmin olunması iqtisadiyyatın sahələri
arasında tarazlığın yaradılmasını, əmək, təbii və maddi resurslardan səmərəli istifadə-
ni zəruri edir. Son dövrlər ölkənin kompleks sosial-iqtisadi inkişafını təmin etmək
məqsədilə həyata keçirilən tədbirlər qeyri-neft sektorunun inkişafına da zəmin
yaratmışdır. Eyni zamanda, bu istiqamətdə həyata keçirilən tədbirlər yoxsulluq səviy-
yəsinin azaldılmasına, iqtisadiyyatın özünüinkişaf qabiliyyətinə malik oşlmasına və
deməli ölkənin rəqabət qabiliyyətinin də artmasına səbəb olacaqdır. Hazırda, ölkənin
maliyyə imkanlarının artması qeyri-neft sektorunun inkişafına geniş imkanlar yaradır.
Müasir dövrdə ölkə iqtisadiyyatının diversifikasiyası, regionların tarazlı inki-
ş
afının təmin olunması bu sahədə mövcud imkanların aktivləşdirilməsindən
asılıdır. Hazırda dövlətin qarşısında duran mühüm vəzifələrdən biri ölkədə qeyri-
neft sektorunun inkişafı üçün əlverişli mühitin yaradılması və özəl bölmənin
iqtisadi fəallığının stimullaşdırılmasından ibarətdir. Bazar münasibətləri şəraitində
bu məsələlərin səmərəli həlli üçün iqtisadiyyatın tənzimləmə metodlarından
optimal istifadə edilməli, vergi, gömrük və s. sahələrdə həyata keçirilən tədbirlərlə
dövlətin qeyri-neft sektorunun inkişafı sahəsində qarşıya qoyduğu məqsədlər
ə
laqələndirilməlidir. Həmçinin, qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkədə
iqtisadi artımın dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət