Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
  1   2   3   4   5   6   7   8   9   ...   20


 

 



D N VƏ DÖVLƏT MÜNAS BƏTLƏR  

TEOKRAT YA VƏ SEKULYAR ZM 

Müəllif: Abdulaziz Bayındır ( stanbul Universitetinin  lahiyyat fakültəsinde professor,  slam 

hüququ kafedrasının müdiri) 

 

ÖN SÖZ 



 

Bu  kitab,  mənim  20  illik  dövlət,  şəriət  düşüncəmi  böyük  ölçüdə  dəyişdirdi.  Bu  dərdi 

məndən  alıb  həqiqi  hədəfə  yönləndirən  Allaha  sonsuz  şükürlər  olsun  və  bunda  vasitəçi  olan 

kitabın  müəllifi  prof.  Abdüləziz  Bayındır  müəllimə  təşəkkür  edirəm.  Kitabın  təsiri  bizimlə 

hüdudlu  qalmamış,    Türkiyədəki  bir  çox  dövlət  və  din  adamlarının,  məmurlarının  üzərində 

böyük müsbət təsiri olmuşdur. Bu kitabda qısa və öz cümlələrlə din və dövlət münasibətlərinin 

ə

sas düsturları, maddələri vurğulanmışdır. Heç bir təsirin və tərəfkeşliyin xəyalına düşmədən, 



Quran və sünnətdəki din və dövlət münasibətlərinin əsas məğzi izah edilmiş və bir müsəlman 

olaraq  izləyəcəyimiz  yol  və  vəzifələrimiz  haqqında  məlumatlar  verilmişdir.  Bir  müsəlman 

olan  hər  kəsin  vəzifəsi  yer  üzündə  Allahın  qoyduğu  ədaləti,  yaxşılığı  əvvəl  öz  üzərində, 

sonrada digər insanlara təmin və təbliğ etməkdən ibarətdir. Aranızda hər kim hansı düşüncədə 

olur-  olsun,  yazılanları  diqqətlə  oxusun,  sonra  fikir  bildirsin.  Duyğularına  qapılıb,  mövzunu 

tam oxuyub dərk etmədən hökm çıxarmasın. Höküm Allahındır şüarı ilə çıxış edənlərin çoxu,  

ə

sasən öz hökümləri ilə qərar verənlərdir. 



A.

  Mülayim 

 

G R Ş 

Hər  şeyimizi  Allaha  borcluyuq,  heç  kim  Onun  verdiyindən  artığına  sahib  ola  bilməz. 

“Göylərdə nə var, yerdə nə varsa hamısı Allahındır.” (Bəqərə 2/255) Buna hər insan inanır və 

inancını hər hansı bir şəkildə ifadə edər. 

Bütlərə sitayiş edənlər də Allaha inanır. Bunlar bütlərini Allaha yaxın hesab etdikləri bəzi 

ruhanilərin simvolu olaraq görürlər. Sonrada onlara, özlərini Allaha daha çox yaxınlaşdırsınlar 

deyə  sitayiş  edərlər.  Amma  bu  inanc  (əqidə)  ağla  tərsdir.  Xəyallara  və  əfsanələrə  dayanır. 

Doğruluğunu sübut edəcək bir tək məlumat və sənəd yoxdur. Qısacası, bu şirkdir. 

Günümüzdə  tanrıtanımaz  deyə  adlandırılan  ateistlər  də  əslində  Allaha  inanırlar.  Adına 

istəyir  Təbiət,  istəyir  Göy  Tanrısı  nə  deyir  desin,  bütün  məxluqatı  yaradan  və  kainatın  tək 

hakimi  olan  Allahı  inkar  mümkün  olmadığı  üçün  tanrıtanımaz,  atasını  tanımamazlıq  edən 

insana bənzəyir. O, çətin vaxtında necə atasını axtararsa, bu da dara düşən kimi Allaha sığınır. 

Ə

slində bunlar, Allahın özlərinə hər şey verməsini ancaq əmr verməməsini istəyərlər. 




 

 



Bəziləri  də  Allahın  əmr  verməsini  qəbul  edirlər.  Amma  onları  siniflərə  ayırır,  bəzisini 

münasib  görür,  bəzisini  də  münasib  görməzlər.  Bu  səbəblə  özlərinə  sərf  edəni  götürür,  sərf 

etməyəni də tərk edərlər. Bunların vəziyyəti, Quranda yer alan ifadəsiylə, şeytanın vəziyyətinə 

bənzəyir. Şeytanın o hala gəlməsi, Allahın bir tək əmrini münasib görməməsi ilə başlamışdır. 

Yoxsa o Allaha, axirət gününə və inanılması lazım olan bir çox şeyə inanmaqdadır. 

nanc, insanın bütün münasibətlərinə təsir edər.  stəyir xüsusi sahədə olsun, istəyir ictimai 

sahədə olsun, hər yerdə təsirini göstərir. Fəqət insan eyni inancda qalmaya bilər.  nancı dəyişdi 

deyə  yaşadığı    bir  cəmiyyətdən  çıxıb  bir  başqa  cəmiyyətə  keçə  bilməz.  Bu  səbəblə  hər 

cəmiyyət,  müxtəlif  inanc  sahiblərinə  qatlanmağı  bacarmalıdır.  Nəqliyyat  və  informasiyanın 

inkişaf  etdiyi,  bir  çoxunun  doğub  böyüdüyü  cəmiyyətdən  çıxıb  başqa  yerlərə  köç  etdiyi 

çağımızda,  özümüz  kimi  inanmayanlara  qatlanmaq,  qaçınılmaz  bir  məcburiyyət  halını 

almışdır.  Çünki  kəndindən,  şəhərindən  ayrılıb  başqa  yerlərə  gedənlər  inanclarını  özləri    ilə 

bərabər götürürlər. 

Məntiqli düşünən hər insan, heç kəsi özü kimi inanmağa məcbur etməyəcəyini başa düşər. 

Amma  insanların  çoxu  məntiqli  hərəkət  etməzlər.  Bu  səbəblə  inanc  fərqlilikləri  yüzlərlə 

problemə yol açar. 

Cəmiyyətlərə doğru görüşlərin hakim olması lazımdır. Doğru görüş, insanların inandıqları 

kimi yaşamalarını saxlayacaqdır. Təəssüf ki, təsirli və səlahiyyətli vəzifədə olanlar, doğruların 

deyil,  gücün  müstəqil  olmasına  daha  çox  əhəmiyyət  verirlər.  Bu  da  nəticədə  zülümlərə  və 

haqsızlıqlara yol açar. 

Doğruların  yerinə  gücün  müstəqil  olmasını  istəyənlər,  əslində  insanların  özlərinə  qul 

olmasını  istəmiş  olurlar.  Onlardan  bəzisi  bu  mövzuda  maddi  gücünü,  bəzisi  dövlət  gücünü, 

bəzisi də dini yürüdürlər. Bu səbəblə hürriyətlər mövzusu, tarix boyunca insanlığın ən mühüm 

mövzusu  olmuşdur.  Hürriyyət  mübarizəsinə  atılan  necə  insanların,  təsirli  və  səlahiyyətli 

mövqeyə gəlincə özündən başqasına hürriyət tanımadığı çox görünən, rastlanan bir həqiqətdir. 

Allahın  dini,  inanclara  təzyiq  edilməsini  qətiyyən  qəbul  etməz,  rədd  edər.  Peyğəmbərlər 

həmişə  bunun  mübarizəsini  aparmışlar.  Onlar  insanı,  insana  qul  olmaqdan  qurtarmağa  və 

Allahdan  başqasına  qul  olmamalarını  saxlamağa  çalışmışlar.  Bütün  peyğəmbərlərin  ümumi 

istəyi, insanların Allahdan başqasına ibadət etməməsidir. ”  badət,, sözlükdə qulluq və əsirlik, 

yəni qeyidsiz- şərtsiz boyun əymə mənasına gəlir. Allahdan başqasına ibadət etməmək, Ondan 

başqa  heç  kimə  qeyidsiz-  şərtsiz  boyun  əyməmək  deməkdir.  Amma  dini,  bir  təzyiq  vasitəsi 

olaraq yeritməyə çalışanlar, əvvəlcə onu, peyğəmbərlərin göstərdiyi cizgidən azdırıb tanınmaz 

hala gətirmək məcburiyyətində qalmışlar. 

Bunlar  dini,  fərdi  olmaqdan  çıxarıb  təşkilat  formasına  salmışlar,  insanları  dinə  qəbul  və 

dindən  çıxarma  əməliyyatlarını  mərasimə  bağlayaraq,  inancları  da  öz  əmirləri  altına 

soxmuşlar.  Bir  yandan  da  bu  təşkilat  sayəsində  dövlətə  hakim  olma  və  Allah  adına  dövləti 

idarə  etmə  imkanına  qovuşmuşlar.  darəyə  Allah  adına  əl  qoyunca,  dövlətin  bütün 

nemətlərindən yararlanmış amma verdikləri ekonomik və sosial sıxıntılardan, elədikləri zülüm 

və təzyiqlərdən Allahı məsul tutmuşlar. Heç kim Allahı hesaba çəkə bilməyəcəyindən, özləri 

cavabdehsiz  bir  mövqəyə  çıxmış  olurlar.  Elə  bu  teokratiyadır.  Buna  uyğun  təşkilatlanma 

xristianlarda vardır. Teokratiya, dövlətin kilisənin əmri altına girməsinin adıdır. Bunun qəbul 



Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə