Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

 

25 


 

etmək  mümkün  deyildir.Çünki  istər  idarədə,  istər  cəmiyyətdə,  hər  kəs  inandığı  şəkildə 

yaşamağa azaddır. Bu ixtiyarı onlara Allah vermişdir.* Hər kəsin cəhənnəmə getmə hürriyyəti 

vardır. 


7 -ORDU-M LLƏT QAYNAŞMASI 

64. Ordu olmadan millət və millət olmadan ordu fikirləşmək mümkün deyildir. Bunlar ət və 

sümük kimi bir-birinə möhtacdılar. Ət ilə sümük arasına mikrob girərsə vücudda dayanılmaz 

ağrılar baş verir. Ordu ilə millət arasına girən mikroblar da eynidir. Mikroblardan qəsd edilən 

ikiüzlülərdir.  Bunların  nə  orduya  nə  millətə  faydası  olur.  Bunlardan  bir  qismi  ordunun,  bir 

qismi də millətin yanında yer almış kimi görünərək bir tərəfi digərindən qoparmağa çalışırlar. 

Ordu  mənsubları  ilə  elm  adamları  həqiqətləri  rahat  qəbul  edən  bir  xasiyyətə  sahibdilər. 

Çünki  hər  iki  sahə  də  yalandan,  qiybətdən  uzaqdır.  Bunlar  heç  kimi  dolamadıqları  üçün 

başqalarının da özlərini dolamayacaqlarını zənn edərlər. Qandırıldıqlarını başa düşdükləri vaxt 

isə iş-işdən keçmiş olur. 

kiüzlülər, bulanıq suda balıq ovlamağı xoşladıqları üçün ortalığı qarışdırmaqda mahirdilər. 

Xalqı bunların səmimi olmadıqlarına inandırmaq çətindir. Bu səbəblə onlara qarşı mübarizədə 

yumşaq, diqqətli və davamlı olmalı, istismarlarına fürsət verəcək şeylərə  yol verilməməlidir. 

Bu  yöndən  dövlət  məsuliyətli  davranmalı,  ağla,  qaranı  bir-birindən  yaxşı  seçə  bilməlidir  ki, 

ordu ilə xalq arasına xələl gəlməsin. 

65.  kiüzlülər ordu mənsublarının yaxşı niyyətini istismar edərək əllərindən gələn hər şeyi 

edərlər. Bunlar elm adamlarının bir qismini ələ almaqda da çətinlik çəkməzlər. 

Quranı Kərimdə ikiüzlülərlə əlaqəli bir çox xəbərdarlıqlar vardır. Onlardan biri belədir: 

“  Ey  nananlar!  Sizdən  olmayanı  sirdaş  eləməyin,  onlar  sizi  çaşdırmaqdan  əl  çəkməzlər. 

Sizə sıxıntı verən şeylərdən xoşlanırlar. Onlar  hirsini ağızları ilə qusurlar, daxilində gizlədiyi 

isə  daha  böyükdür.  Əgər    fikir  versəniz  onlarla  əlaqəli  ip  uclarını  açıq  şəkildə  ortaya 

qoymuşuq. 

Siz  eləsiziniz  ki,  onları  sevərsiz,  amma  onlar  sizi  sevməzlər.  Siz  bu  Kitabın  (Quranın) 

tamamına inanırsız. Onlar sizinlə rastlaşdıqları vaxt ‘’ nandıq’’ deyərlər. Ortalıq boşalınca da, 

sizə olan qəzəblərindən dırnaqlarını  yeyərlər. De ki: ” Hirsinizdən çatlayın. ” Allah sinələrin 

nə daşıdığını bilir. 

Sizdə bir yaxşılıq görsə onları dərd basar. Başınıza bir fəlakət gəlsə ona da sevinirlər. Əgər 

səbrli olub, ehtiyatlı davransanız onların qurduqları nizam sizə bir zərər verməz. Çünki onlar 

nə etsələr, Allah onları hərtərəfli sarar.’’(Al-i  mran 3/118-120) 

nsanlar, tarix boyunca ən böyük sıxıntını ikiüzlülərdən çəkmişlər. Onlara münafiq deyilir. 

Bunlar,  inanmadıqları  halda  inanmış  görünürlər.  Bunların  bir  qismi  insanları  heyran  edəcək 

formaya  girə  bilirlər.  Necə  ki,  onların  içində  Muhammədi  (s.a.v.)  belə  heyran  edənlər 

olmuşdur. Allah Təala belə buyurur: 

” Onları gördüyün vaxt xarici görünüşləri səni cəzb edər. Danışarlarsa, danışmalarına qulaq 

asırsan.  Eyni,  dayanan  çürük  kötüklər  kimidilər;  hər  qışqırığı  öz  əleyhlərinə  sayarlar.  Elə 

düşmən  onlardır.  Onlardan  qorun.  Allah  onların  canlarını  alsın.  Necə  də  azdırılırlar. 

(Münafiqun 63/4) 



 

26 


 

66.  Ordu  ilə  milləti  bir-birindən  soyutmaq  və  arasını  açmaq  istəyənlərin  işlərini 

asanlaşdıran  bir  xüsus  vardır  ki,  onu  gözdən  keçirmək  lazımdır.  Ordu  mənsublarının 

qərargahları  ayrı,  karantinləri  ayrı,  əylənmə  və  istirahət  yerləri  ayrıdır.  Zabitlər  həyatlarının 

çox  kiçik  bir  bölümündə    xalqı,  vətəndaşları    ilə bərabər  olur.  Bu  tərz,  əsgəri  personalı  bəzi 

xarici müdaxilələrdən qoruyur görünsədə xalq ilə arasındakı əlaqə qopmaqda və qaynaşmanı 

ə

ngəlləməkdədir. 



Ordu,bu  xalqın  ordusudur.  Bu  səbəblə  xalqın  ordusu  ilə  qaynaşması,  qarşılıqlı  dəstək  və 

güvənin  artaraq,  davam  etməsi  yönündən  çox  mühümdür.  Bu  sayədə  araya  müxaliflər 

girmədən ordu xalqını, xalq da ordusunu tanıma fürsəti tapacaqdır. 

Bunu da unutmamaq lazımdır ki, bundan zərər görəcək olan ikiüzlülər və onların əl-altıları, 

ordu-millət qaynaşmasının qarşısını almaq üçün əllərindən gələni edəcəklər. Çünki bu onların 

oyunlarını pozacaq, ortaya girə bilməyəcək və milləti ordusundan ayırma ümidini itirəcəklər. 

Elə əsl o zaman ordu-millət bütünlüyü tam üzə çıxacaqdır. 

Günümüzdə müharibələrin xətti müdafiəni deyil, səthi müdafiəni əsas aldığını, bu səthin də 

bütün  vətən  olduğu  həqiqətini  insanlara  aşılamaq  lazımdır.  O  zaman  düşmənlərin  bu  ölkə 

üzərində hiylə və planlar qurma imkanları da əllərindən alınmış olacaqdır.  

 

K NC  BÖLÜM 

K TAB-I MÜQƏDDƏSƏ VƏ QURANA GÖRƏ 

TEOKRAT YA VƏ LAY QL K 

1-K TAB-I MÜQƏDDƏS VƏ TEOKRAT YA 

67. Teokratiya,  theos (tanrı) və kratein (hökmətmə) sözlərindən meydana gələn birləşik bir 

kəlimədir.

31

 Hakimiyəti Tanrıya, ya da Tanrı iradəsinə dayandıran idarələr üçün işlədilir. Buna 



görə krala və hökümətlərə itaət Tanrıya itaətdir. Onlara qarşı gəlmək Tanrıya qarşı gəlməkdir. 

Çünki  kral,  hökümətlər  və  valilər  Tanrı  tərəfindən  təyin  edilir  və  onun  tərəfindən  vəzifəyə 

gətirilirlər. 

Bunu Kitab-ı müqəddəsə dayanaraq deyirlər. Amma Quran belə bir idarəni qəbul etməz. 



A-ƏLAQƏL   MƏT NLƏ

68.  Kitab-ı  müqəssəs,  Əhd-i  ətik  və  Əhd-i  Cədiddən  meydana  gəlir.  Tövrata  Əhd-i  ətik, 

ncilə də Əhd-i cədid deyilir.

32

 



69.  ncildə teokratiyanı nəzərdə tutan mətinlər vardır. Tövratda isə bu mənaya gələbiləcək 

bir ifadə yer alır. Tövratın ifadəsi belədir: 

Süleyman dedi ki, ” Ey oğlum Rəbbdən və kraldan qorx. Qiyamçılara qarışma.

33

” 



                                                            

31

 Mümtaz Soysal, Konstitusiyaya Giriş, Ankara  1968, s. 16. 



32

 Yəni keçmiş əhdi- peyman, yeni əhdi- peyman. 

33

 “  Ey  oğlum  Rəbbdən  və  məlikdən  qorx.  htilalçılarla  ixtilaf  eləmə  ”  Əmsali  Süleyman,    XXIV/21,  Kitabı 



Müqəddəs,  brani, Kəldani və Yunan dillərindən tərcümə. Dersəadət  1910. Əhdi atik s. 775. 


Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə