Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə3/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   2   3   4   5   6   7   8   9   ...   71

 
5
DƏRSLİK 
 
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyinə milli
 
və 
ümumbəşəri mənəvi dəyərləri özündə  əks etdirən, həqiqi vətəndaşın tərbiyəsində 
mühüm rol oynayan əsərlər daxil edilmişdir. Bədii əsərlər seçilərkən demokratiya 
prinsiplərinə, xalqımızın milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət 
edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən, milli- 
mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə 
malik olan şəxsiyyət yetişdirilməsi vəzifəsi əsas götürülmüşdür.
  
Ədəbiyyat dərslərində öyrənilmək üçün Azərbaycan Respublikası Prezidentinin 
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haq-
qında” sərəncamı əsasında Azərbaycan dilində latın qrafikası ilə çap olunaraq mək-
təb və rayon kitabxanalarına yayılmış  əsərlər seçilmişdir. Bu, şagirdlərə ixtisarla 
öyrənilən irihəcmli bədii mətnləri bütöv şəkildə mütaliə etmək və sənətkarın yara-
dıcılığı, öyrənilən əsəri ilə bağlı məqalələrdən istifadə etmək imkanı verəcəkdir.  
Eyni zamanda şagirdlər üçün hazırlanmış elektron resurs da  (Ədəbiyyat. XI 
sinif  şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.) irihəcmli bədii 
əsərlərin müstəqil oxusuna və mənbələrdən istifadə etməklə araşdırma aparılmasına 
əlavə imkan yaradacaqdır. 
“Ədəbiyyat” dərsliyinə daxil edilmiş  təlim materialları Azərbaycan  ədəbiy-
yatının XX əsrin əvvəllərindən müasir mərhələyədək dövrünü əhatə edir. Dərsliyə 
ədəbiyyatın inkişaf dövrlərini əks etdirən icmallar, klassik və müasir sənətkarların 
həyatı, yaradıcılığı ilə bağlı  məlumat, monoqrafik şəkildə öyrənilən bədii 
nümunələr, müstəqil mütaliə üçün tövsiyə olunan əsərlər, lüğətlər daxil edilmişdir.  
Dərslikdəki mövzular icmal və monoqrafik mövzular olmaqla iki qrupa ayrılır. 
Müəyyən ədəbi dövrə aid icmal mövzuları ədəbiyyat tarixinin bu və ya digər döv-
rünün  ədəbi-mədəni mənzərəsi, qüdrətli sənətkarlarımızın həyat yolu və yaradıcı-
lığı üzrə monoqrafik mövzuların öyrənilməsi üçün zəmin yaratmaq məqsədini gü-
dür.  Ədiblərin həyatı, yaradıcılıq yolu, ayrıca öyrənilən  əsərləri ilə bağlı  zəruri 
məlumatlar, tövsiyələr şagirdləri dərsdə qazandığı ədəbi bilik və bacarıqları əlavə 
mənbələrlə iş zamanı dərinləşdirməyə istiqamətləndirir.  
Dərslikdə düzgünlük, əyanilik, tərbiyəedicilik, tamlıq, ardıcıllıq, yaş səviy-
yəsinə uyğunluq, təlim vaxtına uyğunluq, oxunaqlılıq, inkişafetdiricilik, inklü-
zivlik, inteqrativlik pedaqoji prinsipləri gözlənilmişdir. 
Ədəbiyyatımızın interaktiv metodlar və informasiya-kommunikasiya texnolo-
giyalarından istifadə ilə öyrədilməsi imkanları, təlimin öyrədici, inkişafetdirici, 
tərbiyəedici funksiyası diqqət mərkəzində saxlanılmışdır.  Ədəbiyyatımızın inki-
şaf yolu, aparıcı nümayəndələrinin yaradıcılığının öyrənilməsi,  ədəbi bilik və 
bacarıqların inkişaf etdirilməsi məqsədilə  şagirdlərin müstəqil tədqiqatçılıq 
fəaliyyətinin metodik baxımdan təşkili yolları müəyyənləşdirilmişdir.  Öyrənilən 
mövzu, problem üzrə  əlavə  məlumatların axtarılması, sistemləşdirilməsi, kons-
pektləşdirilməsi, ümumiləşdirilməsinə şagirdin yaradıcı fəaliyyətinin tərkib hissə-
si kimi yanaşılmışdır. Müstəqil araşdırmalar zamanı şagirdlərin dərsdə qazandığı 
biliklər dərinləşdirilməli, onlarda mövzu, problemlə bağlı  tədqiqat aparmaq, 


 
6
təqdimat hazırlamaq, gerçəklikdə baş verən hadisələri təhlil etmək və qiymətlən-
dirmək bacarıqları inkişaf etdirilməlidir.  
İnteraktiv təlim prosesində  mətn, sual və tapşırıqlar üzrə  iş  fərdi, qrup və ya 
cütlük  şəklində araşdırmanı  nəzərdə tutur, əməkdaşlıq, ünsiyyət qurmaq, birlikdə 
qərar qəbul etmək kimi həyati bacarıqların formalaşdırılmasına imkan yaradır.  
Yeni təlim materialının öyrədilməsi üzrə iş aşağıdakı metodik sistem üzrə hə-
yata keçirilir:  
-  Motivasiya.  Bu zaman mövzu, problem üzrə  əvvəl qazanılmış biliklər öyrəni-
ləcək mövzu ilə  əlaqələndirilir, yeni bilik və bacarıqların mənimsənilməsi üçün 
zəmin yaradılır. Yeni mövzuya maraq oyatmaq üçün şagirdlərin əsərdə qoyulmuş 
problemə ilkin münasibətini aşkara çıxarmağa, mövzunu həyatla əlaqələndirmə-
yə imkan yaradan müxtəlif suallar, tapşırıqlardan da istifadə olunur, müzakirə 
aparılır. Motivasiyanın bilavasitə davamı kimi,  şagirdlərin fəal iştirakı ilə araş-
dırılacaq problem üzrə tədqiqat sualı müəyyənləşdirilir. 
-  Tədqiqatın aparılması zamanı mətnin oxusu, sual və tapşırıqlar üzrə araşdırma 
fərdi, cütlük və qrup şəklində yerinə yetirilə bilər. Sual və tapşırıqlar mətn üzrə 
öyrənilənləri tamamlamaq, dərinləşdirməklə yanaşı, əsərin məzmununun mənim-
sənilməsi və təhlili, şifahi və yazılı nitq üzrə bacarıqları inkişaf etdirmək məqsədi 
izləyir.  
Həm icmal, həm də monoqrafik mövzular üzrə  mətnlərdə  ədəbi dövr, sənət-
karın həyat və yaradıcılığı,  əsərin təhlili ilə bağlı  şagirdləri araşdırmaya 
yönləndirən açıqlamalar verilir. Aparılacaq araşdırmanın əsas cizgiləri, mənbələrlə 
iş, müstəqil fəaliyyət zamanı  dərinləşdirilməsi və  zənginləşdirilməsinə ehtiyac 
duyulan məsələlər qeyd edilir. 
-  Təqdimatların mübadiləsi və müzakirəsi diskussiya, müxtəlif mövqelərin 
aşkara çıxarılması, söylənilən fikirlərin əsaslandırılması zəminində reallaşdırılır. 
-  Yaradıcı  tətbiqetmə.  Şagirdləri mövzu üzrə öyrənilənləri möhkəmləndirməyə, 
yeni material üzərində  tətbiq etməyə sövq edən sual və tapşırıqlardan istifadə 
olunur. 
-  Nəticə və ümumiləşdirmə. Aparılan araşdırmanın yekunlaşdırılması, yeni bilik-
lərin ümumiləşdirilməsi, nəticə  çıxarılması  məqsədilə aparılan müzakirə  şagird-
ləri ortaq mövqeyə gəlməyə, ümumi qənaətlərə istiqamətləndirir. 
-  Qiymətləndirmə, refleksiya mərhələsində müəllimin dərs  ərzində apardığı 
qeydlər əsasında fərdi və qrup üzrə qiymətləndirmə aparılır. Yeni biliyin mənim-
sənilməsi prosesinə bir daha nəzər salınır. Şagirdlərin təqdimatları, dərs zamanı 
müzakirədə iştirak səviyyəsi barədə yığcam rəy mübadiləsi aparılır, nailiyyətlər 
və çatışmazlıqlar nəzərə çatdırılır, tövsiyələr verilir. 
-  Evdə  iş.  Araşdırma  şagirdlərin evdə, kitabxanada mənbələrlə  iş, müstəqil tədqi-
qatçılıq fəaliyyəti ilə davam etdirilir. Bu məqsədlə verilən sual və tapşırıqlar yara-
dıcı, tətbiqedici xarakter daşıyır, onları yerinə yetirmək üçün hansı  mənbələrdən 
istifadə edilməsinin məqsədəuyğun olması diqqətə çatdırılır. 
 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə