Microsoft Word ?d?b -11 mmv-capa doc


Müəllim üçün metodik vəsait



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə4/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   2   3   4   5   6   7   8   9   ...   71

 
7
Müəllim üçün metodik vəsait 
Müəllim üçün metodik vəsaitdə təlim materiallarının mənimsənilməsi və müva-
fiq fəaliyyət növlərinin tətbiqi üzrə  iş  dərsliyə uyğun olaraq, üç əsas metodoloji 
mərhələyə bölünür: mövzu ilə bağlı  əvvəlki biliklərin aktuallaşdırılması; yeni 
biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi. 
Klassik və müasir ədəbiyyat nümunələri üzrə  dərslərdə, eləcə  də  şagirdlərin 
mənbələrlə müstəqil işinin təşkilində müəllimin bələdçilik fəaliyyəti mühüm əhə-
miyyət kəsb edir. Belə ki, bu sinifdə mürəkkəb süjetli və kompozisiyalı, müxtəlif 
janrlarda irihəcmli  əsərlərin, icmal mövzularının qavranılmasında yarana bilən 
müəyyən çətinliklər təlim prosesində müəllimin yönləndirici  şərhlərinə xüsusi 
diqqət yetirilməsini tələb edir.  
 
XI sinif üzrə məzmun standartları və təlim nəticələri 
XI sinfin sonunda şagird: 
 ifadəli oxudan müxtəlif  ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavranıl-
ması, təhlili və qiymətləndirilməsi məqsədilə istifadə etməyi bacarır; 
 müxtəlif  ədəbi növdə olan mürəkkəb kompozisiyalı  əsərlərin məzmununu 
qavrayır, mənəvi dəyərlər, fakt və hadisələrlə, obrazlarla bağlı yazıçı mövqeyini 
aydınlaşdırır; 
 əsərin mövzusunu, ideyasını, başlıca problemini və konfliktini müəyyənləşdirir, 
bağlı olduğu dövrün ictimai-siyasi, estetik yanaşmalarından çıxış etməklə  əsərə 
münasibət bildirir; 
 çoxsüjetli, mürəkkəb kompozisiyalı epik və dramatik əsərləri, lirik şeirləri bədii 
xüsusiyyətlərinə görə təhlil edir; 
 şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə müxtəlif üsullardan 
(nağıletmə, təsvir, nümayiş) istifadə etməklə ümumiləşdirmələr aparır, nəticə çıxa-
rır; 
 müxtəlif səciyyəli yazılarda mövzuya, problemə, konfliktin həlli yollarına müna-
sibətini tutarlı  dəlillərlə, məntiqi ardıcıllığı gözləməklə, ümumiləşdirmələr apar-
maqla əsaslandırır. 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
 
1. 
Ədəbiyyat
 və həyat həqiqətləri  
Şagird

1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir. 
1.1.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst)  şeirlərdə  və süjetli əsərlərdə (hekayə, 
povest, roman, dram, komediya, faciə, poema) tanış olmayan sözlərin, ifadələrin 
mənasını mənşəyinə və işlənmə məqamına görə izah edir. 
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosional-obrazlı qavra-
nılması, təhlili və qiymətləndirilməsi məqsədilə istifadə edir. 
1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı  bədii nümunələrdə  əhvalat və hadisələr 
arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, mətni hissələrə ayırır, plan tər-
tib edir, məzmununu müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir. 


 
8
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan əsərlərdə (poema, hekayə, povest, roman, 
dram, komediya, faciə) əksini tapan mühüm milli-mənəvi, bəşəri dəyərlərə əsaslan-
dırılmış münasibət bildirir. 
1.1.5. Müxtəlif vəznli (heca, əruz, sərbəst)  şeirlərdə, mürəkkəb süjetli və kompo-
zisiyalı  ədəbi nümunələrdə  bədii təsvir və ifadə vasitələrini (epitet, bənzətmə, 
metafor, metonimiya, sinekdoxa, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii 
təzad, kinayə (sarkazm), inversiya) müəyyənləşdirir. 
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir. 
1.2.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst)  şeirləri və süjetli əsərləri (poema, 
hekayə, povest, roman, dram, komediya, faciə) kompozisiya, dil, üslub baxımından 
təhlil edir. 
1.2.2. Obrazları xarakter və  əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və 
əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir, müqayisələr aparır. 
1.2.3. Müxtəlif vəznli (heca, əruz, sərbəst)  şeirlərdə, süjetli bədii nümunələrdə 
bədii təsvir və ifadə vasitələrinin obrazlılığın təmin edilməsindəki roluna əsaslan-
dırılmış münasibət bildirir. 
1.2.4. Bədii nümunələrin mövzusuna, ideyasına, başlıca probleminə, konfliktinə 
dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət 
bildirir və qiymətləndirir. 
 
2. Şifahi nitq  
Şagird: 
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir. 
2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və 
çıxışlarında bədii-emosional və obrazlı ifadələrdən istifadə edir. 
2.1.2. Dil və üslub xüsusiyyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı 
mühakimələrini faktlarla əsaslandırır. 
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir. 
2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçının mövqeyinə tənqidi münasibə-
tini  əsaslandırır, dinləyicilərin rəyini nəzərə alır, mimika və jestlərdən məqsəd-
yönlü istifadə edir. 
 
3. Yazılı nitq 
 Şagird: 
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir. 
3.1.1. Yaradıcı yazıların məzmununa uyğun üslub müəyyənləşdirir, müxtəlif 
mənbələrdən seçdiyi inandırıcı faktlardan, şəxsi təəssüratlarından istifadə edir. 
3.1.2. Müşahidələrinə,  əlavə  məlumatlara  əsaslanmaqla  əsərin ideyasına, proble-
minə, bədii xüsusiyyətlərinə münasibət bildirir, ümumiləşdirmələr aparır, nəticə 
çıxarır. 
3.1.3. 3,5-4 səhifə həcmində nəqli, təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst 
mövzuda inşa, esse, məqalə, məruzə) yazır. 
 


 
9
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ  
REALLAŞDIRILMASI CƏDVƏLİ 
 
 
 
 
Məzmun 
xətti 1 
Məzmun 
xətti 2 
Məzmun 
xətti 3 
M.st. 
1.1 
M.st. 
1.2 
M.st.
2.1 
M.
st. 
2.2 
M.st. 
3.1 
Saatlar 
BÖLMƏ VƏ MÖVZULAR 
1.1.1 
1.1.2 
1.1.3 
1.1.4 
1.1.5 
1.2.1 
1.2.2 
1.2.3 
1.2.4 
2.1.1 
2.1.2 
2.2.1 
3.1.1 
3.1.2 
3.1.3 
 
1.  Azərbaycan ədəbiyyatında  
tənqidi realizm və romantizm 
dövrü 
          +  +    1 
2.  C. Məmmədquluzadə. Həyatı, 
yaradıcılıq yolu. 
        + +      1 
3.  C. Məmmədquluzadə. 
“Anamın kitabı”. Məzmun 
üzrə iş 
+  +  +             1 
4.  C. Məmmədquluzadə. 
“Anamın kitabı”. Məzmun 
üzrə iş 
+  + 
+ +             1 
5.  C. Məmmədquluzadə. 
“Anamın kitabı”.  Təhlil üzrə 
iş 
     +   +  +     1 
6.  C. Məmmədquluzadə. 
“Anamın kitabı”.  Təhlil üzrə 
iş 
          + + +  +              1 
7.  C. Məmmədquluzadə. 
“Anamın kitabı”. Tətbiq. 
Müzakirə. Yaradıcı iş 
              + 
+ + 

8.  M.Ə.Sabir. Həyatı, 
yaradıcılıq yolu 
          +  +    1 
9.  M.Ə.Sabir. “Neylərdin, 
ilahi?!”. Məzmun üzrə iş 

 
  + + 
 
 
 
 
 
 
 
 
 
  1 
10. M.Ə.Sabir. “Neylərdin, 
ilahi?!”.  Təhlil üzrə iş 
 +      + +       
 

11. Kiçik summativ qiymətləndirmə 
      

12. H.Cavid. Həyatı, yaradıcılıq 
yolu 
 
 
 
 
      +  +   + 

13. H.Cavid. “İblis”. Məzmun 
üzrə iş 
+    + +         +   +      1 
14. H.Cavid. “İblis”. Məzmun 
üzrə iş 
+    + +         +   +      1 
Az
ərbaycan 
əd
əbiyyat
ında t
ənqidi realizm v
ə romantizm dövrü
 
15. H.Cavid. “İblis”. Təhlil üzrə 
iş 
 +        +   +   +         1 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə