Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə71/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   63   64   65   66   67   68   69   70   71

 202
çevrildi? Arifin mənəvi iflasında, faciəsində günahkar kimdir?  
Şagirdlərin diqqəti ilk səhnədə  İblisin və  Mələyin qanlı  səhnələrə 
münasibətindəki fərqlərə yönəldilir. Müzakirə zamanı belə  qənaət 
yaradılır ki, ilk səhnədə  İblis və  Mələyin sözlərində, gördükləri 
dəhşətlərə münasibətdə  həyatda iki qütbün – xeyirlə  şərin mübarizəsi, 
qarşılaşdırılması öz əksini tapır. Bu qarşılaşmada iki qüvvənin bir-
birinə zidd mövqeyi üzə  çıxır.  İnsanlar baş verən  şər işlərdə  İblisi 
günahlandırır, lənətləyir,  İblis isə insanların törətdiyi cinayətləri 
onların öz əməllərinin nəticəsi sayır.  Əsərdəki konflikt də bu 
qarşılaşmadan doğur: Arifin təbiətində, taleyində özünü büruzə verən 
bu qarşılaşmada kim qalib gələcək: Mələk, yoxsa İblis? Ondakı 
humanizm, məhəbbət, mədəniyyət, yoxsa nəfs, mənfi ehtiraslar?  
Şagirdlər həyatdakı real iblislərin – şərə uymuş, öz nəfsinin quluna 
çevrilmiş kinli krallar, şahlar, ulu xaqanlar, tülkü siyasilər, məzhəb 
çıxaran, yol ayıran xadimi-ədyanların iç üzünü açan bu monoloqu, eləcə 
də əsərdəki digər obrazları təhlil edir, onlara əsaslandırılmış münasibət 
bildirirlər. 
Qeyd edilir ki, Arifin dünyadakı zülmü görməmək üçün göylərə qal-
dırılmaq istəyi, yalvarış  sədaları cavabsız qalır, çünki o, hələ Allahın 
eşidə biləcəyi mənəvi kamillik səviyyəsinə çatmamışdır. Bunu onun 
sonrakı  əməlləri də sübut edir. Arif yaşadığı mühitin, altun, şərab, 
silahın pozucu təsiri ilə  dəyişir, həqiqət axtaran, bəşərin səadəti 
haqqında xəyallara dalan romantik ruhlu bir gəncdən qardaşı Vasifin və 
bir zamanlar sevdiyi Xavərin qatilinə çevrilir.  
Əsərdə Ariflə yanaşı, şəri təmsil edən digər obrazlar da diqqəti cəlb 
edir. Vaxtilə müqəddəs kitab – “İncil” adı ilə Ermənistana qurşun, 
silah-sursat daşımış erməni keşişi,  Ərəbistanı qarışdıran, Dəccala 
uymuş fransız casusu, nəfsinə uyub ingilis dəllalına çevrilmiş  İran 
şeyxi, qatil və soyğunçuya çevrilmiş ərəb zabiti İbn Yəmin obrazları ilə 
dramaturq 
şərin miqyasını, bəşəriyyətin bəlasına çevrildiyini 
göstərmək istəmişdir.  İnsanların səadətini arzulayan Mələklə yanaşı, 
qeyrətli zabit olan Vasif, ədalət məhkəməsi qurub xainləri, qatilləri 
cəzalandıran Elxan xeyiri təmsil edən obrazlardır. 
İnsanlığın çıxış yolunu H.Cavidin nədə gördüyünü aydınlaşdıran 
şagirdlər qeyd edir ki, şair nicatı humanizmdə, insana məhəbbət və 
mədəniyyətdə, maarifdə görürdü. Digər sual əsərin ideyasını, müəllif 
mövqeyini dəqiqləşdirməyə xidmət edir: “Dramaturqun insan xislə-
tindəki qüsurlardan söz açmaqda niyyəti nədir?”  
Müzakirə zamanı  şagirdlərə aydın olur ki, müəllif bu qüsurları acı 
təəssüf hissi ilə göstərməklə onların insana yabançı, dağıdıcı mahiy-
yətini açmaq, oxucunu, tamaşaçını ayıltmaq, düşündürmək istəmişdir. 
Sənətkarın fikrincə, xeyirxahlığın da, şərin də  mənbəyini göylərdə 
deyil, cəmiyyətdə, insanların daxilində, mənəviyyatında axtarmaq 
lazımdır.  
Yaradıcı  tətbiqetmə  mərhələsində  şagirdlər qazandıqları bilik və 
bacarıqları  tətbiq etməklə belə bir sual üzrə mülahizələrini bildirirlər: 
Əsərin yazıldığı dövrdən yüz ilə yaxın bir vaxt keçir. Dramaturqun 
qaldırdığı problemlər müasir dövrdə öz aktuallığını saxlayırmı?” 


 203
Şagirdlər bildirirlər ki, yaşadığımız dövrdə də insanın qarşısında xeyirə 
tapınmaq, öz təbiətindəki  şərdən xilas olmaq vəzifəsi durur. Şər 
qüvvələrin törətdiyi, bəşəriyyətin sağalmaz xəstəliyinə çevrilmiş 
ədalətsiz müharibələr, torpaqların işğalı, “altun və qurşuna” güvənmək 
bu gün də dünyanın acı reallığıdır.  İnsanın “nuri-həqiqət” axtarışları 
hələ  də davam edir. Öz idrakının gücü ilə kosmosu fəth edən,  ən yeni 
texnologiyaları kəşf edən insan xislətindəki şərlə bacarmır, ondan xilas 
olmaqda hələ də acizdir. 
Nəticə  və ümumiləşdirmə  mərhələsində  qazanılmış bilik və ba-
carıqlar  əsasında tədqiqat sualı üzrə araşdırma və müzakirələr 
yekunlaşdırılır. Müzakirədə belə bir nəticə  çıxarılır ki, müəllifin niy-
yəti bəşəriyyətə faciələr gətirən müharibə quzğunlarını ifşa etməklə 
yanaşı, bəd əməllərin, xəyanətlərin, rəzalətlərin, ədalətsizliklərin mən-
bəyinin insanların şərə uymasında, altun və rəyasət düşkünlüyündə, öz 
ehtiraslarının quluna çevrilməsində olduğunu açıb göstərməkdir.  Əsər 
müharibə  əleyhinə yazılsa da, hərbin dəhşətlərinə, insanlara gətirdiyi 
faciələrə münasibət bildirilsə  də, sənətkarın fikrincə, müharibə  səbəb 
deyil, nəticədir.  
Aparılan işlər yekunlaşdırıldıqdan sonra qiymətləndirmə  həyata 
keçirilir. 
 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 


 204
Mövzu: H.Cavid. İblis (ixtisarla) – 4 saat 
Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş.  
 
Dərsin tipi: induktiv, nitq inkişafı. 
İş forması: fərdi iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş. 
 
Metod və priyomlar: müsahibə, müzakirə, diskussiya, problemin həlli, 
təqdimat.  
İnteqrasiya: Az.d. 3.1.1. 3.1.2. 3.1.3.; X.d. 4.1.1. 4.1.2. 4.1.3.; 
Az.tar.5.1.3. 
Təchizat: dərslik, iş vərəqləri, lüğətlər, faciədən bir parçanın video və 
ya səs yazısı, şairin əsərləri, yaradıcılığı ilə bağlı monoqrafiyalar.  
 
Dərsin gedişi 
Motivasiya, problemin qoyuluşu.  Dərsdə vaxtın çoxu yazı  işinin 
yerinə yetirilməsinə ayrılır.  Şagirdlərin diqqəti dərslikdə  təklif olun-
muş mövzulara yönəldilir: a) “Arifin faciəsinin səbəbini nədə görürəm” 
mövzusunda inşa yazın; b)“Çağdaş  şər qüvvələr haqqında düşüncələ-
rim” mövzusunda esse yazın. 
Şagirdlərin inşa və esse ilə bağlı bilik və bacarıqlarının yada salın-
ması məqsədilə yığcam müsahibə aparılır. Bu, tədqiqat sualının forma-
laşdırılması ilə yekunlaşdırılır. 
Tədqiqat sualı:  Faciə üzrə  təhlil xarakterli inşa və essenin başlıca 
xüsusiyyətləri hansılardır? 
Fərziyyələr dinlənilir və qeyd edilir. 
Standartlar 
Təlim nəticələri 
3.1.1. Yaradıcı yazıların məz-
mununa uyğun üslub müəyyən-
ləşdirir, müxtəlif mənbələrdən 
seçdiyi inandırıcı faktlardan, 
şəxsi təəssüratlarından istifadə 
edir. 
İnşanın (essenin) məzmununa uyğun 
üslub müəyyənləşdirir, müxtəlif 
mənbələrdən seçdiyi inandırıcı 
faktlardan, şəxsi təəssüratından istifadə 
edir. 
3.1.2. Müşahidələrinə, əlavə mə-
lumatlara əsaslanmaqla  
əsərin ideyasına, probleminə, 
bədii xüsusiyyətlərinə müna-
sibət bildirir, ümumiləşdirmələr 
aparır, nəticə çıxarır. 
 
Müşahidələrinə, əlavə məlumatlara 
əsaslanmaqla faciənin ideyasına, 
probleminə münasibət bildirir, 
ümumiləşdirmələr aparır, nəticə çıxarır.  
 
3.1.3. 3,5-4 səhifə həcmində 
nəqli, təsvir, təhlil xarakterli 
mətnlər (ədəbi və sərbəst 
mövzuda inşa, esse, məqalə, 
məruzə) yazır. 
Təhlil xarakterli inşa, esse yazır. 


 205
Yazı  işlərinin yerinə yetirilməsi  tədqiqatın aparılması  mərhələsi 
kimi qəbul olunur. 
İşə başlamazdan  əvvəl yığcam müsahibə aparılır. Müxtəlif mən-
bələrdən seçilmiş faktlardan inşada necə istifadə ediləcəyinə aydınlıq 
gətirilir. Eləcə  də faciədə ifadə edilmiş ideyalara, problemlərə, 
obrazlara münasibət bildirərkən  şəxsi təəssürat və  əlavə  məlumatlara 
əsaslanmağın, müasir dövrlə  əlaqələndirməyin yolları müəyyənləşdiri-
lir. 
Şagirdlərə inşa, essenin yazılmasında fikrin ifadə tərzinin, üslubun 
müəyyənləşdirilməsi ilə bağlı tövsiyələr verilir. Şəxsi hislərin, 
düşüncələrin, müstəqil dəyərləndirmənin yer aldığı essedən fərqli 
olaraq, inşada elmi üslubun aparıcı olduğu xatırladılır.  
Müxtəlif mənbələrdən  əldə olunmuş  məlumatların saf-çürük 
edilməsi, daha tutarlı, inandırıcı olanlardan istifadə edilməsi inşada 
elmi üslubun çalarlarını xeyli zənginləşdirir. Essedə obrazlılığa, 
məcazlardan gen-bol istifadəyə, fikrin sərbəst ifadəsinə,  şəxsi hiss və 
təəssüratın çatdırılmasına daha geniş yer verilməsi isə üslubda bədii 
çalarların güclənməsinə səbəb olur.  
Müsahibədə faciədə qaldırılmış problemlərin müasir dövrlə əlaqələn-
dirilməsinin zəruriliyi diqqətə çatdırılır. Yığcam müsahibədə şagirdlər 
qeyd edir ki, əsərin yazıldığı dövrdən yüz ilə yaxın bir vaxt keçir. Dra-
maturqun qaldırdığı problemlər müasir dövrdə öz aktuallığını saxlayır. 
Yaşadığımız dövrdə  də insanın qarşısında xeyirə tapınmaq, öz 
təbiətindəki  şərdən xilas olmaq vəzifəsi durur. Şər qüvvələrin törət-
diyi,  ədalətsiz müharibələr bu gün də dünyanın acı reallığıdır. 
Yaşadığımız dövrdə  şəri təmsil edən erməni işğalçılarının  öz 
havadarlarının köməyi ilə torpaqlarımızı  işğal etməsi ilə barışmayan 
xalqımız bu ədalətsizliyi tezliklə aradan qaldıracaq, vətənimizi 
düşməndən azad edəcəkdir. 
Yazının yerinə yetirilməsi prosesini diqqətlə müşahidə edən müəl-
lim, yeri gəldikcə, şagirdlərə istiqamətləndirici tövsiyələr verir. 
Yazı  işinin və müzakirənin hansı formada təşkilindən asılı olma-
yaraq,  şagirdlərin fərdi qiymətləndirilməsi həyata keçirilə bilər. Bu, 
dərsdə reallaşdırılmış 
məzmun standartlarına müvafiq olaraq 
müəyyənləşdirilən meyarlar əsasında həyata keçirilir. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə 
yetiriləcəyini şagirdlərə xatırladır. 
 
 


 206
Mənbələr 
 
1.
  Heydər Əliyev və mədəniyyət. 3 cilddə. Bakı: Nurlar, 2008. 
2.
  Azərbaycan Respublikası təhsil nazirinin “Ümumtəhsil məktəb 
şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda 
mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 
əmri.(http://edu.gov.az/az/page/81/9763) 
3.
  Abbasov Ə. Şagird nailiyyətlərinin qiymətləndirilməsi: müasir baxış və 
konseptual yanaşmalar.// Azərbaycan məktəbi, 2007 N 4.  
4.
  Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2009. 
5.
  Azərbaycan Respublikasında ümumi təhsil sistemində Qiymətləndirmə 
Konsepsiyası.// Kurikulum, 2009, N 2. 
6.
  Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. 
Azərbaycan müəllimi qəzeti.25 okt 2013. N 41 (8558). 
7.
  Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat 
fənni kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan dilində olan 
məktəblər üçün). www. kurikulum.az/ images/.../edebiyyat.pdf) 
8.
  Ağayev Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu. 2006.  
9.
  Arif M. Seçilmiş əsərləri. I-III cild. Bakı, 1967. 
10.
  Aslanov Y. Ədəbiyyat tədrisi:  ənənə  və müasirlik. Bakı: APU-nun 
nəşri, 2011. 
11.
  Bəylərov E. Formativ qiymətləndirmə. Kurikulum, 2009 N 2. 
12.
  Cəfər Ə. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu.Bakı: Elm, 1977.  
13.
  Cəfərov M.C. Sənət yollarında. Bakı: Gənclik, 1975. 
14.
  Cəfərov N. Klassiklərdən müasirlərə. Bakı: Çaşıoğlu, 2004. 
15.
  Энциkлопедия интераkтивного обучения. Е.Пометун. Kиев, 2007. 
16.
  Əlişanoğlu T.Azərbaycan “yeni nəsr”i. Bakı: Elm, 1999. 
17.
  Ərəb-fars sözləri lüğəti. I-II cild. Bakı: Şərq-Qərb, 2005. 
18.
  Əsgərli Z. Poetika. İzahlı sözlük.Bakı:Elm, 2014, 262 s. 
19.
  İnnovativ təlim metodları  və texnologiyaların tezaurusu. Bakı: XXI 
Əsr Təhsil Mərkəzi, 2014. 
20.
  Krouford A., Vendi Soul E., Metyu S., Makinster C. Düşünən sinif 
üçün öyrətmə  və öyrənmə üsulları. Bakı, Müasir Təhsil və  Tədrisə 
Yardım Mərkəzi, 2012. 
21.
  Qarayev Y. Azərbaycan  ədəbiyyatı. XIX və XX yüzillər. Bakı: Elm, 
2002. Bakı: EA-nın nəşriyyatı, 1965. 
22.
  Методиkа  преподавания  литературы.  В 2-х  частях.  Под  ред. 
О.Ю.Богдановой, В.Г.Маранцмана.М.:Просвещение, 1995. 
23.
  Mikayılov  Ş.,Bəkirova A., Əliyeva  Ş. V-XI siniflərin  ədəbiyyat 
dərslərində  təlim texnologiyalarından kompleks şəkildə istifadə. 
Bakı:Çaşıoğlu, 2008. 
24.
  Mir Cəlal, P.Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1988. 
25.
  Muradov B. Orta məktəbdə  ədəbi  əsərlərin öyrədilməsi. Bakı:Maarif, 
1992. 
26.
   Müasir Azərbaycan ədəbiyyatı. I-II cild.Bakı:Bakı Universiteti. 2007. 
27.
  Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. I-II cild. Bakı: Elm və təhsil. 
2016. 


 207
28.
  Müəllim hazırlığının və orta təhsilin perspektivləri. (Qərb təhsil 
sisteminin təcrübəsi əsasında). Müəllim üçün vəsait. Bakı,İREX, 2005. 
29.
  Osmanlı V. Azərbaycan romantikləri. Bakı: Yazıçı, 1985. 
30.
  İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Müəllim üçün vəsait. 
Bakı, İREX, 2005. 
31.
  Hacıyev A. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 1996. 
32.
  Hacıyev T. Yazıçı dili və ideya-bədii təhlil. Bakı: Maarif, 1979. 
33.
  Həbibbəyli İ. Ədəbi şəxsiyyət və zaman.Bakı: Elm və təhsil. 2017. 
34.
  Həsənli B.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Müəllim, 2016. 
35.
  Həsənli B., Abdullazadə. N. İfadəli oxu. Bakı:Müəllim, 2015. 
36.
  Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni texnologiyalar: 
fəal/interaktiv təlim. Bakı, 2009. 
37.
  Hüseynoğlu S. İfadəli oxunun əsasları. Bakı: ADPU-nun nəşri, 2009. 
38.
  Hüseynov A. Nəsr və zaman. Bakı: Yazıçı, 1980. 
39.
  Salamoğlu T. Müasir Azərbaycan ədəbiyyatı. Bakı, 2012. 
40.
  Salamoğlu T. Azərbaycan ədəbiyyatının müasir problemləri. Bakı:EL 
NPŞ. 2014. 
41.
  Veysova Z.A. Fəal/interaktiv təlim. Bakı, 2007. 
42.
  Vəliyev Ş. Füyuzat ədəbi məktəbi. Bakı: Elm, 1999. 
43.
  Yusifov F. A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: ADPU-nun nəşri. 
2010. 


 208
BURAXILIŞ MƏLUMATLARI
 
 
 
 
Ədəbiyyat – 11 
Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün 
Ədəbiyyat fənni üzrə dərsliyin  
metodik vəsaiti 
 
 
 
 
Tərtibçi heyət: 
 
Müəlliflər:    
Bilal Ağabala oğlu Həsənov 
Aynur Cəfər qızı Mustafayeva 
Soltan Hüseyn oğlu Əliyev 
 
 
 
Nəşriyyat redaktoru  Kəmalə Abbasova 
Texniki redaktor 
Zeynal İsayev 
Dizayner  
 
Taleh Məlikov  
Korrektor  
Aqşin Məsimov 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi: 
2018-170  
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2018 
 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun  
hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron  
informasiya vasitələri ilə yaymaq qanuna ziddir. 
 
 
Hesab-nəşriyyat həcmi 11,6. Fiziki çap vərəqi 13. Səhifə sayı 208. 
Kağız formatı 70x100 1/16. Tiraj 7200. Pulsuz. Bakı – 2018 
 
 
“BAKI” nəşriyyatı 
Bakı, AZ 1001, H.Seyidbəyli küç. 30 
Qərb” ASCin mətb
 
 


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə