Microsoft Word Declaration Azeri doc



Yüklə 126,02 Kb.
Pdf görüntüsü
tarix14.02.2018
ölçüsü126,02 Kb.
#27035


 

 

 

 

 

 

 

 

 

 

 

BEYNƏLXALQ SEÇKİ MÜŞAHİDƏ PRİNSİPLƏRİNƏ DAİR BƏYANNAMƏ 

 

VƏ 

 

BEYNƏLXALQ SEÇKİ MÜŞAHİDƏÇİLƏRİ ÜÇÜN DAVRANIŞ KODEKSİ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

27 Oktyabr 2005-ci il, Birləşmiş Millətlər Təşkilatı, Nyu-York 

 

 

 




 

 

 

BEYNƏLXALQ SEÇKİ MÜŞAHİDƏ    

2005-ci il oktyabrın 24-də  

PRİNSİPLƏRİNƏ  DAİR BƏYANNAMƏ           Bəyannaməni imzalamış təşkilatlar 

 

 

BEYNƏLXALQ SEÇKİ    

 

 



Afrika Birliyi 

MÜŞAHİDƏÇİLƏRİ ÜÇÜN  

 

 

Azad Seçkilər üzrə Asiya Birliyi 



DAVRANIŞ KODEKSİ 

 

 

 

Karter Mərkəzi 



 

Seçkilərin Təkmilləşdirilməsi və Yardım 

Mərkəzi 

 

 

 

 

 Birliyin Katibliyi 

 

27 



Oktyabr 

2005-ci 


il, 

    Avropa 

Şurası, Qanun yolu ilə 

Birləşmiş Millətlər Təşkilatı, Nyu-York                   Demokratiya üzrə Avropa  Komissiyası 

       (Venesiya 

Komissiyası) 

 

 

 



 

 

 



 

Avropa Şurası – Parlament Assambleyası 

  Cənubi Afrika Seçki İnstitutu 

Avropa Komissiyası 

Seçki Monitorinq Təşkilatlarının Avropa 

Birliyi 


Seçki İslahatları üzrə Beynəlxalq Xidmətlər 

Seçki Sistemləri üzrə Beynəlxalq Fond  

Demokratiya və Seçkiyə Yardım 

Beynəlxalq İnstitutu  

Parlamentlərarası İttifaq 

Beynəlxalq Respublikaçılar İnstitutu  

Milli Demokratiya İnstitutu 

Amerika Dövlətləri Təşkilatları 

Avropada Təhlükəsizlik və  Əməkdaşlıq 

Təşkilatı, Demokratik Təsisatlar və  İnsan 

Hüquqları Bürosu (ATƏT/DTİHB) 

Sakit okean adaları, Avstraliya və Yeni 

Zelandiya Seçki İcraçıları Assosiasiyası 

Sakit okean adaları Forumu 

BMT Katibliyi 

 

 



 

   


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

BEYNƏLXALQ SEÇKİ MÜŞAHİDƏSİ  

PRİNSİPLƏRİNƏ DAİR BƏYANNAMƏ 

27 oktyabr, 2005-ci il 

 

Ədalətli və  demokratik seçkilər ölkənin suverenliyini əks etdirir ki, burada da xalq 



hökumətin səlahiyyətlərinin və qanuniliyinin əsasını  təşkil edən söz azadlığına malikdir. 

Mütəmadi olaraq seçkilərin  ədalətli və demokratik şəkildə  həyata keçirilməsində 

vətəndaşların seçmək və seçilmək hüquqları beynəlxalq aləmdə  qəbul edilmiş insan 

hüquqlarıdır. Seçkilərin  ədalətli və demokratik keçirilməsi ölkə daxilində siyasi hakimiyyət 

uğrunda rəqabətin sülhməramlı  həllinə xidmət göstərir və beləliklə, sülh və stabilliyin 

qorunub saxlanılmasına kömək edir. Seçkilərin  ədalətli və demokratik keçirilməsi yolu ilə 

qanuniləşdirilmiş hökumətlərdə hakimiyyətin demokratikliyinə qarşı olan əngəllər aradan 

qaldırılır.  

Seçkilərin ədalətli və demokratik keçirilməsi demokratik idarəçiliyin zəruri şərtidir, çünki 

bu cür seçkilər vasitəsilə xalq qanunun tələb etdiyi əsaslarla öz iradəsini azad ifadə edir, onun 

adından və maraqları naminə idarə etmək kimi qanuni hüququn kimə aid olduğunu 

müəyyənləşdirir. Seçkilərin  ədalətli və demokratik keçirilməsinə nail olmaq demokratik 

idarəçilik təsisatlarının yaradılmasının və buna dair daha geniş proseslərin bir tərkib 

hissəsidir. Buna görə də, bütün seçki prosesləri seçkilərin ədalətli və demokratik keçirilməsinə 

dair ümumi prinsiplərə cavab versə  də, seçkilər baş verdiyi siyasi, mədəni və tarixi şəraitə 

əsasən qiymətləndirilir. 

Digər insan hüquqları  və  əsas azadlıqları irq, dəri, cins, dil, din, siyasi və digər fikirlər, 

milli və ya sosial mənşə, mülkiyyət, məhsəb və digər statuslara görə ayrı-seçkilik qoyulmadan 

və heç bir əsassız məhdudiyyətlər olmadan həyata keçirilməsə, seçkilərin  ədalətli və 

demokratik keçirilməsinə nail olmaq mümkün deyil. Qanunun hökmünə  əməl olunmadan 

digər insan hüquqları və geniş mənada desək, demokratiya kimi, seçkilərin də keçirilməsinə 

nail olmaq olmaz. Bu qaydalar insan hüquqları, digər beynəlxalq materiallar və bir sıra 

hökumətlərarası təşkilatların sənədlərində öz əksini tapır. Buna görə də, seçkilərin ədalətli və 

demokratik keçirilməsi həm beynəlxalq təşkilatların, həm də dövlət təsisatlarının, siyasi 

rəqabət iştirakçılarının, vətəndaşlar və onların vətəndaş  cəmiyyətlərinin maraq dairəsinə 

çevrilib.  

Beynəlxalq seçki müşahidəsi insan hüquqlarına hörmət və qanunun hökmü də daxil 

olmaqla, demokratiyanın inkişafının bir hissəsi kimi seçkilərin demokratik keçirilməsində 

beynəlxalq ictimaiyyətin maraqlarını  əks etdirir. Vətəndaş hüquqlarını  və siyasi hüquqları 

nəzərdə tutan beynəlxalq seçki müşahidəsi beynəlxalq insan hüquqları monitorinqinin bir 

hissəsi olub, siyasi rəqabət iştirakçıları  tərəfindən  ədalətli  şəkildə,  ən yüksək standartlara 

uyğun həyata keçirilməlidir və  ədaləti pozan ikitərəfli, yaxud çoxtərəfli fikirlərdən uzaq 

olmalıdır.  

Beynəlxalq seçki müşahidəsi pozuntuların, saxtakarlığın qarşısını almaqla və seçki 

proseslərinin təkmilləşdirilməsi məqsədilə tövsiyyələr verməklə, seçki proseslərinin 

düzgünlüyünün qorunub saxlanmasına kömək edir. Beynəlxalq seçki müşahidəsi 

ictimaiyyətin etimadını gücləndirir, seçkidə  iştirakı artırır və seçki ilə bağlı  münaqişəni 

aradan qaldırır. Müşahidə  həmçinin, demokratiyanın inkişafına dair təcrübə  və informasiya 

mübadiləsi vasitəsilə beynəlxalq anlaşmanın gücləndirilməsinə də xidmət göstərir. 

Beynəlxalq seçki müşahidəsi dünya ictimaiyyəti tərəfindən geniş  şəkildə  qəbul edilir, 

seçki proseslərinin xarakterini düzgün və  qərəzsiz  şəkildə qiymətləndirməkdə mühüm rol 

oynayır. Düzgün və  qərəzsiz beynəlxalq seçki müşahidəsi etibarlı metodologiya və dövlət 

hakim dairələri, siyasi rəqabətin iştirakçıları (siyasi partiyalar, namizədlər, namizədlər və 

referendumda qaldırılmış məsələlərə dair mövqelərini dəstəkləyənlər), yerli seçki monitorinq 




təşkilatları, digər etibarlı beynəlxalq seçki müşahidə  təşkilatları  və digərləri ilə  əməkdaşlığı 

tələb edir.  

Bu Bəyannaməni və Beynəlxalq Seçki Müşahidəçiləri üçün əlavə edilmiş Davranış 

Kodeksini dəstəkləyən hökumətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatları aşağıdakıları 

birgə bəyan edirlər: 

 

1.



 

Ədalətli və  demokratik seçkilər ölkənin suverenliyini əks etdirir ki, burada da xalq 

hökumətin səlahiyyətlərinin və qanuniliyinin əsasını  təşkil edən söz azadlığına 

malikdir. Mütəmadi keçirilən seçkilərin  ədalətli və demokratik şəkildə  həyata 

keçirilməsində  vətəndaşların seçmək və seçilmək hüquqları beynəlxalq aləmdə 

qəbul edilmiş insan hüquqlarıdır. Ədalətli və demokratik seçkilər sülh və sabitliyin 

qorunub saxlanılmasında mühüm rol oynayır və demokratik idarəçiliyə  zəmin 

yaradır.  

2.

 

Ümumi  İnsan Hüquqları  Bəyannaməsi, Vətəndaş Hüquqları  və Siyasi Hüquqlar 



üzrə Beynəlxalq Pakt və digər beynəlxalq razılaşmalara əsasən, hər kəs beynəlxalq 

insan hüquqları prinsipləri tərəfindən qadağan olunmayan ayrı-seçkilik və  əsassız 

məhdudiyyətlər qoyulmadan, öz ölkəsinin dövlət və ictimai məsələlərində  iştirak 

etmək imkanına və hüququna malik olmalıdır. Bu hüquq referendumda iştirak 

etməklə birbaşa, seçilmiş  vəzifəyə namizədliyini irəli sürmə  və digər yollarla, 

yaxud azad şəkildə seçilmiş nümayəndələr vasitəsilə həyata keçirilə bilər.  

3.

 

Ölkədə xalqın iradəsi hökumətin səlahiyyətlərinin  əsasını  təşkil edir və bu iradə 



mütəmadi keçirilən  ədalətli seçkilər yolu ilə müəyyənləşdirilir ki, bu seçkilər də 

gizli səsvermə və ya analoji azad səsvermə prosedurları yolu ilə ümumi və bərabər 

seçki hüququ vasitəsilə azad səs vermək və seçilmək imkanı və hüququ ilə təmin 

edir, səsvermənin nəticələri düzgün hesablanır, elan edilir və  qəbul edilir. Buna 

görə də, seçkilərin ədalətli və demokratik şəkildə keçirilməsində bir sıra hüquq və 

azadlıqlar, proseslər, qanunlar və təsisatlar cəlb olunur. 

4.

 

Beynəlxalq seçki müşahidəsi aşağıdakılardan ibarətdir: seçkilərin keçirilməsinə 



dair qanunlar, proseslər və təsisatlarla bağlı informasiyanın, bütün seçki mühiti ilə 

bağlı digər faktorların sistematik, ətraflı  və düzgün şəkildə toplanması; bu cür 

informasiyanın qərəzsiz və keyfiyyətli təhlili; informasiyanın düzgünlüyü və 

təhlilin qərəzsizliyinə dair ən yüksək standartlara əsaslanan seçki proseslərinin 

xarakteri ilə bağlı rəy formalaşdırmaq. Beynəlxalq seçki müşahidəsi seçki və seçki 

ilə bağlı digər proseslərə müdaxilə etmədən, mane olmadan, mümkün olduğu 

zaman, bu cür proseslərin düzgünlüyünü və  səmərəliliyini təkmilləşdirmək 

məqsədilə tövsiyyələr verir. Beynəlxalq seçki müşahidə missiyaları beynəlxalq 

seçki müşahidəsinin həyata keçirilməsi məqsədilə hökumətlərarası  və beynəlxalq 

qeyri-hökumət təşkilatları və assosiasiyalarının birgə səylərini özündə cəmləşdirir.  

5.

 

Beynəlxalq seçki müşahidəsi müxtəlif üsullardan istifadə edərək, hərtərəfli və 



uzunmüddətli müşahidə yolu ilə seçkiqabağı, seçki günü və seçkidən sonrakı 

dövrləri qiymətləndirir. Bu cəhdlərin bir hissəsi olaraq, peşəkar müşahidəçi 

missiyaları seçkiqabağı  və ya seçkidən sonrakı  məhdud məsələləri və xüsusi 

prosesləri (seçki dairələrinin sərhədlərinin müəyyən olunması, seçicilərin siyahıya 

alınması, elektron texnologiyadan istifadə  və seçkiyə dair şikayətlərə baxılması 

mexanizminin fəaliyyəti və s.) nəzərdən keçirir. Təcrid olunmuş, peşəkar 

müşahidəçi missiyaları da fəaliyyət göstərə bilərlər, lakin belə missiyalar 

ictimaiyyətə açıq-aşkar bəyan edirlər ki, onların fəaliyyəti və  rəyləri 

məhdudlaşdırılır və  fəaliyyətlərinin bu cür məhdudlaşdırılması  nəticəsində bütün 

seçki prosesinə dair rəy formalaşdıra bilmirlər. Bütün müşahidəçi missiyaları seçki 

gününün seçkinin keçirildiyi şəraitə  nəzərən baxılmasına səy göstərməli və seçki 



günü aparılmış müşahidələrin  əhəmiyyətini çox şişirtməməlidirlər. Beynəlxalq 

seçki müşahidəsində siyasi və ya digər fikirlərə, cinsə, irqə, dəriyə, etnik mənşəyə, 

dilə, dinə, milli və ya sosial mənşəyə, mülkiyyətə, məhsəb və ya digər statusa, fiziki 

qüsurlara görə ayrı-seçkilik və seçki proseslərində iştirak etməyə qarşı maneələr də 

daxil olmaqla, səsvermə  və seçilmək hüququna dair hallar nəzərdən keçirilir. 

Beynəlxalq seçki müşahidəçi missiyalarının rəyləri faktiki olaraq, siyasi rəqabətin 

iştirakçıları da daxil olmaqla, seçkidə maraqlı olan bütün şəxslər üçün ümumi çıxış 

nöqtəsi hesab olunur. Bu, seçkilərin nəticələrinin mübahisə doğuracağı zaman 

əhəmiyyət kəsb edə bilər ki, bu zaman qərəzsiz və düzgün rəylər münaqişələrin 

yaranmasının qarşısının alınmasına kömək edə bilər. 

6.

 

Beynəlxalq seçki müşahidəsi ölkədə seçkini keçirən xalqın və beynəlxalq 



ictimaiyyətin mənafeyi naminə keçirilir. Bu, proses xarakterli olub konkret seçki 

nəticələri ilə bağlı deyil və yalnız o zaman seçki nəticələrinə aid olur ki, bu 

nəticələr şəffaf şəkildə və vaxtında ədalətli, düzgün elan olunsun. Düzgün, qərəzsiz 

müşahidələr aparmağa və seçki prosesinə dair düzgün, qərəzsiz rəy 

formalaşdırmağa mane olan siyasi, iqtisadi və  mənafe toqquşmasından uzaq 

olmayan heç bir kəs beynəlxalq seçki müşahidəçi missiyasının üzvü ola bilməz. 

Uzadılmış müddətlərdə uzunmüddətli müşahidəçilər tərəfindən, həmçinin, seçki 

günü müşahidələri zamanı məhdud müddətlərdə bu tələbə riayət olunmalıdır, belə 

ki, bu müddətlərin hər biri bitərəf və  qərəzsiz təhlil aparmağa xüsusi çətinlik 

törədir. Beynəlxalq seçki müşahidəçi missiyaları seçkiləri müşahidə etdikləri 

hökumətdən maliyyə  və maddi yardım qəbul etməməlidirlər, belə ki, bu, 

mənafelərin toqquşmasına səbəb olar və missiyaların rəylərinin düzgünlüyünə 

inamı azaldar. Beynəlxalq seçki müşahidəçi heyəti münasib və  əsaslı xahişlərə 

əsasən öz maliyyə mənbələrini açmağa hazır olmalıdır. 

7.

 

Beynəlxalq seçki müşahidəçi missiyaları ictimaiyyətə vaxtında düzgün və qərəzsiz 



bəyannamələr çatdırmalı (seçki dairələrinə  və onların münasib dövlət idarələrinə 

nüsxələrini verməklə) və seçki ilə bağlı proseslərin təkmilləşdirilməsinə kömək 

edəcəyini hesab etdikləri rəylər və münasib tövsiyyələr verməlidirlər. Missiyalar 

ölkədə olduqlarını, missiyanın mandatı, tərkibi və müddəti haqqında açıq  şəkildə 

xəbər verməli, münasib hallarda hesabatlar hazırlamalı, müşahidələrə dair seçkidən 

sonrakı ilkin bəyannamə və seçki prosesinin nəticəsinə dair yekun hesabat təqdim 

etməlidirlər. Beynəlxalq seçki müşahidəçi missiyaları missiyanın müşahidələri, 

rəyləri və tövsiyyələrini müzakirə etmək üçün ölkədə  ədalətli və demokratik 

seçkilərin təşkilində maraqlı olan şəxslərlə şəxsi görüşlər keçirə bilər. Beynəlxalq 

seçki müşahidəçi missiyaları nüfuzlu hökumətlərarası və beynəlxalq qeyri-hökumət 

təşkilatlarına hesabat verə bilərlər.  

8.

 



Bəyannaməni və Beynəlxalq Seçki Müşahidəçiləri üçün əlavə edilmiş Davranış 

Kodeksini dəstəkləyən təşkilatlar beynəlxalq seçki müşahidə missiyalarının həyata 

keçirilməsində bir-birləri ilə  əməkdaşlıq etməyi öz öhdələrinə götürürlər. 

Beynəlxalq seçki müşahidə missiyaları, məsələn, fərdi beynəlxalq seçki müşahidəçi 

missiyaları;  ad hoc birgə beynəlxalq  seçki müşahidə missiyaları; yaxud birgə 

beynəlxalq seçki müşahidə missiyaları  tərəfindən həyata keçirilir. Bütün hallarda, 

Bəyannaməni və Kodeksi dəstəkləyən təşkilatlar beynəlxalq seçki müşahidə 

missiyalarına kömək məqsədilə birlikdə işləməyi öhdələrinə götürürlər.  

9.

 

Beynəlxalq seçki müşahidəsi seçki keçirən ölkənin suverenliyinə və ölkədə xalqın 



insan hüquqlarına hörmət çərçivəsində aparılmalıdır. Beynəlxalq seçki müşahidə 

missiyaları seçki keçirilən ölkənin qanunlarına, həmçinin, dövlət dairələrinə, seçki 

orqanlarına hörmətlə yanaşmalı,  əsas insan hüquqları  və azadlıqlarını inkişaf 

etdirən tərzdə davranmalıdır.  




10.

 

Beynəlxalq seçki müşahidə missiyaları seçki keçirilən ölkənin seçki orqanları ilə 



əməkdaşlıq etməli və seçki prosesinə mane olmamalıdırlar.  

11.


 

Hər hansı  təşkilatın beynəlxalq seçki müşahidə missiyası  təşkil etmək və ya 

müşahidə missiyası yaratmaq imkanını öyrənmək qərarı nəzərdə tutmur ki, həmin 

təşkilat mütləq seçki keçirilən ölkədə seçki prosesinin etibarlı olmasını  nəzərdə 

tutmalıdır. Heç bir təşkilat beynəlxalq seçki müşahidə missiyasını ölkəyə o şəraitdə 

göndərməməlidir ki, sanki onların iştirakı qeyri-demokratik seçki prosesini qanuni 

şəklə salacaq və belə hallarda, beynəlxalq seçki müşahidə missiyası açıq-aşkar 

bəyan etməlidir ki, onların iştirakı belə qanunvericiliyə imkan vermir.  

12.

 

İşinin səmərəli və etibarlı aparılması üçün beynəlxalq seçki müşahidə missiyası 



əsas  şərtlərə  əməl etməlidir. Buna görə  də, seçki keçirən ölkə  aşağıdakı  tədbirləri 

görməsə, beynəlxalq seçki müşahidə missiyası təşkil olunmamalıdır: 

a) Hər bir təşkilatın  ədalətli və demokratik seçkilərin təşkili üçün önəmli olan 

bütün proseslərə imkan verən tələblərinə uyğun olaraq, seçkiyə  qədər dəvətnamələr verməli 

və ya beynəlxalq seçki müşahidə missiyasını qəbul etdiyini başqa yolla bildirməli; 

b) Beynəlxalq seçki müşahidəçi missiyasından etibarlı olmağı  və texnologiyaya, 

yaxud seçki proseslərinə dair razılıqlarını bildirməyi tələb etmədən, onlara seçki prosesinin 

bütün mərhələləri və bütün seçki texnologiyaları, elektron texnologiyası və elektron səsvermə 

prosesinin təsdiqi və digər texnologiyaları öyrənmək imkanı verməli; 

c) Aşağıdakılar da daxil olmaqla, seçki proseslərində maraqlı olan bütün şəxslərə 

imkanlar yaratmalı: 

i - əsaslı xahişlərə əsasən, bütün səviyyələrdəki seçki rəsmiləri 

ii – fəaliyyətləri  ədalətli və demokratik seçkilərin təşkili ilə  əlaqədar olan 

qanunvericilik və  hökumət orqanlarının üzvləri, təhlükəsizlik rəsmiləri; 

iii – seçkidə  iştirak etmək istəyən bütün siyasi partiyalar, təşkilatlar və  şəxslər 

(namizədlərin seçilməsində  iştirak edə bilən, edə bilməyən və  iştirak etməkdən imtina edən 

şəxslər də daxil olmaqla) və seçkidə iştirak etməkdən imtina edənlər; 

iv – kütləvi informasiya vasitələri heyəti; 

v – ölkədə  ədalətli və demokratik seçkilər keçirilməsində maraqlı olan bütün 

təşkilatlar və şəxslər; 

ç) Beynəlxalq seçki müşahidə missiyasının bütün üzvləri üçün ölkə daxilində 

hərəkat azadlığı verməli; 

d) Beynəlxalq seçki müşahidəçi missiyasına müdaxilə olmadan, seçki ilə bağlı 

proseslər və hadisələrə dair müşahidələr və tövsiyyələri özündə  əks etdirən ictimai 

bəyannamələr və hesabatlar hazırlamaq azadlığı verməli; 

e) Heç bir dövlət, təhlükəsizlik və ya seçki orqanının beynəlxalq seçki müşahidəçi 

missiyasının fərdi müşahidəçilərinin və digər üzvlərinin seçilməsinə müdaxilə etməyə və ya 

onların sayının azaldılmasına cəhd göstərməsinə imkan verməməli; 

ə) Missiya aydın müəyyən olunmuş,  əsaslı  və ayrı-seçkilik qoymayan 

akkreditasiya tələblərinə riayət etdiyi halda, beynəlxalq seçki müşahidə missiyasının seçilmiş 

müşahidəçiləri və digər iştirakçılarını ölkə daxilində akkreditasiya ilə (seçkini müşahidə 

etmək üçün tələb olunan, şəxsiyyəti təsdiq edən sənəd) təmin etməli; 

f) Heç bir dövlət, təhlükəsizlik və seçki orqanının beynəlxalq seçki müşahidə 

missiyasının fəaliyyətinə müdaxilə etməyəcəyinə zəmanət verməli və  

g) Seçkini müşahidə üçün beynəlxalq prinsiplərə uyğun olaraq, beynəlxalq seçki 

müşahidə missiyasını informasiya ilə  təmin edən, ona kömək edən dövlət və ya xarici 

vətəndaşa heç bir hakim dairənin təzyiq göstərməsinə və ya hədələməsinə imkan verməməli.  

Beynəlxalq seçki müşahidə missiyasının ilkin şərti olaraq, hökumətlərarası və beynəlxalq 

qeyri-hökumət təşkilatları bu cür zəmanətlərin hökumət və ya seçki orqanları  tərəfindən 

razılaşdırılmış anlaşma memorandumunda və ya oxşar sənəddə öz əksini tapmasını tələb edə 



bilər. Seçki müşahidəsi vətəndaş  fəaliyyətidir və onun səmərəsi müşahidəçilərin 

fəaliyyətlərinin təhlükəsizliyini məhdudlaşdıran və ya, etibarlı seçki müşahidə metodlarında 

istifadəyə maneçilik törədən kəskin riskli hallarda şübhə altına alınır.  

13.


 

Beynəlxalq seçki müşahidə missiyaları siyasi rəqabətin bütün əsas iştirakçılarının 

onların iştirakını istəmələrinə və tələb etmələrinə nail olmalıdır. 

14.


 

Siyasi rəqabətin iştirakçıları (partiyalar, namizədlər və referendumda qaldırılmış 

məsələlərə dair öz mövqelərini dəstəkləyənlər) seçilmək və idarəetmədə  iştirak 

etmək hüquqları vasitəsilə seçki proseslərindəki maraqlarını müdafiə edirlər. Buna 

görə  də, onlara seçkilərlə bağlı bütün prosesləri yoxlamaq, seçki məntəqələri, 

hesablama mərkəzləri və digər seçki əraziləri daxilində elektron və digər seçki 

texnologiyalarının istifadəsi, həmçinin, bülletenlərin və digər önəmli materialların 

daşınması da daxil olmaqla, prosedurları müşahidə etmək imkanı yaradılmalıdır.  

15.

 

Beynəlxalq seçki müşahidə missiyası: 



a) seçki prosesinin keyfiyyətinə dair informasiyaya malik siyasi partiya 

nümayəndələri və namizədlər də daxil olmaqla, seçki prosesində siyasi rəqabətin bütün 

iştirakçıları ilə ünsiyyət yaratmalı; 

b) prosesin xarakteri ilə bağlı onların verdikləri informasiyanı dəstəkləməli; 

c) belə informasiyanı bitərəf və qərəzsiz şəkildə qiymətləndirməli; 

ç) beynəlxalq seçki müşahidəsinin mühüm bir mərhələsi olaraq, ayrı-seçkilik 

olmadan, siyasi rəqabətin iştirakçılarının seçki prosesinin bütün ünsürləri və 

mərhələlərinin keyfiyyətinin yoxlaya biləcəyini qiymətləndirməli. Seçki prosesinin 

keyfiyyətini qoruyub saxlamaq məqsədilə beynəlxalq seçki müşahidə missiyaları yazılı 

formada olan və ya seçki prosesinin müxtəlif dövrlərində təqdim olunmuş tövsiyyələri ilə 

siyasi rəqabətin iştirakçılarının fəaliyyətinə qarşı  hər hansı  məhdudiyyət və ya 

müdaxilənin qarşısını almalıdır.  

16. Vətəndaşlar birləşmək və öz ölkələrinin dövlət və ictimai məsələlərində iştirak etmək 

kimi beynəlxalq aləmdə tanınmış hüquqlara malikdirlər.  Bu hüquqlar seçki məntəqələri, 

hesablama mərkəzləri və digər seçki əraziləri daxilində elektron və digər seçki 

texnologiyalarının istifadəsi, həmçinin, bülletenlərin və digər önəmli materialların 

daşınması da daxil olmaqla, müşahidə prosedurları  və seçkilərlə bağlı bütün prosesləri 

yoxlayan qeyri-hökumət təşkilatlar vasitəsilə  həyata keçirilə bilər. Beynəlxalq seçki 

müşahidə missiyaları, ayrı-seçkilik qoyulmadan, yerli və heç bir partiya mənsubiyyəti 

olmayan seçki monitorinqi və müşahidəsi təşkilatlarının öz fəaliyyətlərini heç bir 

məhdudiyyət və müdaxilə olmadan təşkil edə bilmələrini qiymətləndirməli və hesabat 

verməlidirlər. Beynəlxalq seçki müşahidə missiyaları  vətəndaşların heç bir məhdudiyyət 

və müdaxilə olmadan, yerli, heç bir partiyanı  dəstəkləməyən müşahidə aparmaq 

hüquqlarını müdafiə etməli və öz tövsiyyələrində belə  məhdudiyyətləri və müdaxiləni 

aradan qaldırmalıdır. 

17. Beynəlxalq seçki müşahidə missiyaları etibarlı, heç bir partiya mənsubiyyəti olmayan 

yerli seçki monitorinqi təşkilatları ilə müntəzəm olaraq, ünsiyyət yaratmalı və əməkdaşlıq 

etməlidir. Beynəlxalq seçki müşahidə missiyası seçki prosesinin xarakterinə dair belə 

təşkilatların verdikləri informasiyanı  qəbul etməlidir. Bu təşkilatların verdikləri 

informasiyanın bitərəf  şəkildə qiymətləndirilməsindən sonra onların rəyləri, beynəlxalq 

seçki müşahidə missiyalarının öz bitərəfliklərini saxlamaqlarına baxmayaraq, onların 

rəylərini tamamlayır. Buna görə  də, beynəlxalq seçki müşahidə missiyaları  hər hansı 

bəyannaməni çap etməzdən əvvəl bu cür təşkilatlarla məsləhətləşməyə səy göstərməlidir.  

18. Bəyannaməni dəstəkləyən hökumətlərarası  və beynəlxalq qeyri-hökumət təşkilatları 

ədalətli və demokratik seçkilər keçirilməsi ilə bağlı standartlar, prinsiplər və öhdəliklər 

yaradılmasında  əsaslı inkişafın olduğunu qəbul edirlər, seçki proseslərinin xarakteri ilə 

əlaqədar müşahidələr aparılmasında, mühakimə edilməsində və rəy formalaşdırılmasında 



belə prinsiplərdən istifadə etməyi və  istifadə etdikləri prinsip və müşahidə metodları ilə 

əlaqədar şəffaflığı təmin etməyi öz öhdələrinə götürürlər.  

19. Bəyannaməni dəstəkləyən hökumətlərarası  və qeyri-hökumət təşkilatları seçki 

proseslərinin müşahidə edilməsi üçün bir sıra  etibarlı metodlar olduğunu qəbul edir və 

lazımi hallarda, yanaşma tərzlərinin mübadiləsi, metodların razılaşdırılmasını öz 

öhdələrinə götürürlər. Onlar həmçinin, qəbul edirlər ki,  ölkədə seçki proseslərinin 

xarakterini qərəzsiz və bitərəf şəkildə müəyyənləşdirmək üçün beynəlxalq seçki müşahidə 

missiyaları kifayət qədər geniş olmalı və əgər müşahidə seçki prosesinin bir və ya məhdud 

sayda ünsürləri üzərində  cəmləşməyibsə, onda missiyalar seçkiqabağı, seçki günü və 

seçkidən sonrakı müddətlərdə seçki prosesinin bütün əsas ünsürlərinin xarakterini 

müəyyənləşdirmək üçün kifayət qədər uzun müddət davam etməlidir. Bundan əlavə, onlar 

hesab edirlər ki, seçki günü müşahidələrini təcrid etmək və ya əhəmiyyətini həddindən 

artıq artırmaq lazım deyil və belə müşahidələr bütün seçki prosesi şəraitinə əsasən nəzərə 

alınmalıdır. 

20. Bəyannaməni dəstəkləyən hökumətlərarası  və beynəlxalq qeyri-hökumət təşkilatları 

qəbul edirlər ki, beynəlxalq seçki müşahidə missiyaları müxtəlif siyasi və peşəkar 

qabiliyyətlərə malik, seçki proseslərində  və yaradılmış seçki prinsiplərində, beynəlxalq 

insan hüquqlarında, müqayisəli seçki qanunu və idarəçilik praktikasında (kompüter və 

digər seçki texnologiyalarından istifadə də daxil olmaqla), müqayisəli siyasi proseslər və 

ölkənin xüsusi şərtləri barədə təcrübəsinə əsasən prosesləri müşahidə və mühakimə etmək 

etibarlılığını sübut etmiş şəxslərdən ibarət olmalıdır. Bəyannaməni dəstəkləyən təşkilatlar 

beynəlxalq seçki müşahidə missiyalarının iştirakçılarının və 

rəhbərlərinin 

balanslaşdırılmış gender tərkibinin, həmçinin belə missiyalara vətəndaşların daxil 

olmasının əhəmiyyətini qəbul edirlər.  

21. Bəyannaməni dəstəkləyən hökumətlərarası  və beynəlxalq qeyri-hökumət təşkilatları 

aşağıdakıları öz öhdələrinə götürürlər: 

a) beynəlxalq seçki müşahidə missiyalarındakı bütün iştirakçıları informasiyanın 

düzgünlüyü, mühakimələr edilməsində  və  rəy formalaşdırılmasında siyasi qərəzsizlik 

prinsipləri ilə tanış etmək; 

b) missiyanın məqsədlərini izah edən məlumat və ya oxşar sənədlə təmin etmək; 

c) müvafiq dövlət qanunları  və  əsasnamələr, müşahidəçilərin təhlükəsizliyi və rifahı da 

daxil olmaqla ümumi siyasi mühit və digər məsələlərlə bağlı informasiya ilə təmin etmək; 

ç) seçki müşahidə missiyasının bütün iştirakçılarını istifadə olunacaq metodlar barədə 

təlimatlandırmaq; 

d) seçki müşahidə missiyasının bütün iştirakçılarından Bəyannaməyə  əlavə edilmiş 

Beynəlxalq Seçki Müşahidəçiləri üçün Davranış Kodeksini oxuyub ona əməl etmək tələb 

olunur ki, bu Kodeksə  də  təşkilatın tələblərinə cavab verməsi məqsədilə, mahiyyətini 

dəyişmədən, bəzi düzəlişlər edilməsi mümkündür; iştirakçılar həmçinin, hazırkı Davranış 

Kodeksi ilə eynilik təşkil edən əvvəlki Davranış Kodeksinə də əməl edə bilərlər.  

22. Bəyannaməni dəstəkləyən hökumətlərarası  və beynəlxalq qeyri-hökumət təşkilatları 

Bəyannamənin və Beynəlxalq Seçki Müşahidəçiləri üçün əlavə edilmiş Davranış 

Kodeksinin  şərtlərinə  əməl etməyi öz öhdələrinə götürürlər. Bəyannaməni dəstəkləyən 

təşkilat Bəyannamənin nəzərdə tutduğu seçki müşahidəsinin aparılması  məqsədilə, 

Bəyannamənin və ya əlavə edilmiş Davranış Kodeksinin şərtlərindən hər hansı birinə əməl 

etməyi lazım bilməzsə, o zaman həmin təşkilat bunu nə üçün lazım bilmədiyini öz ictimai 

bəyannamələrində izah etməli və  Bəyannaməni dəstəkləyən digər təşkilatların müvafiq 

suallarına cavab verməyə hazır olmalıdır. 

23. Bəyannaməni dəstəkləyən təşkilatlar qəbul edirlər ki, hökumət müşahidəçi heyətini 

digər ölkələrdəki seçkiləri müşahidə etməyə göndərir və digər təşkilatlar da seçkiləri 

müşahidə edə bilər. Bəyannaməni dəstəkləyən təşkilatlar bu bəyannamənin ad hoc əsasları 



ilə razılaşan və Beynəlxalq Seçki Müşahidəçiləri üçün əlavə edilmiş Davranış Kodeksinə 

əməl edən müşahidəçiləri rəğbətlə qarşılayır. 

24. Bəyannamə  və Beynəlxalq Seçki Müşahidəçiləri üçün Davranış Kodeksi 

Bəyannaməni dəstəkləyən təşkilatların (assambleyalar, şuralar, rəhbərlər  şurası  və s.) 

siyasi orqanlarının hər hansı cür fəaliyyət göstərməsini tələb etmir, halbuki, belə fəaliyyət 

bəyənilir. Bəyannamə  və Beynəlxalq Seçki Müşahidəçiləri üçün Davranış Kodeksinə 

digər hökumətlərarası  və beynəlxalq qeyri-hökumət təşkilatları da qoşula bilər. Onların 

imzaları BMT-nin Seçkilərə Yardım Şöbəsində qeydə alınmalıdır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Beynəlxalq seçki müşahidəçiləri üçün Davranış Kodeksi 

 

Beynəlxalq seçki müşahidəsi bütün dünyada geniş şəkildə qəbul edilir. O dövlətlərarası 

və beynəlxalq qeyri-hökumət təşkilatları  və assosiasiyaları  tərəfindən seçki prosesinin 

obyektiv və  dəqiq təmin olunması  məqsədilə, ölkə  əhalisinin və beynəlxalq ictimaiyyətin  

maraqları naminə aparılır. Bununla əlaqədar, beynəlxalq seçki müşahidəsinin düzgünlüyünün 

təmin olunmasından çox şey asılıdır və seçki müşahidə missiyalarının bütün iştirakçıları, 

həmçinin uzunmüddətli və  qısamüddətli müşahidəçilər, qiymətləndirmə nümayəndə 

heyətlərinin üzvləri, peşəkar müşahidəçi qrupları və missiya rəhbərləri bu Kodeksi imzalamalı 

və onun müddəalarına riayət etməlidirlər.  

 

Suverenliyə və beynəlxalq insan hüquqlarına hörmət 

Seçkilər – hakimiyyətin səlahiyyətliliyi və legitimliyi əsasında ölkə  vətəndaşlarına 

məxsus olan suveren hüquqların ifadəsidir. Mütəmadi keçirilən demokratik seçkilər zamanı 

vətəndaşların seçib-seçilmək hüquqları –beynəlxalq insan hüquqlarıdır və onlar bir sıra əsas 

hüquq və azadlıqların həyata keçirilməsini vacib edir. Seçkiləri müşahidə edənlər seçki 

keçirilən ölkənin suverenliyinə  və  həmçinin, ölkə  vətəndaşlarının  əsas insan hüquqları  və 

azadlıqlarına hörmət etməlidirlər.  

 

Ölkənin qanunlarına və seçki orqanlarının səlahiyyətlərinə hörmət 

Müşahidəçilər seçki keçirilən ölkənin qanunlarına və seçki prosesini idarə etmək 

öhdəliyi olan orqanların səlahiyyətlərinə hörmətlə yanaşmalıdırlar. Müşahidəçilər ölkənin 

hökumət, mühafizə  və seçki orqanlarının bütün hüquqi sərəncamlarına riayət etməlidirlər. 

Müşahidəçilər həmçinin, səlahiyyətli seçki rəsmilərinin və digər dövlət orqanlarının 

nümayəndələrinə hörmətlə yananışmalıdırlar. Əgər dövlət və ya seçki orqanları  rəsmilərinin 

qəbul etdikləri qanunlar, əsasnamələr və ya onların hərəkəti qanunun, Konstitusiyanın, yaxud 

tətbiq olunan beynəlxalq sazişlərin nəzərdə tutduğu seçki ilə bağlı hüquqların həyata 

keçirilməsinə mane olursa, o zaman müşahidəçilər belə halları qeyd etməlidirlər. 

 

Beynəlxalq seçki müşahidə missiyasının düzgünlüyünə hörmət 

Müşahidəçilər beynəlxalq seçki müşahidə missiyasının düzgünlüyünə hörmət etməli və 

onu qorumalıdırlar. Buna Davranış Kodeksinin müddəalarına, bütün yazılı təlimatlara (buraya 

vəzifələr, göstərişlər və  rəhbər prinsiplər aiddir) və müşahidə missiyasının rəhbərliyi  

tərəfindən verilən  şifahi göstərişlərə  əməl olunması aiddir. Müşahidəçilər müşahidə 

missiyasının tələb etdiyi brifinqlərdə, treyninqlərdə  və iclaslarda iştirak etməli, seçki 

missiyasının göstərdiyi istiqamətə  əsasən seçki qanunları, qaydaları  və digər müvafiq 

qanunvericiliklə tanış olmalı  və müşahidə missiyasında tətbiq olunan metodlara müraciət 

etməlidirlər. Müşahidəçilər həmçinin, yarana biləcək mənafe toqquşması və missiyaya daxil 

olan digər müşahidəçilərin qeyri-düzgün davranışları barədə missiya rəhbərliyinə  xəbər 

verməlidirlər.  

 

Siyasi qərəzsizliyin daima qorunması 

Müşahidəçilər hətta asudə vaxtlarında, seçki keçirilən ölkədə tam siyasi qərəzsizlik 

nümayiş etdirməlidirlər. Onlar dövlət orqanlarına, siyasi partiyalara, namizədlərə, referendum 

məsələlərinə  və ya seçki prosesi zamanı yaranan mübahisəli məsələlərə münasibət 

bildirməkdən və ya meyllik göstərməkdən çəkinməlidirlər. Müşahidəçilər seçki keçirilən 

ölkədə siyasi rəqabət iştirakçısının qalib gəlməsi üçün hər hansı partiya üzvünün 

dəstəklənməsi və ya ona tərəfdar olmaq, partiyanın simvollarının, rənglərinin, bayraqlarının 

istifadə olunması və ya nümayiş etdirilməsi, siyasi rəqabət iştirakçıları üçün önəmli olan bir 

şeyi qəbul etmək təsiri bağışlayacaq hər hansı hərəkət etməməlidirlər.  



Seçki prosesinə müdaxilə etməmək 

Müşahidəçilər seçkiqabağı proseslər, səsvermə, səslərin sayılması, protokolların 

doldurulması, seçki günündən sonrakı proseslər də daxil olmaqla, seçki prosesinin heç bir 

mərhələsinə maneçilik törətməməlidirlər. Qanunla qadağan olunmayan hallarda

müşahidəçilər qanun pozuntularını, saxtalaşdırma hallarını  və ya mühüm problemləri seçki 

orqanlarının üzvlərinin nəzərə çatdırmalıdırlar və bunu müdaxilə olaraq etməməlidirlər. Siyasi 

proseslərə maneə olmamaq şərtilə, müşahidəçilər seçki məntəqələrində seçki orqanları 

rəsmilərinə, siyasi partiyaların nümayəndələrinə  və digər müşahidəçilərə suallarla müraciət 

edə, özlərinin fəaliyyətləri barədə sualları da cavablandıra bilərlər. Sualları cavablandırarkən, 

müşahidəçilər seçki prosesini istiqamətləndirməyə  cəhd göstərməməlidirlər. Müşahidəçilər 

seçicilərə suallarla müraciət etmək və onların suallarına cavab verə bilərlər, lakin onlardan 

hansı namizədə, partiyaya və ya referenduma çıxarılan məsələ ilə bağlı  kimə səs verdikləri 

barədə heç nə soruşa bilməzlər.  

 

Müvafiq vəsiqə ilə təmin etmək 

Müşahidəçilər seçki müşahidə missiyası  tərəfindən onlara verilmiş  vəsiqəni, həmçinin, 

dövlət orqanlarının tələb etdikləri vəsiqəni göstərməlidirlər və xahiş olunarkən, seçki 

rəsmilərinə və ya digər dövlət orqanlarına təqdim etməlidirlər.  

  

Rəy formalaşdırılmasında müşahidənin düzgünlüyünün və peşəkarlığının təmin 



edilməsi  

Müşahidəçilər öz müşahidələrinin düzgünlüyündən  əmin olmalıdırlar. Müşahidələr 

dəqiq olub, həm müsbət, həm mənfi faktorları  əks etdirməli, mühüm və mühüm olmayan 

faktorları  fərqləndirməli və seçki prosesinin keyfiyyətinə mühüm təsir göstərə biləcək 

məsələləri müəyyənləşdirməlidir.  Müşahidəçilərin fikirləri subyektiv faktorları obyektiv 

dəlillərdən fərqləndirən informasiyanın dəqiqliyi və  təhlilin qərəzsizliyi baxımından  ən 

yüksək tələblərə cavab verməlidir. Müşahidəçilər bütün yekun rəylərini sübut edilmiş faktiki 

dəlillərə    əsaslandırmalıdırlar və  əvvəlcədən nəticə  çıxartmamalıdırlar. Müşahidəçilər 

müşahidə apardıqları yerlərdə baş verən hadisələri, aparılmış müşahidələri və seçki müşahidə 

missiyasının tələblərinə uyğun digər münasib informasiyanı qeydə almalı  və bu cür 

sənədləşdirməni missiyaya təhvil verməlidirlər.  

 

Missiyanın bəyanatından  əvvəl ictimaiyyət və kütləvi informasiya vasitələri üçün 



şərhlər verməmək 

Seçki müşahidə missiyasının bəyan etməsindən əvvəl,  missiya rəhbərliyi tərəfindən hər 

hansı konkret göstəriş almayınca, müşahidəçilər öz müşahidələri və ya rəyləri haqqında 

kütləvi informasiya vasitələrinin nümayəndələrinə  və ya ictimaiyyətə fikir söyləməkdən 

çəkinməlidirlər. Müşahidəçilər missiyanın münasib hesab etdiyi müşahidə missiyasının 

xarakteri, fəaliyyəti və digər məsələlərə dair açıqlama verə bilər və kütləvi infomasiya 

vasitələrinin nümayəndələrinə və digər maraqlı şəxslərə missiyanın bu işlərə təhkim olunmuş 

şəxslərə müraciət etmələrini tövsiyyə etməlidirlər.  

 

Digər seçki müşahidəçiləri ilə əməkdaşlıq 

Müşahidəçilər istər beynəlxalq, istərsə də yerli seçki müşahidə missiyalarından xəbərdar 

olmalı  və seçki müşahidə missiyasının rəhbərliyinin göstərişlərinə uyğun olaraq onlarla 

əməkdaşlıq etməlidirlər.  

 

Şəxsi davranışın lazımi qaydada təmini 

Müşahidəçilər  şəxsi davranışlarının düzgün olmasına həmişə diqqət yetirib, digər 

şəxslərə hörmətlə yanaşmalı, həmçinin seçki keçirilən ölkənin mədəniyyətinə  və adət-



ənənələrinə ehtiram göstərməli, mütəmadi olaraq şəxsi münasibətlərdə, iş saatlarından əlavə 

də, öz davranışlarını ən yüksək peşəkarlıq səviyyəsində götürməlidirlər.  

 

 

 

Davranış Kodeksinin müddəalarının pozulması 

Davranış Kodeksinin müddəalarının pozulması zamanı seçki müşahidə missiyası 

müvafiq araşdırma aparır. Əgər ciddi pozuntu aşkar olunarsa, bu hərəkəti etmiş müşahidəçinin 

akkreditasiyası  ləğv edilə  və ya seçki müşahidə missiyasının tərkibindən xaric edilə bilər. 

Belə qərarların qəbulu seçki müşahidə missiyası rəhbərliyinin xüsusi səlahiyyətlərinə aiddir.  

 

Davranış Kodeksinə sadiq qalma öhdəliyi 

Seçki müşahidə missiyasında iştirak edən hər bir şəxs Davranış Kodeksi ilə tanış olmalı 

və bu öhdəliklərə sadiq qalacağına dair imza etməlidir.   

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Beynəlxalq seçki müşahidəçilərinin 

Davranış Kodeksinə dair öhdəliklər 

 

Beynəlxalq seçki müşahidə missiyasının mənə  təqdim etdiyi Beynəlxalq Seçki 



Müşahidəçiləri üçün Davranış Kodeksi  ilə tanış oldum. Davranış Kodeksinə riayət etməyi 

və bir seçki müşahidəçisi olaraq, onun tələblərinə uyğun fəaliyyət göstərməyi öz öhdəmə 

götürürəm. Qərəzsiz seçki müşahidəçisi olmağa və Davranış Kodeksinə  əməl etməyə mane 

olan mənafe, siyasi, iqtisadi və digər münaqişələrə cəlb olunmamışam. 



Siyasi qərəzsizliyi hər zaman qoruyub saxlayacağam.  Öz fikirlərimi məlumatın 

dəqiqliyi və təhlilin obyektivliyinin ən yüksək standartları baxımından qeyd edəcək və rəyimi 

faktiki, sübut olunmuş dəlillərə əsasən formalaşdıracağam.  

Seçki prosesinə mane olmayacağam. Dövlət qanunlarına və seçki rəsmilərinin 

səlahiyyətlərinə hörmətlə yanaşacaq,  seçki və digər dövlət orqanlarına ehtiram 

bəsləyəcəyəm. Həmin ölkənin xalqının  əsas insan hüquqları  və azadlıqlarına hörmət 

edəcəyəm. Seçki keçirən ölkənin adət-ənənələrinə qarşı diqqətli olub düzgün davranacaq və 

başqalarına hörmətlə yanaşacağam,  şəxsi ünsiyyətdə  məntiqi mühakimələr edəcək və  hər 

zaman, asudə vaxtımda belə, peşəkar davranışın ən yüksək səviyyəsini nümayiş etdirəcəyəm.  

Beynəlxalq seçki müşahidə missiyasının düzgünlüyünü qoruyub saxlayacaq və 

müşahidə missiyasının təlimatlarına əməl edəcəyəm. Seçki müşahidə missiyasının tələb etdiyi 

bütün brifinqlər, treyninqlər və iclaslarda iştirak edəcək, bəyannamələrin və hesabatların 

hazırlanmasında əməkdaşlıq edəcəyəm. Müşahidə missiyasının rəhbərliyi tərəfindən göstəriş 

verilməsə, seçki müşahidə missiyasının  bəyannaməsi hazırlananadək, kütləvi informasiya 

vasitələrinə  və ya ictimaiyyətə  şəxsən  şərhlər verməkdən, müşahidələr aparmaqdan və  rəy 

formalaşdırmaqdan uzaq duracağam.  

 

 



   

 

 



 

 

 



 

 

 



 

İmza _________________________________________ 

   

 

 



 

 

   



 

Adı (çap şəklində) _______________________________ 

   

 

 



 

 

   



 

Tarix _________________________________________ 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


QEYDLƏR 

Beynəlxalq Seçki Müşahidəsi Prinsipləri üzrə  Bəyannamə  və Beynəlxalq Seçki 

Müşahidəçiləri üçün Davranış Kodeksinin tərtib olunması seçkini müşahidə ilə maraqlanan 

20-dən çox hökumətlərarası  və beynəlxalq qeyri-hökumət təşkilatlarının iştirakını  cəlb edən 

çoxillik bir proses olmuşdur. 

Bu proses 2001-ci ildə Beynəlxalq Məsələlər üzrə Milli Demokratiya İnstitutu və BMT 

Seçkilərə Yardım Şöbəsinin təşəbbüsü ilə başladı və Nyu-Yorkda, BMT-də ilkin iclas, daha 

sonra Amerika Dövlətləri, Milli Demokratiya İnstitutu tərəfindən təşkil olunmuş iclas 

keçirildi.  

Bunlara  əsaslanaraq, BMT Seçkilərə Yardım  Şöbəsi, Karter Mərkəzi və Milli 

Demokratiya İnstitutu birgə katiblik formalaşdırdılar və 2003-cü il oktyabr ayında Atlantada, 

Karter Mərkəzində keçirilmiş iclas zamanı bu prosesin rəsmi mərhələsinə başladılar. Bunun 

ardınca, 2004-cü il sentyabr ayında Brüsseldə Avropa Şurasının hazırladığı iclas keçirildi. 

Üzv təşkilatlar arasında  məsləhətləşmə prosesi davam edirdi ki, bu da 2005-ci il iyul ayının 

əvvəllərində təşkilati dəstək məqsədilə təklif olunmuş razılıq sənədi ilə nəticələndi. 

Katiblik BMT Seçkilərə Yardım  Şöbəsi tərəfdən Karina Perelli və Sin Dyun, Karter 

Mərkəzi tərəfdən Deyvid Karol, Deyvid Poti və Averi Deyvis-Roberts, Milli Demokratiya 

İnstitutu tərəfdən Patrik Merlo və Linda Petersondan ibarət tərkibdə təşkil olundu. Katibliyin 

üzvləri sənədləri hazırladılar və  cənab Merlo seçki müşahidəsinə  cəlb olunmuş  təşkilatlar 

tərəfindən mövcud sənədləşdirmənin  əsas hissəsini hazırlayan layihə müəllifi kimi xidmət 

göstərdi. Prosesin gedişi  zamanı, katiblik bir sıra üzv təşkilatlardan önəmli məlumatlar və 

şərhlər qəbul edirdi. 

Proses Birləşmiş Millətlər Təşkilatı, ABŞ Beynəlxalq  İnkişaf Agentliyi, Avropa 

Komissiyası, Almaniya Respublikası, Star Fondu və bir sıra fərdi ianəçilər tərəfindən 



maliyyələşdirilmişdir.  

 

Yüklə 126,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə