Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə1/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
  1   2   3   4   5   6   7   8   9   ...   54


AZƏRBAYCAN MİLLİ ELMLƏR 
AKADEMİYASI FOLKLOR İNSTİTUTU 
 
 
 
 
 
 
 
DƏDƏ QORQUD 
 
 
 
DADA QORQUD 
 
 
 
 
Elmi-ədəbi toplu 
 
İldə 4 sayı buraxılır 
 
 
II (51) 
 
 
 
 
BAKI - 2014 


Dədə Qorqud ● 2014/I I                                                                       2 
 
Toplu Azərbaycan Milli Elmlər Akademiyası 
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
 
 
 
 
Baş redaktor: Tofiq HACIYEV 
 
Redaksiya heyəti: 
Kamal  Abdulla,  Anar,  Şükrü  Haluk  Akalın  (Türkiyə),  Aman-
mırat Baymıradov (Türkmənistan), Nizami Cəfərov, Paşa Əfəndiyev, 
Əfzələddin  Əsgərov,  İsa  Həbibbəyli,  Muxtar  İmanov,  Kamran 
Əliyev, Hüseyn İsmayılov, Tofiq Məlikov (Rusiya), Elxan Məmmədli, 
Törə  Mirzəyev  (Özbəkistan),  Qara  Namazov,  Oljas  Süleymenov 
(Qazaxıstan),  Osman  Fikri  Sərtqaya  (Türkiyə),  Sadık  Tural 
(Türkiyə), Fikrət Türkmən (Türkiyə)  
 
 
 
Baş redaktorun müavini:  
Seyfəddin Rzasoy 
Məsul katib:    
 
Tahir Orucov 
 
 
İngiliscəsinə məsul:    
Seyran Əliyev 
Ruscasına məsul:  
 
Aslan Məmmədli 
 
Nəşrinə məsul:  
 
Əziz ƏLƏKBƏRLİ 
 
 
 
“Dədə Qorqud”. Elmi-ədəbi toplu, II. Bakı, “Nurlan” nəşriyya-
tı, 2014 
 
 
 
 
ISSN 2309-7949 
 
© Folklor İnstitutu, 2014 


Dədə Qorqud ● 2014/I I                                                                       3 
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar 
 
Asif HACIYEV 
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 
ARTPİ-nin aparıcı elmi işçisi, 
e-mail: hacıyev_asif @ mail.ru 
 
“DƏDƏ QORQUD KİTABI” – QƏDIM OĞUZ EPOSUNUN 
AZƏRBAYCAN VARİANTI 
Xülasə 
Oğuz zamanının düşüncə və həyat tərzini əks etdirən “Dədə Qorqud” eposu mü-
kəmməl  variantda  Drezden nüsxəsi  şəkilində zəmanəmizə  gəlib  çıxmışdır.  Lakin  müx-
təlif  yazılı  mənbələrdə  rast  gəlinən  mətn  parçaları  göstərir  ki,  dastan  qəhrəmanlarının 
fərqli  şəkildə təsvir  olunduğu hekayələr  də mövcud  olmuşdur.  Bu  faktların  müqayisəli 
təhlili Drezden əlyazmasının məhz Azərbaycan xalqının formalaşdırdığı dastan variantı 
olduğu qənaətinə gəlməyə əsas verir. 
  Açar sözlər: epos, mətn, variant, əlyazma, mühit, etnos 
 
“КНИГА ДЕДA КОРКУТА” - АЗЕРБАЙДЖАНСКИЙ ВАРИАНТ 
ДРЕВНЕГО ОГУЗСКОГО ЭПОСА 
Резюме 
Дошедший  до  нашего  времени  эпос  “Дедa  Коркут”  в  виде  Дрезденской 
рукописи отображает традиции и мысли огузской действительности. Несмотря на 
это,  отрывки  текста  из  различных  письменных  источников  доказывают,  что 
существовало  множество  вариантов  сказаний  об  одних  и  тех  же  героях.  Сравни-
тельный  анализ  этих  фактов  позволяет  нам  считать,  что  Дрезденская  рукопись 
составлена на основе азербайджанского варианта эпоса.  
Ключевые слова: эпос, текст, вариант, рукопись, среда, сравнение 
 
“THE BOOK OF THE DEDE KORKUT ” – AS THE AZERBAIJANI VARIANT 
OF THE ANCIDENT OGHUZ EPOS 
Summary 
Dede Korkut epos reflecting the way of thinking and lifestyle of Oghuz time has 
come down to us in a perfect variant as a copy of Dresden. However,the text fragments 
found in various written sources indicate that there were also stories describing the life 
of heroes of the epos in a different way. Comparative analysis of the facts gives grounds 
to believe that Dresden manuscript is the variant of the epos which Azerbaijani people 
had formed. 
Key words: epos, text, variant, manuscript, environment, compare 
 
Məsələnin  qoyuluşu.  “Dədə  Qorqud”  eposu  qədim  oğuz-türk  bədii 
təfəkkürünün  əvəzsiz  sənət əsəri  kimi  meydana  gəlsə  də,  abidənin  yazıya 
köçürülərək dövrümüzə kitab şəklində gəlib çıxmış Drezden nüsxəsi Azər-


Dədə Qorqud ● 2014/I I                                                                       4 
baycan mühitində formalaşıb özünəməxsus xüsusiyyətlər qazanmış dastan 
variantı kimi araşdırılmalıdır. 
  İşin  məqsədi  “Dədə Qorqud kitabı”  ilə  müxtəlif  yazılı  mənbələr-
də  fraqmental  şəkildə  verilmiş  mətn  parçalarını  müqayisəli  təhlilə  cəlb 
etməklə  bu  qəhrəmanlıq  eposunun  tarixən  müxtəlif  variantlarda  yayıl-
dığını,  lakin  yalnız  Azərbycan  xalqına  məxsus  dastan  variantının  kitab-
laşdırılaraq günümüzə qədər yaşadığını bir daha təsdiq etməkdir. 
Müasir türk xalqlarının əksərinin etnogenezisində əriməklə öz var-
lığına  son  qoyan  qədim  oğuz  etnosu  yaşadığı  tarixi  epoxanı  bədii  sözün 
gücü  ilə əbədiləşdirməyə  nail olmuşdur. Atalar sözü, məsəl, rəvayət, əf-
sanə və dastan şəklində yazıya köçürülərək daha çox oğuznamə adı altın-
da  təqdim  olunan  folklor  nümunələrində  ulu  Tanrıya,  torpağa,  təbiətə, 
ataya,  anaya,  qadına,  oğula,  qıza,  ümumilikdə,  ərliyi,  ərdəmliyi  ilə  seçi-
lən  insana  bənzərsiz  bir  sevginin  şahidi  oluruq  ki,  bu  da  oğuz  ruhunun 
əzəməti,  möhtəşəmliyi  haqqında  ətraflı  bilgilər  almağa  imkan  yaradır. 
Cüzi bir hissəsi dövrümüzə gəlib çatmış bu mədəni irsin ən yenilməz abi-
dəsi  titul  səhifəsində  ərəbcə  “Kitabi-Dədəm  Qorqud  əla  lisani-taifeyi-
oğuzan” yazılmış oğuznamələr toplusudur. Nəsildən nəslə sözlə ötürülən 
bu  boyların  ilk  yaradıcısı  –  düzüb-qoşanı  Dədə  Qorqud  olsa  da,  artıq 
dövrünü  başa  vurmuş  Oğuz  zamanının  qəhrəmanlıq  salnaməsi,  görünür, 
ulu əcdadlarının ruhunu yaşatmaqda olan hansısa bir xanın qurduğu məc-
lisdə sinəsi  hikmət dolu ozanın dili  ilə üçtelli qolça qopuzun sədaları al-
tında söylənilir. Epos kimi  yaranma,  formalaşma, ilk dəfə  yazıya alınma 
və  sonradan  üzü  köçürülmə  dövrlərinin  müəyyən  elementlərini  özündə 
əks etdirən bu abidənin elm aləminə bəlli olan son ikiyüzüllük tədqiq ta-
rixi göstərir ki, boylarda oğuz etnosunun Orta Asiya dövrü əfsanələşmiş, 
Qafqaz-Azərbaycan dövrü isə gerçək bir qat şəklində təsvir olunmuşdur. 
Elə  buna  görə  də  boyların  məzmununda  daha  qədim  tarixi  izləri  görən 
əksər araşdırıcılar V.V.Bartoldun “... Qorqudun adı  ilə bağlı  bu epik sil-
silə, çətin ki, Qafqaz mühitindən kənarda yaradıla bilərdi” (2, 126) fikrini 
birmənalı şəkildə qəbul etmiş və konkretləşdirmişlər. A.Y.Yakubovskiyə 
görə, eposun mətnində oğuzların Sır-dərya və Amu-dərya cayları hövzə-
sində yaşadıqları daha qədim, hətta XI əsrdən əvvəlki çağların həyat tər-
zinin heyrətedici qalıqlarını görmək mümkün olsa da, coğrafi ad sistemi-
nə, siyası mühitinə və mədəni əhatəsinə görə onun son formalaşması Za-
qafqaziya  hüdudları  ilə  bağlıdır  (2,  128).  M.Ergin  yalnız  dil  və  üslub 
baxımından  deyil,  ərazi  baxımından  da  onu  Azərbaycan  sahəsinin  əsəri 
sayır (4, II c, 352). X.Koroğlu “Qorqud kitabı”nın daha qədim oğuz epo-
su əsasında bir neçə əsr sonra yeni torpaqlara köçərək Azərbaycan türkü 
etnik adını alan oğuzlar tərəfindən formalaşdığını irəli sürür (11, 20). Dil, 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə