Dədə Qorqud ● 2014/IV 67
Böyüyünə söykənib yuxulamağım gəldi,
Yuxuladığım yerə biri gəldi,
Üzəngisini tərpədib giyov (kürəkən) gəldi).
Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Dil və Ədəbiyyat İns-
titutunun folklor arxivində toplanmış materialların təhlili göstərir ki, Ahangaran
rayonunun kəndlərində ulanların ifasının iki forması mövcuddur:
а) ulanların musiqi müşayiəti olmadan oğlan və qızlar tərəfindən növbəli ifası;
б) ulanların musiqi aləti, daha çox dombra və qavalın müşayiəti ilə solo ifası.
Ulanın “harpdoşlik” (hərbdaşlıq-yarış) deyişmə formasında ifası zamanı
musiqi alətindən istifadə olunmur. Əgər oğlan əlində dombra ulan söyləyirsə, və
ya qız qavalla ifa edərək tək ulan oxuyursa, o halda ənənəvi mətnə “yar-yar”
nəqəratı da əlavə olunur. Bu barədə M.Alaviya belə yazırdı: “Əgər ulanı mətnə
“yar-yar” əlavə edilərək söyləyirlərsə, adətən dombra və ya qavaldan istifadə olu-
nur. Əgər ulanı “yar-yar”sız ifa edirlərsə, onda musiqi müşayiəti olmur. Xalq mü-
ğənniləri də dombrada çalaraq ulan ifa edirlər, əgər deyişmə olursa, onda musiqi
alətindən istifadə olunmur” [2, 66].
Ahangaran vadisində ulanın deyişmə şəklində ifası zamanı əks tərəflərin yer-
ləşməsinin də öz xüsusiyyətləri vardır. Yaşlı ifaçıların xatırladığına görə, toya gə-
lən qızlar evin ya da yurtanın (çadırın) içində, gənc oğlanlar isə evin ya yurtanın
çölündə dövrə vurub otururdular. Gənclər ulanı oxumağa başlayır, qızlar isə içə-
ridən cavab verirdilər. Təcrübəli ifaçılar ifa zamanı qəsdən ənənəvi mətni dəyişdi-
rir, təhqiramiz sözlər əlavə edirdilər. Əks tərəf isə cavabında söz oyunundan isti-
fadə edərək onların cavabını verməyə çalışırdı. Çünki ulan ifaçıları belə bir təsəv-
vürə inanırdılar ki, “yят ўлан айтганнинг оти ўчсин” – (mənası - “pis söz işlə-
dənin bütün həyatı əzabda olar”). Ulan ifaçılığının bədii – estetik prinsiplərini
əks etdirən bu xalq müdrikliyi ulan mətnində aşağıdakı şəkildə əks olunmuşdur:
Уят ўлан айтганнинг оти ўчсин,
Ўткир қайчи тилининг учин кессин,
Бизга ёмон сўз айтган ўнгмай ўлар,
Қуруқ ёғочни қучоқлаб умри ўтсин [11, 67].
(Pis danışan ifaçının adı unudulsun,
İti qayçı dilinin ucunu kəssin,
Bizə yaman söz atan əzabda olar,
Çürük ağacı qucaqlamaqla ömrü ötsün )
Digər dördlükdə isə deyilir ki, ulan mətnini korlayan adama müraciət edi-
ləndə belə, əsil ifaçı xalq mahnısının gözəlliyini, təmizliyini, məzmunluluğunu,
cazibədarlığını qorumalıdır:
Абулқосим,
Айт, ўланнинг қолипи бузилмасин,
Dədə Qorqud ● 2014/IV 68
Ўланни кўтариб айт, охун бўлсанг,
Билган билиб, билмаганлар ҳайрон қолсин [11, 170].
(Əbülqasim,
Oxu, ulanın qəlibi pozulmasın,
Əgər ifaçısansa, ulanı yüksəklərə qaldır,
Bilən bilib, bilməyənlər heyran qalsın)
Bu regionda qeydə alınmış ulanların daha bir fərqləndirici cəhəti ondan iba-
rətdir ki, onlara xas şeir forması-qəlibinə digər mahnı janrlarında rast gəlinmir.
Yəni dördlüyün birinci misrası natamam formaya malikdir və dörd hecadan ibarət
söz və söz birləşməsindən ibarət olur:
Муратали,
Сабоғидан қурийди Сирнинг толи,
Ўлан айтган қалам қош кимнинг ёри,
Савлатидан айлансин қизнинг бари [11, 171].
Bu formalı dördlüklərə Ahangaran vadisində yayılmış ulanlar arasında tez-
tez rast gəlinir.
Birinci misradakı sözün hecalarının sayının az olmasına baxmayaraq, dörd-
lüyün musiqililiyi digər misralarda qafiyənin saxlanmasının və intonasiyanın sa-
yəsində pozulmur. Fikrimizcə, ulanın bu qəlibi-forması daha qədimdir və ulan
janrının təşəkkül dövrünün qalığı və arxaik forması kimi qorunmuşdur. Məlumdur
ki, dördlüyün bu arxaik forması-qəlibi “çinos” (“cinas”), yəni “tuyuğ” janrında
Azərbaycan ədəbiyyatında qorunmuşdur (burada müəllif Azərbaycan folklorunun
cinaslı bayatı formasını nəzərdə tutmuşdur – tərc.):
Алмадан,
Янаг ширин алмадан,
Онадим қул узуннен,
Худам руҳум олмадан [6, 47].
Yuxarıda göstərdiyimiz bu örnək əsaslı şəkildə sübut edir ki, ulan janrında
mahnıların bu şəkildə quruluşu türk xalqlarının xalq lirikasının inkişafının arxaik-
qədim mərhələsinə aiddir.
Ahangaran vadisinin ulan sənətinin özünəməxsusluğu həm də ondan ibarət-
dir ki, bu bölgədə qədim ənənələr günümüzədək canlı ifa şəklində qorunub sax-
lanmışdır. Ulan ustadı Turdiəli Pardayev və onun daimi ulan “harpdoş”ı (hərbdaş
– rəqibi) Küməxon Qasımxanova Anqren şəhərinin mərkəzi mədəniyyət evində
“Ёш ўланчилар” («Gənc ulançılar») dərnəyi yaratmışlar. Onların səyi nəticəsində
vadinin bir çox kəndlərinin toylarında, Novruz şənliklərində, məhsul bayramla-
rında və digər tədbirlərdə çağdaş dövrümüzədək ulanlar ifa olunur.
Bütün söylənilənlər özbək xalqının qeyri-maddi mədəni irsinin incisi sayı-
lan qədim ulan ifaçılığı sənətinin çağdaş dönəmdə də mövcudluğunun və inkişa-
fının bariz göstəricisidir.