Dədə Qorqud ● 2014/IV 130
xüsusiyyətlərinin olması məlumdur və bu xüsusiyyətlər dağ kultunda da vardır.
Dağların və obaların yalnız öz iyələrinin deyil, həmçinin digər ruhların da məs-
kəni olduğu etnoqrafik məlumatlarla öz təsdiqini tapmışdır. Bu səbəbdəndir ki,
dağlar və obalar türk mifologiyasında ritualların icra edildiyi müqəddəs məkan-
lar olaraq qalır. Türk xalqlarının demək olar ki, hamısında mövcud olan dağ kul-
tu mifologiyada dağ və oba kultu ilə sintez halında görünür. Dağ iyəsi yalnız bir
təbiət kultu olmaqla qalmayıb, həmçinin mənşə mifinin də xüsusiyyətlərini daşı-
yır. Belə ki, boyların, soyların və qəbilələrin hər birinin özlərinin müqəddəs dağ-
larının olması, soyun öz əcdadını dağ ruhu ilə birləşdirməsi bu iki mifoloji kate-
qoriyanın ortaq bir kultla bağlanmış olduğunu göstərməkdədir. Digər tərəfdən
dünya modelində dağın yerin dayağı olması inancı dünya dağlarının və ya dəmir
dağların varlığı inancını meydana gətirmişdir. Ümumiyyətlə, canlı varlıq olaraq
qəbul edilən dağ bəzi təsəvvürlərə görə Dağ ruhunun özüdür. Dağ qədim türk-
lərin müqəddəs mərkəz anlayışını təşkil etməklə dövlətin də mərkəzi olmaq
funksiyasını öz üzərinə götürmüşdür. Belə ki, Göytürklər və Uyğurlar dönəmin-
də dağlıq və ormanlıq bölgə olan Ötükən dövlətin mərkəzi olmaq funksiyasını
da daşımışdır. Bəlkə də bu səbəbdəndir ki, türklər and içərkən müqəddəs bildik-
ləri varlıq və nəsnələrə and içirlər ki, bunların içində dağların da adı zikr edil-
mişdir. Digər tərəfdən dağ türklərin dastanlarında (xüsusilə də Altay-Sayan türk-
lərində) vətən simvoluna çevrilmişdir. Həmçinin dağ ata ruhlarının məskunlaşdı-
ğı yer olduğundan da müqəddəs hesab edilmişdir. Dağa baba deyilməsi ənənəsi
bu gün də türk xalqları arasında yaşamaqdadır. Azərbaycanda dağa baba deyil-
məsi ilə yanaşı gəlinlərin dağı gördükdə üzlərini örtmə (yaşmaqlanma) adəti də
dağın qayınata, həm də ərinin soy dağı kimi təsəvvür olunmasının bir işarəsidir
(2, 223).
XXV bölmə “Mifoloji Ana kompleksində su iyəsi” adlanır. Bu bölmədə
göstərilir ki, qədim türk yazılarında İduk, Yer-Sub olaraq qeyd olunan qoruyucu
ruhların başında yer ilə bərabər su kultunun da olduğu görünür. Adından da gö-
ründüyü kimi su yerlə bərabər digər hami ruhların başında yer almaqdadır. Su
ünsürü kosmosun yaranmasında ilk maddə rolunu icra etdiyi üçün başlanğıcların
başlanğıcı hesab edilmişdir. Mifoloji təsəvvürlərdə su sahibi əksər hallarda in-
san, bəzən də balıq şəklində yer almışdır. Suyun müqəddəsliyi mikro kosmosun
eyni ilə makro kosmos kimi su ilə başlayıb su ilə sona çatması ilə bağlıdır. Kos-
moqonik mif, bu baxımdan törəyiş mifinin dilində variantlaşmış, yaradılış törə-
yişlə eyni sintaqmatik cərgəyə gətirilmişdir. Su paradiqması kosmos və insan
sintaqmalarında dəyişmə göstərmişdir. Türk yaradılış mifində kosmos sudan
törəmişdir, başqa sözlə, yaradılışın nüvəsi sudur. Bütün canlılar da sudan yara-
dılmışdır. Bu halda, su yaradılışın təməl nöqtəsi olduğundan onun mifoloji şüur-
da xüsusi, üstün bir status qazanmış olmasını da məntiqli hesab etmək lazımdır.
Su başlanğıc maddə olduğu kimi esxatoloji mifdə də dünyanın sonunu gətirən
ünsür olaraq qeyd olunur. Kosmik bilgidə tufan olaraq qeyd olunan dünyanı su
Dədə Qorqud ● 2014/IV 131
basması kimi ezoterik bilgilərə görə yaşlanmış dünyanın sonu yeni yaradılışın
da ilk ünsürüdür. Folklor düşüncəsində də abi-həyat və ölüm suyu olaraq ikili
xarakter nümayiş etdirən su kultu mifoloji dünya modelindəki kosmoqonik və
esxatoloji miflərin təsiridir. Suyun ilk maddə olması da həyatla ölümü birləşdir-
məsində görünməkdədir. Törəyiş miflərində də insanın bir qətrə sudan törəməsi
informasiyası qorunmuşdur. Bu gün türk boylarından yakutlarda, qazaxlarda,
qırğızlarda və Azərbaycan türklərində qısır qadınların sudan uşaq istəmələri və
bunun üçün çayın kənarında, tənha ağacın altında, boz at dərisinin üstündə gecə-
ləməsi suyun ilk başlanğıcdakı övlad vermə funksiyasının zamanımıza qədər gə-
lib çıxdığını göstərir. Ayrıca, xalq nağıllarında suyun ölən qəhrəmanı diriltməsi
də başlanğıcda suyun həyatverici gücünün olduğu inancının folklor düşüncəsinə
transformasiya olunmuş variantıdır (2, 249).
XXVI bölmə “Damdabacalar – ev-eşik iyələri” adlanır. Bu bölmədə gös-
tərilir ki, islam dininin qəbulundan sonra ümumi adıyla – yaxşı və pis cinlər ola-
raq sosiallaşdırılan bu varlıqlar hələ də danışılan mifoloji mətnlərdə (memorat-
larda) qorunmaqdadır. Memoratlar (xatirələr) yaşanmış və ya yaşanıldığına ina-
nılan fövqəladə hadisələr, yaxşılıq və ya pislik edən varlıqların gerçəlikdə möv-
cud olduğuna inanılaraq danışılan mifoloji hekayətlərdir. Memoratda danışanın
ya özünün, ya da bir başqasının fövqəladə varlıqlarla təmasından bəhs edilir. Əs-
lində inisiasiya mərasimlərinin bir variantı olan damdabacalarla və demonik var-
lıqlarla bağlı memoratlar arxaik özüllü olması ilə seçilməkdədir. Yetkinləşmə
dövrü ilə bağlı olaraq danışılan bəzi mifoloji hekayətlər zamanla əslindən uzaq-
laşaraq yaşanılan bir hadisənin hekayəsinə çevrilmiş olur. Uşaqları qorxutmaq
məqsədi ilə danışılan hekayətlər isə zaman-zaman şüuraltı qalıqlar şəklində təza-
hür etmiş, yaşanılan bir hadisə şəklini almışdır. Hər halda bu iki faktor mifoloji
məzmunlu memorat növünün yaranmasına öz təsirini göstərmişdir. Həm demo-
noloji varlıqlar, həm də damdabacalar arxaik şəkillərini qorusalar da, hər yönüy-
lə gündəlik həyatda hiss edilən, duyulan, mövcudluğuna inanılan varlıqlardır.
Bu prizmadan baxıldığında bu gün xalq inancları və xalq dini anlamları əfsanə
çərçivəsində öyrənilsə də, əslində memoratlar kimi öyrənilməlidir (2, 259).
Prof. F.Bayata görə, ev-eşik iyələri və ya demonik varlıqlarla bağlı heka-
yələr danışanın gördükləri və ya ikinci şəxsdən dinlədikləri və ya üçüncü şəxsin
iştirakı ilə baş verdiyinin söylənilməsi ilə xarakterizə olunur. Ev-eşik iyələri əsa-
sən iki yerə bölünürlər: birincisi, evi qoruyan iyələrdir ki, mifoloji təsəvvürlərə
görə onlar əsasən damda, evdə və ya döşəmənin altında yaşayırlar. İkincisi, eşiyi
və ya yurdu qoruyan iyələrdir ki, bunlar bəzi fəaliyyət xüsusiyyətləri ilə heyvan
qoruyucularına bənzəməklə, əsasən, evin eşiyində (qapının ağzında), evin bax-
çasında yaşayırlar. Əsasən, damdabaca adlandırılan bu iyələr Kazan tatarlarında
Öy iyase və ya Yort iyase, başqırdlarda Biçura / Bisura və ya Bisyura adları ilə
tanınır və eyni funksiyanı icra edirlər (2, 263).