Dədə Qorqud ● 2014/IV 94
Dərdinnən olmuşam dəli,
Göyçəli Aşığ Musanı,
Öldürmə, amandı, Maral,
Əl mənnən, ətəy sənnən,
İşim pərişandı, Maral.
XALQ TƏBABƏTİ
*Qan təzyiqi olannara kəkotu çayı vermək xeyirridi.
*İtburnu, bizdə ona “gillik” deyillər. O ürək xəsdəliyinə, böyrəklərə, sidik
daşı xəsdəliyinə xeyirridi. İtburnunu çay kimi dəmləyib içməy lazımdı.
*Həmərköçü var. Onu qaynadıllar, içillər. Şəkər xəsdəliyünə xeyirdi.
*Xartuşka var. Onun həm çigin yeyirdülər, həm də bişmişin. Qaynadılmı-
şın yeyürdülər, şəkər xəsdəliyinə xeyrü vardu. Onun həm də mədəyə xeyri
vardu.
Söyləyici: Aşıq Gülağa, 1934-cü il təvəllüdlü, orta təhsilli, təqaüdçü,
Ostair kəndi
TOPLAYICILAR: Füzuli BAYAT, Tahir ORUCOV
Dədə Qorqud ● 2014/IV 95
Qardaş türk folkorundan
RUMELİ: İZİ İTMİŞ TARİX
“Rumeli: izi itmiş tarix” seriyasından təqdim etdiyimiz türküləri yayınla-
maqda davam edirik. Bu sayımızda təqdim etdiyimiz türkülər Fikrət Soysalın
“Tarihi Olaylar Işığında Rumeli Olay Türküleri” (Diyarbekir, 2012) e-kitabında
“Şahıs Türküleri” başlığı altında yayınlanmışdır.
Əvvəlki saylarımızda Qazi Osman paşa, Köprülüoğlu Fazil Əhməd paşa,
Arnavutlu Məmiş paşa və başqa dövlət məmurları və sədrəzəmlərdən bəhs edən
türkülərdən söz açmışdıq. Bu sayımızda isə təqdim edəcəyimiz türkülər yuxarı-
da adlarını çəkdiklərimiz dövlət məmurları və sədrəzəmlərlə yanaşı, həm də adi
insanlardan bəhs edir. Bu insanlar xalq tərəfindən hər hansı bir işi ilə sayılıb-se-
çilən, hörmət sahibi olan insanlardır. Onların ölümünə və yaxud qəhrəmanlıqla-
rına həsr olunmuş onlarla türkü mövcuddur.
Burada diqqəti çəkən mətnlərdən biri də Qaracaoğlana aid olunan şeir nü-
munəsidir. Qaracaoğlanın Rumeli türküləri arasında yer alması diqqətəlayiqdir.
Qaracaoğlan irsi Türkiyədə Əli Rza Yalçın, Sadəttin Müzhet (Ergün), İshak
Rüfət, Zehni Ardıc, Cahid Öztelli kimi dəyərli tədqiqatçılar tərəfindən XX əsrin
əvvəllərindən öyrənilməyə başlayıb. Aşıq-şairin həyat və yaradıcılığını araşdıran
Azərbaycan alimlərindən isə İsmayıl Öməroğlu və Qara Namazovun da adını
çəkmək vacibdir. Qaracaoğlanın həyatı və yaradıcılığı haqqında ilk məlumata
Mehmet Fuad Köprülüzadənin “Türk saz şairləri” adlı kitabında rast gəlirik.
Onun XVI əsrin əvvəllərində Türkiyənin Çuxurova mahalında dünyaya gəldiyi
güman edilir. Şərqi Anadolunun tərəkəmə həyatı ilə dərindən maraqlanan Qara-
caoğlan əslində gəzərgi həyat keçirib. Bütün Şərq vilayətlərini, o cümlədən İranı
və Azərbaycanı gəzib dolaşıb. Bununla belə, o, öz doğma yurdu Çuxurovadan
ayrı qalmayıb, ömrünün son illərini Şərqi Anadoluda keçirib. Təxminən 80 ilə
yaxın ömür sürən sənətkar uca bir təpədə dəfn edilib. İndi “Qaracaoğlan təpəsi”
adlanan həmin yer ziyarətgaha çevrilib.
Mehmet Fuad Köprülüzadə, Sadettin Müzhet Ergün və başqa tədqiqatçılar
Qaracaoğlanın doğulduğu yer haqqında müxtəlif fikirlər söyləsələr də, Radlovun
verdiyi məlumata görə, o, Belqradda anadan olmuş, əsl adı Simayıl, sevgilisinin
adı da İstemi Sultandır. Bu da bir həqiqətdir ki, Qaracaoğlan aşıq ənənələrinə
uyğun olaraq sazı və sözü ilə Osmanlı İmperatorluğunun Konya, İçel, Qeysəriy-
yə, Mardin, Qaraman, Adana, Diyarbəkir, Toqat, Ankara, Bursa, Sivas kimi böl-
gələrini gəzərək hər yerdə şairlik və aşıqlıq gücünü göstərmişdir.
Şeirlərində Dunay boylarından və Avstriya müharibələrindən söz etdiyinə
görə, onun Osmanlı İmperatorluğunun qərb hüdudlarına qədər getdiyi ehtimal
olunur. Radlovun da Qaracaoğlanın Belqradda anadan olmasını qeyd etməsi
Dədə Qorqud ● 2014/IV 96
üzərinə, şeirlərində də Rumeli folklor nümunələrinə xas ağızın (ləhcənin) olması
rumelilər arasında onun bir aşıq kimi tanınmasına şübhə yaratmır.
Qumru ŞƏHRİYAR
Qaracaoğlan
Hazır ol vaktine Nemçe
1
kralı,
Yer götürmez asker ile geliyor.
Patriklerin inmiş tahttan diyorlar,
Bir halife kalmış, o da geliyor.
Yetmiş bin var siyah postal giyecek,
Seksen bin var Allah Allah diyecek,
Doksan bin var tatlı cana kıyacak,
Yüz bini de Tatar Han’dan geliyor.
Gelen Ahmet Paşa’m kendidir kendi,
Altmış bin dal kılıç küsuru hindi,
Kaçma kafir kaçma ölümün şimdi,
Hacı Bektaş Veli kalkmış geliyor.
Şevketli Efendim, Sultanım Vezir,
Altmış bin kılıçlı yanında hazır,
Deryalar yüzünde boz atlı Hızır,
Benliboz’a binmiş o da geliyor.
Karacoğlan der ki, burda durulmaz,
Güleç yüze, tatlı söze doyulmaz,
Gökteki yıldızdan çoktur sayılmaz,
Yedi iklim dört köşeden geliyor.
Ceyran Ahmet türküsü
Akşam namazında yoldaşlar ben eve vardım,
Silahı pusadım ağalar elimden bırakdım,
Ne al ilen çıkardılar kulluk önüne,
Kıydılar Ceyran Ahmed’e ruhu şad olsun.
Ona kıyan Turnacılar’ın
2
ömrü az olsun.
1
Nemçe – Bəzən “nemsə” olaraq da rast gəlirik. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz
kimi, alman mənasını verən bu söz Rumeli ağzına məxsusdur.
2
Turnacılar – Yeniçəri ocağının padşahla ova gedən, ov köpəklərinə və tazılara baxan,
bir neçə durna daşıyan əsgər sinifi.