Dədə Qorqud ● 2014/IV 112
Taşdı bela bahrı ta başdan aşdı,
Başsız halkın neylesün cümlesi şaşdı,
Herkes baş kurtarmak derdine düşdi,
Bakmadılar mala mülke dükkana.
Vali- i Bosna hazreti Mustafa Pasa,
Hükmü revan olsun dağ ile taşa,
Has baş olmuşdur cenkü savaşa,
Secaatde benzer sol kahramana.
İmdadına gelsin hep gerçek erler,
Çalışsın tüccara siya-u teberler,
Galtan olsun yerde sabkalı serler,
Kimisi boğulsun ab-ı revane.
Cenabı mevlamı muzaffer etsin,
Murad-u maksudun muyesser etsin,
Düşman makhurı müdemmer etsin,
Dua etmek gerek ol Ali-şane.
Mesayıhde yokdur takva vu zuhdi,
Sözünde sadıkdır hiç sanımaz ahdı,
Şeriat içinde misali Mehdi,
Adlü adaleti duyurdu her yana.
Hakka seriat icraya koydu,
Vilayet ahvalın anladı tüydü,
Kalelere sonra zahire topladı,
İşleri oldu merdane hem akilane.
Bosna’ya serasker olduğu günden,
İzzü saadetle geldiği günden,
Dört yana sayesın saldığı günden,
Hemen yeni güneş doğdu cihana.
Padişah’ım Vezir’in ser kaplanıdır,
Hem ehli kerem hem mürüvvet kanıdır,
Salabetde kahraman-ı şanidir,
Kır ata benzemez mı rahs şitane.
Küheylandır yokdur akranı misli,
Şeş pay bahridir ya aşkar nesli,
Dədə Qorqud ● 2014/IV 113
Sehili cünbüşü heman er seslı,
Kıyafetde benzer bir nev-civane.
***
Nemce kafir asker ile yürüyüp,
Geldi yakdı güzel şehri sarayı,
Koyun gibi insanını sürüyüp,
Geldi yakdi güzel şehri sarayı.
Nice bin mushaflar hesabsız kitabı,
Yakdı hem camileri yıkdı mihrabı,
Hep uçdan uca şehri etdi harabı,
Geldi yakdi güzel şehri sarayı.
Sakin olanlar dağlara düştü,
Gözlerinden kanlı yaşlar akıtdı,
Niceleri esir edip tüketdi,
Geldi yakdi güzel şehri sarayı.
Benim nazlım selametle çıkmışmı,
Aceb anı halkı alem bakmıs mı,
Şimdi tarpusunuı basa giymiş mi,
Geldi yakdi güzel şehri sarayı.
Güneş yüzün görmeyenler görünmüş,
Yalın ayak baş acuban sürünmüş,
Nicelerin devletinden düşürmüş,
Geldi yakdi güzel şehri sarayı.
Ah serayın yüksek yüksek evleri,
Dört yanında yatır gerçek erleri,
Gördünüz mü ak sakalı pirleri,
Geldi yakdi güzel şehri sarayı.
Avret, oglan koyun gibi inlesur,
Gelup kafir mal u rızkın yapısur,
On bin insan esir olup ağlaşur,
Geldi yakdi güzel şehri sarayı.
Yüzün göstermeyen ayı güneşe,
Dədə Qorqud ● 2014/IV 114
Gitdi güzel kızlar krala peşkeşe,
Kimse bilmez ne haller gelir başa,
Geldi yakdi güzel şehri sarayı.
Ah serayın yası yası yolları,
Hem icinde huri gezen kızları,
Bakın simdi bunların bu halleri,
Geldi yakdi güzel şehri sarayı.
***
Ne çeker kulların serhad ilinde,
Bilimez Hünkarım görülmeyince,
Bunca memleketin kafir elinde,
Kaldı inanmadın ayrılmayınca.
Kimi şehit oldu kimi giriftar,
Kafirin elinden inler zar-u zar,
Estergon’la Budin, Eğri’yle Uyvar,
Ele geçirilmez Şahım yorulmayınca.
Gaziler başına takıp çelengi,
Kırardı Nemçe’yi Macar Firengi,
Neylesin kulların edemez cengi,
Halü hatırları sorulmayınca.
Aziz-i kavm idik ada zelil kıldı bizi,
Esir-i bend-i belavü sefil kıldı bizi,
Bigayr-ı hakkın atıp habse bır nice eyyam,
Muzık-ı yeis ü sitemde alil kıldı bizi.
Dədə Qorqud ● 2014/IV 115
Rəylər
FÜZULİ BAYATIN TÜRK MİFOLOJİ SİSTEMİ İLƏ BAĞLI
ARAŞDIRMALARINA BİR NƏZƏR
Təməli Mirzə Kazımbəylə qoyulan nəzəri mifşünaslığımızın tarixinə nəzər
saldıqda bu sahədə xeyli işlərin görüldüyü, geniş spektrli tədqiqatların aparıldığı
məlum olur. Xüsusən də, ötən əsrin sonlarında ölkəmizdə milli mifologiyamızın
araşdırılması istiqamətində daha məhsuldar tədqiqatların aparıldığı aydın nəzərə
çarpır. Bu isə uzun zaman rus imperiyasının müstəmləkə məngənəsində sıxılan
xalqımızın bu məngənə, əsarətdən qurtulduqdan sonra həmçinin milli, türk mifo-
logiyamızı araşdırmaq, tədqiq etmək yasağından da qurtulması ilə bağlı olmuş-
dur. Ötən əsrin sonlarında bu müstəmləkə buxovunu qırmağı bacaran xalqımız
mədəniyyət, ədəbiyyat sahəsində də inqilaba nail olaraq öz mədəniyyətini, ədə-
biyyatını müstəqil, obyektiv araşdırmaq, tədqiq etmək ixtiyarına sahib oldu. Bu
baxımdan keçən əsrin sonlarında milli mifologiyamızın tədqiqi sahəsində sam-
ballı tədqiqatlar ərsəyə gəlmişdir.
Aparılan tədqiqatlarda türk mifologiyasının mədəniyyətlərdəki, ədəbiyyat-
lardakı yeri və izləri nəzəri cəhətdən qismən araşdırılmış, nisbətən son dövrlərdə
isə mifoloji dünya modeli və onun ayrı-ayrı ünsürləri tədqiqata cəlb olunmuşdur.
Bütün bu araşdırmalar mifoloji sistemin, eyni zamanda ümümtürk mifoloji dün-
yagörüşünün bir sistem kimi bərpasına xidmət etmişdir. Son dövrlərdə mifoloji
dünyagörüşünün tədqiq edilməsi, eləcə də onun folklorda (burada həm dünya
xalqlarının, həm də konkret olaraq Azərbaycan xalqının folkloru nəzərdə tutulur
– N.Q.) təzahür formalarının araşdırılması çağdaş elmimiz üçün aparıcı istiqa-
mətlərdən biri kimi seçilmişdir.
Ə.Sultanlı, M.H.Təhmasib, M.Seyidovla və b. ilə vüsət tapan mifşünaslı-
ğımızın layiqli davamçıları var ki, onlardan biri də müasirimiz olan fil.ü.e.d.,
prof. Füzuli Bayatdır. Hələ 1993-cü ildə “Oğuz epik ənənəsi və “Oğuz Kağan
dastanı”” araşdırması ilə (3) elm aləmində, filologiya sahəsində geniş əks-səda
doğuran F.Bayatın sonrakı illərdə də mifologiyaya dair müxtəlif əsərləri işıq üzü
görmüşdür. “Şaman əfsanələri və söyləmələri” (4), “Qorqud ata. Mifologiyadan
gerçəkliyə Dədə Qorqud” (5), “Mifologiyaya giriş” (6) və s. kimi əsərlər bu
qəbildəndir.
Prof. Füzuli Bayatın türk mifologiyasına dair əsas və geniş əhatəli araşdır-
malarından biri də “Türk mitolojik sistemi” (I və II cild) kitablarıdır. Türk mifo-
logiyasının nəzəri məsələlərini, həmçinin mifologiyaya aid mətn nümunələrini
özündə əks etdirən bu tədqiqatlar türk mifologiyasına aid son dövrlərin ən fun-
damental araşdırmalarındandır. Əksər mifologiyaya aid araşdırmalarda mifolo-
giyanın müxtəlif məsələlərinə nəzər salınırsa, F.Bayatın bu iki cildliyində türk
Dostları ilə paylaş: |