Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə14/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   10   11   12   13   14   15   16   17   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     33 
 
 
rın daxili  məzmununun qaravəlli adının  izahında  oynaya  biləcəyi rol  və öküzlə 
bağlı  keçirilən  adın  ikinci  hissəsində  ifadə  olunan  mərasim  isə  diqqətdən  kə-
narda qalmışdır. Janrın formalaşmasında bu iki amil əsas rol oynayır. 
İşin  məqsədi.  Dediyimiz  kimi,  janrın  adının  izahındakı  səhv  nəticələr 
onun  elmi  şərhinin  dolaşdırılmasına  gətirib  çıxarmışdır.  Son  dövrlərin  qabaqcıl 
elmi fikirləri bu adın izah olunmasına yeni elmi yanaşmaları tələb edir. Qaravəl-
li sözünün keçdiyi tarixi inkişaf yolu bu adın gerçək mənasının aydınlaşdırılma-
sına kömək edir. 
 
Azərbaycan  folklorunun özünəməxsus  xüsusiyyətləri  ilə seçilən  janrların-
dan biri də qaravəllilərdir. Tədqiqatçılar qaravəlliləri adətən nağıllar və lətifələr 
arasında olan  janr hesab edirlər. XX əsrin  əvvəllərindən  başlayaraq  sonuna qə-
dər bu janr haqqında müxtəlif fikirlər səslənmiş, onu gah nağılla, dastanla bağlı 
formalaşan  müstəqil  olmayan  janr  hesab  etmiş,  gah  da  həm  nağıla,  həm  də  lə-
tifəyə oxşar xüsusiyyətlərə malik olduğunu söyləmişlər. Əsas səbəb də bu janrın 
folklorda özünə məxsus yerinin təyin edilməməsi olmuşdur. Digər bir səbəbi isə 
qaravəllilərin nağılla, lətifə ilə qarışdırılması, həm də qaravəlli mətnlərinin axıra 
qədər toplanılmaması, onun janr xüsusiyyətlərinin araşdırılmaması olmuşdur. 
Hər bir folklor mətninin janr adının məzmunu, adın daşıdığı semiotik mə-
na aydın olanda onun haqqında ətraflı danışmaq mümkün olur. Biz nağıl, dastan, 
atalar sözləri, məsəllər, əfsanələr, rəvayətlər, lətifələr və s. deyəndə onların kəsb 
etdiyi  mənanın  nə  qədər  anlaşıqlı  olduğunu  görürük.  Lakin  qaravəlli  adı  sözü 
hələ  də  öz  adının  mənasını  bizdən  gizlədir.  Doğrudur,  folklorşünaslığımızda 
qaravəlli sözünü müxtəlif səviyyələrdə izah etməyə çalışmışlar. Hər bir ad, adın 
izahı  semiotik  mənaya  uyğun  olmalıdır.  Lakin  folklorşünaslıqdakı  qaravəlli 
izahlarının  janrın  məzmununa  uyğun  gəlmədiyini  görürük.  Qaravəlli  sözünün 
düzgün  izah  olunmamasını  nəzərə  alaraq  fikirlərimizin  mühümlüyünü  düşünür 
və onları elmi dövriyyəyə daxil edirik. 
Bundan  ötrü  ilk  növbədə  qaravəllilərin  keçdiyi  tarixi  inkişaf  yolunu  izlə-
məyə  çalışaq.  Qaravəllilər  janr  olana  qədər  bir  neçə  inkişaf  mərhələsini  keç-
mişdir. Bunlardan ən mühümlərini qeyd edək. 
 
1. Ritual mərhələsi 
Qədim  zamanlarda  mifoloji  tanrıların  şərəfinə  ilin  müəyyən  aylarında 
mərasimlər təşkil olunduğu  məlumdur. Onların  adına qurbanlar kəsir, ətləri  hə-
min tanrıya çatması üçün yüksək yerə qoyurmuşlar. Bu mifoloji tanrıların içində 
ən birincilərdən olan öküzlə bağlı mərasimi qeyd edə bilərik. 
Bu mərhələni göstərən bir neçə səciyyə vardır. 
1. Mifoloji tanrı səciyyəsi; 
2. Mifoloji obraz səciyyəsi; 
3. İkinci dərəcəli mifoloji gülüş tanrısının səciyyəsi (gülüş tanrısının təlxə-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     34 
 
 
yə çevrilmə prosesi); 
4. Mifoloji  mətnin  nəğmə tipinin  əsasında gülüş mətninin  yaranması (əks 
interpretasiya); 
5. Əyləncəli-yumorlu gülüşün, qədim tanrıları ələ salmağın səciyyəsi; 
6. Şifahi düşüncə forması kimi yumordan satiraya keçidin səciyyəsi; 
7. Xalq məişətinin satirik səhnələrinin səciyyəvi tənqidi, məntiqi baməzə-
liyin əsasında satirik ünsürlərin çoxalması; 
8. Xalq düşüncəsinin sözlü mətnə çevrilməsi, mətnin sonunun gözlənilməz 
hadisə ilə qurtarması və mətnin üslub xarakteri daşımaq səciyyəsi; 
9. Mətnin oyun-tamaşa xarakteri daşımaq səciyyəsi; 
10.  Qaravəlli  janrının  bir  səciyyəvi  xüsusiyyəti  də  onun  bir  əhvalatdan 
başqasına keçməklə aralıq rolu oynamasıdır (məğlub olan qəhrəmanla bağlı na-
ğıl,  dastan  dinləyicilərinin  əhval-ruhiyyəsini  ələ  almaq  üçün  söylənilən  əlavə 
təhkiyə növünün məzhəkəli məzmun, əhvalat tipi kimi formalaşması). 
Qaravəlli həm müstəqil janr kimi söylənilir, həm də nağılın, dastanın, ləti-
fənin  içində  istifadə  olunur.  Bu  gün onun  müstəqil  janr  kimi  yüzlərlə  mətninin 
olması məlumdurYerinə görə yarımmüstəqil və ya müstəqil olmayan janr kimi 
yalan-palan adlanan çoxlu mətnləri də qaravəllilərə aid edə bilərik. Qaravəllinin 
bu  növünü  prof.  A.Nəbiyev  araşdırmışdır  (1,  322  –  324).  Onun  müstəqil  işlən-
məyən, ancaq nağıl içində istifadə olunan pişrov və ya təkərləmə növü də vardır. 
Pişrov nağıla keçid kimi qaravəlli xüsusiyyətlərini (yalan, optimizm və s.) 
daşıyır.  Bu  janr  pişrovda  dinləyicinin  diqqətini  nağılın  süjet  xəttinə  yönəltmək 
üçün yalan-palan, uydurma xarakteri daşıyır (“Qarışqa şıllaq atdı, dəvənin boy-
nu batdı”). Bu, qaravəllinin yaranmasının, janr kimi formalaşmasının ilkin mər-
hələsidir. Zənnimizcə, pişrovlar bu mərhələdə yaranmışdır. 
Yalandan  reallığa  keçid  qaravəllinin  ikinci  mərhələsində  baş  verir.  Bu 
mərhələdə  mətn  kiçik  məzmuna  malik  olur.  Üçüncü  mərhələdə  qaravəlli  sıxıl-
mış səviyyədən yalanın genişlənmiş strukturuna çevrilir. 
 
2. Qaravəllinin söz mərhələsi  
Qaravəllinin  rituala  bağlı  olmasından  sonra  onun  ikinci  –  söz  mərhələsi 
gəlir. Burada sözün  işarəsi öküzün tanrı  işığı  ilə,  nurla bağlıdır. Burada diqqəti 
cəlb edən fakt öküz adında gücü, işığı əks etdirən “huəl – uəl – vəl – lə” (“ləl” – 
“lə”) sözünün  mənaya (“ho/hol-la”) çevrilməsi, eyni zamanda ritualdan sonrakı 
işıq nurunun mətn içində sözə (öküz), işarəyə (totem) çevrilməsidir.  
“Vəl” sözü əkinçilik  mədəniyyətinin  formalaşması  ilə bağlı  yaranan  müs-
təqil  mənaya  malik  termindir.  Onun  öküzlə  bağlı  olması  da  göz  qabağındadır. 
“Vəlli” sözünü  isə  “vəllə”  ifadəsindəki la/lə/lo adlanan  himayəçi  heyvanın, qu-
şun  şərəfinə  oxunan  mərasim  nəğməsinin  daşlaşmış,  həm  də  dəyişmiş  forması 
kimi qəbul etmək olar (“yallı” – “yalla”da olduğu kimi, “yallı” mərasim, “yalla” 
nəğmə-rəqs;  “vəlli”  mərasim,  “vəllə”  nəğmə-rəqs).  Əkinçilikdə  oxunan  halay 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə