Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə2/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   2   3   4   5   6   7   8   9   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     5 
 
 
Məlumdur  ki,  Oğuzun  dünyaya  gəlişi,  fatehlik,  cahangirlik  yürüşləri 
“Oğuz  kağan”  dastanında  mifoloji,  Fəzlullah  Rəşidəddin  və  Əbülqazi  Bahadır 
xan oğuznamələrində yarımtarixi, yarıməfsanəvi planda işıqlandırılmışdır. F.Ba-
yatın “eyni informasiyanın müxtəlif yönlərdən təqdimi” kimi (1, 5) dəyərləndir-
diyi  bu  epik  ənənə  tarixin  daha  dərin  çağlarından  qaynaqlanır  və  müxtəlif  dini 
baxışların təsiri  ilə variativ  məzmunda təqdim edilir. Belə ki, uyğur oğuznamə-
sində Oğuz mani dininin təsiri ilə Ay kağanın gözündən parlayıb doğulursa, di-
gər  oğuznaməklərdə  tək olan  Allaha  inamla  dil  açır.  B.Ögelin  düzgün  müşahi-
dəsinə  görə,  yabançı  dinlərin  təsiri  ilə  baş  verən  bu  dəyişiklik  türklərin  Gök 
Tanrı ilə bağlı əski dinlərini, ənənlərini qəlb və zehinlərindən silə bilməmişdirsə 
də  (8,  129-130),  hər  halda,  zaman  öz  sözünü  demiş,  etnik  təfəkkürdə  müəyyən 
izlər  açmaqla  baş  vermiş  olayların  fərqli  baxış  bucağında  dəyərləndirilməsinə 
imkan yaratmışdır. 
XIV  əsrin  əvvəllərində  uyğur  versiyasında  yazıya  alınmış  “Oğuz  kağan” 
dastanında gələcəyin  böyük dövlət qurucusu kimi Oğuzun bənzərsiz düşüncəyə 
və məğlubedilməz gücə sahib olması “kıat” adlanan qeyri-adi yırtıcını öldürməsi 
ilə,  digər  oğuznamələrdə  köhnəliyi,  nizamsızlığı  təmsil  edən  ata  üzərində  qələ-
bəsi  ilə  nəzərə  çarpdırılır.  Fikrimizcə,  insan-təbiət  münasibətlərinin  insan-cə-
miyyət müstəvisinə köçürülməsindən irəli gələn bu dəyişiklik mifdən eposa ke-
çidin təzahürü kimi izah oluna bilər. Qədim oğuzların bir etnos olaraq özünü və 
dünyanı  dərketmə  modelində  baş  verən  bu  təkamül  “Dədə  Qorqud”  oğuzna-
mələrinin  formalaşmasında  da  mühüm  rol  oynamışdır  ki,  ilk  boyun  məzmunu 
qeyd edilən fikrin tutarlı alınması üçün kifayət dərəcədə zəngin materiallar verir. 
Öncə  xatırlayaq  ki,  Böyük  Hun  imperiyasının  yaradıcısı  Mete  ilə  bağlı 
hekayət eynilə Oğuz xan haqqındakı oğuznamələrdə təkrarlanır. Ata-oğul qarşı-
durması  üzərində  qurulmuş  hər  iki  süjet  xətti  əslində  yeni  dünyanın  –  hun  və 
oğuz dünyasının törənişini şərtləndirir. Aydınlıq üçün hər iki hökmdarın gənclik 
illərinə bir baxış keçirək. 
Hunların şan-yu ünvanını daşıyan hökmdarı Tumanın Mete adlı bir vəliəh-
di var. Lakin Tumanın çox sevdiyi ayrı bir qadından ikinci oğlu dünyaya gəldiyi 
üçün böyük oğlunu öldürüb yerinə onu vəliəhd təyin etmək fikrinə düşür. Buna 
görə  də  Meteni  yüe-çilərə  girov  göndərir  və  sonra  da  onların  üzərinə  qəflətən 
hücuma keçir. Tumanın məqsədi bu idi ki, yüe-çilər bunun əvəzinə oğlu Meteni 
öldürsünlər. Ayıq düşüncəli Mete bu hücumdan xəbər tutunca yüyrək bir ata mi-
nib  obasına  dönür.  Atasına  xoş  gəlməsə  də,  bu  şücaətinə  görə  o,  bir  tümənlik, 
yəni on minlik bir orduya başçı təyin edilir. Metenin sərkərdəlik məharəti bu za-
man  üzə  çıxır.  O,  öncə  orduda  nizam-intizam  yaratmağa  çalışır.  Bunun  üçün 
icad etdiyi vızlayan (fit səsi çıxardan) oxunu hara atarsa, bütün əsgərlərin həmin 
istiqamətdə  ox  atmasını  əmr  edir.  Kim  bu  əmri  yerinə  yetirməzsə,  edam  edilə-
cəyini  bildirir.  Əvvəlcə  oxunu  özünün  qaçağan  “arğamak”  atına,  sonra  isə  se-
vimli qadınına tuşlayıb atır. Onun əmrini  yerinə  yetirməyənlərin  başı  bütün əs-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     6 
 
 
gərlərin  gözü  qarşısında  vurulur  və  beləliklə,  ordu  üzərində  öz  hökmünü  yerit-
məyə nail olur. Qənaətini yoxlamaq üçün ova çıxır və bu zaman oxunu digər bir 
atına tərəf atır. Artıq bütün əsgərlər onun  hərəkətini eynilə təkrarlayaraq həmin 
atı nişan alıb oxlayırlar. 
Əsgərlərinə tam əmin olan Mete atası Tumanla ova çıxır və bu dəfə vızla-
yan  oxunu  ona  tuşlayıb  atır.  Beləliklə,  atılan  oxlardan  dəlmə-deşik  olan  Tuman 
öldrülür. Mete ögey anası və qardaşını aradan götürüb hakimiyyətə sahib olmaqla 
Böyük Hun imperiyasının əsasını qoyur (ətraflı bax: 2, 46-47; 8, 6-7; 9, 52). 
F.Rəşidəddin  və Ə.Bahadır xanın  müxtəlif  əsrlərdə  yazıya aldıqları oğuz-
namələrdə  müəyyən  dərəcədə  islamlaşdırılmış  bu  əhvalat  isə  aşağıdakı  şəkildə 
təsvir olunur:  
Olcay  xanın  nəvəsi,  Dib  Yabqu  xanın  oğlu  Qara  xan  (bu  nəsil  şəcərəsi 
Bahadır xan oğuznaməsində Dib Bakuy – Gök xan – Alınca xan – Moqol xan – 
Qara xan ardıcıllığında verilib; 3, 51) taxt-taca çıxdıqdan sonra bir oğlu dünyaya 
gəlir.  Üç  gün  üç  gecə  anasının  südünü  əmməyən  uşaq  dərin  kədərə  batmış  qa-
dının yuxusuna girərək bir olan Yaradana inam gətirməsini söyləyir. Bu halı üç 
dəfə  yuxusunda  görən  ana  qadir  Allaha  sığınır,  ərindən  və  qəbiləsindən  gizlin 
ona sitayiş edir. Edilən dualar sayəsində ana südü əmməyə başlayan uşaq bir ilə 
dil açır  və özü-özünə “Oğuz” adını qoyur. Böyük Yaradana tapınan Oğuz bilik 
sahəsində  olduğu  kimi,  ox  atmaqda,  nizə  tullamaqda,  qılınc  oynatmaqda  ad 
çıxarır,  şöhrət  qazanır.  Atası  onu  qardaşı  Küz  xanın  qızı  ilə  nişanlayır.  Oğuz 
evinə gətirdiyi əmisi qızına Allaha iman gətirməyi təklif edir, şərti qəbul edilmə-
dikdə  onunla  əlaqəni  kəsir.  Qara  xan  oğlunun  arvadına  diqqət  yetirmədiyini 
görüb onu qardaşı Kür xanın qızı ilə nişanlayır. Oğuz həmin qızdan da eyni şeyi 
tələb  edir  və  razılığını  almadığı  üçün  onunla  da  əlaqəyə  girmir.  Bunu  duyan 
Qara xan Oğuzu kiçik qardaşı Or xanın qızı ilə nişanlayır. Oğuz bu dəfə də qıza 
eyni  şərtlə  müraciət  edir  və  təklifinin  qəbul  edildiyini  görüncə  evinə  gətirib 
onunla yaxınlıq edir. 
 Bir  gün  Oğuz  ova  çıxır.  Qara  xan  böyük  toy-düyün  qurur,  gəlinlərinin 
sağlığına  badə  qaldırıb  onlardan  Oğuzun  nə  üçün  kiçik  gəlini  daha  gözəl  olan 
digərlərindən  çox  sevdiyini  soruşur.  Qızlar  Qara  xanı  məsələdən  agah  edib 
Oğuzun  ata-babaların  inamından  üz  döndərərək  yeni  bir  dinə  iman  gətirdiyini 
söyləyirlər. Bu xəbərdən qəzəblənən Qara xan qardaşları və qohumları ilə məs-
ləhətləşib Oğuzu öldürmək qərarına gəlir. Kiçik gəlin qonşu qadınların köməyi 
ilə Oğuzu xəbərdar edir. Döyüşə hazır vəziyyətdə gələn Oğuz atası üzərində qə-
ləbə çalıb hakimiyyətə yiyələnir və zaman-zaman digər qəbilələri də özünə tabe 
etməklə Oğuz dövlətinin  əsasını qoyur, sonra  isə  cahangirlik  yürüşlərinə  başla-
yaraq böyük bir imperiya yaratmış olur (3, 51-55; 6, 10-13). 
Göründüyü kimi, həm Mete, həm də Oğuz hakimiyyətə köhnə dünyagörü-
şü təmsil edən atalarını – Tuman və Qara xanı öldürməklə gəlirlər. Motiv və xa-
rakterlərin  bu  dərəcədə  yaxın  olması,  hətta  bəzi  məqamlarda  üs-üstə  düşməsi 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə