Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə3/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   2   3   4   5   6   7   8   9   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     7 
 
 
tədqiqatçıları  Mete  ilə  Oğuz  xanı  eyni  şəxsiyyət  kim  düşünməyə  təhrik  edib. 
B.Ögelin  ümumiləşdirməsinə  görə,  ilk  dəfə  fransız  alimi  Y.Guignes  Metenin 
Oğuz  xana  bənzədiyini  ehtiyatla  söyləmişsə  də,  rus  çinşünası  N.Y.Biçurin  və 
türk alimi Z.Gökalp bir-birilərindən xəbərsiz bu iki hökmdarın eyni şəxs olduq-
larını  irəli  sürmüşlər  (8,  10-11)  Bu  fikirlərin  məntiqli  və  ağlabatan  olduğunu 
xüsusi qeyd edən böyük şərqşünas özü bir qədər dərinə gedərək fərqli bir müla-
hizə ortaya qoyur: “Bizə görə, Oğuz xan əfsanəsi Metedən də öncə Orta Asiyada 
yaşayırdı.  Bu  əski  inanış  bir  az  dəyişdirilərək,  əsasən  Çin  qaynaqlarında  da 
əfsanə şəklində anladılan Metenin gənçliginə də şamil edilə bilirdi” (8, 11). 
Problemin mahiyyətinə varıb onu ümumtürk kontekstində araşdıran F.Ba-
yat da, demək olar ki, oxşar mövqe nümayiş etdirir. Oğuznamələrin Çin varian-
tına  istinadən  Mete  ilə  Oğuzu  eyniləşdirən  N.Y.Biçurinin  fikirlərinə  münasibət 
bildirən  alim  yazır:  “Bu  və  buna  bənzər  bir  sıra  faktlar  sübut  edir  ki,  Oğuz-
namələr  Hun  dövründə  və  bəlkə  də  skif-saka  dövründən  məlum  imiş.  Bunu 
Əfrasiyab  (Alp  Ər  Tonqa)  verilən  məlumatlar  da  təsdiqləyir”  (1,  6).  Tanınmış 
folklorşünas  problemin  əhatə  dairəsini  bir  az  da  genişlənirməklə  bizim  üçün 
olduqca önəmli  bir qənaətə gəlir: “Həm Mete, həm Oğuz kompleksi arasındakı 
bu yaxınlıq tarixi və mifoloji obrazı eyniləşdirmiş, hər iki obrazı vahid bir moti-
və bağlamışdır. Belə bir oxşarlıq Oğuz Buğra xan, Oğuz Çingiz, Oğuz Teymur 
arasında da var: bir sözlə, əfsanələşən hər bir cahangir özündə oğuznamə motiv-
lərini əritmişdir” (1, 6).  
Oğuznamələrin  yaranma  taixini  xüsusi  araşdırma  obyekti  seçən  Ə.Əsgər 
də oxşar mülahizə ilə çıxış edərək oğuz etnosu ilə bağlı epik ənənənin daha əski 
çağlarda  yaradılmış  “Oğuz”  dastanından  qidalandığını  irəli  sürür.  Folklorçu 
alimin  fikrincə:  ““Oğuz”  dastanı  nəinki  Oğuznamə  versiyasından,  hətta  uyğur 
versiyasından  da  qədimdir.  Onun  tarixin  hansı  dövründə  yaranması  haqqında 
qəti  bir  fikir  söyləmək  çətindir.  Bir  şey  aydındır  ki,  dastanın  bizə  məlum  olan 
həm  uyğur,  həm  də  Oğuznamə  versiyası  böyük  dövlətçilik  epoxasının  yaşamış 
bir xalqın təfəkkürünün məhsuludur” (4, 113).  
Sadalanan  mülahizələr  bir  daha  göstərir  ki,  oğuzların  dastançılıq  ənənəsi 
oğuz etnosunun özü qədər qədimdir və yazıyaqədərki böyük bir tarixi mərhələni 
əhatə edir. Bu dastançılıq ənənəsi sonrakı  nəsil  yaradıcılığında  yeni  məzmunda 
işlənilmişdirsə  də,  oğuz  dünyasını  əbədi  düşündürən,  narahat  edən  motivlərlər 
dəyişməz qalmışdır. 
Məlum  oğuznamələrin  aparıcı  motivlərindən  birini  təşkil  edən  ata-oğul 
qarşıdurması  əslində  köhnə  baxışlarla  yeni  baxışlar  arasındakı  ziddiyyətdən 
qaynaqlanır və bütün variantlarda yeni ideologiyanı təmsil edən oğul ataya qalib 
gəlməklə möhtəşəm bir dövlətin yaradıcısına çevrilir.  
Oğuz  xanla  bağlı  bu  əski  motiv  “Dədə  Qorqud” eposunda  zaman  və  mə-
kan çərçivəsini dəyişməklə bir qədər fərqli planda verilir. Yarandığı, epos kimi 
formalaşdığı, sonrakı nəsil ozanlarının dilindən  yazıya alındığı dövrlərin bir-bi-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     8 
 
 
rinə çulğalanmış  həyat fəlsəfəsini əks etdirməsinə baxmayaraq, bu eposun özə-
yində  daha  qədim  oğuz-türk  düşüncə  modeli  durur.  Mətndən  göründüyü  kimi, 
boyların yaradıcısı ozanlar ozanı Dədə Qorquddur. Dədə Qorqud isə “rəsul əley-
hüssəlam  zamanına  yaqın”,  yəni  islam  dininin  hələ  meydana  çıxmadığı  bir 
dövrdə yaşamışdır (5, 31-32). Özünəqədərki və öz dövrünün, yəni təqribən V-VI 
əsrlərdə Bayındır xanın timsalında Üçoqların hakimiyyətdə olduğu dövrün əhva-
latları əsasında ulu Qorqut tərəfindən düzülüb qoşulan bu boylar, görünür, ağız-
dan ağıza, eldən elə keçməklə sonrakı tarixi hadisələrin və islami düşüncənin tə-
siri ilə dolğunlaşmışdır. Artıq elə bir zaman yetişib ki, əski oğuznamələrdə təsvir 
edilən oğulun ataya qarşı çıxma motivi yasaq sayılır. Bu baxış “Kitab”ın müqəd-
diməsində  aşağıdakı  soylama  parçaları  vasitəsilə  Dədə  Qorquda  istinadən  aşı-
lanan  yeni  ideoloji  yanaşmanın təməl prinsiplərində qabarıq şəkildə  ifadə olun-
muşdur: 
 I. Qız anadan görməyincə ögüt almaz. 
Oğul atadan görməyincə süfrə çəkməz 
Oğul atanıñ yetiridir, iki gözüniñ biridir. 
Dövlətlü  oğul  qopsa,    ocağınıñ 
küridir. 
Oğul dəxi neyləsün, baba ölüb mal qalmasa, 
Baba malından nə faidə, başda dövlət olmasa. 
Dövlətsiz şərrindən Allah saqlasun, xanım, sizi! (5, 22-23). 
 
II. Ata adını yorıtmayan xoyrad oğul ata belindən enincə enməsə, yeğ! 
Ana rəhminə düşüncə toğmasa, yeg! 
Ata adın yorıdanda dövlətlü oğul yeg! (5, 23). 
 
III. Dölümindən ağarsa, baba görkli.  
Ağ südin toya əmzirsə, ana görkli. 
Yanaşub yola gorəndə qara buğur görkli. 
Sevgili qardaş görkli. 
Yañal ala uyanında dikilsə, gərdək görkli. 
Urunca tınğı görkli. 
Oğul görkli (5, 25-26). 
 
Övlada,  xüsusilə  oğula  verilən  bu  dəyər  dini  baxışların,  sosial  həyat 
tərzinin dəyişməsi ilə bağlıdır və məlum oğuznamələrin zamanın ruhuna uyğun 
variativ  məzmunda  işlənilməsinə  təkan  verir.  Oğulun  ataya,  qardaşın  qardaşa 
olan  münasibətlərində  sevgi,  sədaqət  hissinin  önə  çəkilməsi  yetkin  bir  etnos 
kimi oğuzu, qüdrətli bir dövlət kimi isə Qalın Oğuz elini şərəfləndirən həlledici 
amil rolunu oynayır. Bir bilici, bir ozan olaraq Qorqudun müdrikliyi ondadır ki, 
o  ta  qədimlərdən  oğuzlar  arasında  geniş  yayılmış  süjetin  axarını  irəli  sürdüyü 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə