Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə4/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   2   3   4   5   6   7   8   9   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     9 
 
 
ideyaların məcrasına yönəldib daha möhtəşəm ədəbi abidə yarada bilmişdir. Bu 
mənada  ilk  boyda  Dirsə  xan-Buğac  süjetinin  Tuman-Mete,  Qara  xan-Oğuz  sü-
jetindən qaynaqlandığı açıq-aydın duyulur. Oğuz mifini oğuz-türk şüurunun ta-
rixi inkişaf aspektində araşdıran S.Rzasoyun belə bir fikri ilə tam razıyıq ki, bu 
süjet  “kosmik  struktur  baxımından  Mete-Oğuz  kağan  mifinin  epik  paradiqma-
sıdır” (7, 259). Boyun məzmunu göstərir ki, Tuman-Qara xan obrazı Dirsə xan, 
Mete-Oğuz  obrazı  isə  Buğac  obrazına  transformasiya  edilib.  Lakin  bu  keçid 
formal  mahiyyət  daşımayıb  hadisələrin  məntiqinə  uyğun  yerinə  yetirilib.  Fakt-
ları müqayisəli şəkilə nəzərdən keçirək. 
Öncə  belə  bir  fakt  diqqəti  çəkir  ki,  Oğuz  və  Buğac  adları  eyni  prizmada: 
Oğuz – öküz, Buğac – buğa müvaziliyində şərh olunur. “Oğuz kağan” dastanın-
da  öküz  görünüşlü  Oğuz  kıatı  öldürürsə,  Dədə  Qorqud  oğuznaməsində  Buğac 
buğanı öldürməklə hünər sahibi kimi tanınır. 
F.Rəşidəddin oğuznaməsində Qara xan və qohum-əqrəbaları məsləhətləşib 
Oğuzu öldürmək qərarına gəlirlərsə, Dədə Qorqud oğuznaməsində Dirsə xan 40 
igidinin –  nökərinin  yalan  məlumatları  əsasında Buğacı ödürmək  fikrinə düşür. 
Hər  iki  mənbədə  hadisələr ovla əlaqəli şəkildə  verilir. İstər Oğuz xanın,  istərsə 
də Buğacın anasının adı göstərilmir. Hadisələrin sonrakı gedişatı isə fərqli plan-
da təsvir  edilir.  Oğlunu  öldürmək  istəyən  Qara  xan  və  bu  işdə  ona  dəstək olan 
qardaşları, bütün qohum-əqrəbası Oğuz xan tərəfindən öldürülür. Buğac isə atası 
Dirsə  xanın  atdığı oxdan  yaralansa da, anasının köməyi  ilə  sağalır. Oğuz xanın 
atasına olan qəzəbi “Dədə Qorqud” eposunda mərhəmət hissi ilə əvəzlənir. Dirsə 
xanın  nökərləri  tərəfindən  dustaq  edilib  yağı  yurduna  aparıldığını  duyan  ana 
oğluna ürək ağrısı ilə müraciət edir: 
Görərmisin, ay oğul, nələr oldı? 
Sarp qayalar oynanmadı, yer obrıldı. 
Eldə yağı yoğ ikən səniñ babañıñ üstünə yağı gəldi.  
Ol qırq namərd babañıñ yoldaşları babañı tutdılar,  
Ağ əllərin ardına bağladılar,  
Qıl sicim ağ boynına taqdılar. 
 Kəndülər atlı, babañı yayaq yorıtdılar. 
 Alubanı qalın kafir ellərinə yönəldilər. 
 Xanım oğul, qalqubanı yeriñdən urı turğıl, 
Qırq yigidiñ boyıña alğıl,  
Babañı ol qırq namərddən qurtarğıl! 
Yorı, oğul, babañ saña qıydısa, sən babaña qıymağıl! – dedi.  
(D-30, 7 – 31,1) 
Bu sevgi, bu mərhəmət Buğacı əsir götürülmüş atasını azad etməyə vadar 
edir.  
Oğuz  səltənətini  qorumaq  və  daha  da  möhkəmləndirmək  məqsədilə  ulu 
Qorqud  tərəfindən  nəsillərarası  qarşıdurmanın  nəsillərarası  mənəvi  bağlılığa 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     10 
 
 
yönəldilməsi Oğuz xan obrazının Buğac xan obrazı vasitəsilə  yeni səpkidə təq-
dimatına  zəmin  yaratmışdır.  Bu  xətt  eposu  təşkil  edən  digər  boylarda  məqsəd-
yönlü şəkildə davam etdirilməklə öz zirvə  nöqtəsinə çatdırılmışdır ki,  bəzi  mə-
qamları  gözdən  keçirməklə  oğul  övladın  Oğuz  eli  üçün  nə  dərəcədə  önəmli 
olduğunu görmək mümkündür. “Qam Börəniñ oğlı Beyrək boyu”nda yeddi qızı 
olan Bay Börə bəy oğul həsrətini bu şəkildə ifadə edir:  
“Xan  Qazan,  necə  ağlamayın,  necə  bozlamayın?  Oğulda  ortacım  yoq, 
qartaşda qədərim yoq! Allah Taala məni qarğayıbdır. Bəglər, tacım-taxtım içün 
ağlarım. Bir gün ola, düşəm öləm, yerimdə-yurdumda kimsə qalmıya,” – dedi”. 
(D-67, 13 – 68, 4). 
Müraciətdən  aydın  görünür  ki,  oğul  atanın  həm  vüqarı,  həm  də  varisidir. 
16 illik ayrılıqdan sonra Beyrəgi görən ata-anası onu belə qarşılayır: 
“Dünlügi altun ban evimiñ qabzası oğul! 
 Qaza bəñzər qızımuñ, gəlincigimiñ çiçəgi oğul!  
 Görər gözüm aydını oğul! 
 Tutar belüm qüvvəti oğul!  
 Qalın Oğuz imrəncisi canım oğul!” (D-119, 1-4). 
Bu  münasibət Qazanın  Uruza, Qazılıq qocanın Yegnəgə, Bəkilin Əmrana 
olan  ata  sevgisində  də  eynilə  təkraralanır.  “Dədə  Qorqud”  oğuznamələrində 
oğula təkcə bir nəslin, bir ailənin deyil, ümumilikdə, dövlətin əbədiliyinə zəma-
nət verən qüvvə kimi baxılır. 
Bu sevgi, bu münasibət qarşılıqlıdır. Ata da oğul üçün şərəf, qeyrət simvo-
ludur. “Qazan  bəg oğlı  Uruz bəgiñ tutsaq olduğı  boy”da Uruz  bəyin dili  ilə  bu 
münasibət aforistik deyim şəklində verilir: 
“Baba oğul qazanır ad üçün, 
Oğul da qılıc quşanur baba ğeyrətiyçün”. (D-131, 3-4). 
Ata  sözü  hökmdür,  ona  əməl  etmək  oğul  üçün  borcdur.  Eposda  bu  belə 
ümumiləşdirilir:  “Ol  zamanda  oğul  ata  sözin  iki  eləməzdi.  İki  eyləsə,  ol  oğlanı 
qəbul eləməzlərdi” (D-131, 13 – 132, 1). 
Aydındır ki, digər oğuznamələrdən  fərqli olaraq, “Dədə Qorqud” eposun-
da ata-oğul münasibətləri köhnəliklə yenilik arasında gedən qarşıdurma şəklində 
deyil, qarşılıqlı anlaşma müstəvisində təsvir olunmuşdur. Əslində yaradıcı ozan 
Oğuz  etnosunun,  Qalın  Oğuz  dövlətinin  güçünü  bu  anlaşmada  görür.  Həmin 
anlaşmanın, qarşılıqlı sevgi və inamın pozulması Oğuz zamanının sona çatdığı-
na  bir  işarədir. Eposun Qazan xanla dayısı  Aruz  arasında düşmənçilik toxumu-
nun cücərməsi  nəticəsində baş verən qanlı döyüş səhnələrinin təsviri  ilə  yekun-
laşması məhz yüzillərin sınağında özünü doğrultmuş bu məntiqə söykənir.  
Beləliklə,  “Oğuz kağan” dastanının  bizə çatmış uyğur versiyasının,  F.Rə-
şidəddin  və  B.Əbülqazi  tərəfindən  yazıya  köçürülmüş  oğuznamələrin  “Dədə 
Qorqud” oğuznamələri ilə müqayisəli təhlili göstərir ki, eyni qaynaqdan törəmə-
lərinə  baxmayaraq,  bu  oğuznamələr  fərqli  düşüncə  mühitində  yaranmış  əsər-


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə