Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə5/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   2   3   4   5   6   7   8   9   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     11 
 
 
lərdir. “Dədə Qorqud” eposunun ədəbi dəyəri ondadır ki, oğuz dünyasını, onun 
yaranışından sonuna qədərki taleyini bədii sözün qüdrətilə dinləyiciyə çatdırma-
ğa nail olur. 
İşin  elmi  nəticəsi:  “Dədə  Qorqud”  eposu  özünə  qədərki  oğuz  dastan  ən-
ənəsi  əsasında  yaransa  da,  başlıca  məqsədi  nəsillərarası  qarşılıqlı  anlaşma  üzə-
rində qurulmuş oğuz etnosunun özünüdərkinə nail olmaqdır. 
Elmi  yeniliyi:  eposun  müqəddiməsi  oğuz  etnosunun  yeni  düşüncə  mode-
linin əsas prinsiplərini  ifadə edirsə, ilk  boy oğuzun bir etnos olaraq törənişinin, 
digər 10 boy yüksəlişinin, soununcu boy isə süqutunun bədii şərhidir. 
 
ƏDƏBİYYAT 
 
1. 
Bayat F. Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanş. Bakı, Sabah, 1993. 
2. 
Biçurin  N.Ə.  Sobranie  svedeniy  narodax,  obitavhix  v  Sredney  Azii  v 
drevnie vremena. M.-L., t.1, 1950. 
3. 
Əbülqazi  Bahadır  xan.  Şəcərəyi-Tərakimə  (türkmənlərin  soy  kitabı).  Bakı, 
2002. 
4.  Əsgər Ə. Oğuznamə yaradıcılığı. Bakı, Elm və təhsil, 2013. 
5.  Hacıyev  A.  ”Dədə  Qorqud  kitabı”nın  şərhli  oxunuşu.  I  kitab  (Müqəddimə 
üzrə). Bakı, Elm və təhsil, 2014. 
6.  Rəşidəddin F. Oğuznamə. Bakı, Azərnəşr, 1992. 
7.  Rzasoy S. Oğuz mifologiyası. Bakı, Nurlan, 2009. 
8. 
Ögel  B.  Türk  mitolojisi  (kaynakları  ve  açıklamaları  ile  destanlar).  I  c,  An-
kara, Türk Tarih Kurumu Basıevi, 1993.
 
9. 
 Oğuz Y. Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqi-
qatlarında. Bakı, “Apostrof” Çap Evi, 2012.
 
 
Çapa tövsiyə edən: fil.ü.e.d., prof. Paşa Əfəndiyev 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     12 
 
 
Aynur FƏRƏCOVA 
AMEA Folklor İnstitutunun dissertantı 
e-mail: karimovaaynur@gmail.com 
 
OĞUZ EPOSUNDA QƏHRƏMAN CƏMİYYƏTİN  
İLK ƏCDADI KİMİ 
 
Xülasə 
Hər  bir  epos  milli  qəhrəman  tipini  təqdim  edir.  Həmin  qəhrəman  onu  yaradan  xalqın 
qəhrəmanlıq  ruhunu  əks  etdirir  və  xalqın  milli  özünüifadə  simvoluna,  milli  kimlik  rəmzinə 
çevrilir.  Dünya  eposunun  qəhrəmanları  öz  milli  cizgilərinə  görə  fərqlənsə  də,  onların  hamısını 
vahid  tipoloji  cizgilər  birləşdirir.  Belə  ki,  bütün  xalqların  dastan  qəhrəmanları  ilk  əcdad, 
qoruyucu-xilaskar  və  mədəni  qəhrəman  funksiyalarını  özündə  cəmləşdirir.  Məqalədə  tarixə 
“Oğuznamə” adı altında məlum olan dastanlarında baş qəhrəman Oğuz obrazının ilk əcdad, ilk 
ata  finksiyası  araşdırılmış  və  qəhrəmanın  Oğuz  dünyasının  yaranmasındakı  rolu  epik-mifoloji 
cəhətləri  baxımından  tədqiq  olunmuşdur.  Məqalədə  Oğuz  eposunda  qəhrəmanınm  ilkin  əcdad 
funksiyasının araşdırılması göstərdi ki, “Oğuznamə” adə altında məlim olan oğuz eposunda baş 
qəhrəman  Oğuz  kağan  (xan)  mifik  qəhrəmanan  məxsus  funksiyalarını  qorumuş  və  inkişaf 
etdirmişdir. İlk insan Oğuz kağan öz epik təkamülü prosesində mükəmməl epik qəhrəmana çev-
rilmişdir.  Bu  zaman  mifik  Oğuzun  ilk  əcdad,  xilaskar,  mədəni  qəhrəman,  demiurq  finksiyaları 
obrazın genişlənməsinin əsas istiqamətləri olmuşdur. 
Açar  sözlər:  Oğuz  eposu,  “Oğuznamə”,  Oğuz  kağan,  ilk  əcdad,  mədəni  qəhrəman, 
demiurq. 
 
CHARACTER IN EPOS OGUZ AS THE FIRST ANCESTOR OF THE SOCIETY 
 
Summary 
Each epos is presenting type of national character. Such character reflects heroic spirit of 
the  nation  where  it  was  created  and  turns  into  national  self-expression  symbol  and  national 
identity  symbol  of  the  nation.  Characters  of  the  world  epos  are  united  by  unique  typological 
features, however  they  differ  with  their national  features.  Thus  first ancestor, defender-saviour 
and  cultural  character  functions  are  united  in  epos  characters  of  all  nations.  In  this  article  we 
studied  about  function  of  first  character  Oguz  known  in the history  as  “Oguznama”  being  first 
ancestor, first father in epos and its role in creation of Oguz world from epic- mythological point 
of view. As clear from investigation of function of character being first ancestor in Oguz epos in 
this article, first character Oguz-kagan (khan) in Oguz epos known under the name “Oguznama” 
kept  functions  belonged  to  mythic  character  and  developed.  First  man  Oguz  kagan turned  into 
perfect  epic  character  in  its  epic  evolution  process.  This  time  functions  of  Oguz  being  first 
ancestor, saviour, cultural character, demiurg were main direction for character increasing. 
Key  words:  Oguz  epos,  “Oguznama”,  Oguz  kagan,  first  ancestor,  cultural  character, 
demiurg 
 
ГЕРОЙ В ЭПОСЕ ОГУЗ КАК ПЕРВЫЙ ПРЕДОК ОБЩЕСТВА 
 
Резюме 
Каждый  эпос  представляет  тип  национального  героя.  Настоящий  герой  отражает 
дух  героизма  народа,  создавшего  его,  и  превращается  в  символ  национального  само-
выражения,  символ  национальной  принадлежности  народа.  Несмотря  на  то,  что  герои 
мирового  эпоса  отличаются  по  своим  национальным  качествам,  всех  их  объединяют 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə