Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə6/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   2   3   4   5   6   7   8   9   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     13 
 
 
единые типологические линии. Так, герои эпоса всех народов объединяют в себе функции 
первого  предка,  защитника-спасителя  и  культурного  героя.  В  статье  была  исследована 
функция первого предка, первого отца образа Огуза – главного героя в эпосах, известных 
в истории под названием «Огузнаме» и с эпическо-мифологической стороны проанализи-
рована роль Огуза героя в зарождении мира. В статье исследование первого предка героя 
в  эпосе  Огуз  показал,  что  главный  герой  Огуз-каган  (хан)  в  эпосе  Огуз,  известного  под 
названием  «Огузнаме»  сохранил  и  развил  функции,  присущие  мифическому  герою. 
Первый  человек  Огуз  каган  превратился  в  великолепного  эпического  героя  в  процессе 
своей эпической эволюции. В это время первые функции предка, спасителя, культурного 
героя, демиурга мифического Огуза стали основными направлениями расширения образа. 
Ключевые слова: эпос Огуз, «Огузнаме», Огуз каган, первый предок, культурный 
герой, демиург. 
 
Məsələnin  qoyuluşu.  Hər bir epos milli qəhrəman tipini təqdim edir. Hə-
min qəhrəman onu yaradan xalqın qəhrəmanlıq ruhunu əks etdirir və xalqın milli 
özünüifadə  simvoluna,  milli  kimlik  rəmzinə  çevrilir.  Dünya  eposunun  qəhrə-
manları  öz  milli  cizgilərinə  görə  fərqlənsə  də,  onların  hamısını  vahid  tipoloji 
cizgilər birləşdirir. Belə ki, bütün xalqların dastan qəhrəmanları ilk əcdad, qoru-
yucu-xilaskar və mədəni qəhrəman funksiyalarını özündə cəmləşdirir. 
İşin  məqsədi.  Məqalənin  yazılmasında  əsas  məqsəd  oğuzların  tarixə 
“Oğuznamə”  adı  altında  məlum  olan  dastanlarında  qəhrəman  obrazının  ilk  əc-
dad,  ilk  ata  finksiyasını  araşdırmaq  və  qəhrəmanın  Oğuz  dünyasının  yaranma-
sındakı rolunu epik-mifoloji cəhətləri baxımından tədqiq etməkdir. 
 
Oğuz  eposu  dedikdə  azərbaycanlıların,  Türkiyə  türklərinin,  türkmənlərin, 
qaqauzların  əcdadı  olan  oğuzların  dastanları  nəzərdə  tutulur.  Həmin  dastanları 
oğuzların özləri orta əsrlərdə  “Oğuznamə” adlandırmışlar. Bu gün elm aləminə 
“Oğuznamə”nin çoxlu variantları məlumdur (1; 2; 3; 4; 5; 6; 7; 8; 9; 10; 11; 12; 
13; 14; 15 və s.). 
Ramazan  Qafarlı  yazır  ki,  “oğuznamə”  türk  xalqlarının  oğuz  qrupunun 
şifahi epik ənənəsinin nəzm  və  nəsrlə  yaranan eposlarına orta çağların əvvəllə-
rində  yazıya  alınarkən  verilən  addır.  “Oğuznamə”  deyəndə  hər  şeydən  əvvəl 
folklorla yazılı ədəbiyyatın bir nöqtədə birləşdiyi məqam yada düşməlidir. Fakt-
lar  göstərir  ki,  türkün  təkcə  eposları  deyil,  başqa  folklor  əsərlərindən  ibarət  əl-
yazma  mətnləri də  Azərbaycanda XVII-XVIII yüzilliklərdə “oğuznamə” adlan-
dırılırdı (16, 577). 
Buradan  məlum olur ki, “Oğuznamə” oğuzların dastanlarının ümumi adı-
dır. Özü də “Oğuznamə” dedikdə təkcə dastanlar yox, həm də başqa janrlar da, 
məsələn,  artalar  sözləri,  məsəllər  və  s.  də  nəzərdə  tutulmuşdur.  Bunu  nəzərdə 
tutan  Füzuli  Bayat  yazır  ki,  oğuzların  ictimai-siyasi,  tarixi-mifoloji,  dini-fəlsəfi 
görüşlərini,  epik-bədii  təfəkkürünü  əks  etdirən  nümunələrə  elmi  ədəbiyyatda 
“Oğuznamə” deyilir (17, 255). 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     14 
 
 
Buradan  da  məlum  olur  ki,  “Oğuznamə”  dedikdə  ümumiyyətlə  oğuzların 
yaratdığı  bədii  və  tarixi  əsərlər  nəzərdə  tutulur.  Ağaverdi  Xəlilin  tədqiqatlarına 
görə “Oğuznamə”  bir dastan  janrı kimi  “bitik”, “namə”  və  “kitab” adları  ilə üç 
yazı mərhələsindən keçmişdir (18, 228). 
“Oğuznamə”  haqqında  tədqiqatlar  aparmış  F.Bayat  belə  hesab  edir  ki, 
oğuznamələr mətnin tipi baxımından iki yerə ayrılır:  
1. Tarixi-xronoloji oğuznamələr;  
2. Ədəbi oğuznamələr (17, 255-257). 
A.Xəlil də belə hesab edir ki, tipinə görə oğuznamələr iki cür olur:  
1. Oğuznamə janrı;  
2.  Oğuz  yazısı  (kitabı)  oğuznamə;  oğuzlar  haqqında  kitab;  oğuzların 
əfsanəvi tarixi... (18, 269). 
Bu  iki  təsnifatı  müqayisə  etdikdə  məlum  olur  ki,  F.Bayat  oğuznamələri 
tarix və ədəbilik (bədiilik) baxımından, A.Xəlil  isə şifahi (dastan) və  yazılı (ki-
tab) olmaq baxımından iki tipə ayırmışdır. Hər iki təsnifat çoxlu variantları olan 
“Oğuznamə” dastanın məzmununu, formasını, keçdiyi inkişaf yollarını müxtəlif 
tərəflərdən əks etdirir. 
Ədəbi oğuznamələr dedikdə, əsasən, “Kitabi-Dədə Qorqud” nəzərdə tutu-
lur.  Tarixi  oğuznamələr  dedikdə  isə  orta  əsrlər  tarixçilərinin  türk  hökmdarları 
haqqında yazdıqları tarix kitablarının əvvəlində verilən “Oğuznamə” dastanı nə-
zərdə tutulur. 
Qeyd edək ki, ədəbi oğuznamə kimi “Kitabi-Dədə Qorqud”un bütün başqa 
oğuznamələrdən  bir  əsas  fərqi  var.  Digər  oğuznamələrin  hamısı  oğuzların  ulu 
əcdadı  Oğuz  kağandan  bəhs  etdiyi  halda,  “Kitabi-Dədə  Qorqud”da  bu  obrazın 
yalnız adı çəkilir. Bu dastanın əsas qəhrəmanları Bayındır xan, Salur Qazan, Alp 
Aruz, Bamsı Beyrək, Uruz, Basat və s. oğuz qəhrəmanlarıdır.  
Ümumiyyətlə, bütün qəhrəmanlıq dastanlarının əsasında ilk mifoloji heka-
yətlərin  durduğu,  dastan  qəhrəmanlarının  öz  ilkin  başlanğıcında  bir  mif  qəhrə-
manı  olduqları  məlum  məsələdir.  Dastan  qəhrəmanlarının  ilk  əcdad,  qəhrəman 
(xilasklar)  və  mədəni  qəhrəman  funksiyaları  birbaşa  mifik  qəhrəman  obrazı  ilə 
bağlıdır.  Y.M.Meletinski  ilk  əcdad,  mədəni  qəhrəman  və  demiurq  obrazlarını 
vahid obraz kompleksinin tərkib hissəsi hesab edir. O, ilk əcdad haqqında yazır 
ki, ilk  əcdadlar qəbilə və tayfaların ilk valideyni hesab olunur, onlar qəbilə ic-
masını bir sosial qrup kimi modelləşdirirlər. Müəllif mədəni qəhrəmanlar haq-
qında  yazır  ki,  bunlar  insanlar  üçün  müxtəlif  əşyaları  (odu,  mədəni  bitkiləri, 
əmək  alətlərini)  əldə  edən,  yaxud  yaradan,  insanlara  ov  etməyin,  torpaq  becər-
məyin  qaydalarını,  sənətkarlığı,  incəsənəti  öyrədən  mifoloji  personajlardır.  On-
lar  sosial  və  dini  qaydaları,  mərasimləri  və  bayramları,  nikah  qaydalarını  və  s. 
müəyyənləşdirirlər (19, 638). 
Beləliklə, aydın olur ki,  ilk əcdad,  mədəni qəhrəman  və demiurq eyni  bir 
obrazın (ilk insanın) müxtəlif inkişaf mərhələlərinin adlarıdır. Mifik qəhrəmanı 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə