Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə8/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   4   5   6   7   8   9   10   11   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     17 
 
 
Bu  təsvirlər  göstərir  ki,  üzü  göy,  ağzı  qırmızı,  tükləri  qara  olan  Oğuz  öz 
bədən quruluşu etibarilə  həm də heyvanlar aləminin  “məcmusudur”: onda ökü-
zün, qurdun, samurun və ayının şəkil əlamətləri toplanmışdır. Bu, Oğuzun qeyri-
adi bir qəhrəman olduğunu göstərir. Mifin  məntiqinə görə, möcüzəli keyfiyyət-
lərlə və möcüzəli şəkildə doğulan Oğuzun sözün həqiqi mənasında bir qəhrəma-
na çevrilməsi üçün o, ilk qəhrəmanlığını göstərməlidir: 
 
Günlər, gecələr ötdü, o bir igid oldu. 
O vaxtlar o yerdə bir orman vardı. 
Ordan çoxlu irili-xırdalı çaylar axırdı. 
Orda vəhşi heyvanlar, uçan quşlar çox idi. 
Ormanda nəhən bir Kıat yaşayırdı, 
atları, adamları yeyirdi. 
Çox böyük bir yırtıcı idi. 
O, elin yaxşı gününü aldı, adamları əzaba saldı. 
Oğuz kağan cəsur alp idi. 
O, bu Kıatı ovlamaq istədi. 
Günlərin bir günü ova çıxdı. 
Cida, yay-ox, qılınc-qalxan götürdü, 
Yola düşdü. Bir maral tutdu. 
Bu maralı söyüd çubuqları ilə bir ağaca bağladı, getdi. 
Sonra ertəsi gün dan söküləndə gəldi, 
Gördü ki, Kıat maralı alıb gedib. 
Yenə bir ayı tutdu, qızıl kəməri ilə  
onu bir ağaca bağlayıb getdi. 
Ertəsi gün dan söküləndə gəldi. 
Gördü ki, Kıat ayını alıb gedib. 
Yenə həmin ağacın altına gəldi, 
ağacın altında durdu. 
Kıat gəlib başını Oğuzun qalxanına vurdu, onu öldürdü. 
Qılıncını çəkib başını kəsdi, çıxıb getdi (21, 124-125). 
  
Burada Oğuzun qəhrəmana çevrilməsi təsvir olunur. Oğuz bütün oğuzların 
ilk əcdadı olduğu kimi həm də ilk qəhrəmandır. Elə bu səbəbdən onun qəhrəma-
na çevrilməsi diqqəti cəlb edir.  
Oğuzun  qəhrəmana  çevrilməsi  meşədə  baş  verir.  Dastanda  meşə  həm 
ov heyvanlarının olduğu bərəkətli bir yer, həm də Oğuzun xalqına düşmən olan 
vəhşinin (yırtıcının, divin) yaşadığı qorxunc məkan kimi təsvir olunur. 
Oğuzun  vəhşi  ilə  döyüşü  qəhrəmanlıq  missiyasıdır. Belə ki,  Kıat adla-
nan  bu  böyük  yırtıcı  “elin  yaxşı  gününü  əlindən  alaraq,  adamları  əzaba  sal-
mışdı”. O, Kıatla vuruşmaq qərarına gəlir. Dastan bunun səbəbini belə izah edir: 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     18 
 
 
“Oğuz  kağan  cəsur  alp  idi”.  Demək,  Kıatı  öldürmək  mözüzəli  qəhrəman  kimi 
doğulmuş  Oğuzun  qarşısında  duran  vəzifədir.  Oğuz  doğulanadək  onun  elində 
Kıatın qarşısına çıxacaq bir qəhrəman yox idi. Kıatla yalnız cəsur alp, yəni qəh-
rəman  vuruşa  bilərdi.  Demək,  Oğuz  ilk  növbədə  Kıatı  öldürmək  üçün  dünyaya 
gəlir.  Bu,  onun  qəhrəmanlıq  missiyasına  (vəzifəsinə)  aiddir  və  Oğuzun  Kıata 
qarşı ilk vuruşu onun ilk qəhrəmanlığıdır.  
Oğuzun Kıatla döyüşü təkcə qəhrəmanlıq aktı yox, həm də ov aktıdır. 
Bu  ovda  yay-ox,  qılınc,  ağac  və  qurban  heyvanlardan  (maral,  ayı)  istifadə  olu-
nur. Oğuz Kıatı üç həmləyə öldürür. Birinci dəfə bir  maralı ağaca bağlayıb ge-
dir, ikinci dəfə bir ayını bir ağaca bağlayıb gedir. Kıat maralı və ayını alıb gedir. 
Üçüncü dəfə isə Oğuz özü ağacın altında durur və Kıatı məhv edir. 
Dastanda  daha  sonra  Oğuzdan  törəyən  xalqın  necə  yaranması  təsvir  olu-
nur.  Elçin  Qaliboğlu  yazır:  “Oğuznamə”də  Oğuz  kosmosunun  (dünyasının  – 
A.Fərəcova) yaranması sxemi belədir: 
1. Əvvəlcə Oğuz doğulur;  
2. Oğuz daha sonra Günəş şüası şəklində yerə enən qızla evlənir və ondan 
Gün, Ay, Ulduz adlı üç oğu olur; 
3.  Oğuz  daha  sonra  gölün  ortasındakı  ağacın  koğuşunda  tapdığı  qızla 
evlənir və ondan da Göy, Dağ, Dəniz adlı üç oğlu olur; 
4. Oğuz ölməmişdən qabaq 6 oğlu və onlardan doğulan 24 nəvəni Boz oq 
və Uc oq olmaqla iki qola ayırır (22, 23). 
“Oğuznamə”nin uyğur versiyasında deyilir: 
 
Yenə günlərin bir günü 
Oğuz kağan bir yerdə durub Tanrıya yalvarırdı. 
Qaranlıq çökdü. 
Göydən bir işıq düşdü: 
Gündən işıqlı, Aydan parlaq idi. 
Oğuz kağan yüyürdü, gördü ki, 
bu işığın arasında 
bir qız durub, yalqız oturub. 
Çox gözəl qızdır. 
Onun başında atəşli işıqlı 
Altun kazık tək 
yanan bir xalı vardı. 
Qız o qədər gözəl idi ki,  
gülsə mavi göy gülər, ağlasa ağlayardı. 
Oğuz kağan onu gördükdə 
özündəın getdi, qızı sevdi, aldı. 
Onunla yatdı, diləyin aldı. 
Qız hamilə qaldı. 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     19 
 
 
Günlər, gecələr ötdü. 
Yükün yerə qoydu, üç oğlan doğdu. 
Birincisinə – Gün adını qoydular. 
İkincisinə – Ay adını qoydular. 
Üçüncüsünə – Ulduz adını qoydular (21, 125-126). 
 
Burada ən mühüm məsələ ondan ibarətdir ki, Oğuzun övladlarının doğul-
ması  həm  də  dünyanın  yaranmasını  nəql  edir.  Oğuzun  birinci  arvadı  gün  şüası 
tək  Göydən  düşür.  Bu  qız  Göyü  təmsil  edir.  Ondan  doğulan  oğlan  uşaqları  isə 
Günəşi, Ayı, Ulduzu təımsil edirlər. Göründüyü kimi, bu doğuluş həm bir tərəf-
dən  Oğuzun  ailəsinin  yaradılışı,  həm  də  dünyanın  yaradılışıdır.  Lakin  burada 
haqlı  bir sual  meydana çıxır:  Axı Oğuz kağan doğulana qədər dünya, o cümlə-
dən  Ay,  ulduzlar,  Günəş  var  idi.  Əgər onlar  olmasaydı,  Oğuzun  anası  necə  Ay 
kağan adlana bilərdi? Onda bu göy cisimlərinin yenidən yaradılışı nəyi bildirir? 
Sualın  cavabı  belədir  ki,  Oğuz  kağan  doğulana  qədər  insanlar  olsa  da, 
Oğuz xalqı, başqa sözlə, Oğuzun xaqlı, öz dünyası yox idi. Oğuzun xaqlı ondan 
yaranır  və  bu  xalq  Oğuz  adlanır.  Eləcə  də  oğuzların  yaşadığı  dünya  da  Oğuz 
adlanır. Demək, Oğuzun ailəsinin, xaqlının yaranması ilə Oğuz dünyası (Günəş, 
Ay,  Ulduz)  da  yaranır.  Oğuzun  ikinci  arvadından  doğulan  uşaqlar  da  Oğuzun 
oğlanlarının doğulmasının eyni  zamanda Oğuz dünyasının  yaranması olduğunu 
təsdiq edir: 
Yenə günlərin bir günü Oğuz ova getdi. 
Göl ortasında bir ağac gördü. 
Bu ağacın oyuğunda bir qız vardı, 
yalqız oturmuş idi. 
Çox gözəl bir qız idi... 
...Oğuz kağan onu gördükdə özündən getdi, 
ürəyinə od düşdü, onu sevdi, aldı,  
onunla yatdı, diləyin aldı. 
Qız hamilə qaldı. 
Günlər, gecələr keçdi. 
Yükün yerə qoydu, üç oğlan doğdu. 
Birincisinə – Göy adını qoydular. 
İkincisinə – Dağ adını qoydular. 
Üçüncüsünə – Dəniz adını qoydular (21, 126-127). 
Göründüyü kimi, Oğuzun altı oğlu (Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz) ilə 
həm  Oğuz  xalqı,  həm  də  Oğuz  kosmosu  (dünyası)  yaranır.  Dastanda  Oğuzun 
daha  sonrakı  fəaliyyəti  mədəni  qəhrəman  funksiyasına  uyğun  gəlir.  Mədəni 
qəhrəmanın  vəzifəsi  qayda-qanunlar  yaratmaq,  adət-ənənələri  müəyyənləşdir-
mək, yeni əşyalar düzəltmək, yaxud əldə etməkdir. Oğuz kağan da özünü kağan 
(xan) elan edir, bəylərə səlahiyyət verir, “Buyan”ı oğuzların damğası, Bozqurdu 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə