Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə28/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   24   25   26   27   28   29   30   31   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     64 
 
 
Əlbəttə,  bütün  bunlar  bolşevik  təbliğatı  idi,  əsil  həqiqətdə  isə  Azərbaycanın 
bütün  hüquqları  əlindən  alınmışdı.  Belə  ki,  xarici  işlər,  hərbi-dəniz,  yol-rabitə, 
poçt və teleqraf, maliyyə, xarici ticarət, ərzaq və neft komissarlıqları ləğv edilib, 
onların  funksiyaları  ZSFSR  və  SSRİ-nin  müvafiq  xalq  komissarlıqlarına  ve-
rilmişdi.  1921-ci  ildə  I  Ümumazərbaycan  Sovetlər  qurultayında  qəbul  edilmiş 
Azərbaycan  Konstitusiyası  əsasında  yaradılmış  17  xalq  komissarlığı  saxlanıl-
mışdı. 
Elə bu vaxtlar N.Nərimanov V.İ.Leninə yazırdı: «Əziz Vladimir İliç, görə-
sən «Müstəqil Azərbaycan» sözü sizin ağzınızdan çıxmayıbmı? … Çoxmilyonlu 
xalqın  hüquq  və  hissləri  ilə  zarafat  etmək  olmaz»  (1,  s.310).  Lakin  bu  zarafat 
deyil,  Rusiya  imperyasını  bərpa  etmək  yolunda  həyata  keçirilən  siyasətin  real 
təcəssümu  idi.  Məhz  bu  siyasətlə  nəinki  Azərbaycanın  müstəqilliyi  əlindən 
alındı,  hətta  onun  ərazi  bütövlüyünə  də  qəsd  edildi.  Azərbaycanın  bolşevikləş-
məsindən  sonra  Qarabağa,  Naxçıvana,  Zəngəzura  və  b.  bölgələrə  erməni  təca-
vüzü davam edirdi. 
 
2.  1920-ci  il  Aprel  çevrilişindən  sonra  Azərbaycanda  ədəbi-mədəni 
durum  
 
XX  əsrin  20-ci  illərində  milli  oyanış  və  istiqlal  düşüncəsi  qısa  bir  zaman 
kəsimində  əvvəlcə  Azərbaycanın  ictimai-mədəni  həyatının  ayrılmaz  tərkib 
hissəsinə,  daha  sonra  isə  hərəkətverici  qüvvəsinə  çevrilir.  Məhz  bu  prosesin 
qanunauyğun  nəticəsi  olaraq  əsrin  ikinci  onilliyin  sonlarında  qısamüddətli  bir 
dövrdə  –  1918-1920-ci  illərdə  olmuş  olsa  da,  Azərbaycan  müstəqillik  qazanır. 
Lakin  az  keçmədən  keçmiş  çar  Rusiyasında  gedən  qırmızı  inqilabın  işğalçı 
“Qızıl ordu” hissələri  bolşevik bayraqları  altında  Bakıya daxil olur və  beləliklə 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  fəaliyyətinə  son  qoyulur.  1920-ci  ilin  aprel 
inqilabı(Aprel çevrilişi) Azərbaycanda sovet hakimiyyətini bərqərar edir və qar-
şıdan  gələn  yetmiş  illik  uzun  bir  zaman  ərzində  Azərbaycan  rus  imperiyasının 
yeni bir forması olan Sovet İttifaqının tərkibində “suveren” –“müstəqil” respub-
lika statusunda yer alır. 
Bu dövrdə Azərbaycanda sosial  və  mədəni quruculuq, o cümlədən  mədə-
niyyət,  incəsənət  və  ədəbiyyat  sahələrində  bir  sıra  nailiyyətlər  əldə  edilmişdi. 
Qədim  tarixə  və  zəngin  ənənələrə  malik  Azərbaycan  folkloru  və  ədəbiyyatı 
həmin dövrlərdə proletkultçuluğun təsirlərindən yan keçə bilməmişdi. Ümumiy-
yətlə, bu illərdə şair və yazıçıların əksəriyyəti respublika quruluşuna rəğbət bəs-
ləyirdilər. Nəinki rəğbət bəsləyir,  hətta fəal  həyat  mövqeyi tutaraq bu  məsələni 
təhlil də edirdilər (7, s. 121)
Fəhlə-kəndli hökuməti sayılan Sovet hakimiyyəti özünün sadə xalqa, qara 
camaata,  o  zamanın  təbirincə  deyilərsə,  “əsrlər  boyu  istismarçıların  zülmü  və 
əsarəti  altında  inildəmiş”  zəhmətkeş  kütlələrə  bağlı  bir  quruluş  olduğunu  sübut 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     65 
 
 
etmək üçün mövcudluğunun ilk illərindən başlayaraq aşağı təbəqələrin mənəviy-
yat və dünyagörüşünə bağlı olan dəyərlərə xüsusi qayğı ilə yanaşmaq istiqaməti 
götürdü.  Başqa  mənəvi-mədəni  sahələrdə  olduğu  kimi  ədəbiyyat  işində  də  “sa-
ray  ədəbiyyatı”  və  “xalq  ədəbiyyatı”  meyarları  tətbiq  olundu.  Həmin  dövrün 
məşhur “proletkultçuluq” nəzəriyyə və hərəkatına görə “saray ədəbiyyatı” yuxa-
rı təbəqələrə, istismarçı siniflərə, “xalq ədəbiyyatı ” isə yazıb-oxumaq bilməyən 
sadə xalqa, istismar olunan zəhmətkeş “qara camaata” məxsus idi. Bu səbəbdən 
də  nadir  istisnaları  çıxmaq  şərti  ilə  bütövlükdə  klassik  yazılı  ədəbiyyat  “saray 
ədəbiyyatı” damğası ilə arxa plana atılır, “xalq ədəbiyyatı” – folklor isə zəhmət-
keş təbəqələrin yaradıcılıq məhsulu kimi önə çəkilirdi. 
Bolşevik  mətbuatı  elə  ilk  illərdəncə  “rədd  olsun  qəzəl,  əruz  ədəbiyyatı” 
şüarı ilə çıxış edərək qəzəl-əruz sisteminə bağlı ədəbiyyatı yasaqlayır, buna qar-
şılıq  olaraq  şifahi  xalq  ədəbiyyatının  toplanılıb  yazıya  alınmasının  zəruriliyini 
əks etdirən silsilə məqalələr nəşr edirdi. Göründüyü kimi, sovet dövlətinin siya-
si-ideoloji mövqeyi bütün əvvəlki tarixi dönəmlərdə ikinci dərəcəli sayılan şifahi 
ədəbiyyatın ön plana çəkilməsi, zəhmətkeş xalqla bağlı olduğu üçün birinci də-
rəcəli sayılması imkanını yaratmışdı. 
Sovet  Azərbaycanında  siyasi-ideoloji  konsepsiyanın  göstərdiyi  istiqamət 
üzrə hərəkət etmək üçün müəyyən təsisatlar və elmi-yaradıcı təşkilatların qurul-
masına  zəruri  ehtiyac  hiss  olunduğundan  əvvəlcə  bolşevik  mətbuat  (məsələn, 
“Kommunist”,  “Yeni  yol”,  “Azərbaycan  kolxozçusu”  və  başqa  qəzetlər),  yara-
dıcı təşkilatlar (“Azərbaycan Ədəbiyyat Cəmiyyəti”, Proletar Yazıçıları İttifaqı), 
eləcə də təhsil ocaqları (Dövlət Universiteti, Konservatoriya) nəzdində xalq ya-
radıcılığı qurumları və ya qrupları yaradılırdı. Bu yöndəki qaynar fəaliyyətin ta-
rixi  inikasını  həmin  illərdə  “Ədəbiyyat  qəzeti”,  “Kommunist”,  “Yeni  yol”  və 
“Azərbaycan  kolxozçusu”  qəzetlərinin,  eləcə  də  “Dan  ulduzu”,  “Maarif  işçisi”, 
“İnqilab və mədəniyyət”, “Azərbaycanı öyrənmə yolu” məcmuələrinin səhifələ-
rində  geniş  yer  almış  folklor  örnəklərinin  mənzərəsindən  açıq  şəkildə  görmək 
mümkündür.  Dövrün  ədəbi-mədəni  həyatına  yaxından  diqqət  yetirsək,  görərik 
ki,  “Ədəbiyyat  qəzeti”  demək  olar  ki,  hər  nömrəsində  xalq  ədəbiyyatı  örnək-
lərinə geniş yer ayırır, bir çox hallarda isə xüsusi olaraq “Xalq ədəbiyyatı” səhi-
fəsi verirdi. “Kommunist” qəzeti kimi sırf siyasi istiqamətli bir mətbuat orqanı-
nın 1923-cü ildən başlayaraq “Xalq ədəbiyyatı həyatdan doğar” rubrikası altında 
xüsusi  folklor  səhifəsi  nəşr  etməsi  dövlət  siyasəti  səviyyəsində  bu  məsələyə  nə 
qədər böyük əhəmiyyət verildiyinin əyani göstəricisi idi (8). 
Qeyd etmək lazımdır ki, 1925-ci ildə “Yeni yol” qəzeti respublikanın bü-
tün  rayonlarındakı  təhsil  və  mədəniyyət  müəssisələrinə  şifahi  xalq  ədəbiyyatı 
nümunələrinin toplanılması üçün uyğun proqram və təlimat göndərmişdi. Həmin 
təlimat  əsasında  Azərbaycanın  əksər  bölgələrində  folklor  nümunələrinin  topla-
nılması  işi  həyata  keçirilirdi.  Bu  materiallar  redaksiyanın  ünvanına  göndərilir, 
onlardan seçmə örnəklər ardıcıl şəkildə qəzetdə çap olunurdu (9, s. 9-12). Bu iş 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə