Dədə Qorqud ● 2015/I I 29
yaxın uçan”( 78, 89), ”Qadir Allah bilir, mən sənə munisəm, yarım, qıyma mə-
nə!” (2, 92), “Qadir Allah yüzün ağ etsin, Basat!” (2, 103)
Eposun “Qazlıq qoca oğlu Yeknək” boyunda isə Qurani-Kərimin 112-ci
surəsi olan “əl-İxlas” və başqa surələrdən surəsindən olan bəzi tərcümələrdir:
Yucalardan yucasan, uca Tanrı!
Kimsə bilməz necəsən, əziz Tanrı!
Anadan toğmadın Sən, atadan olmadın Sən!
Kimsə rizqin yemədin!
Kimsəyə güc etmədin!
Qamu yerdə əhədsən, Allahu səmədsən!
Adəmə Sən tac urdun,
Şeytana lənət qıldın.
Bir suçdan ötrü dərgahdan sürdün.
Nəmrud göyə ox atdı,
Qarnı yarıq balığı qarşu tutdun.
Ululuğuna həddin, Sənin boyun-qəddin yox!
Ya cismlə cəddin yox!
Urdığın ulatmıyan ulu Tanrı!
Basdığın bəlürtməyən bəllü Tanrı!
Götürdügün göyə yetürən görklü Tanrı!
Qaqduğun qəhr edən qəhhar Tanrı!
Birligünə sığındım, çələbim, qadir Tanrı!
Mədəd Səndən! (2, 96).
Qurani-Kərimin “əl-İxlas” surəsi isə belədir: “Ya peyğəmbər! Allahın zatı
və sifətləri haqqında səndən soruşan müşriklərə de: O, Allah birdir. Allah
möhtac deyildir! O nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri
də yoxdur!” (4, 606).
Mətnşünas alim K.Şərifli yazır: “Buna nümunə olaraq, “Kitabi-Dədə Qor-
qud” abidəsini dilə gətirmək olar. Türk xalqlarının bu misilsiz mədəniyyət abi-
dəsində islam dini və Qurani-Kərimlə bağlı kifayət qədər çoxlu parçalara təsa-
düf edirik. Bunların bir qismi islamın müqəddəs kitabından verilmiş bədii tərcü-
mələrdir”. Həmin tərcümələr ardıcıl xarakter daşımasa da, məzmun etibarilə
Quran ayələrinə işarələrlə bəzənmişdir:
“Yucalardan yucasan!
...İbrahimi tutdurdun,
Xam gönə çulğadın.
Götürüb oda atdırdun.
Odu bustan qıldın (1, 109).
Eposun “Bəkil oğlu İmran” boyunda, hətta kafirlə müsəlmanın mübahisəsi
verilir. Bu da eposda münazirənin ən gözəl nümunəsi hesab edilər bilər:
“Kafər aydır: “Oğlan, indi Tanrınamı yalvarırsan? Sənin bir Tanrın varsa,
Dədə Qorqud ● 2015/I I 30
mənim yetmiş iki bütxanəm var!” – dedi. Oğlan aydır: “Ya asi məlin, sən büt-
lərinə yalvarırsan, mən aləmləri yoxdan var edən Allahıma sığındım” – dedi.
Həqq təala Cəbarıla buyurdu kim: “Ya Cəbrayıl, var, şol qulama qırx ərcə qüv-
vət verdim” – dedi. Oğlan kafəri götürdü, yerə vurdu” (1, 109).
“Oğuznamə”lərə peyğəmbər kəlamları onlara dərin məzmun verdiyi kimi,
həm də həm də onların poetikasını gücləndirmişdir. Obrazların dilindən və
təhkiyələrdə söylənilən həmin kəlamlar hadisələrin axarında elə verilir ki, həmin
kəlamlar fikri tamamlayır və bədii nitqi gücləndirir.
Türklərin fəlsəfi düşüncəsindən doğan atalar sözü və zərbi-məsəllərdən
ibarət “Oğuznamə”lərdə də kifayət qədər peyğəmbər kəlamlarına rast gəlirik.
Məsələn:
Allah işin bulur.
Allah yüzi yoxsulluğa göstərməsin.
Allah təala qullarını qaşıq bir düşmən şərindən saxlasın.
Allah sağ gözü sol gözə möhtac etməsin.
Allah öldürmədiyin kimsə öldürməz (1, 19).
İstəyən Tanrısın bulur (1, 28).
Eşşəyin dişini, kosanın yaşını, Allahın işini Allahdan başqa kimsə
bilməz (1, 39).
Ötən qüdrət iyunudur, bilməyənə qaz gəlir,
Tanrının neməti çox, bilməyənə az gəlir (1, 44).
İşıqlara yetişənin adıyla sanı yetər; danişməndlərlə irişənin dini ilə imanı
yetər, bəylərlə irişənin başıyla malı yetər (1, 51).
Anun kim dərdi var, dərman anundur,
Anun kim sidqi var, iman anundur (1, 51).
Tanrı, kişiyə kəndüyə müti olmaz oğul versin (1, 85).
Tanrıyı göz ilə görmüş kimsə yox, əqllə bulurlar.
Tanrı nişan vurduğu quldan qorxmaq gərək (1, 86).
Doğruya Allah yardımçı (1, 132).
Eyibsiz bir Allahdır.
İsa üçün Musanı qınama (1, 136).
Qeybi Allahdan başqa kimsə bilməz.
Qəribin kimsəsi yox, Allahı vardır (1, 139).
Nə yerdə ki, var qadı,
Tanrı buyruğun qoda.
Nə yerdə ki, var qoca,
Nə Quran bilir, nə heca! (1, 179).
Nəticə. “Oğuznamə”lərdə olan bu kimi ilahi kəlamlar türk bədii təfəkkürü-
nün poetikasını daha da zənginləşdirmişdir. Həmin kəlamlarda haqqın ifadəsi,
həqiqətlərin açarı sirlərin izahı var. Həyat həqiqətləri sonsuzdur, onların dərki
Dədə Qorqud ● 2015/I I 31
üçün ən münasib poetik ifadələr olmalıdır. Həmin poetik ifadələrin əksəriyyətini
“Oğuznamə”lərdə tapırıq.
ƏDƏBİYYAT
1.
Oğuznamə (tərtibçi S.Əlizadə). Bakı, Yazıçı, 1987, 223 s.
2.
Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı, 1988, 265 s.
3.
Kilarbəyli F. Azər oğlu. Qorqud – Allahımız qayıdır. Bakı, Qanun,
1998, 42 s.
4.
Qurani-Kərim. (tərc.Z.Bünyadov, V.Məmmədəliyev) Bakı, Qismət,
1997, 656 s.
Çapa tövsiyə edən: fil.ü.e.d., prof. Hüseyn İsmayılov
Dədə Qorqud ● 2015/I I 32
Folklorşünaslıq: problemlər, tədqiqlər
Ramil ƏLİYEV
Filologiya üzrə elmlər doktoru, professor
e-mail: ramill.aliyev@gmail.com
BİR DAHA QARAVƏLLİ JANRI VƏ HOLAVARLAR HAQQINDA
Xülasə
Qaravəlli Azərbaycan folklorunun qədim janrlarından biridir. Bu adın folklorşünaslıqda
müxtəlif izahlarına rast gəlinir. Lakin bu izahlar onların məzmunu baxımından özünü doğrult-
mur. Buna görə də məqalədə qaravəlli janrının adının yeni məzmunda açımına cəhd edilir, ritual
və nəğmənin əsasında gülüşlə bağlı kiçik mətnlərin formalaşmasına, janr xüsusiyyətlərinə,
gülüşün yaranma mərhələlrinə və səviyyələrinə, başqa janrlarla əlaqəsinə izah verilir.
Qaravəlli adının açımı holavar sözünün də məzmununun tam başa düşülməsinə kömək
edir.
Açar sözlər: qaravəlli, janr, ritual, interpretasiya, gülüş, holavar
ONCE AGAIN ABOUT THE GENRE OF GARAVELLI AND HOLAVARS
Summary
Garavelli is one of the ancient genres of the Azerbaijani folklore. The term “garavelli”
has various interpretations in the folklore science. However, those explanations are not sufficient
in terms of their content. Due to this reason, the article attempts to re-explore the term
“garavelli” in a new content, and gives explanation to formation of short texts related with laugh
on the basis of ritual and song, its genre specifications, phases of formation of laugh and its
relation with other genres.
The interpretation of the term “garavelli” also helps to completely understand the content
of the term “holavar”.
Keywords: garavelli, genre, ritual, interpretation, laugh, holavar
ЕЩЕ РАЗ О ЖАНРЕ ГАРАВЕЛЛИ И ХОЛАВАРАХ
Резюме
Гаравелли является одним из древних жанров азербайджанского фольклора. Это
название имеет разные объяснения в фольклорной науке. Но эти интерпретации зачастую
не оправдывают себя с точки зрения содержания. Именно поэтому в статье делается
попытка раскрыть жанр гаравелли в новом контексте и содержании, и дать объяснение к
формированию коротких текстов связанных со смехом на основе ритуала и песни, его
жанровым особенностям, этапам формирования смеха, и его связи с другими жанрами.
Интерпретация термина “гаравелли” также способствует более подробному
пониманию содержания слова “холавар”.
Ключевые слова: гаравелли, жанр, ритуал, интерпретация, смех, холавар
Məsələnin qoyuluşu. Bu vaxta qədər Azərbaycan folklorşünaslığında qa-
ravəlli janrının adının izahı ilə bağlı dəqiq olmayan şərhlər verilmişdir. Bu jan-
Dostları ilə paylaş: |