Dədə Qorqud ● 2015/I I 51
“Fani dünya”, “Gidi dünya” kimi bir dünya deyildir. Qeyd olunan təyinlər orta
əsrlər dövrü xalq ədəbiyyatına, o cümlədən aşıq yaradıcılığına ciddi şəkildə
sirayət etmiş və nəticədə “Yalan dünya” rədifli şeirlər silsiləsini meydana gətir-
mişdir. Onu da əlavə edək ki, bənzər görünmələrinə baxmayaraq, “Yalan dünya”
ilə “Yalançı dünya” anlayışları bir-birindən fərqlidir. Mifoloji strukturu baxı-
mından “Yalan dünya” müvəqqəti olaraq qurulan, dağılan və yenidən qurulan
kosmosu, “Yalançı dünya” isə sakrallaşma məkanı olan daimi xaosu işarələyir.
“Yalan dünya” daha çox oğuz eposundakı “yum”larda da ifadə olunan “fani dün-
ya” mənasındadır. “Yalançı dünya” isə əslində ritual məkanıdır, oyun dünyasıdır.
Oğuzlarda “O dünya” “uçmaq” və “damu”dur. Oğuzların “Fani” dünyası “gəlim-
li-gedimlidir”, “son ucu ölümlüdür” və heç kimə qalmır. Azərbaycan xalq yara-
dıcılığında bu fəlsəfə “maddi və mənəvi” binar oppozisiyasında vəhdət təşkil edir
və sosial kontekstdəki bütün motivlənmələrində üstün mövqeyi “mənəvi”yə
verir. Aşıq şeirndə dünyanın müvəqqətiliyini ifadə edən vasitələr onun daimiliyi-
nə və əbədiliyinə xidmət edir. Bunun üçün ən çox və ən populyar ifadə “Süley-
man mülkü”dür. “Süleymannan qalan dünya” “Süleymana qalmır”, “Süleymana
qalmayan dünya” heç kimə qalmır:
Gəl bir səndən xəbər alım,
Süleymandan qalan dünya.
Əzəli gül kimi açıb,
Axırında solan dünya (Xəstə Qasım).
Bu və bunun kimi onlarla fərqli şəkillərdə ifadə olunan sadə xalq fəlsəfəsi
dünyanın əbədiliyi düşüncəsini, maddiyyata bağlılığın mənasızlığı fikrini möh-
kəmləndirir. Beləliklə, Orta çağ oğuzcasındakı “Fani dünya” orta əsrlərin sonla-
rının Azərbaycan aşıq şeirinə “Yalan dünya” işarəsi ilə daxil olur. Göründüyü
kimi, “Yalan dünya” sosial məzmunludur və “gerçək dünya”nın işarəsidir. Amma
“Yalançı dünya” isə dünyanın mifoloji xarakterini təsvir edir. Başqa deyilişlə
“Yalançı dünya” gerçək olmayan dünyadır. Burada “yalançı” sözü xaosu ifadə
edə bilirsə də, dünya sözü oğuzlar üçün mifoloji kosmogenez terminologiyası
üçün ilkin anlayış kimi götürülə bilmir və ehtimal ki, sanskritcədən alınmış, sami,
hind və İran dillərində işlənən “dünya” sözü oğuz mifologiyasının təməl termin
rolunda çıxış etmək imkanını da itirir. Mütləq, oğuzların özlərinin öz dillərində
xaos və kosmos anlayışları olmalıdır və təbii ki, oğuz mifinin təməl anlayışları
oğuzca ifadə olunmuşdur. Sonrakı dövrlərdə bu anlayışların əvəzlənməsi də
mümkündür. Belə bir əvəzlənmə xaos və kosmos haqqında təsəvvürləri bildirən
söz yuvasına ekstralinqivistik vahidlərin daxil olmasına imkan verir. Bu zaman
mif paradiqmatik səviyyədə genişlənir və təməl anlayışlar bu paradiqma cərgə-
sinə qarışır və arxaikləşir.
Dədə Qorqud ● 2015/I I 52
Kosmoqoniyanın strukturu xaos-kosmos binar oppozisiyasında gerçəklə-
şir. Xaosda kosmosun qurulması üçün ora kosmos elementinin daxil olması
lazımdır.”Yalançı dünya”ya daxil olan element-Təpəgöz xaos təsəvvürünü
ehtiva edir. Bu o deməkdir ki, Təpəgöz mif strukturunun nüvəsini təşkil edən
xaosu özündə təmsil edir və kosmosa daxil olur. Bu nümunədə kosmos “Yalançı
dünya”dır. Çünki əgər iki zəruru və minimum struktur elementindən biri-
Təpəgözün xaos elementi olması məlumdursa, o zaman yerdə qalan, yəni “Ya-
lançı dünya” kosmos olacaqdır. Beləliklə, Təpəgöz oğuz kosmosuna –“Yalançı
dünya”ya daxil olur və onu sosial səviyyədə simvolizə edən Oğuza qarşı çıxır.
Yeni kosmosun qurulması və Oğuzun xilası Basat vasitəsilə gerçəkləşdirilir.
”Yalançı dünya yüzündə bir ər qopdı” (8, 100) cümləsində ifadə olunan
fikir “dünyaya bir adam gəldi” deməkdir. Buradakı dünya ritual məkanının hafi-
zələrdən silinməmiş izlərini özündə saxlayam oyun dünyasıdır. Buradakı “bir
ər” qeyri-müəyyəndir və xaos elementinin kosmosa daxil olmasını göstərir.
Təpəgöz xaos elementi kimi kosmosa daxil olur və onu dağıdır. Kosmos özünü
xaos elementindən mühafizə etməyə çalışır, Basat vasitəsilə Təpəgözü öldürərək
ondan xilas olur və özünü yenidən bərpa edir. Kosmos müvəqqəti olaraq quru-
lur, dağılır və hər dəfə yenidən xaosdan keçərək onda qurulur. Kosmos saydığı-
mız bu dünya müvəqqəti dünyadır, qarının dediyi “Yalançı dünya”dır, Qorqu-
dun dediyi “Fani dünya”dır. Xaos isə tam əksinə, daimidir və içində kosmosun
qurulmasını təmin edir. Bu yalançı dünyanın, fani dünyanın, gəlimli-gedimli
dünyanın son ucu ölümlüdür. Tanrıçı oğuzların təsəvvüründə qiyamət anlamına
gələn “sağış günü” də var. Oğuzlar bunu bilir və əbədi dünyaya “uçmaq” üçün
yum verirlər, behiştə gedə bilmək üçün dua edirlər.
S.Rzasoya görə, “Basat-Təpəgöz” boyu oğuz mifoloji dünya modelinin
kosmoloji strukturunun qorunub qaldığı təkcə bu faktla əlamətdar deyildir. Bu-
rada Kosmos-Xaos qarşıdurma qoşası kosmoloji məkan strukturu səviyyəsində
məhz öz “Oğuz-Yalançı dünya” adı ilə tam bərpa oluna bilir” (8, 185). Burada
Təpəgözün aid olduğu dünya özünün xaos xarakterli olması, xtonik elementlərlə
zənginliyi və demonoloji fəaliyyəti ilə səciyyələnir. Bu da xaos mifinin, mifdə
xaosun, eposda xaos obrazının aşkarlanmasına imkan verir. Əlbəttə, bu mifoloji
dünya modelinin paradiqmatik stukturunu təşkil etməkdədir. Burada mifin
strukturu həm epos paradiqmasında, həm də özünün paradiqmatik strukturunda
müşahidə olunur.
“Yalançı dünya” “Təpəgözün mənsub olduğu xaosu bildirmək üçün işlə-
dilmir. Təpəgözün yaşadığı mağara xtonik məkanı-yeraltını bildirir və oğuz kos-
mosuna qarşı durur. Oğuz mifində dünya şaquli strukturuna görə üç elementin
iki tərəfli qarşıdurmasından ibarətdir: Göy-Yerüstü-Yeraltı (7).
Belə ki, boyda Təpəgözlə Basat arasında Basatın kimliyi barəsində dialoq
olurTəpəgöz onun mənsub olduğu dünyanı soruşur:
“Qalarda-qoparda yigit, yerin nə yerdir? (10, 102).
Dostları ilə paylaş: |