Dədə Qorqud ● 2015/I I 111
idi. O, 3 il ərzində Vamberinin (1832-1913) dərslərində Osmanlı, uyğur, tatar və
çagatay dillərini öyrənmiş və bu sahədə bir sıra tədqiqat əsərləri yazmışdır.
Dilçilik sahəsində böyük uğurlara imza atan Kunoşun həyatını Budapeştdə
küçədə gəzərkən rastlaşdığı Türkiyədən gələn bir qənnadçı dəyişdirir. Alim bu
qənnadı dükanına girir və dükanın sahibi ilə uzun-uzadı türk dilində söhbət edir.
O, bu söhbət əsnasında qənnadçının danışdığı türkcənin müəllimi Armin Vam-
berinin universitetdə onlara öyrətməyə çalışdığı türkcədən çox daha fərqli
olduğunu anlayır. Bu mövzuda Vamberi ilə Kunoş arasında uzun-uzadı müba-
hisə yaranır və bu polemikanın sonunda Kunoşun “görəsən, türk millətinin xalq
ədəbiyyatı varmı?” sualına Vamberi “bildiyimə görə, o qədər də çox deyil” ca-
vabını verir. Kunoş “bəs Əhməd Vəfiq Paşanın (1823-1891) “Atalar sözü” kita-
bı, yaxud Nəsrəddin Xocanın bütün dünyada məşhur və bütün Qərb dillərinə tər-
cümə olunan “Lətaif” əsəri xalq ədəbiyyatı deyilmi?” sualını verdikdə Vamberi
“bax, türklərin xalq ədəbiyyatı elə bu qədərdir. Başqasını da bilmirəm” – deyir.
Kunoş isə qarşılığında “dünyanın heç bir milləti – cahil olsa, bütlərə sitayiş etsə,
istər müsəlman, istər xristian olsun, xalq ədəbiyyatsız olmaz. Tanrı yaratdıq-
larının söylədikləri onsuz da xalqın düşüncəsidir, dodaqlarının gülüşüdür, ruhu-
nun əyləncəsidir, dərdlərinin fəryadıdır. Düşüncələrə dalsa, düşüncəsidir, qəmi
varsa, könlünün yarasıdır, bəxti varsa, bəxtinin gülü, sünbülüdür. Türk xalqı
düşünməzmi? Kəndlisinin ahu-vahı göyə çıxmazmı? Bağçasındakı gülünün rən-
gi, qoxusu yoxdurmu? Siz necə türklərin xalq ədəbiyyatı yoxdur deyə bilirsiniz,
inanmaram” – deyir. Müəllimi bir xeyli düşündükdən sonra sevinə-sevinə onun
üzünə baxır və cavab verir:
– Bəlkə də sən haqlısan. Bəlkə də mənim duyduqlarım səhvdir. Ən yaxşı-
sı, sən Türkiyəyə get, türk ədəbiyyatını araşdır. Allah köməyin olsun...
Bundan sonra Vamberi Kunoşun diqqətinə Yanos Krcsmarikin (1857-
1943) “Türk xalq türküsü haqqında” (“A török népdalról”) adlı əsərini çatdırır.
O dövrdə türkü və şərqi arasındakı fərqi dərindən sezə bilməyən Avropa alimləri
üçün normal qəbul olunan bu əsəri İqnats Kunoş oxuyanda bunların əslində ərəb
və fars dilinin təsiri altında söylənən türkcə şərqilər olduğunu duydu.
1884-cü ildə Kunoş Macar Krallıq Ali Müəllimlik məktəbində bir il əvəz-
ləyici müəllim vəzifəsində çalışdı. Lakin akademik fəaliyyətini davam etdirməyi
düşünürdü. O, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvləri olam müəllim-
ləri Jozsef Budenzin, İqnat Qoldzieherin və Armin Vamberinin təkidi ilə Ana-
dolu şivələrini və xalq dilini araşdırmaq məqsədi ilə Macarıstan Elmlər Aka-
demiyasına müraciət etdi. 1885-ci ildə isə araşdırma aparmaq üçün icazə aldı və
Osmanlı dövlətinə yola düşdü. Ona bu işdə maddi və mənəvi dəstək olanlar
arasında dostu Bernat Munkacsi, Budapeşt Yəhudi Cəmiyyəti, xüsusilə bu cə-
miyyətin rəhbəri Mor Vormann, onun katibi, musəvi kimi tanınan məşhur şərq-
şünas İqnat Qoldzieherin və müəllimi Jozsef Budenzin əvəzsiz xidmətləri ol-
muşdur.
Dədə Qorqud ● 2015/I I 112
Kunoş Budapeştdən Zimoni əyalətinə getmək üçün pulsuz qatar bileti,
İmperatorluğun və Krallığın Buxarlı Gəmi şirkətindən Zimonidən Ruscuğa və
Ruscuqdan Lom Palankaya (Bolqarıstan) qədər getmək üçün də pulsuz gəmi bi-
leti ilə təmin edilmişdir. O, bu biletlerin müqabilində tədqiqatlarının nəticələrini
Macarıstan Elmlər Akademiyasının bülletenində yayımlayacağına söz vermişdir.
Kunoş Türkiyə səfərini Tuna sahillərində yerləşən əhalisinin əksəriyyəti-
nin türk olduğu Ruscuqla başlamışdır. Burada yaşadığı müddətdə türk dilini və
türk adət-ənənələrini öyrənmişdir. Ruscuqda Adaqala xalq türkülərini toplamış-
dır (6; 24). Bu səyahətdən çox razı qalan alim xatirələrində yazır ki, bu səyahət-
dən sonra o, yuxularında türkcə danışırdı (8). Kunoş Ruscuqda təxminən 100
türkü toplamışdır. Onun bu toplama işində bölgənin dialekti mühafizə edildiyin-
dən Türkiyə dialekt və şivələrinin öyrənilməsi (9) baxımından bu işlər əvəzsiz
mənbədir.
Qeyd edək ki, Adaqala Rumınyanın Orşova şəhərinə yaxın Tuna çayının
üzərində yerləşirdi. 1691-ci ildə Osmanlılar tərəfindən fəth edilmiş, 1878-ci il
13 iyunda imzalanmış Berlin traktatında kimə tabe olacağı unudulduğundan
1923-cü ildə Lozan sülh müqaviləsi ilə Rumınyaya verilmişdi. Müdafiə məqsədi
ilə salınan bu ərazi əhalisinin hamısının türklərdən ibarət olduğu yeganə bölgə
idi. Əhali tütünçülük, qayıqçılıq, balıqçılıq və ticarətlə məşğul olurdu. Ada baraj
suları altında qaldıqdan sonra əhalinin böyük bir hissəsi Türkiyəyə köç etmişdir.
Adaqalanın folkloru, etnoqrafiyası və dili haqqında ilk məlumatı məhz İqnats
Kunoş vermişdir (25, 173).
Kunoşun verdiyi məlumata görə, adadakı evlər birmərtəbəli, kərpic tavanlı
tikililərdir. Burada tək minarəli bir məscid də var idi. Alim burada olduğu müd-
dətdə adanın təxminən 550 nəfər sakini olduğunu, onların da getdikcə azaldığını
yazır. Adaqalada bir həbsxananın olmasına baxmayaraq, həmişə boş imiş, yayın
istisində insanlar oraya sərinləmək üçün toplaşırmışlar. Adada bir nəfər də olsun
zəngin adam yox idi. Lakin buna baxmayaraq, adada dilənçi də yox idi (28,
126). Kunoş burada etnoqrafik ənənələri əks etdirən 60-dan çox fotoşəkil, 80
mənzum əsər, 100-dən çox türkü, 43 nağıl, tapmacalar, uşaq oyunları, batil
inanclar toplamışdır.
Adaqala səfərinin ardından Kunoş Varnaya yola düşmüşdür. Orada da türk
əhalisinin folklorunu və etnoqrafiyasını dərindən öyrənmiş, ərazi ilə bağlı bir
sıra dəyərli məlumatlar vermişdir. Alim Varna torpaqlarının tarixi haqda məlu-
mat verərkən burada tarix boyu “mühüm bir türk nüfuzu”nun (4, 160; 2, 5696-
5697) yaşadığını qeyd etmişdir.
VI əsrdə yunan kolonyası kimi tanınan Odesos şəhərinin adına XII əsrə
aid tarixi mənbələrdə Varna şəhəri kimi rast gəlirik. Bolqarıstanın ikinci böyük
şəhəri olan Varna əhəmiyyətli nəqliyyat yolu olmaqla yanaşı, ölkənin iri
mədəniyyət mərkəzlərindən biridir. Varna, eyni zamanda Bolqarıstanın Qafqaz,
Dostları ilə paylaş: |