Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə1/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
  1   2   3   4   5   6   7   8   9   ...   77


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU 
 
 
 
 
 
 
 
 
 
 
DƏDƏ QORQUD 
 
 
DADA GORGUD
 
 
 
 
Elmi-ədəbi toplu 
 
İldə 4 sayı buraxılır
 
 
 
 
III (56) 
 
 
 
 
 
 
BAKI - 2015 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     2 
 
 
 
Toplu Azərbaycan Milli Elmlər Akademiyası 
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
 
 
 
 
Baş redaktor: Tofiq HACIYEV 
 
Redaksiya heyəti: 
Kamal  Abdulla,  Anar,  Şükrü  Haluk  Akalın  (Türkiyə),  Amanmırat 
Baymıradov  (Türkmənistan),  Nizami  Cəfərov,  Paşa  Əfəndiyev,  Əfzələddin 
Əsgərov,  İsa  Həbibbəyli,  Muxtar  İmanov,  Kamran  Əliyev,  Hüseyn  İsmayılov, 
Tofiq  Məlikov  (Rusiya),  Elxan  Məmmədli,  Törə  Mirzəyev  (Özbəkistan),  Qara 
Namazov,  Oljas  Süleymenov  (Qazaxıstan),  Osman  Fikri  Sərtqaya  (Türkiyə), 
Sadık Tural (Türkiyə), Fikrət Türkmən (Türkiyə) 
 
 
 
Baş redaktorun müavini:  
Seyfəddin Rzasoy 
Məsul katib:    
 
Tahir Orucov 
 
 
İngiliscəsinə məsul:    
Seyran Əliyev 
Ruscasına məsul:  
 
Aslan Məmmədli 
 
Nəşrinə məsul:  
 
Əziz ƏLƏKBƏRLİ 
 
 
 
“Dədə Qorqud”. Elmi-ədəbi toplu, III. Bakı, “Nurlan” nəşriyyatı, 2015 
 
 
 
 
 
ISSN 2309-7949 
 
 
 
 
© Folklor İnstitutu, 2015 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     3 
 
 
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar
 
 
Abbasəli ƏHMƏDOĞLU   (İran) 
Pəyame Nur Universiteti, İngilis dili departmanı 
İngilis ədəbiyyatı müəllimi 
e-mail: arazahmadoghlu@gmail.com 
 
 
OĞUZLARDA “GÜN ORTA” 
 
Xülasə 
“Dədə Qorqud kitabı”ndakı sözlər və deyimlər epik düşüncənin mifik çağlardan bəri bizə gəti-
rib çatdırdığı mədəniyyət faktları olduğuna görə onlara çox ehtiyatlı və sayıqlıqla yanaşılmalıdır. Bu 
sözlərdən biri də çox araşdırılmış “gün orta” sözüdür. Sözün araşdırılması eposun bir çox öyrənilmə-
miş tərəflərini dərk etməyə imkan verir. 
Açar sözlər: Dədə Qorqud, Oğuz, Basat, Təpəgöz, Qıyan, mif, “gün ortac”, istiarə, kinayə  
 
“GUN ORTA” İN OGUZ 
 
Summary 
 Regarding the epic structure of the Book of Dada Qorqud and condensed meaning hidden in 
their layers of meaning and centuries of experiences, the words and phrases in this Turkic masterpiece 
should be studied very carefully and cautiously. One of the most frequently researched words is “gün 
orta”, meaning “noon” in English. In this essay this expression will be approached as figurative lan-
guage term. 
 Key  phrases:  Dede  Gorgud,  Oguz,  Basat,  Tapagoz,  Qiyan,  myth,  “gun  ortac”,  extended 
metaphor, irony 
 
«ГЮН ОРТА» У ОГУЗОВ
 
 
Резюме 
Смысл  и  художественный  опыт  веков  «Книги  Деда  Коркута»  скрыты  в  поэтических 
слоях эпоса. И поэтому слова и фразы в этом тюркском шедевре должны быть изучены  очень 
тщательно и осторожно. Один из наиболее часто исследуемых слов "гюн орта" буквально озна-
чает  "полдень".  Анализ  данного  слова  позволяет  выявить  некоторые  неизученные  стороны 
эпоса.  
Ключевые слова: Деде Коркут, огузы, Басат, Tепегез, Гыян, миф, "Гюн ортадж", мета-
фора, ирония 
 
 Məsələnin qoyuluşu: Dünyada ən əski mədəniyyətləri qurmuş xalqların yaşa-
dığı təcrübələr, dünya görüşləri, fəlsəfi düşüncələri və varlığa olan bütün münasibət-
ləri hər xalqın yaratdığı mədəniyyət və onun göstəricisi olan dilin kökü, mifologiya-
da formalaşıb bu günə gəlib çatmışdır. O üzdən, mifik yaradıcılıqda olan hər bir söz 
yaşadığı  illər  baxımından  özünəməxsus  bir  mədəniyyətdir.  Mifik  ədəbiyyatda  olan 
sözlər  zaman  ötdükcə  morfoloji  və  orfoepik  dəyişiklərə  məruz  qalmasına  baxmaya-
raq, təməl  anlamını  çeşidli  deyimlər  və  qavramlar  formasında  qoruyub  saxlamışdır. 
Bu sözləri araşdırmağa çalışan hər bir bilim adamı yalnız deyilən dilin yaratdığı mə-
dəni çevrə içində yaşayıb, o dilin dərinliklərinə vara bilən bir kimsə ola bilər. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     4 
 
 
İşin məqsədi: Məqalədə əsas məqsəd “Kitabi-Dədə Qorqud”da işlənmiş “gün-
ortac” anlayışının epik-mifoloji semantikasını tədqiq etməkdir.  
Türk-Oğuz mədəniyyətinin ən dəyərli abidəsi  sayılan  “Dədə Qorqud kitabı”n-
dakı  işlənən  sözlərlə  deyimlər  bu  kitabın  mifik  çağlardan  bəri  işlənib,  hərəsi  özünə 
görə bir abidə sayılan ifadələr öncə gətirdiyimiz səbəblərdən deyilən üsullardan qıra-
ğa qoyula bilməz. O üzdən hər bir araşdırıcı bu abidələrə yanaşmaq üçün sorumlulu-
ğunu  başa  düşməli  və  onlara  ehtiyatla  yanaşmalıdır.  Örnək  olaraq,  arxeoloqlar  əski 
bir  abidəni  araşdıranda  onun  daşlarını,  kərpiclərini  bir-bir  ayırıb  araşdırmırlar,  hər 
abidəni  bütövlükdə tədqiq edib,  mahiyyətini  və varlığını üzə çıxardırlar. Mifologiya 
araşdırıcıları da bu işi görməlidirlər. Dilçilikdə belə bir deyim var: “Hər bir söz yal-
nız olduğu mətnə görə anlam daşıyır.” Buna görə də “Dədə Qorqud kitabı”ndakı söz-
lərin  ən  etibarlı  anlamı  onların  mövcud  olduğu  mətnin  anlamına  görə  yorumlanma-
lıdır. Belə sözlərdən biri mübahisə predmeti olan “gün ortac” ifadəsidir. 
“Basatın Təpəgözü öldürdüyü boy”da Təpəgöz Basatdan soruşur: 
Qalarda-qoparda yigit, 
yerin nə yerdir? 
Qarannu dün içində yol azsan, 
umun nədir? 
Qaba ələm götürən xanınız kim? 
Qırış günü öndin? 
Ağsaqqallı baban adı nədir? 
Alp ərən ərdən adın 
Yaşurmaq eyib olur, 
Adın nədir, yigit, degil mana! (D 231) 
Basat isə ona belə cavab verir: 
Qalarda-qoparda yerim Günortac! 
Qarannu dün içində yol azsam, 
Umum Allah! 
Qaba ələm götürən xanımız –  
Bayındır xan! 
Qiriş günü öndən dəpən alpımız 
Salur oğlı Qazan! 
Atam adın sorar olsan, - Qaba Ağac! 
Anam adın dersən, Qağan Aslan! 
Mənim adım sorarsan, - 
Aruz oğlı Basatdır. (D 231); (7, 92) 
Basatın burada işlətdiyi “gün ortac” sözünü bir çox tədqiqatçılar coğrafi termin 
kimi  başa düşüb, onu oğuzların yaşadığı Azərbaycan torpağında bir yer adı, bir topo-
nim kimi açıqlamağa çalışıblar. Onlarda yaranan bu fikir rus akademiki V.V.Bartold-
dan gələ bilər. O, bu sözü mürəkkəb ad kimi götürərək, rus dilinin orfoqrafiyasına uy-
ğun defislə və böyük hərflərlə vermişdir. Bu üzdən Bartolda görə, “Gün Ortac” yalnız 
Basatın  yox, bütün oğuzların yaşadığı bir toponimdir. Onun yazdıqlarından təsirlənən 
azərbaycanlı  alimlər  də  bu  sözü  bir toponim  kimi  açıqlamışlar.  O  cümlədən tanınmış 
dilçi alim M.Cahangirov həmin sözü belə açıqlayır: “Aydındır ki, burada Günortac sö-
zü ümumi (bütün Daş Oğuz tayfası, yaxud Ümumoğuz eli ərazisini), ya da məhəlli (qə-


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə