Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə14/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   10   11   12   13   14   15   16   17   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     31 
 
 
raraq  niyyət  edir,  məbəd  həyətində  mütləq  xoruz və  ya  toyuq,  hətta  qoyun  kəsirlər. 
Tarixi-etnoqrafik tədqiqatlardan  məlum olur ki, XIX-XX əsrin əvvəllərinədək Azər-
baycanın  Gəncə,  Lənkəran,  Qəbələ  kimi  bir  sıra  bölgələrində  ziyarətgahlarda  xoruz 
və  ya toyuq kəsilməsi ənənəsi  Qafqaz Albaniyası  dövründən bəri  mövcud olmuşdur 
(12, 24-25, 13, 40). 
Ümumiyyətlə, azərbaycanlıların qədim ayinlərində, xüsusilə də alban tayfaları-
nın birbaşa varislərindən olan, udi, xınalıq, qrız, ingiloyların qədim inanclarında, mə-
rasim  ayinlərində,  xüsusilə,  toy  mərasimlərində  xoruz  mühüm  yer  tutur.  Udilərin 
kompakt yaşadığı Nic kəndində isə ancaq xoruz və ya toyuq qurban kəsilən “Toyuq 
piri” adlı pir mövcuddur. Xoruzun (və ya toyuq) Oğuz qəbilələrində də zoomorfik to-
temlərindən biri olduğu tədqiqatlarda qeyd olunmuşdur(15, s.32).  
Kürmükoba bayramı zamanı məbədin ərazisinə hətta qurbanlıq qoyun da 
gətirib kəsər, ondan xaşlama adlanan mərasim yeməyi də bişirib elliklə
 y
eyərlər ki, 
bu da dinlərin sinkretizminin bir əlamətidir (şəkil 8; şəkil 9).
 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     32 
 
 
 
Qeyd etmək lazımdır ki, xristian olmalarına baxmayaraq, udi və ingiloylar bü-
tün Azərbaycan üçün səciyyəvi olan ziyarətgahlarda, xüsusilə də Komrad və Kürmük 
məbədlərində qoyun qurban kəsərlər. Göründüyü  kimi,  mərasim ayinlərindəki eyni-
lik alban etnoslarının ortaq ənənələrindən və bütövlükdə ümumazərbaycan ənənələri-
nin qədim və vahid etnogenetik köklərindən xəbər verir.  
İşin  nəticəsi.  Apardığımız  araşdırmalar  dini  mənsubiyyətindən  asılı  olmayaraq 
geniş xalq kütlələrinin-istər müsəlman, istərsə də xristian əhalinin elliklə Kürmükoba 
bayramında  iştirakı  və  burada  kosmoqonik  inamlar,  dağ-daş,  ağac  kultu  ilə  bağlı 
müxtəlif təbiət ayinləri icra etməsi bu bayramın qədim məhsuldarlıq bayramı olduğu-
nu göstərir. Tarixi zaman içərisində Kürmük çayının şərəfinə keçirilən, Ay və su kul-
tu ilə bağlı qədim  məhsuldarlıq ayinin  izlərini daşıyan Kürmükoba bayramı öz ilkin 
mahiyyətini  itirməmiş,  yerli əhali  Kürmükoba  bayramında kökü qədim alban  mədə-
niyyətinə  dayanan  ümumazərbaycan  ənənələrini  yaşatmağa  nail  olmuş,  tarixin  ən 
erkən mərhələlərində meydana gələn qədim dünyagörüşləri əsrlərin süzgəcindən ke-
çirərək qoruya bilmişdir. 
İşin  elmi  yeniliyi.  Antik  mənbələr  və  arxeoloji-etnoqrafik  materiallar  əsasında 
Kürmük  məbədinin  ilkin  təyinatına  görə  albanların  sitayış  etdikləri  İlahi  üçlüyün-
Göy,  Günəş  və  Ay  tanrılarının  şərəfinə  inşa  edildiyi  müəyyən  edilmişdir.  Kürmük 
məbədinin erkən orta əsrlərə aid alban  məbədi olub əcdadlarımızın dini  inanclarının 
rəmzi,  dinlərin  sinkretizmi  nümunəsi  olması  tarixi  mənbələr  və  etnoqrafik  material-
larla əsaslandırılmış, burada icra olunan Kürmükoba mərasimində Azərbaycan mədə-


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     33 
 
 
ni  irsinin  mühüm  mərhələlərindən  biri  olan  Qafqaz  Albaniyası  dövrünə  aid  qədim 
inancların izləri üzə çıxarılmışdır.  
 
ƏDƏBİYYAT 
 
1. 
Ахундов  Д.А.  Архитектура  древнего  и  ранне-средневееового  Азербайджана, 
Азербайджанское Государственное издательство 
Б
аку, 1986 
2. 
Ахундов  Т.  Северо-западный  Азербайджан  в  эпоху  энеолита  и  бронзы. 
Баку,Элм, 2001. 331с. , s.89-99 
3. 
Барановский  П.Д.  Памятники  в  селениях  Кум  и  Лекит.  Архитектура 
Азербайджана /Эпоха Низами/ М.-Б., 1947, səh 29-30),  
4. 
Гейбуллаев Г. К этногенезу азербайджанцев. Баку.1994. 
5. 
Геюшов Р.Б. Христианство в Кавказской Албании Б., 1984, səh 20) 
6. 
Сборник 
материалов 
для 
описания 
местностей 
и 
племен 
Кавказа 
вып.31.Tiflis.1902.  
7. 
Страбон. География, кн. XI гл.4.  
8. 
Керимов В. Храм Зейзит Кавказской Албании . Издательство Елм. Баку, 2008 
9. 
Карахмедова А.А. Христианские памятники Кавказзской Албании. Баку,1985  
10. 
Керимов Э. Ингилойцы - потомки древних албанцев.\\Ирс, № 4, Баку, 2007, 
11. 
Фон  –  Плотто  А.  Природа  и  люди  Закатальского  округа.  –  ССКГ,  вып. 
IV,Т.,1870.  
12. 
Ямпольский  З.И.  Древняя  Албания  III—I  вв.  до  н.  э.  Издательство  Академии 
Наук Азербайджансской ССР Баку, 1962.  
13. 
Мещанинов И.И. Пиры Азербайджана. Баку, 1929 
14. 
Əzimov H. Əhmədov Ş. Qax abidələri. Bakı, 1998. 
15. 
Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları, Bakı,1983.  
16. 
 Kalafat Y. Doğu Anadoluda Eski Türk İnanclarının izleri. Ankara, 2005.  
 
 
 
Çapa tövsiyə edən: fil.ü.e.d. Seyfəddin Rzasoy  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     34 
 
 
Tahir ORUCOV 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi 
e-mail: tahiroruclu@gmail.com
 
 
 
HÜMMƏT ƏLİZADƏ VƏ AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞI 
 
Xülasə 
Məqalə Azərbaycan folklorşünaslığında böyük xidmətləri olan Hümmət Əlizadənin folklorşü-
naslıq fəaliyyətinə həsr olunmuşdur. Məlumdur ki, XX əsrin 20-40-cı illər Azərbaycan folklorşünas-
lığı toplama, nəşr, tədqiq zənginliyi ilə, eləcə də görkəmli folklorşünasları ilə folklorşünaslıq elmi tari-
xində xüsusi mərhələ təşkil edir.  
Bu dövr Azərbaycan folklorşünaslığının görkəmli nümayəndələrindən biri də Hümmət Əlizadə 
olmuşdur.  Onun  Azərbaycanın  müxtəlif  bölgələrindən  topladığı  şifahi  xalq  ədəbiyyatı  nümunələri, 
eləcə  də  folklorşünaslığa həsr  edilən nəzəri  yönümlü əsərləri  folklorşünaslıq  tariximizdə  xüsusi əhə-
miyyətə malikdir. 
 Açar  sözlər:  Hümmət  Əlizadə,  Azərbaycan  folklorşünaslığı,  folklor,  şifahi  xalq  ədəbiyyatı, 
”Azərbaycanı öyrənən cəmiyyət”. 
 
HUMMAT ALIZADEH AND AZERBAIJAN FOLKLORE-STUDY 
 
Summary 
The  article  deals  with  the  folkloristic  activity  of  Hummat  Alizadeh  who  has  a  great  role  in 
Azerbaijan folklore-study. It is known that, 20-40-years of 20
th
 century take special stage in folklore-
study  history  with  the  collectioning,  publicating,  researching  richness  and  famous  folklore-studiers. 
H.Alizadeh was one of the well-known representatives of Azerbaijan folklore-study. Folklore samples 
which  H.Alizadeh  collected  from  various  regions  of  Azerbaijan,  also  his  thematic  works  take 
particular importance in folklore-study history. 
Key  words:  Hummat  Alizadeh,  Azerbaijan  folklore  study,  folklore,  oral  literature,  “Azerbai-
jani learning society”  
 
ГУММАТ АЛИЗАДЕ И АЗЕРБАЙДЖАНСКАЯ ФОЛЬКЛОРИСТИКА 
 
Резюме 
Статья  посвящена  фольклорной  деятельности  Гуммата  Ализаде,  имеющего  большие 
заслуги  в  азербайджанской  фольклористике.  Известно,  что  богатством  исследования,  публи-
кации, сбора азербайджанской фольклористики, а также своими видными фольклористами 20-
40-е годы XX века представляют собой особый этап в истории науки фольклористики. 
Гуммат Ализаде был одним из известных представителей азербайджанской фольклорис-
тики данного периода. Особое значение в истории фольклористики имеют собранные им образ-
цы устной народной литературы из разных районов Азербайджана, а также теоретические тру-
ды, посвященные фольклористике.  
Ключевые  слова:  Гуммат  Ализаде,  Азербайджанская  фольклористика,  фольклор,  уст-
ная народная литература, «Общество, изучающее Азербайджан». 
 
Məsələnin  qoyuluşu:  XX əsr Azərbaycan  folklorşünaslığının görkəmli  nüma-
yəndələrindən biri olan Hümmət Əlizadənin folklorşünaslıq irsi diqqətlə araşdırılma-
lıdır. Onun mühüm əhəmiyyət kəsb edən, əsərlərinin əsas ideya ağırlığını təşkil edən 
konsepsiyaları hərtərəfli təhlil və tədqiq edilməlidir.  


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə