Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə2/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   2   3   4   5   6   7   8   9   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     5 
 
 
biləvi) məkan anlayışını bildirir, bəlkə də konkret bir məkan-yaşayış məntəqəsinin adı 
(toponimi) olaraq işlənir. Lakin heç də bəlli olmur ki, həmin söz bu anlayışların han-
sına işarədir, aid olduğu yer (bəlkə də toponim) haradır və haradadır” (2, 72). 
 Həmid Araslı bu coğrafi deyimlə bağlı yazır: “Qazan (Basat demək istəmiş) öz 
nəslinin  Günortacdan  olduğunu  qeyd  edir.  Azərbaycanda  isə  Günəbaxan  və  Güney 
adlı yerlər vardır” (6, 181). 
Asif  Hacıyev  bu  fikirlərlə  bağlı  belə  qənaətə  gəlir:  “Basatın  Boz  oqlardan  ol-
ması və öz növbəsində Boz oqların ulu oğuz yurdu Ortaqın sağ yönümündə, yəni gü-
ney, günçıxan tərəfində yaşamaları ilə bağlı tarixi həqiqətə uyğun gəlir” (1, 72).  
Mirəli Seyidov isə beləcə açıqlamağa çalışmış: “Türkdilli xalqların yer adların-
da tərkib kimi işlənən tay//tac ola bilsin ki, bizə bəlli olmayan söz, eləcə də qalığıdır. 
Hər  halda  hələlik  razılaşaq  ki,  Günortac,  Ortac  yer  adlarına  tay//tac  tərkibi  ya  ara-
meycə, ya da assurcadır” (9, 404). Sonra isə o, bu sözü Uca dağ kimi nəzərdə tutub 
sonra Ulu Dağ formasına dönməsini açıqlayır. 
 Bartoldun rus və başqa Avropa dillərinin orfoqrafiyasına uyğun defislə və bö-
yük  hərflər  ilə  başlanan  Gün  Ortac  sözü  Türk  bilginləri  O.Şaiq  və  M.  Ergin    nəşr-
lərində  ayrı  yazılsa  da,  kiçik  hərflər  ilə  göstərilmişdir  (3,  113;  4,  I  c.,  214).  Bu,  o 
deməkdir ki, onlar bu sözü açıqlamasalar da, ən azı, dilə genetik baxımdan bağlı ol-
duqları üçün onu düz başa düşə bilmişlər. 
 İndi  isə  “gün  orta”  sözünün  hansı  anlamı  daşımasını  mətnin  öz  mahiyyətinə 
dayanaraq  açıqlamaq  istərdik.  “Dədə  Qorqud  kitabı”  abidəsi  nəsrlə  poetik  formada 
yazılıb. Eposdakı qəhrəmanlarla antiqəhrəmanlar danışarkən mətn şeir formasına dü-
şür (Bu, özü başqa bir məqalənin mövzusudur). Bizə görə, şeir mükalimə subyektlə-
rinin xarakterlərini adi obrazlardan ayırmaq üçün oğuz epik təhkiyə ənənəsinin məx-
susi üsuludur. Bu baxımdan, Basatın Təpəgözə verdiyi cavabı və orada işlənmiş “gün 
orta” sözünü daha düzgün başa düşmək üçün, bəlkə də tarixçi, dilçi, siyasətçi, astro-
loq və başqa baxış bucağından deyil,  məhz dastanın öz poetikasının  “gözü” ilə bax-
maq gərəkdir. Bu baxışla abidəyə yanaşmaq, bəlkə də, ən yaxın yol ola bilər. Bu cə-
hətdən,  strukturalizmin  təhlil  üsullarına  görə,  mətn  hər  şeyi  özü  öz  içində  açıqlayır 
(10). Biz də mətni bu yanaşma prinsipləri ilə bir daha gözdən keçirməliyik. 
Oğuz  qəhrəmanları  əyləncədən  qayıdarkən  Qonur  Qoca  Sarı  Çobanın  etdiyi 
cinayətin törəməsi olan Təpəgözü yol üstündə bir yığanaq formasında görüb təpiklə-
məyə başlayırlar. Alp Aruzun təpiyi bu yığanağı yırtır və Təpəgöz oğuzların dünya-
sına daxil olur. Aruz Bayındır xandan icazə alaraq, təpəsində bir gözü olan bu eybə-
cəri  gətirib  öz  oğlu  Basatla  birlikdə  böyütmək  fikrinə  düşür.  Basatla  Təpəgöz  bir 
obada  böyüyüb  süd  qardaşı  olurlar.  Təpəgöz  Oğuz  elinə  varar-varmaz  Oğuzu  cəza-
landırmaq  istəyir  və  cinayət törətməyə  başlayır.  Böyüdükcə  cinayətləri  də  böyüyür. 
Sonunda bu cinayət Basatla Təpəgözün qardaşı olan Qıyanın ölümü ilə zirvəyə çatır. 
Bu da öz növbəsində boydakı epik konflikti kuliminasiya nöqtəsinə yüksəldir.  
Basat Təpəgözü Salaxana mağarasında yuxuda olarkən gözündən vurur. Təpə-
göz  isə  çoxlu  nalədən  sonra  onu  kor  edənin  kim  olduğunu  öyrənmək  istəyir.  Onun 
cavab almaq istədiyi suallar epos poetikasının gerçəkliyi, təqdimatın maraqlı üsulla-
rındandır:  Oğuz  qəhrəmanlarını  zəbun  edib,  kardan  salan  Təpəgözü  zəbun  edən  bu 
qəhrəman kimdir görəsən?  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     6 
 
 
Boyda  təqdim  olunan  mənzərə  epik-metaforik  situasiyadır.  Basat onu tanıma-
dığı üçün qəzəblənib Təpəgözə elə qızğın cavab verir. Çünki onlar süd qardaşıdırlar. 
Bu halda Təpəgözün Basatın kimliyini soruşması epik cəhətdən ziddiyyətli görünür. 
Onlar  bir  evdə  böyümüşlər  və  Təpəgöz  Basatın  Aruzun  oğlu  olduğunu  yaxşı  bilir. 
Ancaq  dialoqun  öyrənilməsi  göstərir  ki,  Təpəgöz,  əslində  Basatın  insani  kimliyini 
deyil, totem kimliyini soruşur. Lakin biz bu məsələ üzərində geniş dayanmırıq. Çün-
ki məqsəd “gün orta” sözüdür. 
Xalq  arasında  olan  deyimlər  buradakı  “gün  ortac”  sözünün  üzərinə  işıq  salır. 
Bu gün bizim xalqlarda qarşı tərəf ən açıq həqiqəti başa düşə bilməyəndə belə bir de-
yim işlənir: “Burda nə var ki? Hər nə gün kimi ortada!”. 
Bu, o deməkdir ki, “Axı niyə bu aydınlıqda sözü, sorğunu, ya gerçəyi başa dü-
şə bilmirsən!” Cənubi Azərbaycanda da uşaqların “gizlən qaç” adlı bir oyunu var. Bu 
oyunda gizlənməyi bacarmayan uşaqlara başqaları “Gün kimi qalıb ortada!” deyirlər. 
Ərəb xalqlarında  isə  “ﺲﻤﺸﻟا ﻦﻣ ﺮﮭظا” şəklində bir deyim  var və eyni  mənanı daşıyır: 
“Gündən daha aydın!” Doğrudan da, Basatın “sözü” də gün kimi aydındır. O, Təpə-
gözə  “Sən  necə  kütbeyinsən  ki,  mənim  hansı  yerdən  gəlməyimi  bilmirsən!”  demək 
istəyir. Təpəgöz sanki unudur ki, onun Oğuza qarşı etdiyi cinayətlərin  hamısı Oğuz 
coğrafiyasında baş verib. Basat bütün mənanı iki kəlmə ilə (“gün orta” sözü ilə) ifadə 
edir. Bu zaman unutmamalıyıq ki, bu dastan sıxlaşmış və qatılaşdırılmış mənalardan 
təşkil olunub. Elə “Dədə Qorqud kitabı”nı bədii sözün möcüzəsinə çevirən də bu in-
cəliklərdir. 
Basatın  öz  haqqında  verdiyi  tanıtmadan  sonra  Təpəgözün  çox  çaşqınlıqla  dilə 
gətirdiyi sözlər fikrimizi təsdiq edir: 
“Əmdi qardaşuz, qıyma mana!” (D 232); (7, 93)  
O, ətdən olan gözünü əldən verəndən sonra “gün orta” kimi gerçəyi başa düşə 
bilir.  Ancaq  bu  zaman  artıq  iş  işdən  keçir.  Təpəgözün  “qıyma  mana!”  sözü  Basatı 
daha artıq qəzəbləndirir və o, “gün orta” kimi gerçəyi “Əmdi qardaş” buludu altında 
gizlətməyə çalışan Təpəgözə belə cavab verir: 
Mərə qavat! Ağ saqqallı babamı ağlatmışsan! 
Qarıcıq ağ birçəkli anamı bozlatmışsan. 
Qarındaşım Qıyanı öldürmişsən. 
Ağca yüzlü yengəmi dul eyləmişsən. 
Ala bəbəklərin öksüz qomişsan. 
Qormıyam səni, 
Qara polad uz qılıncım dartmayınca, 
Qafalu-börklü başın kəsməyincə, 
Alça qanın yer yüzinə tökməyincə, 
Qardaşım Qıyanın qanın almayınca 
Qomazam!” (D 232); (7 , 93)  
 Dədə Qorqud eposundakı adların  hər biri azı  bir  məqalənin  mövzusudur. An-
caq  buradakı  Qıyan  adı  “gün  orta”  kimi  daha  bir  gerçəyi  açıqlayır.  Basatın  qardaşı 
Qıyan  Təpəgözü  “əmdi  qardaş”  sanıb,  ona  qıymır,  amma  Basat  Oğuz  xalqına  çox 
önəmli bir əxlaqi dərs verir: “Qıyan qıymadı, sən Təpəgöz qıydın, öldürdün. O üzdən 
“gün orta” kimi bəllidir sən qıymamalı birisi deyilsən. Qıyana qıyarlar!” Bu cəhətdən 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə