Dədə Qorqud ● 2015/I I I 9
yətin ümumi sərvətinə çevrilməsində əvəzsiz xidmətlərini göstərmişlər. Məhz bu tər-
cümələrin sayəsində dastanlar H.F.Dits, T.Nedeks, V.V.Bartold, E.Rossi, V.M Jir-
munski, A.Y.Yakubovski, S.Mandi, C.Luis, P.Mirabil və başqa nəhəng bilim adam-
larının tədqiqat obyektinə çevrilmiş, onların mizan-tərəzisinə qoyulmuş, öz səviyyə-
sinə uyğun dünya şöhrətli əsərlərlə müqayisə edilmiş, ona yalnız onu yaradan xalqın
gözü ilə yox, bütöv bəşərin, insanlığın gözü ilə baxılmış və yalnız bundan sonra öz
həqiqi qiymətini almışdır.
Hər təcümə bir dünyagörüşünün, ifadə sisteminin canlandırması, bərpa edilmə-
si deməkdir. Başqa dil sistemlərində adekvat dil vasitələrinin tapılması, tipoloji-para-
lel özəlliklərin müəyyənləşdirilməsi tərcüməçinin savadı, bacarığı, bu sahədəki
ustalığı və təcrübəsi ilə ölçülür.
Qədim abidələrin tərcüməsi kimi bir işdə belə bir metodoloji vəzifəni unutmaq
olmaz: insan psixologiyasında geden dəyişmələri nəzərə almadan, qədim ədəbiyyat
(ümumən mənəviyyat!) öyrənilə bilməz. Bu zaman paralelliyi, qədim dünyanın struk-
turunu, düzümünü, ümumbəşəri ab-havasını, insan-təbiət münasibətlərini və bütün
bunların yekunu olaraq insan təfəkkürünü, psixologiyasını nəzərə almadan, universal-
tipoloji amilləri təməl, əsas kimi götürmədən tərcümə dəqiqliyi, zənginliyi, etibarlığı,
ortaya çıxa bilməz. Bu metodologiyanı hərtərəfli şəkildə şərh və izah edən M.İ.Steblin
– Kamenski “Saqa dünyası. Ədəbiyyatın yaranması” əsərində fəlsəfi – estetik, üslubi-
poetik aspektlərdə təhlil apararaq bu qənaətə gəlir ki, tarixi həqiqətlə bədii yalanı, “sin-
kretik həqiqəti”, ifadə vasitələrinin tarixiliyini, əşya-məfhum-söz üçlüyünün ayrı-ayrı
zamanlarda, ayrı-ayrı dəyər daşıdığını nəzərə almadan qədim ədəbiyyatı dərk etmək
(həm də tərcümə etmək) mümkün deyil (9, 4-130).
Ümumiyyətlə, “Dədə Qorqud kitabı”nın müxtəlif dillərə tərcümə materialları
göstərir ki, qədim Oğuz – Azərbaycan abidəsini öz dillərinə çevirən mütəxəssislər
ümumi, qədim türk şeirini, türk folklorunu, türk şeir mədəniyyətinin aparıcı qanuna-
uyğunluqlarını gözəl bilmiş və tərcümə prosesində ümumtürk folklor, şeir, dastan
tərcümə ənənəsini lazımınca öyrənmiş və öyrəndiklərini konkret tərcümə örnəyində
gerçəkləşdirmişlər.
Bu mənada P.Mirabilin “Dədə Qorqud kitabi”nın ingilis dilinə tərcüməsi oriji-
nalın bədii-poetik strukturuna yaxınlığı ilə seçilir. Tərcüməçi eposun bədii ovqatını,
poetik vüsətini saxlamaq üçün oğuz türkcəsinin, konkret olaraq Azərbaycan dilinin
özəlliklərini, xüsusilə onun fonetik, leksik, qrammatik özəlliklərini qoruyub saxlama-
ğa çalışmışdır.
“Dədə Qorqud kitabı”nın C.Luis tərəfindən böyük ustalıqla ingiliscəyə tərcümə
edildiyini nəzərə alan P.Mirabil özünün gördüyü işi adi bir tərcümə hesab etmir. “Bi-
zim işimiz türkcəni ingilis oxucusuna çatdırmaq üçün edilən bir cəhddir. Bu səbəb-
dən biz tərcümədən yox “tər tökməkdən” danışardıq. Bu ingilis “formasında” türkcə-
nin dəqiq mənası iki laylı dərin tekst strukturu kimi tədricən üzə çıxır. Biz əslində
sözləri tərcümə etmişik və ya daha dəqiq desək tərcümədə kalkadan istifadə etmişik.
İki qat lay türk-ingilis laylarıdır və ola bilsin ki, bu ingiliscə, müəyyən müddətə, an-
qlo-sakson qulaqları üçün qəribə səslənsin, bu sadəcə olaraq “hibrit” bir tekst yarat-
maq üçün bizim etdiyimiz bir cəhddir”(7, 62.)
İstər Avropa, istərsə də türk qəhrəmanlıq eposları bədii əsər olmazdan qabaq
təmsil etdikləri xalqların ulu keçmişlərini təsvir və təcəssüm etdirən salnamələr
Dədə Qorqud ● 2015/I I I 10
olmuşdur. Təbii ki, bütün qəhrəmanlıq dastanları kimi “Dədə Qorqud” adlı oğuzna-
mə də dövründən uzaqlaşdıqca, tarixin sırf tarix əsərlərində əks olunması ilə bağlı el-
mi diqqətin bu abidələrə yönəlməsi seyrəldikcə, bədiilik faktı hegemonlaşmış, salna-
mə-dastan dastanlığa doğru inkişaf etmişdir (4, 151).
P.Mirabil qəhrəmanlıq salnamələri əsasında epik-qəhrəmanlıq dastanlarının ya-
ranmasında ozanların əməyinə və istedadına böyük önəm verir və onların “səsinin”
sehri ilə ayrı-ayrı motivlərin birləşib bir tama-dastana çevrildiyini göstərir. P.Mirabil
ozanın səsi dedikdə, onun işlətdiyi bədii təsvir vasitələrini nəzərdə tutur. Bu baxım-
dan o, dastanlarda işlənən təsvirlərə xüsusi önəm verir və dastanların dəyərini onlar-
da işlənən təsvirlərin zənginliyi ilə əlaqələndirir.
Həm türk, həm də Avropa eposlarında ozanlar məcazlardan istifadə etməklə or-
ta əsr düşüncəsini şəkil dəyişdirməklə (metafora vasitəsi ilə) verməyə çalışmışlar.
“Reallığı dəyişməklə sonsuz olaraq bir əşyadan başqasına keçmə, ardıcıl şə-
kildə əşyadan sözə və ya sözdən əşyaya keçmə Avropa-türk ağız ədəbiyyatını yara-
dan əsas keyfiyyətlərdir. Hiperbola, metafora, bənzətmə, metonimiya, təşxis qəhrə-
manlıq dünyasını təsvir etmək üçün aşıqların istifadə etdikləri texniki vasitələrdir:
bunlar qəhrəmanlıq səhnələrini çəkmək üçün aşıqların işlətdikləri rənglərdir (7, 45).
“Dədə Qorqud kitabı”nın dilində şeir-nəsr probleminin həllində, eləcə də başqa
dillərə, o cümlədən ingilis dilinə tərcümədə şeir-nəsr nisbətinin, bədii-poetik nitq sruk-
turunun adekvat təqdimində poetik leksikanın forma və məzmun özəllikləri çox mü-
hüm rol oynayır.
“Dədə Qorqud kitabı”nın ingilis dilinə P.Mirabil tərəfindən edilmiş tərcüməsinin
leksik sistemi və poetik-linqvistik özəllikləri xüsusi bir araşdırma mövzusudur.
Poetik leksika və ya üslubi-poetik leksika linqvistik poetikanın tərkib hissəsi-
dir. Sözün bir dil vahidi kimi semasioloji təhlili dilçilikdə nə qədər zəruridirsə və bu
təhlilə uyğun metodlara söykənirsə, poetik-leksik təhlil də sözün bədii-obrazlı, ədəbi-
estetik imkanlarına bağlıdır. Hətta konkret bir ədəbi-bədii əsərin həm sırf leksik və
ya leksikoloji təhlili aparıla bilər, həm də bədii-poetik və linqvopoetik təhlili gerçək-
ləşdirilə bilər.
Bu anlamda Azərbaycan dilçiliyində DQK-nın sırf leksikoloji təhlili (Ə.Dəmir-
çizadə, V.Aslanov, İ.Məmmədov …) bədii-poetik, üslubi-estetik təhlili də yox deyil-
dir (T.Hacıyev, K.Abdulla, K.Vəli, A.Hacıyev…).
Poetika tarixində Aristotel, Bualo, X.Təbrizi, Ə.Nəvai, M.Füzuli, A.N.Vese-
lovski, A.Potebnya,R.Yakobson, Ş.Balli, Y.Lotman, V.Vinoqradov, İ.Qalperin,
V.Qriqoryev, Ə.Cəfər, M.Rəfili… sözün (ümumiyyətlə mətnin) poetik dəyərliliyin-
dən, daşıdığı estetik funksiyadan geniş bəhs etsələr də, bu zəngin və geniş mövzuda
deyilməmiş, yazılmamış məsələlər də kifayət qədərdir.
Azərbaycan dilçiliyində B.Çobanzadənin, Ə.Dəmirçizadənin, T.Hacıyevin, A.
Axundovun, K.Vəlinin, K.Abdullanın və başqalarının linqvistik poetika, konkret ola-
raq poetik leksika haqqında yazdıqlarını dəyərləndirməmək mümkün deyil. Azərbay-
can dilçiliyinin bu xətti, metod və metodologiyası türkologiyada seçilir, məktəb sə-
ciyyəsi daşıyır.
Hələ 1958-ci ildə ədəbiyyatşünas alim M.Rəfili “Ədəbiyyat nəzəriyyəsinə gi-
riş” adlı məşhur kitabında poetik fonetika, poetik sintaksis anlayışlarını işləyib və
şərh edib (8, 139).
Dostları ilə paylaş: |