Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə5/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   2   3   4   5   6   7   8   9   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     11 
 
 
T.Əfəndiyeva  “Azərbaycan  dilinin  leksik  üslubiyyatı”  əsərində,  M.Adilov 
“Azərbaycan  dilində  sintaktik  təkrarlar”  monoqrafiyasında  bədii-poetik  leksikanın 
çox mühüm problemlərinə toxunmuşlar  (2, 33). 
Bizim  məqsədimiz  bu  nəzəri  qaynaqlara  söykənərək  DQK-nın  ingiliscəyə 
P.Mirabil tərcüməsində ortaya çıxan poetik-leksik problemləri işıqlandırmaqdır. 
“Dədə  Qorqud  kitabı”nı  ingilis  dilinə  uğurla  tərcümə  edən  P.Mirabilin  poetik 
leksikası,  elmi-nəzəri  münasibəti  və  praktik  çevirmələri  ayrıca  araşdırma  mövzusu-
dur.  P.Mirabil  motivləri  dastanların  “skeleti”  adlandırmışdır.  Lakin  motivlər  özlü-
yündə sənət əsəri yox, bir salnamə ola bilər. Motivləri və onların fonunda təsvir olu-
nan tarixi hadisələri sənət əsərinə çevirən bədii-poetik vasitələr sistemidir. Məhz bə-
dii  vasitələrdən  məharətlə  istifadə  nəticəsində “skelet” ətə-qana dolur, canlanır. Pal-
tar, geyim insanı bəzədiyi kimi, formulalar, bədii vasitələr də motivləri canlandırır. 
DQK-nın ingilis dilinə, o cümlədən başqa dillərə tərcüməsində tərcümə edilən 
dilin  və  “Dədə  Qorqud  kitabı”nın  dilinin  leksik  özəllikləri  aparıcıdır.  Bu,  dil  siste-
mində leksikanın rolunu əks etdirir. Dil və təfəkkür, dil və yaşam tərzi, dil və etnoq-
rafiya özəlliklərinin ağırlıq mərkəzi məhz leksikadır. 
Şəkil və məzmunca söz qrupları, xüsusilə çoxmənalılıq kateqoriyası, deyim xə-
zinəsi,  məcazlar  sistemi,  əsasən  metaforalar,  metonimiyalar,  bədii  təyinlər,  müqayi-
sələr leksik-poetik zənginliyin ifadəsi kimi ortaya çıxır. 
Qəhrəmanlıq dastanlarını “epik bir mənzərə” adlandıran P.Mirabil onların ma-
hiyyətini açarkən orijinal və maraqlı mülahizələr irəli sürür. 
P.Mirabilə görə ozanlar epik mənzərəni elə çəkirlər ki, oxucular onu həm eşidə, 
həm də görə bilirlər. O, ozanların səsinin dastanın sintaksisini yaratdığını irəli sürür. 
Ozanın səsi dedikdə müəllif onların işlətdikləri bədii təsvir vasitələrini nəzərdə tutur. 
“Təşbih yaradıcılığı, təşbehləndirmə işi dünyagörüşü ilə bağlıdır. Təbiətin və cəmiy-
yətin qavranması dövrünün ümumi səviyyəsi ilə sıx əlaqədədir. Milli-etnik təfəkkür-
lə, eposun həyat tərzi ilə səslənir (4, 152). 
P.Mirabil həm DQK-da, həm də Avropa eposlarında adları çəkilən bədii vasitə-
lərdən geniş şəkildə və böyük sənətkarlıqla istifadə olunduğunu qeyd edir. 
Müəllif seçdiyi dastanlardan götürdüyü nümunələr əsasında onlarda ən çox iş-
lənən məcazların müxtəlif növlərindən, onların mahiyyətindən, poetik vasitələrin ox-
şar və fərqli xüsusiyyətlərindən söz açır. 
P.Mirabil  “Dədə  Qorqud  kitabı”nda  işlənən  bədii  təsvir  vasitələrindən  birinin 
metafora olduğunu və bu təsvir vasitəsinin digər bədii təsvir vasitələrindən daha qüv-
vətli  olduğunu  irəli  sürür  və  onların  deyilənlərin  daha  güclü  və  təsirli  səslənməsinə 
imkan yaratdığını qeyd edir.   
Yunanca köçürmə anlamında olan metafora “bir şeyə uyğun, xas əlamət və ya 
keyfiyyətin başqa bir əşya üzərinə köçürülməsinə deyilir (1, 115). Elmi ədəbiyyatda 
“ixtisar  edilmiş  müqayisə”  (A.A.Potebnya),  ”gizli  müqayisə”  (A.N.Kojin)  adlandı-
rılan  metafora  bədii  üslubun  məğzində  dayanan  və  Aristoteldən  üzü  bəri  haqqında 
müxtəlif dünya dillərinin materialları əsasında yüzlərlə əsər yazılan məcaz növlərin-
dən biridir. Azərbaycan ədəbiyyatşünaslıq poetikasında (Mir Cəlal, C.Xəndan, M.Rə-
fili, P.Xəlilov, T.Mütəllimov, Ə.Hüseynov...) geniş öyrənilən metaforaların linqvistik 
təbiəti  haqqında  onlarla  maraqlı  əsərlər  (B.Çobanzadə,  Ə.Dəmirçizadə,  T.Hacıyev, 
M.Adilov...) qələmə alınmışdır. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     12 
 
 
Metaforaların semantik, poetik-semantik özəlliklərinin nəzərə alınması tərcümə 
prosesində ciddi əhəmiyyət kəsb edir. 
“Dədə Qorqud” dastanlarının dilində 80-ə qədər metaforanın  işlənməsi (təkrar 
istisna edilir) həm kəmiyyət, həm də keyfiyyət  faktoru kimi  meydana çıxır və  istər-
istəməz DQK-nın ingilis dilinə tərcümələrinin əsas problemlərindən biri kimi ortaya 
çıxır. 
Bizim  məqsədimiz  bu  metaforaların  yaranma  yollarını,  semantik-poetik  özəl-
liklərini araşdırmaq deyil, DQK-nın ingiliscəyə tərcümələrində bu metaforaların tər-
cümə prinsiplərini ortaya çıxarmaq, iki müxtəlif sistemli dildə tərcümə adekvatlığını, 
tipoloji və bəzi geneoloji xüsusiyyətləri ortaya qoymaqdır. 
İnsan  oğlunun  metafora  yaratma  modellerinin  universal-tipoloji  mahiyyəti  ilə 
hər dilin yalnız özünəxas metafora sisteminin yaratdığı mənzərə birinci növbədə tər-
cümə reallığında gerçəkləşir. 
Məcazın ən geniş  yayılmış  növlərindən  biri olan metafora istər nitq-dil  aspek-
tində, istər quruluş aspektində (sadə-mürəkkəb), istərsə də sırf semantik səpkidə tər-
cümə üçün geniş və dərin araşdırma müstəvisidir. 
P.Mirabil  də  dünya  epos  yaradıcılığında  bədii  təsvir  vasitələrinin,  o  cümlədən 
metaforaların böyük rol oynadığını qeyd edir. Müəllifə görə, DQK-dakı ayrı-ayrı me-
tafora örnəkləri ifadə etdikləri dərin mənaya, daşıdıqları qeyri-adi poetik yükə və ori-
jinal  formaya  görə  digər  dastanlarda  işlənmiş  metafora  nümunələrindən  fərqlənir. 
P.Mirabilin fikrincə, DQK-da yalnız söz və ifadələr deyil, eləcə də ayrı-ayrı hadisələr 
metaforik mahiyyət daşıyır. 
Məsələn, birinci boyda Xızır ölüm ayağında olan Buğacın yarasını sığallayaraq 
deyir: “sən bu yaradan qorxma, oğlan, ölüm yoxdur; dağ çiçəyi ana südüylə sənin ya-
rana məlhəmdir” deyir (3, 42). 
Məlumdur ki, ana dünyaya gətirdiyi uşağı  südlə bəsləyir.  Ana həyat verən ol-
duğu kimi, onun südü də həyat mənbəyidir. 
O da məlumdur ki, türk mifologiyasında dağlar Tanrının evi  hesab edilmişdir. 
Tanrı həyat verəndir və onun evində, dağlarda bitən çiçəklər də ana südü kimi, həyat 
mənbəyidir. Deməli, dağ çiçəyi  ilə ana südündən hazırlanmış  məlhəm əslində  meta-
foriki mahiyyət kəsb edir və Tanrı ilə ananın müqəddəsliyinə bir işarədir. 
Tanrıya  və anaya olan  bu  böyük ehtiram özünü  ikinci  boyda daha qabarıq şə-
kildə büruzə verir. Anasına qəzəblənmiş Uruz deyir: “Ana haqqı – Tanrı haqqı” de-
yilməsəydi,  qalqubanı  yerimdən  duraydım,  yaqanla  boğazından  tutaydım,  qaba  ök-
cəm altına salaydım,ağ  yüzünü qara yerə dəpəydim, aqzun  ilə  burnundan qan şorla-
daydım, can datlusun sana qöstərəydim!”. 
Bu cümlədə “Ana haqqı – Tanrı haqqı”, “qaba ökcəm”, “qara yer”, “qan şorla-
daydım”  və  “can  datlusun”  kimi  bir  neçə  metaforiki  ifadələr  var.  Biri-birindən  gözəl 
olan bu ifadələr içərisində “Ana haqqı – Tanrı haqqı” aforistik ifadəsi xüsusilə diqqəti 
cəlb  edir.  Bu qarşıdurmada  ananın  haqqı  tanrının  haqqı  ilə  bərabər tutulur.  DQK-nin 
ingiliscəyə  ilk  tərcüməsində  bu  metaforik  ifadə  “Ana  haqqı  Allah tərəfindən  verilmiş 
bir haqq olmasaydı (İf a mother‘s right had been a right given by Allah)” şəklində tər-
cümə edilmişdir. Bu tərcüməyə etiraz edən O.Ş.Gökyay  yazır: “Ana haqqı nə isə tan-
rının haqqı da odur; ananın haqqı ilə tanrının haqqı birdir, ayrımı yoxdur” (3, 214). 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə