Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə55/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   51   52   53   54   55   56   57   58   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     122 
 
 
XX  əsrin  iyirminci  illərin  əvvəllərindən  başlayaraq  Sovet  imperiyasının  tələbi 
ilə yazılı ədəbiyyatda olduğu kimi, şifahi yaradıcılıqda da müəyyən “meyarlar” mey-
dana gəldi. Ziyalıların, şair və yazıçıların, elm adamlarının, eləcə də folklorşü-nasla-
rın  “panislamist”, “pantürkist” kimi  ifadələrlə damğalanma dövrü  başlandı. Belə zi-
yalılarımızdan biri də Bəhlul Bəhcət oldu. B. Bəhcət Azərbaycan folklorşünaslığı ta-
rixində  özünəməxsus  yeri  olan  ziyalılarımızdandır.  Bəhlul  Bəhcət  ədəbi  fikir  tarixi-
mizdə tanınmış folklorşünas,eyni zamanda islamşünas, tarixşünas və ədəbiyyatşünas, 
kimi fəaliyyət göstərmişdir. B. Bəhcət dövrünün mütərəqqi ziyalılarından biri olmuş-
dur. “Bəhcət” onun yaradıcılıq imzasıdır.  
Bəhlul  Əfəndi  Bəhcət  1918-ci  ildə  Azərbaycanın  müstəqilliyi  uğrunda  antiso-
vet təbliğatı aparan, rus bolşeviklərinə və erməni daşnaklarına qarşı mübarizəyə qal-
xan, əhalini  silahlı üsyana səsləyən şəxsiyyətlərdən biri, Zəngəzurun sonuncu qazısı 
olmuşdur. Bəhlul Mustafa oğlu Əfəndiyev 1885-ci ildə (bəzi mənbələrə görə 1869-cu 
il – H.B.) keçmiş Zəngəzur qəzasının, Qubadlı rayonunun Dondarlı kəndində anadan 
olmuşdur. İlk təhsilini atasından və gələcək qaynatası Hacı Çələbidən almışdır. Son-
ralar təhsilini davam etdirmək üçün Türkiyə və İrana getmiş və orada dini təhsil al-
mışdır. Təhsilini başa vurduqdan sonra vətənə qayıdıb, Zəngəzur qəzasında dini fəa-
liyyətə başlayıb.  
B.Bəhcət  1918-ci  ildə  Azərbaycanda  Demokratik  Cümhuriyyət  qurulduqdan 
sonra 1920-ci ilə qədər Zəngəzurun qazısı vəzifəsində çalışıb. O, Azərbaycanda De-
mokratik Cümhuriyyətini öz fəaliyyətilə dəstəkləyənlərdən olub. Azərbaycanda bol-
şevizm  bərqərar  olduqdan  sonra  onun  həyatının  ağır  günləri  başlayır.  Süni  quraş-
dırılmış bir ittiham əsasında Bəhlul Bəhcət ilk dəfə olaraq 23 aprel 1924-cü ildə Az. 
FK orqanları tərəfindən həbs edilir. Həbsinə səbəb isə 1922-ci ildə özünün nüfuzun-
dan istifadə edərək Türkistan qəzasının əhalisini sovet hakimiyyətinə qarşı silahlı üs-
yana çağırması, üsyan yatırıldıqdan sonra İrana qaçaraq oradakı əkinqilabi Azərbay-
can mühacirəti və türk konsulluğu ilə əlaqə yaratması olmuşdur (1,  76).  
Bu  əməllərinə  görə  26  iyul  1924-cü  ildə  Azərbaycan  Fövqəladə  Komissiyası 
(Az.FK)  kollegiyası  tərəfindən  Əfəndiyevə  ölüm  hökmü  kəsilməsinə  baxmayaraq, 
həmin  cəza  Azərbaycan  ərazisindən  çıxarılmaqla  5  il  müddətinə  inzibati  sürgünlə 
əvəz olunmuşdur. Sonra cəza yenidən dəyişdirilmiş və o, 3 il  müddətinə  islah əmək 
düşərgəsinə göndərilmişdir.  
B.Əfəndiyev  cəza  müddətini  başa  vurduqdan  sonra,  onun  yenidən  antisovet 
qrupla əlaqələrinin mövcudluğu məlum olmuş, qrup aşkarlandıqdan və məhv edildik-
dən  sonra  o,  İrana  mühacirət  etmək  məcburiyyətində  qalmışdır.  Həmin  materiallar 
əsasında B.Əfəndi 1926-cı ildə yenidən həbs olunmuş və 22 may 1928-ci ildə antiso-
vet  təbliğatı  aparmaqda,  eləcə  də  millətçilikdə  müqəssir  bilinərək  8  il  müddətinə 
azadlıqdan məhrum edilmişdir. 
7  mart  1934-cü  ildə  isə  Azərbaycan  Dövlət  Siyasi  İdarəsinin  kollegiyası  tərə-
findən  Birləşmiş  Dövlət  Siyasi  İdarəsi  qarşısında  B.Əfəndinin  sosial  təhlükəli  ele-
ment kimi üç il müddətinə Qazaxıstana sürgün olunması barədə vəsatət qaldırılmışdır 
(2, 270-271). 
Bəhlul  Bəhcət  10  ildən  sonra  həbsdən  qayıdır.  B.Bəhcət  1934-1937-ci  illərdə 
əvvəlcə  Azərnəşr,  sonra  isə  Az.FAH-nın  ədəbiyyat  bölməsində  işləmişdir.  Bu  elm 
ocağı Bəhlul Bəhcətin son iş yeri olur. 1937-ci ilin avqustunda yenidən həbs olunur, 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     123 
 
 
15 mart 1938-ci ildə quraşdırılmış ittihamlar əsasında güllələnir. 20 ildən sonra Azər-
baycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə bəraət verilir (3,  
8; 4, 92).  
Şərq ədəbiyyatı və dillərini, həmçinin Şərq tarixini gözəl bilən B.Bəhcətin bizə 
gəlib çatmış əsərləri onun görkəmli ədəbiyyatşünas, folklorşünas olduğunu göstərir: 
Bu səfərlərin və aldığı dini təhsilin nəticəsində B. Bəhcət dini mövzuda bir sıra əsər-
lər  yazmışdır.  Lakin,  təəssüf  ki,  Bəhlul  Bəhcətin  bu  mövzuda  yazdığı  bir  əsərindən 
başqa, qalan əsərləri itib-batmış, günümüzədək gəlib çıxmamışdır. Onun bu mövzuda 
əlimizə çatan yeganə əsəri 1922-ci ildə İranda, ötən əsrin əvvəllərində isə Türkiyədə 
işıq  üzü  görən  “Təşrih  və  mühakimə”  əsəridir.  Məhəmməd  Peyğəmbərin  və  onun 
ailəsinin  həyatından  bəhs  edən  “Təşrih  və  mühakimə”  əsəri  İran  və  Türkiyədə  çap 
olunduqdan, təxminən, bir əsr sonra – 2014-cü ildə Azərbaycanda Həmdulla Əfəndi-
yev  tərəfindən  nəşr  olunmuşdur.  Əsərin  İran  nəşri  bizə  gəlib  çatmamışdır.  Lakin 
“Təşrih  və  mühakimə”  əsərinin  əlimizə  çatan  Türkiyə  nəşri  diqqəti  daha  çox  cəlb 
edir. Mənbələrin verdiyi məlumata görə «Ali Məhəmmədin tarixində təşrih və müha-
kimə»  əsəri  ilk  dəfə  1924-ci  ildə  Tehranda  fars  dilində  nəşr  edilmişdir.  Kitaba  ya-
zılmış ön sözdən də aydın olur ki, həmin əsərə böyük ehtiyac olduğundan o bir neçə 
dəfə  təkrar  nəşr  edilmişdir.  Sonra  həmin  əsər  2003-cü  ildə  İstanbulda  Cəfər  Bəndi-
dərya və Abbas Akyüz tərəfindən latın əlifbası ilə nəşr edilmişdir. «Kitabın orijinali 
eski  Osmanlıcadır»  qeydindən  aydın  olur  ki,  «Ali  Məhəmmədin  tarixində  təşrih  və 
mühakimə» əsərinin fars variantı ilə yanaşı Osmanlı variantı da olmuşdur. Tehranda 
və İstanbulda çap olunan kitabın ön sözünün müəllifi Ayətullah Uzma Mərəşi-Nəcə-
fidir. Buradan görünür ki, B.Bəhcət Tehranda nəşr etdirdiyi «Ali Məhəmmədin tari-
xində təşrih və mühakimə» əsərini İstanbulada da nəşr etdirmək istəmiş, lakin nədən-
sə  alimin  sağlığında  həmin  tədqiqat  əsəri  işıq  üzü  görməmişdir.  Təxminən  80  ildən 
sonra Cəfər Bəndidərya və Abbas Akyüzün diqqətini çəkən bu əsər türkcələşdirilərək 
2003-cü ildə «Ali Məhəmmədin tarixində təşrih və mühakimə» adı altında nəşr edil-
mişdir.  
Bəhlul  Behcət  “Təşrih  və  mühakimə”  əsərini  yazmaqla  İslam  dininin  yaradıl-
masında və onun yayılmasında böyük rolu olan insanların tarixindən, həyatından, ya-
şam tərzindən  yazmağı özünə  bir borc bilmişdir. Əsgi osmanlı dilində  yazıldığı gü-
man edilən bu əsər Türkiyədə dəfələrlə çap olunduğuna baxmayaraq, xalqın istəyi ilə 
yenidən-2003-cü  ildə  Cafer  Bendiderya  və  Abbas  Akyüzün  tərcüməsi  ilə  nəşr 
edilərək geniş oxucu kütləsinin ixtiyarına verilmişdir. Ön sözün müəllifi Şehabuddin 
Hüseyni  Necefi  el-Meraşi  ön  sözdə  əsər  və  onun  müəllifi  haqqında  öz  qənaətlərini 
paylaşmışdır. Şehabuddin Hüseyni Necefi el-Meraşi burada müəllifin həyatı, yaradı-
cılığı , müəllimləri, təhsili, dünyagörüşü və dini əqidəsindən söz açaraq Bəhlul Beh-
cət haqqında oxucularda ilkin təsəvvür yaratmışdır. İlk öncə el- Meraşi kitabın fayda-
larından  söz  açaraq  yazır:  “Âl-i  Muhammed  Tarihinde  Teşrih  ve  Muhakime”  kitabı 
çok faydalı kitaplardan biridir. Bu kitap, Resululla-h'ın Ehlibeyti'nin (hepsine selâm 
olsun) hak üzere olduğunu ve mazlumiyetini ispatlamada anlaşılır ve akıcı bir beyan-
la  yazılmış  en  güzel,  kısa  ve  eşsiz  bir  eserdir  (5, 2).  “Ustadları  və  Hocaları  “  bölü-
mündə onun Şeyh Muhammed Şeyhu'l-İslâm'dan ve Şeyh Muhammed Kadı-zade'den 
və başqa fiqh alimlərindən dərs aldığı məlum olur. Bəhlul Behcət Miet-u Yevm (Yüz 
Gün), Sıffin Vakıaları, Mirasla İlgili Bir Risale, İr-şad-ı Hamzevî, Azerbaycan Eser-


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə