Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə6/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   2   3   4   5   6   7   8   9   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     13 
 
 
Əslində dastan qoşan demək istəyir ki, həm ana, həm də tanrı həyat verənlərdir 
və ona görə də onların haqqı eynidir.  
DQK-dakı  metaforik  məna  kəsb  edən,  dərin  mənaya  malik  ifadələr  müqəddəs 
kitablarda, o cümlədən Quranda, Tövratda, İncildə mövcud olan metafora nümunələ-
rini xatırladır. 
Bütün  bunları  çox  gözəl  anlayan  P.Mirabil  bəzi  epizodları  müqəddəs  kitab-
lardakı epizodlarla müqayisə edir. Məsələn, o, “Dəli Domrul boyu” nda Əzrailin gö-
yərçinə çevrilməsini Bibliyadakı oxşar epizodla müqayisə edir və bu quşları Allahın 
xəbər gətirənləri adlandırır. Eləcə də, Dəli Domrulun öyrədilməsini Adəmin öyrədil-
məsi ilə müqayisə edərək yazır: “Adəm Quranda əhəmiyyətli bir şəxsiyyətdir. Dastan 
müəllifinə görə Dəli öz mənşəyini ilk adamdan alıb. Bununla belə bir nüans var: Bib-
liyadakı  Adəmdən  fərqli  olaraq,  Qurandakı  Adəm  qarşısından  keçən  varlıqlara  ad 
vermir. Allah bu adları Adəmə öyrədir. Bu bizim dastan üçün də xasdır, çünki  Dəli 
də Allahdan öyrənməlidir. O, özündən öyrənməli deyil (7, 281). 
Dəli Domrulun quru çay üzərində tikdiyi körpü də rəmzi məna daşıyır. P.Mira-
bil  bu körpünü Dəli Domrulun digər  yaradana, Allaha qarşı etdiyi  bir dəlilik adlan-
dırır. 
Özünü  hamıdan güclü hesab edən Dəli Domrul  istəyir ki, cəmiyyət onun  istə-
diyi kimi yaşasın. Onun bu hərəkəti Allaha xoş gəlmir. Allah Dəli Domrulu cəzalan-
dırmaq üçün Əzraili göndərir. Əzrailin əlində aciz qalan Dəli Domrul anlayır ki, baş-
qa adamlar onun himayəsində deyil, o, özü ucalardan uca olan Allahın  himayəsində 
yaşayır. 
Dəli Domrulun bu yeni inancı qəbul etməsi əslində Oğuzun İslamı qəbul etmə-
sinə və yeni bir həyata başlamasına işarədir. 
DQK-dakı formaca müxtəlif, mənaca zəngin metafora nümunələrini ingilis di-
linə  çevirərkən  P.Mirabil  öz  seçdiyi  kursa  sadiq  qalmış  və  əsasən  onları  orijinalda 
olduğu kimi saxlamışdır. Aşağıdakı nümunələr bunu çox aydın şəkildə göstərir: 
One  day  the  Son  of  Ulaş,  Chik  of  the  feathered  bird,  hope  of  the  lonely  and 
poor, lion of the Emet River, of the Karajuki, Master of the black tiger horse, Father 
of  the  Khan  Uruz,  Son-in-low  of  Bayındır  Khan,  luck  of  the  Oghuz  kingdom, 
supporter of the surviving warrior, Salur Kazan got up from his place  (7, 79). 
Bir gün Ulaş oğlu, Tülü quşun yavrusu, bizə mikin umudi, Amit soyunun aslanı, 
Qaracuğun  qaplanı,  qonur  atın  iyəsi,  Xan  Uruzun  ağası,  Bayındır  xanın  güyəgisi, 
Qalın Oğuzun devləti, qalmış yigit arxası Salur Qazan yerindən durmuşdu  (5, 46).  
Bu tərcümədə Qazanın bütün metaforik adları demək olar ki, orijinalda olduğu 
kimi  saxlanılıb.  Müəllif  Tülü  xüsusi  isminin  “tüylü”sözü  olduğunu  güman  edərək 
onu “feathered bird” (lələkli quş) kimi tərcümə etmişdir. C.Luis də bu sözü eyni mə-
nada “long-plumed bird” (uzun lələkli quş) kimi tərcümə etmişdir. Hər iki tərcüməçi 
Qazanın bu metaforik adını totemizmlə bağlayır. 
P.Mirabil  “dövlət”  sözünün  türk  dilində  bir  neçə  məna  bildirdiyini  burada  isə 
“uğur”, “bəxt” mənasında işləndiyini qeyd edərək onu “luck” sözü vasitəsilə tərcümə 
etmişdir. Müəllif  “Amit  soyunun”  birləşməsini  “Emet River” (Emet Çayı) kimi tər-
cümə etmişdir. 
Tərcüməçi  Qazana  verilmiş  bu  cür  metaforik  adların  “Beovull”  və  “Sid”  das-
tanlarının qəhramanlarına da verildiyini göstərir. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     14 
 
 
DQK-da bu tip metaforik adlara tez-tez rast gəlmək mümkündür. Anasının Uru-
za verdiyi adlar buna misal ola bilər: 
Kazan, who attacked myblack mountain    İlğıyuban qara dağım yıqa Qazan; 
And destroyed it: Kazan, whocut down,    Kölgəsicə qaba ağacım kəsən Qazan; 
great shady trees;  
Kazan, who took a knife and broke          Bıçaq alıb, qanadlarım kəsən Qazan 
mywings; (7, 79)  
 
 
 
 
 
       
      (5, 46). 
P.Mirabil “qara dağım”, ”qaba ağacım” və ”qanadlarım” kimi məcaz vahidləri-
ni müvafiq olaraq “my black mountain”, ”great shady trees”, ”my wings” kimi tərcü-
mə  etmişdir.  Adlar  olduğu  kimi  tərcümə  edilmişdir,  lakin  “qaba  ağacım”ın,  ”great 
shady  trees”  (böyük  kölgəli  ağaclar)  tərcüməsi  qeyri-müəyyənlik  ifadə  edir.  Bizim 
fikrimizcə, bu C.Luisdə olduğu kimi, “My great shady trees” şəklində tərcümə olun-
malıydı. 
 Müəllif özü də bu ifadəni üçüncü boyda bu şəkildə tərcümə etmişdir. 
Bəzi metafora nümunələrini tərcümə edərkən P.Mirabil elə uğurlu ifadələr tapır 
ki, bunlar orijinala xələl gətirmədən mətnin daha poetik səslənməsinə imkan verir. 
The black snowcapped mountains which  
  Qarşı yatan qarlı qara dağlar  
Lie askew have grown old;no grass grows 
 
      qarıyubdur otu bitməz 
The bloody rivers have grown old, no   
 Qanlu-qanlu irmaqlar qarıyubdur  
water flows (7, 92)  
 
 
 
 
         suyu gəlməz (5, 51). 
Birinci  cümlədəki  “qarlı  qara  dağlar”  ifadəsinin  “black  snow  capped  moun-
tains”  (qara  qar  papaqlı  dağlar)  şəklində  tərcüməsi  uğulu  sayıla  bilər.  Lakin,  bizim 
fikrimizcə “black” (qara) sözü C.Luisdə olduğu kimi “snowcapped” (qarpapaqlı) sö-
zündən sonra gəlsəydi, tərcümə daha uğurlu alınardı. 
P.Mirabil  metaforaları tərcümə edərkən  sadəcə olaraq poetik  ifadələrin uğurlu 
qarşılığını  tapmağa  çalışmamış,  həm  də  bu  ifadələrin  orijinaldakı  strukturlarına  və 
onları təşkil edən sözlərin özlərinə də həssaslıqla yanaşmışdır: 
Her  black  breast  shook,  her  whole  heart  with  bloody  tears.  Her  black  slanty 
eyes filled with bloody tears (7, 79) – Qara bağrı sarsıldı, düm yürəgi oynadı, qara 
qıyım gözləri qan yaş doldu (5, 46). 
Bu tərcümə ideal bir tərcümədir. Orijinaldakı poetik vüsət olduğu kimi saxlan-
mışdır.  Lakin  bu  tərcümədəki  şeriyyət  yalnız  bu  cümlədəki  metaforaların  hesabına 
qorunub saxlanılmır. Orijinalda paralelizmin müxtəlif növləri mövcuddur. 
Müəllif  cümlənin  birinci  hissəsində  {b},  ikinci  hissəsində  {h},  üçüncü  hissə-
sində  isə {l}  və {b} səslərinin təkrarından  istifadə etməklə gözəl alliterasiya örnək-
ləri  yaratmışdır.  Maraqlı  burasıdır  ki,  müəllif  məlum  alliterasiya  fiqurunu  yaratmaq 
üçün  “qara  bağrı”  birləşməsini  ingilis dilinə  “liver” (qarabağır) sözü vasitəsi  ilə de-
yil, “black breast” (qara sinə) birləşməsi kimi tərcümə etmişdir. 
C.Luis  “qara  baqrı” birləşməsini  “inward parts” (daxili orqanlar) şəklində tər-
cümə etmişdir. 
Metaforik  ifadələri  yaradan  sözlər  arasında  “blood  boiled”(qan  qaynadı)  “my 
breast burns” (mənim  bağrım  yanır) kimi alliterasiya  nümunələrinə P.Mirabil tərcü-
məsində  tez-tez  rast  gəlmək  olar.Tərcümədə  metaforaların  əksəriyyəti  olduğu  kimi 
saxlanılmışdır. Aşağıdakı tərcümə nümunələri dediklərimizə çox gözəl  misal ola bi-
lər: 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə