Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə7/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   2   3   4   5   6   7   8   9   10   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     15 
 
 
You  gave  me  an  old  robe:  you  took  my  head  and  brain  –  Bir  əski  qaftan 
verdünüz bənim başımı-beynimi aldınız.  
The world and universe became black round their heads – Dünya aləm kafirin 
başına  qaranu oldu.  
On that day there was a doomstry war – Ol gün bir qiyamət savaş oldu. 
Fortune of my head, throne of my house – Başım taxtı, evüm taxtı. 
The  black  cloud  of  which  you  speak  is  your  kingdom  –  Qara  bulud  dedigin 
sənin dövlətindir. 
The snow and rain of which you speak are your soldiers, hair is anxiety, blood 
is gloom – Qar ilə yağmur dedigin ləşgərindir. Sac qayğudur. Qan qaradır. 
I have come to take shelter in your narrow hiden spaces, in your wide skirts –
Gen ətəgünə, dar qoltuğuna  qısılmağa gəlmişəm. 
Dede are you a boy or a girl? (7, 104) – Dədə, oğlanmısan, qızmısan? (5, 57). 
İf she looks at someone she sets them a fire with passion (7, 160) – Kimə başqa 
eşkiylə oda yaqar (5, 82). 
Son, peak of my black mountain – Qara dağım yüksəgi oğul! 
Son, flood of my bloody water (7, 137) – Qanlı suyun daşqunu oğul! (5, 71). 
Biz belə metaforaların sayını kifayət qədər artıra bilərik, lakin elə yuxarıda qeyd 
olunmuş nümunələri orijinalla və C.Luisin tərcüməsi ilə müqayisə etdikdə P.Mirabilin 
tərcümədə  orijinalla  daha  yaxın  olduğunun  şahidi  olarıq.  Əlbəttə,  biz  C.Luisin  tərcü-
məsinin dəyərini azaltmaq fikrində deyilik. Artıq qeyd etdiyimiz kimi P.Mirabil özü də 
etiraf  edir  ki,  C.Luisin  tərcüməsi  sənətkarlıq  baxımından  olduqca  gözəl  bir  tərcümə 
əsəridir və o, əsəri tərcümə edərkən C.Luisdən yararlandığını etiraf edir. 
DQK-nı  ingilis  dilinə  çevirən  C.Luis  ingilis  dilinin  çox  böyük  imkanlarından 
istifadə  edərək  bu  dilin  sintaksisinin  imkanları  çərçivəsində  bədii  baxımdan  yetkin 
bir tərcümə işini uğurla başa çatdırmışdır. P.Mirabil isə əsərdəki qeyri-adi poetik əh-
vali-ruhiyyəni  öz  tərcüməsində  vermək  üçün  daha  çox  orijinalın  leksik  və  sintaktik 
özəlliklərini əsas götürmüş və mümkün olduğu qədər qoruyub saxlamağa çalışmışdır. 
Elə buna görə də ingilis  və türk dillərinin  sintaksisinin dadı-duzu  hopmuş  bu tərcü-
mədə orijinala xas ətrin qoxusu daha çox duyulmaqdadır. 
Nümunələrdən  bəzilərini  nəzərdən  keçirək:  ikinci  nümunədəki  “dünya-aləm” 
ifadəsini C.Luis “the world” (dünya) sözü vasitəsi ilə tərcümə etmişdir (6, 21). “The 
world “sözü “dünya-aləm”ifadəsinin daşıdığı poetik yükü tamamilə daşıya bilmir. Bu 
ifadəni “The world and universe”şəklində tərcümə edən P.Mirabil daha uğurlu tərcü-
mə seçmişdir. 
“Ol gün bir qiyamət savaş oldu” cümləsini “On that day there was a battle like 
dooms day” (O gün qiyamətin günü kimi bir gün oldu) şəklində tərcümə edən C.Luis 
metaforadan yox, bənzətmədən istifadə etmişdir (6, 57). Bir bədii vasitə kimi metafo-
ranın  daşıdığı  poetik  yük  müqayisədən  daha  ağır  olduğundan  cümlənin  bu  şəkildə 
tərcüməsi orijinaldakı şeiriyyatı müəyyən dərəcədə azaltmışdır. 
Beşinci  nümunənin  tərcüməsi  də  olduqca  maraqlıdır.  Orijinaldan  göründüyü 
kimi birinci iki cümlə struktur baxımından bir-birinin eynidir. Digər iki cümlə də bir-
birinə çox oxşayır. Başqa sözlə bu mətndəki poetik yükü metafora ilə yanaşı sintaktik 
paralelizm də daşıyır. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     16 
 
 
P.Mirabil  birinci  iki  cümləni təyin  budaq cümləli  tabeli  mürəkkəb cümlə kimi 
tərcümə  etmiş  və  orijinala  xas  qrammatik  xüsusiyyəti  qoruyub  saxlamışdır.  Birinci 
iki cümləni birləşdirərək “The black cloud you speak of is your might, the snow and 
rain is your army”(Sən danışdığın qara bulud sənin gücündür, qar və yağış sənin or-
dundur)  şəklində  düzgün  tərcümə  etsə  də,  C.Luis  orijinaldakı  mövcud  paralelizmi 
saxlamamışdır və tərcümə orijinala xas ritmdən məhrum olmuşdur (6, 45). Elə buna 
görə  də, P.Mirabilin  tərcüməsindəki  poetik  əhvali-ruhiyyə  Luisin  tərcüməsində  hiss 
olunmur. 
Bundan başqa, P.Mirabil  “dövlət” sözünü  “kingdom” (dövlət, padşahlıq) kimi 
tərcümə etməklə daha uğurlu adekvat tapmışdır. C.Luis bu sözü “might”  (güc, qüd-
rət) kimi tərcümə etmişdir (6, 45). Bizim fikrimizcə, “might” sözü “dövlət” sözünün 
ekvivalenti deyil. 
Altıncı nümunədən göründüyü kimi, “Dədə, oğlanmısın, qızmısın?” cümləsi ol-
duğu  kimi  tərcümə  olunmuşdur  (6,  45).  Bu  sualın  qeyri-adi  metafora  olduğunu  qeyd 
edən P.Mirabil bu cümlə ilə bağlı yazdığı qeyddə sualın həqiqi mənasını oxucuya açıq-
layır.  “Oğlanın”  “hə”,  “qızın”  isə  “yox”  mənasını  bildirdiyini  göstərir  (7,  259).  Bu 
cümləni eyni şəkildə tərcümə edən C.Luis Vatikan əlyazmasında sualın “Sən canavar-
san, ya quzu?”, cavabın isə “Mən canavaram” kimi verildiyini yazır (6, 200). 
P.Mirabil  əsasən  metaforaları  tərcümə  edərkən  onların  ingilis  dilinə  müvafiq 
qarşılığını  verməmiş,  onları  kalka  ilə  tərcümə  etmişdir.  Məsələn:  “Aslan  ənigi  yenə 
aslandır”  metaforasını  dastan  qoşanın  öz  qəhramanının  şücaətini  təsvir  etmək  üçün 
verdiyi qeyri-adi qiymətin maraqlı bir ölçüsü hesab edən P.Mirabil onu “like father, 
like son” (oğul atasına oxşar) şəklində deyil, orijinalda olduğu kimi “The lion ‘s cub 
is a new lion”(Aslanın balası yeni bir aslandır) kimi tərcümə etmişdir. “Başında olan 
bit ayağına dərildi” cümləsini qeyri-adi bir metafora hesab edən P.Mirabil onun mə-
nasının “hewas petrified with fear” (o, qorxudan daşa döndü), “he was scared out of 
his wits” (qorxudan ağlın itirdi) olduğunu qeyd edir. Lakin tərcüməçi onu orijinalda 
olduğu kimi “the lice which were on his head gathered at his feet” şəklində tərcümə 
etmiş və oxuculara elecə də, ingilis dilinə çox gözəl, obrazlı ifadə bəxş etmişdir. 
Tərcümə  zamanı  orijinaldakı  bəzi  metafora  nümunələri  bənzətmə  ilə  tərcümə 
olunmuşdur. Bu şəkildə tərcümə edilmiş nümunələr orijinaldakı poetik yükü eyni də-
rəcədə ifadə edə bilmir. Aşağıdakı nümunə bunu aydın göstərir: 
He charged into them like a falcon into  
Ya qara qazın içinə şahin  
black geese (7, 132)  
 
 
 
 
          girdi (5, 68) 
Bizim  fikrimizcə,  bu  cümlə  “He  charged  into them  as  if  a  falcon  had  come  into 
black geese”şəkildə tərcümə olunsaydı, orijinaldakı metafora qorunub saxlanmış olardı. 
Orijinaldakı bədii təsvir vasitələrini olduğu kimi saxlamağı üstün tutan P.Mira-
bil  metafora  nümunələrinin  müqayisə  ilə  tərcümə  olunmasını  düzgün  hesab  etmir. 
“Mancılığı  ağır  daşdan  ğızıldayub  qatı  enən”  (5,  83)  metaforasını  C.Luis  “who 
whirrs like a stonea huge catapult and smashes down”şəklində müqayisə ilə tərcümə 
etmişdir (6, 25). Bu tərcüməyə münasibətini bildirən P.Mirabil yazır: “Biz bu meta-
foranı orijinalda olduğu kimi saxlamışıq. C.Luis  “like” (kimi) sözünü artırıb  və onu 
müqayisə şəklində tərcümə edib” (7, 287). P.Mirabilin bu açıqlaması bir daha göstə-
rir ki, öz işini başa çatdırarkən o, hər bir sözün, ifadənin və cümlənin tərcüməsinə pe-


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə