Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə9/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     19 
 
 
semantikası  böyüklər  üçün  olan  nağıllardakı  məzmundan  seçilir.  Bu  xüsusiyyətlərin 
araşdırılması vacibdir. 
İşin  məqsədi  uşaq  nağıllarındakı  mətnin  süjet  xəttinin  malik  olduğu  məzmun 
xüsusiyyətlərinin araşdırılmasından ibarətdir. 
 
Bədii  məzmun  etibarilə  uşaq  nağılları  digər  nağıllardan  fərqlənir.  Uşaq  nağıl-
larının  məzmunu  müxtəlif  yaşlı  uşaqların  dünyagörüşünə  uyğun  olub,  onların  təbiət 
haqqındakı  ilkin  təsəvvürlərinə  uyğun  gəlir.  Bu mənada  uşaq  nağıllarının  məzmunu 
çoxşaxəlidir. Mifoloji məzmununu itirən uşaq nağıllarını bir neçə qrupa bölmək olar: 
1. Sehrli süjetini itirərək uşaq nağılı məzmunu qazanan bədii mətn; 
2. Təbiəti imitasiya etmək yolu ilə yaranan uşaq nağılları; 
3. Alleqorik məzmun daşıyan uşaq nağılları; 
4. İctimai məzmun daşıyan uşaq nağılları; 
5. Məişət məzmunu xarakterində olan uşaq nağılları. 
Sadaladığımız bu məzmun formaları ümumi nağıl təsnifatına qismən uyğun gə-
lir. Həm də bunlar nağılın məzmununun alt qatlarını ifadə edir. 
Azərbaycan  nağıllarının təsnifatında  bir çox alimlər tərəfindən  sehrli,  heyvan-
lar haqqında, ictimai, məişət, alleqorik, totemik nağıllar başlığı altında qruplaşdırma-
lar aparılmışdır. Uşaq nağılları da öz məzmun xüsusiyyətlərinə görə sadalanan bölgü-
yə çox yaxındır. Yeganə fərq oradadır ki, uşaq nağıllarının personajları balaca uşaq-
ların  dünyagörüşünə  uyğun  seçilmişdir.  Uşaq  nağılları  söyləyən  nağılçı  öz  qarşısın-
dakının estetik zövqünü nəzərə alaraq, onu təbiət obrazları ilə, mübaliğəli süjetlə ta-
nış edir [4]. Bu fikirlərimizi şərh etməyə çalışaq. 
Sehrli  süjetini  itirərək  uşaq  nağılı  məzmununu  alan  nağıllar  nisbətən  yuxarı 
yaşlı uşaqların təfəkkürünə uyğun gəlir. Belə uşaqlar artıq  nağıllardakı  faktları  başa 
düşməyə çalışır, oradakı mənfi obrazlara tənqidi nöqteyi-nəzərdən yanaşa bilir, uşaq 
nağıllarının əvvəlki sehrli süjetindən xəbərsiz olur. Uşaq nağılları içərisində də sehrli 
nağıllar mühüm yer tutur. Belə nağıllar məktəbli uşaqların yuxarı yaş qrupunun zöv-
qünə daha çox uyğundur. Sehrli  nağılların öyrənilməsi uşaq dünyagörüşü üçün zən-
gin məlumatların əldə edilməsində çox əhəmiyyətlidir. Buna “Cırtdanın nağılı”nı mi-
sal göstərə bilərik. “Cırtdanın nağılı”nda uşaq təfəkkürü yaşa uyğun olan bədii quru-
luşu qəbul edə bilir. Nağıldakı “Nənəm sizə yağ-əppək verib, məni də dalınıza alın” 
kimi  cümlələr  süjetə  bədiilik  verir.  Nağılın  məzmunundakı  «it  hürən  tərəfə»,  yoxsa 
“işıq  gələn  tərəfə”  getmək  seçiminin  alt  qatındakı  mifoloji  məzmun  isə  onu  maraq-
landırmır.  Bu  uşaq  nağılının  daha  qədim  formasındakı  nağıl  süjeti  sehrli  nağıllara 
aiddir. Çünki burada əsas nağıl personajları olan Cırtdan və Div mifoloji obrazlardır. 
Cırtdan və Div öz mənşəyinə görə animizmə bağlıdır. Xeyirxah və şər qüvvələri təm-
sil edən bu personajlar mifoloji təfəkkürün ən alt layında odla və qədim kultla bağlı 
olaraq canlı personajlar şəklində uzaq keçmişdəki söyləyicilər tərəfindən nağıl obrazı 
formasına  salınmış,  mətn  isə  daha  sonra  uşaq  nağılı  kimi  sabitləşmişdir.  Cırtdan  od 
ruhunu, Div isə kultu (pərəstiş formasını) təcəssüm etdirir. Fakt kimi deyək ki, Cırt-
danın  balacaboylu olması təsəvvürdə od ruhunun balaca kimi düşünülməsinə uyğun 
gəlir. 
Dünya  xalqlarının  mifologiyasında Cırtdan ən çox  yayılmış obrazdır. Cırtdan-
lar  nəhəng  insanlardan  sonra  yer  üzündə  yaşayacaq  ağıllı  insanlar  kimi  rəvayətləri-


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     20 
 
 
mizdə qiymətləndirilir. Oğuz  miflərində Oğuzun əlində tutduğu balacaboylu  məxlu-
qu anası gələcək nəslin ağıllı varlığı hesab edir. Mifologiyada Divlə Cırtdan arasında 
qarşıdurma dəyişən prosesdir.  
Qəbilə quruluşu dövründə qəbilənin baş məbudu olan Divə (Devuş) etiqad var 
idi.  Sinifli  cəmiyyət  formalaşanda  dini  inanc  forması  da  dəyişdiyindən  Divə  etiqad 
edilməsi  yasaqlandı,  Divi  zülmətlə  əlaqələndirdilər,  şər  qüvvə  elan  etdilər.  “Divlər 
haqqında kitabə”nin 35-47-ci sətirləri divlərə sitayişin qadağan olunmasına həsr edil-
mişdir [1, s.21]. 
Baş  məbud  olan  Devuş  “Avesta”  tərəfindən  rədd  edilərək,  qaranlıq  dünyada 
Əhrimənin köməkçisi elan edildi. Binar oppozisiyanın  inkişafında  bu qadağanlar da 
rol oynamışdır. Binar oppozisiyalara (iki tərəfin qarşıdurması) obrazların əks xarak-
terik xüsusiyyətə malik olması xasdır. Obrazların qarşıdurmasına zaman etibarilə mi-
foloji  xarakterlərin  dəyişməsi  də  təsir  edir.  Biz  bu  xarakterik  xüsusiyyətlərin  dəyiş-
məsini  Cırtdan  və  Div  oppoziyasiyasında  da  görə  bilərik.  Mifoloji  təfəkkürün  ilkin 
çağlarında Div müsbət qəbul olunan məbud olmuş, Cırtdan isə mənfi xarakterin sahi-
bi  kimi  mifologiyanın  ən  qədim  vaxtlarında  mifoloji  düşüncədə  yaşamışdır.  Müəy-
yən tarixi zaman çevrəsində dəyişən  insan psixologiyasının təhtəlşüura təsiri nəticə-
sində mənfi xarakterli cırtdan müsbət xarakterli cırtdana çevrilir. Nağılda və mifoloji 
təfəkkürdə Cırtdanın  iki tipi  ilə qarşılaşırıq: Cırtdan – balacaboylu  mifoloji  məxluq; 
Cırtdan – od ruhunun simvolizə etdiyi şəxsləndirilmiş varlıq. 
Dünya  xalqlarının  mifologiyasında Cırtdan ən çox  yayılmış obrazdır. Cırtdan-
lar  nəhəng  insanlardan  sonra  yer  üzündə  yaşayacaq  ağıllı  insanlar  kimi  rəvayətləri-
mizdə qiymətləndirilir. Oğuz  miflərində Oğuzun əlində tutduğu balacaboylu  məxlu-
qu anası gələcək nəslin ağıllı varlığı hesab edir. 
Bəzi  xalqların  folklorunda  devin  üzərinə  düşən  funksiyanı  başqa  xalqların  mif-
lərində Cırtdan yerinə yetirir. Yunan mifologiyasında göy üzünü div saxlayırsa, Skandi-
naviya mifologiyasında bu mifoloji vəzifəni Cırtdan icra edir. 
Dünya xalqlarının miflərində cırtdanlar gələcək nəslin insanları kimi təsvir olu-
nurlar. Bəzi miflərə görə isə, cırtdanlar yetkinlik dövrünə 7 yaşında çatırlar.  
Cırtdan təzadlı bir obrazdır. Onlar bəzən pəri kimi də təsvir olunur. Alman fol-
klorunda bu pərilər şər xislətli və təhlükəli, ingilis miflərində isə mehriban və xeyir-
xahdır. Məsələ də onu necə görməkdən asılıdır. Qrimm qardaşları öz məşhur nağılla-
rında cırtdanların həm müsbət, həm də mənfi xüsusiyyətlərindən bəhs edirlər. 
Hind  mifologiyasında  cırtdan  magik  qüvvədir.  Uşmaldan  olan  cırtdan  hind 
miflərinin bir obrazıdır. Həm də yetərincə məşhur bir obrazdır. Nağılda deyilir: Uşmal-
da yaşayan cadugər çox istəyirdi ki, bir varisi – oğlu olsun. Bunun üçün o, cırtdanların 
məskən saldığı qayalıqlarda yerləşən mağaraya gedir və onlardan kömək istəyir. Cırt-
danlar  qadına  bir  qızıl  yumurta  verirlər.  Cadugər  yumurtanı  gətirib  torpağa  basdırır, 
vaxt tamama yetəndə yumurtadan bir uşaq çıxır. Günlər, aylar, illər ötür, uşağın boyu 
çıxmır ki, çıxmır. Ancaq uşaq təkcə öz boyu ilə seçilmirdi. Uşmaldan olan cırtdan qey-
ri-adi dərəcədə ağıllı və qoçaq idi. Bir gün o, ocaq başında gizlədilmiş zınqırov tapır və 
ona toxunur. Cadugərlərin inancına görə, nə vaxtsa bu zınqırov şəhərin yeni başçısının 
əlində səslənməliydi. Sınaqlardan keçən cırtdan, beləcə, Uşmala başçı seçilir və şəhə-
rin  şan-şöhrətini  bütün  dünyaya  yayır.  Bu  sınaqlardan  biri  də  gildən  fiqur  düzəltmək 
idi,  elə  bir  gil  fiqur  ki,  odda  yanmasın.  Nağıl  belə  bir  təsirli  səhnə  ilə  bitir:  Uşmalın 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə